1
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Ənvər Məmmədxanlının 100 illik yubileyinə
həsr
olunur
ŞAİR TƏBİƏTLİ YAZIÇI
(metodiki məktub)
B A K I – 2 0 1 3
2
Tərtib edəni: Ruhiyyə Məmmədli-
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının baş kitabxanaçısı
Redaktor: Fizurə Quliyeva-
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru
3
Tərtibçidən
Bu vəsaiti Ənvər Məmmədxanlının 100 illik yubileyi münasibətilə sizə
təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz oxucuların Ənvər
Məmmədxanlı haqqında olan məlumatlarını daha da artırmaqdır.
Görkəmli ədibimiz Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki,
elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi
marağına səbəb olmuş, özünəməxsus yaradıcılıq yolu keçmişdir. Hamımıza
məlumdur ki, dövlətimizin müstəqillik əldə etdiyi bir dövrdə, xalqımıza kamil,
şüurca yetkin insanlar daha çox lazımdır. Belə insanların yetişdirilməsində bu
dəyərli əsərlərin misilsiz əhəmiyyəti vardır. Bu gün Ənvər Məmmədxanlı kimi
yazlçıların əsərləri böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyətə
malikdir. Bildiyimiz kimi Ənvər Məmmədxanlı tarixi mövzularda çox gözəl
əsərlər yaradan sənətkarlardandır. Onun əsərlərində müasir dövrün nəbzi tutulmuş,
coşqun və qaynar həyatımız öz bədii inikasını tapmışdır. Bəli, oxucuların
vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə
olunmasında Ənvər Məmmədxanlı kimi yazıçıların rolu böyükdür.
Müasir dövrün indiki mərhələsində oxucularımızın dünyası çox zəngindir.
Çox vaxt onların təfəkkürü yazıçı təfəkkürünə uyğun olur. Ona görə də, savadlı
oxucu həmişə dəyərli əsərlərin axtarışındadır. Ənvər Məmmədxanlının qələmə
aldığı romanlar, hekayələr də bu dəyərli əsərlərdəndir.
Bu sahədə kitabxanaçı olaraq bizim vəzifəmiz belə dəyərli əsərləri
oxucularımıza sevdirmək, onların ideya-bədii səviyyəsinin yüksəldilməsinə qayğı
göstərməkdir. “Şair təbiətli yazıçı” adlı vəsait də elə bu məqsədlə hazırlanmışdır.
Vəsait yazıçının “Həyat və yaradıcılığı” və “Keçiriləcək tədbirlər” hissəsindən
ibarətdir. Vəsaitin I hissəsində Ənvər Məmmədxanlının həyat və yaradıcılığından
söhbət açılır. İkinci hissəsində kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.
Vəsaiti sizə təqdim etməzdən öncə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi
haqqında 2013-ci il 6 fevral tarixində verdiyi sərəncamı təqdim edirik.
4
Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri,
xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu
Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur.
Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə
xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət
göstərmişdir. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq
nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq milli ədəbiyyatımızın inkişafı sahəsində mühüm xidmətlər
göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq
yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2013 – cü il