AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
Alternativ enerji ilə işləyən avtomobillərin
dünyada istehsalı və bu sahənin inkişaf perspektivləri
haqqında
ARAYIŞ
Hazırladı:
Sənaye şöbəsinin Emal sənayesi sektorunun
məsləhətçisi Pərvin Xasıyeva
Bakı – 2015
2
MÜNDƏRİCAT
Giriş ............................................................................................................... 3
Elektromobil .................................................................................................... 6
Dünya təcrübəsi ............................................................................................. 9
Avropa ............................................................................................................ 9
Asiya ............................................................................................................. 15
ABŞ ................................................................................................................ 21
3
Giriş
İqlim dəyişikliyi və karbon dioksid emissiyasının azaldılması dövrümüzün
əsas problemlərindən biridir. İnsanın gündəlik fəaliyyəti nəticəsində atmosferə
atılan karbon-dioksid (CO
2
) qazının miqdarının artması qlobal isinməyə gətirən
səbəblərdəndir. Atmosferdə istixana effekti yaradan örtük əsasən su buxarından
və karbon qazından ibarətdir. Su burada təbii komponentdir. İstixana effekti
yaradan ikinci əsas amil karbon-dioksid qazıdır. Zavod və fabriklərdən, üzvi
yanacaqdan və həmçinin nəqliyyat vasitələrinin istifadə olunmasından atmosferə
külli miqdarda karbon qazı atılır.
Atmosferə atılan istixana qazında nəqliyyat sektorunun çəkisi böyükdür.
Əgər 1990-cı ildə dünyada 600 milyon nəqliyyat vasitəsi var idisə, 2020-ci ildə
bu rəqəmin 1,3 milyarda çatması gözlənilir. Nəqliyyat sektoru ciddi ekoloji,
iqtisadi və sosial problemlərə yol açır ki, bu da sistemin kökündən dəyişməsinə
ehtiyac yaradır. Nəqliyyat vasitələrinin istifadə olunmasından atmosferə atılan
zərərli qazların miqdarının isə 2030-cu ilə qədər 84% artması gözlənilir.
(Tomlinson, 2009).
Bütün dünyada ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün
dövlətlər tərəfindən göstərilən qayğı dünyada alternativ yanacaq növlərinə
marağın yaranmasına səbəb olmuşdur. ABŞ-ın 1992-ci ildə qəbul etdiyi
“Energetika sahəsində siyasət haqqında” qanunu çərçivəsində aşağıdakılar
alternativ yanacaq növü kimi müəyyən edilmişdir.
Methanol, etanol və digər spirtlər;
85 % spirtin benzinlə qarışığı;
Təbii qaz və maye yanacaq;
Mayeləşdirilmiş neft qazı (propan);
Kömürdən əldə edilmiş maye yanacaq;
Hidrogen;
Elektrik;
Biodizel (B100);
4
Bioloji materiallardan əldə edilmiş yanacaq (spirtdən başqa).
Nəqliyyatda daha çox aşağıdakı yanacaq növlərindən istifadə olunur.
Propan – Mayeləşdirilmiş neft qazı (LPG) propan adlanır ki, 90%
propandan, 2,5% butan və digər ali karbohidrogenlərdən, qalan hissəsi isə etan
və propilendən ibarət olan rəngsiz, qeyri-toksik qazdır. Təbii yanar qazlarda,
neftlə birgə çıxan və neft emalı qazlarında olur. Propanla işləyən nəqliyyat
vasitələri benzinlə işləyən nəqliyyat vasitələri qədər sürətli hərəkət etmir. Ancaq
benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən havanı daha az çirkləndirir. Belə
ki, propanla işləyən nəqliyyat vasitələri benzinlə işləyən nəqliyyat vasitələrinə
nisbətən 64% az reaktiv üzvi birləşmələr, 20% az azot oksidi (NO), 20% daha az
karbon monoksid buraxır. ABŞ-da propan nəqliyyat yanacağı kimi 40-cı illərdən
istifadə olunur.
Metanol – əsasən təbii qazın emalı vasitəsilə alınır, ancaq həm də
biokütlədən də alına bilər. Metanol təbii qazdan ən effektiv və ucuz qiymətə
alınan maye yanacaq adlandırılmışdır. Çinin “Chery”, “Geely” və “Shanghai
Maple” kimi avtomobil istehsalçıları metanolla işləyən nəqliyyat vasitələrini
təqdim etmişlər. Etanol, metanol kimi yanacaq növləri ancaq cüzi dəyişikliklər
etməklə mövcud yanacaqdoldurma infrastrukturunun vasitəsilə paylana bilər.
Nəqliyyat vasitələrində bir qayda olaraq tərkibi 85% metanoldan və 15%
etilləşdirilməmiş benzindən ibarət olan M85 yanacağından istifadə olunur.
Həmçinin metanol dizel yanacağının əvəzi kimi istifadə oluna bilən M100
şəklində də təklif olunur. Metanolu seçən avtomobillərin əksəriyyəti
çoxyanacaqlı mühərrikli (“FFV – Flex Fuel Vehicles”) avtomobillərdir.
Etanol (Bio-Etanol) – etil spirit kimi də tanınır. Spirt əsaslı maye olub,
əsasən qarğıdalı, arpa və ya buğda kimi bitkilərin qıcqırdılması və distillə
edilməsi yolu ilə istehsal olunur. Oktan ədədinin artırılması və tullantıların
keyfiyyətinin yüksəldilməsi məqsədilə onu benzinlə qarışdırmaq olar. Əsasən
nəqliyyatda E85 kimi tanınan və 15% benzindən ibarət olan etanoldan istifadə
olunur.
5
Elektrik – nəqliyyat vasitələri üçün alternativ yanacaqlardan hesab olunur.
Elektrik ilə işləyən nəqliyyat vasitələri müxtəlif batareyaları və enerji saxlama
mexanizmlərini nəqliyyat vasitəsini hərəkətə gətimək üçün istifadə edirlər. Bu
batareyalar avtomobil standart elektrik enerjisi mənbəyinə birləşdirilməklə
doldurulur. Baxmayaraq ki nəqliyyat vasitəsi üçün elektrik istehsalı prosesi hava
çirkliliyi yaradır, elektrik ilə işləyən nəqliyyat vasitələrinin özü ekoloji təmiz
hesab olunur.
Biodizel – təkrar istifadə olunan bitki yağları və ya heyvan mənşəli
piylərdən alınan maye yanacaqdı. Biodizel neftlə qarışdırıla bilər. Nəqliyyat
vasitələrinin mühərriklərini təmiz halda biodizel yanacağı yandıran mühərriklərə
çevirməklə yanaşı, onu neftlə qarışdırmaq və modifikasiya edilməmiş
mühərriklərdə istifadə etmək də mümkündür. Qarışıq biodizel tərkibində olan
biodizelin faizi ilə işarə olunur. Məsələn B20 – 20% biodizel və 80% neft
dizelinə işarə edir. Təmiz dizel isə B100-dür. Təhlükəsizliyindən əlavə, bioloji
parçalanan yanacaq avtonəqliyyat vasitələrinin havaya buraxdığı zərəli qazların
tərkibindəki çirkləndiricilərin miqdarını azaltmağa kömək edir.
Təbii qaz – karbohidrogenlərdən ibarət qarışıqdır,əsasən metan üstünlük
təşkil edir. Bu qaz quyularından və ya xam neftlə birlikdə istehsal edilə bilər.
Nəqliyyat vasitələrində sıxılmış təbii qaz (CNG) və təbii maye qaz (LNG)
şəklində istifadə olunur. Minik nəqliyyat vasitəsinin sıxılmış təbii qaza
keçirilməsi xərcləri böyük olduğundan, böyük yürüyüş məsafəsi olan
istifadəçilər üçün daha münasib ola bilər. ABŞ-da təqribən hər beş tranzit
avtobusundan biri təbii qazla çalışır.
Hidrogen – Təbii qazla qarışdırdıqda müəyyən növ daxili yanma
mühərriklərində istifadə edilən nəqliyyat yanacağı alınır. Neft-kimya
reaksiyasından hasil olunan elektrik enerjisi ilə işləyən yanacaq elementləri,
həmçinin, yanacaq “batareyasında” oksigenlə birlikdə hidrogeni də istifadə edir.
Dünyada hal-hazırda alternativ yanacaqla işləyən nəqliyyat vasitələri
çoxdur. Ancaq elektrik ilə işləyən nəqliyyat vasitələrinə (elektromobil) digər
6
alternativ yanacaq növləri ilə işləyən nəqliyyat vasitələri ilə müqayisədə daha
çox üstünlük verilir.
Elektromobil
Elektromobil-bir və ya bir neçə elektrik mühərrikinin köməyi ilə hərəkət
edən avtomobildir. Bu nəqliyyat vasitəsinin daxilində yanma prosesi baş
vermədiyindən xaricə zəhərli qazlar buraxılmır və bununla da avtomobil
atmosferə ziyan vurmadan fəaliyyət göstərir.
Avtomobil sənayesinin inkişaf tarixinə nəzər salsaq görərik ki, bütün
dünya bir zamanlar geniş istifadə olunan, lakin zaman keçdikcə unudulan tarixi
ənənəyə qayıdır. Hələ yanacaqla çalışan nəqliyyat vasitələrindən əvvəl
elektromobillər mövcud olub. İlk elektromühərrikli avtomobilin kim tərəfindən
və hansı ölkədə ixtira olunduğu isə tarixi mənbələrdə müxtəlif cür göstərilir.
Lakin elmə bir fakt aydın şəkildə məlumdur-elektromobillərin kəşf olunmasına
dünya şöhrətli alim Faradeyin nəzəri cəhətdən hazırladığı elektromaqnit
induksiyası böyük təkan vermişdir. Sonrakı illərdə alimlər məhz bu nəzəriyyəni
təcrübi olaraq həyata keçirməklə elektrik mühərrikli avtomobillərin ixtirasına
nail oldular.
XIX əsrin 30-40-cı illərində dünya əyani şəkildə ən azı üç elektromobilin
şahidi oldu. Həmin nəqliyyat vasitələrini geniş ictimaiyyətə şotlandiyalı Robert
Anderson və amerikalı Tomas Devenport təqdim etdi. Həmin avtomobillər
böyük həcmə malik olsalar da, olduqca aşağı sürətlə (saatda 4 km) hərəkət
edirdilər. Lakin zaman-zaman alimlər bu sahədə daha böyük və uğurlu işlər
ortaya qoydular. XIX əsrin sonu, XX əsrin əvvəllərini elektromobillərin
həyatında “qızıl dövr” kimi xarakterizə etmək olar. Bu illər ərzində istehsal
olunan elektromobillər saatda 30 km sürətlə hərəkət etmək imkanına malik idi.
Həmin nəqliyyat vasitələrini istənilən fəsildə rahat işə salmaq və yalnız bir dəfə
enerji yığmaqla gün ərzində sürmək olurdu. Elektromobillər o dərəcədə rahat
idarə olunurdu ki, ondan xanımlar, hətta yaşlı insanlar belə rahat şəkildə
yararlana bilirdi.
7
Elektromobil tarixində 1895-ci
il də əlamətdar hadisə kimi yadda
qalıb. Həmin il fransalı mühəndis Şarl
Janto özünün elektrik avtomobili ilə
tarixdə ilk rəsmi yürüyüşü həyata
keçirdi. Onun elektromobili saatda 63
km sürətlə hərəkət edərək yeni rekorda
imza atdı. Həmin rekordu 4 il sonra, 1899-cu ildə Belçikada istehsal olunan
“Jamais Contente” (hər bir zaman narazı) adlı elektromobil yenilədi. Maşın
saatda 105 km sürətlə hərəkət etməyi bacarırdı.
Maraqlıdır ki, sürətlə inkişaf edən və
gələcəyinə
böyük
ümidlər
bəslənən
elektromobil dünyası birdən-birə, daha dəqiq
desək, XX əsrin əvvəllərindən başlayaraq
sükuta qərq oldu və bu texnologiya demək
olar ki, unuduldu. Bunu isə tədqiqatçılar bir
neçə səbələ izah edirlər.
Ən böyük səbəb isə əlbəttə ki, zəngin neft yataqlarının üzə çıxması və
dünyanın bir sıra iri ölkələrinin neftə olan marağının artması idi. Məhz bunu
nəzərə alan avtomobil istehsalçıları da artıq elektrik deyil, yanacaqla hərəkət
edən və daha böyük sürətə, uzun məsafə qət etmək bacarığına malik, həmçinin
manevr imkanları ilə seçilən nəqliyyat vasitələrinə üstünlük verirdilər. Nəticədə,
elektromobillərin istehsalı sürətlə azalmağa doğru getdi. Məsələn, 1920-ci ildə
dünyada elektrik mühərriki ilə işləyən avtomobillərin sayı cəmi 1%, 1930-cu
ildə isə qeyd olunan rəqəmdən də az idi.
Yalnız 1980-ci ilin sonunda dünya yenidən demək olar ki, unudulmuş
elektromobilləri xatırlamaq məcburiyyətində qaldı. Belə ki, atmosfer qatının
həddən artıq çirklənməsi, təbiət hadisələrinin çoxalması, cəmiyyətin təmiz hava,
8
su, qida çatışmazlığı ilə üzləşməsi, həmçinin neft yataqlarının tədricən azalması
diqqəti yenidən elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinə yönəltdi.
Müasir dövrdə elektromobillərin bir-
birindən maraqlı və zəngin texniki imkanlara
malik növləri var. Ekoloji baxımdan təmizliyi ilə
seçilən bu nəqliyyat vasitələrindən əsasən ictimai
nəqliyyatda
geniş
istifadə
olunur.
Elektomobillərin daha geniş yayıldığı ölkə isə
ABŞ-dır. Amerikanın 1996-cı ildən 2003-cü
ilədək istehsal etdiyi GM EV1 modeli isə bir çox
keyfiyyətlərinə görə avtomobil həvəskarlarının
rəğbətini qazanıb.
9
Dünya təcrübəsi
Avropa
2015-ci ilin 1-ci rübündə Avropada alternativ yanacaqla işləyən
avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli
dərəcədə (28,8%) artmışdır. Elektrik ilə işləyən nəqliyyat vasitələrinin
qeydiyyatında bu artım daha çox müşahidə olunmuşdur. Belə ki ötən ilin eyni
dövrü ilə müqayisədə qeydiyyata alınan elektrik ilə işləyən nəqliyyat
vasitələrinin sayı 2 dəfə artıq olmuşdur. Hibrid avtomobillərinə tələb də yüksək
olmuşdur, belə ki, ilin ilk üç ayında 21,4%, propan və təbii qazla işləyən
nəqliyyat vasitələrində isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% artım
olmuşdur. Avropanın əsas bazarlarına baxdıqda analoji dövrdə alternativ
yanacaqla işləyən nəqliyyat vasitələrinin qeydiyyatında ən böyük artım 62,4%-lə
Böyük Britaniyada müşahidə olunur. Böyük Britaniyanı 33,9%-lə Fransa,
18,1%-lə İtaliya, 11,3%-lə Almaniya izləyir.
Böyük Britaniya
Böyük Britaniya hökuməti 2009-cu ilin aprelində özünün 250 milyon
Britaniya funtu həcmində “yaşıl avtomobil” strategiyasını elan etdi. Bu
strategiya Böyük Britaniyanın atmosferə atılan karbon dioksid qazının 2020-ci
ilə qədər 26%, 2050-ci ilə qədər 80% azaldılması məqsədinə xidmət edirdi (Jha,
2009). Bu strategiya çərçivəsində alıcılara 5.000 funta qədər qrant təklif olunur.
2009-cu ilin sentyabrında Enerji Texnologiyaları İnstitutu tərəfindən
“Birləşmiş Şəhərlər Planı” (The Joined-Cities Plan) başladıldı. “Birləşmiş
Şəhərlər Planı” vasitəsilə Enerji Texnologiyaları İnstitutu özəl sektoru da cəlb
etməklə elektrik ilə işləyən nəqliyyat vasitələri sahəsində özünü təmin edən
bazar inkişaf etdirməyi və Böyük Britaniyanı “yaşıl nəqliyyat vasitələri”
sahəsində dünya lideri etməyi nəzərdə tutur. 11 milyon funtluq plan çərçivəsində
Böyük Britaniya boyunca elektrik şarj üçün girişi olan hibrid avtomobillərinin
asanlıqla enerji doldurmasına şərait yaradan enerji doldurma məntəqələrinin
10
şəbəkəsi quruldu. London, Oksford, Birmingem, Qlazqo və Nyukastl da daxil
olmaqla 9 şəhər bu plana qoşuldu.
Həmçinin 2009-cu ilin sonundan hökumət elektrik ilə işləyən avtomobil
sınağının koordinasiyası üçün 25 milyon funtluq layihə təqdim etdi. Layihə
Böyük Britaniyada elektrik ilə işləyən nəqliyyat vasitələrinin tətbiqini
sürətləndirmək üçün nəzərdə tutulmuşdur. 340 elektrik ilə işləyən nəqliyyat
vasitəsi Böyük Britaniyanının bir neçə şəhərində uzun müddətli sınağa cəlb
edildi. Bu eksperimenti əlaqələndirmək üçün regional inkişaf agentlikləri,
universitetler, enerji şirkətləri birlikdə işləyəcək.
Fransa
Eynilə Fransa hökuməti 2020-ci ilə qədər 2 milyon elektrik ilə işləyən və
hibrid avtomobil istehsalı üçün infrastrukturun yaradılmasına 1,5 milyard
avroluq investisiya etməyi planlaşdırır. Bu investisiya əsasən infrastrukturun
tikilməsinə fokuslanacaq, həm də yaşıl nəqliyyat vasitələri istehsalçılarını və
alıcılarını subsidiyalar ilə təmin edəcək. 2020-ci ilə qədər enerji doldurma
şəbəkəsi inkişaf edəcək, ümumilikdə enerjidoldurma nöqtələrinin sayının 4
miyona çatdırılması (hər bir nəqliyyat vasitəsi üçün 2 məntəqə) planlaşdırılır.
Hökumət həm də istehsalçıları Fransada elektrik ilə işləyən nəqliyyat
vasitələrinin istehsalı zavodlarının yaradılması üçün 100 milyonlarla avro
məbləğində vəsaitlə təmin edir. Məsələn hökumət Paris yaxınlığında Flinsdə
batareya istehsalı zavodunun tikintisi üçün “Renault” şirkətinə 125 milyon
avroluq kömək etmişdir. “Peugeot” və “Daimler” kimi avtomobil istehsalçıları
da hökumətdən elektrik ilə işləyən nəqliyyat vasitələrinin inkişafı üçün maliyyə
dəstəyi almışlar.
“Renault-Nissan” alyansı Fransız-Yapon avtomobil istehsalçılarının
starteji əməkdaşlığı nəticəsində yaradılmışdır. “Renault” şirkətinin qərargahı
Fransanın Paris şəhərində, “Nissan” şirkətinin qərargahı isə Yaponiyanın
Yokohama şəhərində yerləşir.
11
Şirkətlər 1999-cu ildən strateji tərəfdaş olmuşlar, təxminən 450 min
işçiləri və 8 markaları var: “İnfiniti”, “Renault Samsung Motors”, “Dacia”,
“Datsun”, “Venucia”, “Lada”, eləcə də “Renault” və “Nissan”. Qrup 2013-cü
ildə dünyada 8,3 milyon avtomobil satmışdır. Alyans yaşıl avtomobil
istehsalında dünya lideri olmaq üçün özünün elektrik ilə işləyən nəqliyyat
vasitələri və batareya inkişaf proqramlarına 4 milyard avro xərcləmişdir. Bu
investisiyalar əsasında yaradılmış ilk elektrik avtomobili “Nissan Leaf” idi.
2010-cu ilin dekabrında ABŞ və Yaponiyada buraxılmışdır. 2011-2013-cü illər
arasında Renault 4 batareya ilə işləyən nəqliyyat vasitəsi buraxdı.
Alyans dünyanın ən böyük elektrik nəqliyyat vasitələri istehsalçısıdır ki,
iyun 2015-ci ilə qədər qlobal satışları 250 minə çatmışdır. Alyansın ən çox
satılan elektrik avtomobili “Nissan Leaf”dir. 2015-ci ilin iyun ayına qədər
“Nissan Leaf”in satışı 180 mini keçmişdir. “Nissan Leaf” eyni zamanda tarixdə
ən çox satılan elektrik nəqliyyat vasitəsidir. Nissanın 2-ci elektrik ilə işləyən
avtomobili isə 2014-cü ilin iyununda Avropada, oktyabrında isə Yaponiyada
buraxılan “Nissan e-NV200” modeli oldu. “Nissan” 2017-ci ilin martına qədər
daha 2 elektrik ilə işləyən avtomobil modeli buraxmağı planlaşdırır. 2013-cü
ildə Alyans 2020-ci ilə qədər 1,5 milyon elektrik ilə işləyən nəqliyyat vasitəsi
satmaq hədəfini elan etdi. Eyni zamanda Böyük Britaniya və Portuqaliyada
elektrik avtomobilləri üçün litium-ion batareyalarının istehsalı zavodlarının
tikintisini planlaşdırır.
İspaniya
İspaniya Avropada 2-ci, dünyada isə 12-ci ən böyük avtomobil
istehsalçısıdır. İspaniyada 17 avtomobil istehsalı zavodu mövcuddur. Bu sənaye
sahəsində 300 min nəfər çalışır. 2013-cü ildə İspaniyada 2,2 milyon avtomobil
istehsal olunmuşdur ki, onun da 1,9 milyonu dünyanın 130-dan çox ölkəsinə
ixrac edilmişdir. “Renault”, “Mercedes-Benz”, “Peugeot-Citroen”, “Nissan”
özlərinin elektrik ilə işləyən nəqliyyat vasitələrini İspaniyada istehsal edirlər.
“Commarth” şirkəti isə 100% ispan mənşəli elektrik ilə işləyən nəqliyyat
12
vasitələri istehsalçısıdır. İspaniyada yerləşən avto-hissə istehsal edən şirkətlər
elektrik və hibrid avtomobillərini komponentlərlə təmin edir. İspaniyada elektrik
ilə işləyən nəqliyyat vasitələrinin inkişafı üçün “AEDİVE” biznes assosiasiyası
fəaliyyət göstərir. İspan şirkətləri və Araşdırma Texnologiya mərkəzləri yeni
batareyalar üzrə 3 Avropa layihəsinə başçılıq edir: “NECOBAUT”,
“SOMABAT” və “GREENLİON”.
Ümumiyyətlə bir sıra Avropa ölkələri son bir neçə ildə elektrik ilə işləyən
nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi hədəfini müəyyən ediblər.
Avropa üzrə 2020-ci ilə qədər 8-9 milyon elektrik ilə işləyən nəqliyyat
vasitələrinin istifadəyə verilməsi hədəflənmişdir. Lakin hədəflər ölkələr üzrə
dəyişir. Məsələn, Fransanın elektrik ilə işləyən nəqliyyat vasitələrə dair 2020-ci
ilə qədər 2 milyon, Almaniyanın 1 milyon, Niderlandın 2020-ci il üçün 200 min,
2025-ci il üçün isə hədəfi vardır.
Norveç
Norveç hal-hazırda elektromobillərin istehsalına görə əsas yerlərdən birini
tutur. Elektrik avtomobillərinin inkişafı Norveçdə 5 fərqli mərhələdən
keçmişdir. Bunlar konseptin inkişafı, test edilməsi, erkən bazar, bazara giriş,
bazar genişləndirilməsi mərhələləridir.
Konsept inkişafı mərhələsində (1970-1990) elektrik nəqliyyat
vasitələrinin prototipləri “Bakelittfabrikken” (“Th!nk”in sələfi), “Strømmens
Verksted” və “ABB” kimi özəl müəssisələr tərəfindən Norveç araşdırma
şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.
Test mərhələsində (1990-1999), ilk nəqliyyat vasitələri ictimai test
proqramlarında sınaqdan keçirilmiş və Norveç istehsalı Elektrik ilə işləyən
nəqliyyat vasitələri buraxılmışdır (“Th!nk”). İlk istifadəçilər müəssisə və
təşkilatlar idi. Lobbiçilik fəaliyyəti başlandı və Norveç Elektrik ilə işləyən
nəqliyyat vasitələri assosiasiyası “Norstart” yaradıldı. Bu da elektromobillər
üçün ilk imtiyazların tətbiqi ilə nəticələndi ki, bu imtiyazlara qeydiyyat vergisi
və illik nəqliyyat vasitələri lisenziya haqqından və yol gömrük rüsumundan azad
13
etmələr daxil idi. Danimarkadan “Kewet” elektromobilləri idxal edildi. Bu
mərhələ “Th!nk” və balaca “Kewetin” müflis olması ilə qutardı.
Erkən Bazar mərhələsi ”Ford Motor”un 1999-cu ildə “Th!nk”i alması və
ilk modeli buraxması ilə başladı. Norveçdə “Kewet” istehsalına başlandı. Yeni
imtiyazlar başlandı ki bunlara aiddir: 2001-ci ildən ƏDV-dən azad olma (25%
Norveçdə).
Bazara giriş mərhələsi (2009-cu ildən) yeni “Th!nk” və “Pure Mobility”
(“Buddy” və ya “Kewet” kimi tanınır) modellərin buraxılması ilə başlandı.
2013-cü il bazar genişlənməsi mərhələsi ilə elektrik ilə işləyən nəqliyyat
vasitələri təklif edən maşın dillerlərinin sayı artdı. 2013-cü ilin birinci yarısında
elektrik ilə işləyən nəqliyyat vasitələrinin sayı 13 mini keçdi. 2013-cü ildə
Norveç elektrik ilə işləyən nəqliyyat vasitələri bazarının inkişafı üçün nəzərdə
tutulan imtiyazlara qabaqcıl dövlət olmuşdur. Nəticədə illik satış üzrə
adambaşına düşən ən yüksək göstərici Norveçdədir.
Norveçdə elektrik ilə işləyən nəqliyyat vasitələrinin avtonəqliyyat
vasitələrinin ümumi sayında payı hələ də 2%-dən azdır. Buna baxmayaraq
Norveçdə elektromobillərin satışı digər ölkələrlə müqayisədə yüksəkdir.
Elektromobillərin təşviqi üçün nəzərdə tutulan iqtisadi imtiyazların bu
göstəricidə xüsusi rolu var.
Norveçdə elektromobillərin təşviqi üçün həyata keçirilən siyasət və
nəzərdə tutulan imtiyazlara daxildir (ev təsərrüfatları üçün nəzərdə tutulub) :
Fiskal: Avtomobilin qeydiyyatı üçün vergidən azad olunma, nəqliyyat
vasitəsinin istifadəsi üçün illik lisenziya haqqının azaldılması, tətbiq
olunan gəlir vergisinin azaldılması (şirkət avtomobilləri üçün nəzərdə
tutulur), ƏDV-dən azad olunma və s.
Lokal: Avtobus zolaqlarına çıxış imkanları, yol vergisindən azad olunma,
bərələrdən istifadə zamanı aşağı tariflər, pulsuz parkovka imkanları, şarj
stansiyaları (enerjidoldurma stansiyaları) pulsuz istifadə.
14
Yalnız 2 imtiyaz elektrik şarjı üçün girişi olan hibrid avtomobillərə təqbiq
olunur ki, bunlara da: qeydiyyat üçün gömrük rüsumundan azad olunma və
ictimai şarj stansiyalarından pulsuz istifadə daxildir.
Bir çox hökumətlər elektrik ilə işləyən nəqliyyat vasitələri üçün
infrastrukturun yaradılmasına investisiya edir (“Charging” stansiyaları, parkinq
üçün xüsusi yerlər və s.). Məsələn Estoniyada ölkə ərazisində 165 sürətli
enerjidoldurma məntəqəsi quraşdırılmışdır. 5.000 vətəndaşdan birinə azı 1
stansiya düşür.
Almaniya
Avtomobil sənayesi Almaniyada ən böyük sənaye sahəsidir. Belə ki 2013-
cü ildə Alman avtomobil istehsalçıları 13 milyon nəqliyyat vasitəsi istehsal
etmişdirlər ki, bu da qlobal istehsalda payı 17%-dir. Almaniya Avropada
avtomobil istehsalına görə liderdir, belə ki 2013-cü ildə Alman zavodlarında 5,4
milyon minik avtomobili istehsal olunmuşdur. 2013-cü ildə avtomobil
sektorunun illik dövriyyəsi 361 milyard avro olmuşdur ki, bu da ümümi sənaye
gəlirlərinin 20%-i deməkdir.
Təqribən 756 min işçi avtomobil sənayesində işləyir (2013). ÜDM-nin
20%-i demək olar ki avtomobil sektorundan gəlir. Almaniya 2020-ci ilə qədər
elektromobillər üçün ən böyük bazara çevrilməyi öz qarşısına qoymuşdur. “1
milyon elektrik ilə işləyən nəqliyyat vasitələri 2020-ci ilə kimi yollarda” “Milli
Elektromobillərin İnkişafı Planının” əsas məqsədidir. İndiyə qədər Alman
hökuməti elektromobillərin inkişafı üçün regionlarda 1,5 milyard avro sərmayə
yatırıb. Eyni dövr ərzində avtomobil istehsalçıları isə elektrik ilə işləyən
nəqliyyat vasitələrinin inkişafına 17 milyard avro sərf ediblər. “Pilot regionlarda
Elektromobiliti” proqramı Almaniyada 8 pilot elektromobil layihəsinini həyata
keçirilməsinə 130 milyon avro sərmayə ayırıb.
2014-cü ildə yeni “Elektromobillər qanunu” qəbul olunmuşdur ki, bu
qanun 2030-cu ilin iyun ayına kimi qüvvədə olacaq. “Milli Elektromobillərin
15
İnkişafı Planı” çərçivəsində ilkin olaraq avtomobillərin, enerji saxlama cihazları
və infrastrukturun inkişafı üçün 500 milyon avrodan çox vəsait ayrılacaq.
2010-cu ilin fevral ayında İqtisadiyyat və Texnologiya Nazirliyi
Nəqliyyat, Tikinti, Şəhərsalma Nazirliyi ilə birgə Elektromobillər üçün birgə
agentlik (GGEMO) yaratdı. Agentlik xüsusi olaraq Federal hökumətin
elektromobillər üçün tapşırıqlarını əlaqələndirmək və sürətləndirmək üçün
yaradılmışdır.
2010-cu ilin may ayında isə Alman Federal hökuməti siyasət, sənaye, elm,
yerli hakimiyyət orqanları və istehlakçılardan ibarət “Milli Elektromobil
Platforması” (NPE) təşkil etdi.
Hökumətin elektromobillər proqramı elektromobillərin təşviqi üçün bir
sıra vergi güzəştləri mexanizmləri və yol idarə edilməsi tədbirləri müəyyən edir.
Asiya
Hindistan
Hindistan 2012-ci ildə 3,3 milyon avtomobil və 13 milyondan artıq
ikitəkərli nəqliyyat vasitələri istehsal edərək əsas avtomobil istehsalçılarından
birinə çevrilmişdir. Əgər 2002-ci ildə qlobal maşın istehsalında Hindistan
sənayesinin payı 1,69% idirsə, keçən 10 illikdə sürətli inkişaf edərək 2012-ci
ildə bu rəqəm 5,2%-ə çatmışdır.
Eyni zamanda ikitəkərli nəqliyyat vasitələrinin istehsalı bazarında 2-ci ən
böyük olmuşdur (Çindən sonra). Avtomobil sənayesində dominantlığı daxili
yanma mühərrikləri ilə işləyən avtomobillər təşkil edir. Hindistanda atmosferə
atılan karbon dioksid (istixana qazı) qazının 18%-i nəqliyyat sektorunun payına
düşür (SMEV, 2012), neft istehlakının 70%-i isə idxal edilir (EIA, 2011). Neft
asılılığını azaltmaq, yeni iş yerlərinin yaradılması və iqtisadi inkişaf, şəhər
çirklənməsinin azalması kimi üstünlüklər və nəhayət bu texnologiyaya artan
qlobal maraq Hindistan hökumətini elektromobillərin təşviqinə yönəltdi.
16
Hindistan 2000-ci illərin əvvəllərindən alternativ enerji ilə işləyən
nəqliyyat vasitələrinin, xüsusilə də elektrik ilə işləyən nəqliyyat vasitələrinin
genişləndirilməsi siyasətinə keçdi. 2010-cu ildə Yeni və Bərpa olunan Enerji
Nazirliyi 2 və 3 təkərli elektrik nəqliyyat vasitələrinin alınması üçün
subsidiyaların verilməsinə başladı. Bunun ardı olaraq 2011-ci ilin əvvəlində
Hökumət Ağır Sənaye Departamentinin nəzdində Yeni və Bərpa olunan Enerji
Nazirliyinin, Ətraf Mühit və Meşə Nazirliyinin və Şəhərsalma Nazirliyinin
iştirakı ilə “Elektromobillər üçün Milli Missiya” proqramını elan etdi.
“Elektromobillər üçün Milli Missiya” Planı 2020 (əsas məqamlar)
Məqsəd:
2020-ci ilə kimi yollara 6-7 milyon elektriklə işləyən nəqliyyat
vasitələri (EV) buraxmaq
Qalıq yanacaqlardan asılılığı azaltmaq
Təmiz texnologiyaları təbliğ etmək
Bu necə həyata keçiriləcək?
Hökumət və avtomobil sənayesi birlikdə Hindistanda elektriklə
işləyən nəqliyyat vasitələrinin inkişafına 230 milyard İNR (təqribən
3,7 milyard dollar) investisiya yatıracaqlar.
Hökumət növbəti 5-6 il ərzində 140 milyard İNR yaxın (təqribən
2,2 milyard dollar) investisiya qoyacaq. Avtomobil istehsalçıları isə
80 milyard İNR (təqribən 1,3 milyar dollar) sərmaye qoyacaqlar.
Hindistan elektriklə işləyən avtomobillərin istehlakını qəbul
etdirmək üçün dəstək tədbirlərindən istifadə edəcək
Əməkdaşlıq:
Almaniya və Çin firmaları və tədqiqat mərkəzləri ilə potensial
əməkdaşlıq imkanları araşdırılacaq
Avtomobil sektoru üzrə Hind-Alman Birgə İşçi qrupu səmərəli
avtomobil texnologiyaları, alternativ yanacaqların və sürücülərin
inkişafında əməkdaşlığın gücləndirilməsi üçün yaradılmışdır.
Elektrik ilə işləyən nəqliyyat vasitələri bazarı Hindistanda sürətlə inkişaf
edir. Hindistanda elektrik avtomobillərinin istehsalçısı və satıcısı yalnız
17
“Mahindra-Reva” markasıdır. Eynilə hibrid avtomobillərinin satıcısı isə “Toyota
Kisloskar”dır.
Çin
2013-cü ildə dünyada təxminən 87 milyon avtomobil istehsal edilmişdir
ki, onun da təqribən ¼ hissəsi Çinin payına düşür. Eyni ildə Çinin illik
avtomobil istehsalı Almaniya, Yaponiya və ABŞ-ın birgə istehsalını üstələmiş,
avtomobil sənayesinin ümumi gəliri 834 milyard ABŞ dollarına çatmışdır
(Statista 2015
).
Adambaşına düşən avtomobil sayını nəzərə alsaq Çin avtomobil
bazarı üçün böyük inkişaf potensialı var. Analitiklər hesab edirlər ki, Çin
gələcəkdə alternativ enerji ilə işləyən avtomobillər üçün də ən böyük bazara
çevriləcək. Hal-hazırda Çin hökuməti elektrik ilə işləyən nəqliyyat vasitələrinin
inkişafının sürətləndirilməsi və təşviqi üçün siyasət həyata keçirir.
Çin hökuməti 1991-1995-ci illərdə “Milli 8-ci 5 illik Plan” (National
Eighth Five-Year Plan) dövründə elektrik ilə işləyən nəqliyyat vasitələrinin
inkjişafını dəstəkləməyə başladı. Daha sonra isə elektrik ilə işləyən nəqliyyat
vasitələri sənayesinin inkişafı “Milli 863 Plan”ına daxil edildi. 2008-ci ildə
Elektrik ilə işləyən nəqliyyat vasitələrinin istehsalını təşviq etmək üçün “Milli
Yeni Enerji Avtomobil Sənayesi T10 İttifaqı” yaradıldı. Bu ittifaqa 10 əsas
avtomobil şirkəti daxildir. 2006-2010-cu illərdə “Milli 11-ci 5 İllik Plan” (
National Eleventh Five-Year Plan) çərçivəsində elektrik ilə işləyən nəqliyyat
vasitələri istehsal edən şirkətləri dəstəkləmək üçün araşdırma və inkişaf (R&D)
layihələrinə təqribən 1,2 milyard yuan (təxminən 165 milyon ABŞ dolları)
sərmaye yatırdı. Hal-hazırda Çində elektrik ilə işləyən nəqliyyat vasitələri
sənayesinin əsas iştirakçıları “Şangay” Avtomotiv Sənayesi Korporasiyası
(SAİC), “Dongfeng Motor” Korporasiyası (DFM), “FAW” qrup korporasiyası
(FAW), Çanqan Avtomobil Qrupu, “Beijing” Avtomobil Korporasiyası, “Geely”
Avtomobil Korporasiyası, “Chery” Avtomobil Kompaniyası, “BYD” şirkəti və
digər şirkətlərdir.
18
“FAW” şirkəti 1953-cü ildə yaradılmışdır və Çinin ilk avtomobil
şirkətidir. 1990-cı ildən bəri elektrik avtomobilləri istehsal edir və 2010-cu ildən
bəri “Milli Yeni Enerji Avtomobil Sənayesi T10 İttifaqı”nın üzvüdür. “Bugünə
qədər Çin kökuməti Elektrik ilə işləyən nəqliyyat vasitələrinin ekosisteminin
inkişafını sürətləndirmək üçün 37 milyard yuan (təxminən 6 milyard ABŞ
dolları) investisiya etmişdir. Elektrik ilə işləyən nəqliyyat vasitələri sənayesi
Milli inkişaf və İslahat Komissiyası tərəfindən 7 strateji yeni sənaye sahəsindən
biri kimi seçilmişdir.
Enerjidoldurma məntəqələri elektrik ilə işləyən nəqliyyat vasitələri
sənayesinin əsas komponentlərindən biridir. Onların sayının azlığı elektrik
avtomobillərinin inkişafına mənfi təsir göstərir. 12-ci 5 illik plan çərçivəsində
(2011-2015) hökumət 25 şəhərdə 2 minə yaxın enerjidoldurma məntəqəsi və 400
minə yaxın şarj düyməsi quraşdıracaq.
Çin həm də elektrik avtomobillərinin inkişafı sahəsində ikitərəfli
əməkdaşlığa üstünlük verir. Belə ki Çin, ABŞ və Almaniya ilə bu sahənin
inkişafında birgə fəaliyyət göstərir. Çinin öz ixrac yönümlü istehsal sektoru ilə
ABŞ-a elektrik avtomobilləri, onların hissələri, batareyalar və digər
komponentlər satmaq planları var. Eyni zamanda, ABŞ texnologiya və nəqliyyat
vasitələrinin texniki modelləşdirilməsi sahəsində dünya lideridir. ABŞ və Çin
birgə ABŞ-Çin Təmiz Enerji Mərkəzi (CERC) yaratmışdırlar ki, bu da əsasən 3
sahəyə fokuslanır: təmiz kömür, “yaşıl” binalar və təmiz nəqliyyat vasitələri.
Digər tərəfdən Çin elektrik ilə işləyən avtomobil sənayesinin inkişafında
bir sıra Avropa ölkələri ilə də əməkdaşlıq edir. Hal-hazırda Çin Avtomobil
Texnologiya və Araşdırma Mərkəzi Almaniya ilə birlikdə Çində “Mini-e”
elektrik ilə işləyən avtomobili üçün bazar araşdırması həyata keçirir.
Hazırda həyata keçirilən “Yanacaq-səmərəli və Yeni enerji Avtomobillər
üçün İnkişaf Planı” alternativ enerji ilə işləyən avtomobil sənayesinə dəstək
üçün əsas sənaye planı kimi görülə bilər. Bu plan Çinin alternativ enerji ilə
işləyən avtomobillərinin sayınının 2020-ci ilə qədər dünya lideri etməyi nəzərdə
tutur. Daha çox elektrik ilə işləyən avtomobillərin inkişafına diqqət ayırır və
19
hökumət alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin inkişafı zənciri üçün
100 milyard çin yuanı (təqribən 16 milyard ABŞ dolları) investisiya edəcəkdir
(Li 2010).
Plan 2020-ci il üçün hədəflənmişdir və 2 müxtəlif mərhələdən ibarətdir: 1-
ci mərhələdə (2011-2015-ci illəri əhatə edir) elektrik ilə işləyən nəqliyyat
vasitələri və “plug-in” hibrid maşınları üçün ilkin inkişaf mərhələsi olacaq. Bu
dövrdə Çin müəssisələri əsas texnologiyaların, avtomatik transmissiya, yüngül
materiallar istehsalını idarə edir.
2-ci mərhələdə isə (2016-2020-ci illər üçün nəzərdə tutulub)
avtomobillərin inkişafına daha çox diqqət yetiriləcək. 2020-ci ilə kimi
avtomobillərin sayının 5 milyona çatdırılması hədəflənmişdir.
“10 Şəhər, 1000 nəqliyyat vasitəsi proqramı” (Ten cities, one
thousand Vehicles Program)
2008-ci ildə Çin hökuməti “10 Şəhər, 1000 nəqliyyat vasitəsi proqramı”nı
təqdim etdi ki, proqram şəhərlərdə elektrik ilə işləyən avtomobillərin fərdi və
ictimai istifadəsinə təşviq üçün kömək edirdi. 2009-cu ilin əvvəlində ilk olaraq
bu proqramda iştirak etmək üçün 13 şəhər seçildi, daha sonra 2010-cu ildə 7
şəhər daha bu proqrama əlavə olundu. Nəhayət 2011-ci ildə proqram 25 şəhərə
genişləndirildi. İlk olaraq 5 pilot şəhərdə (Şanxay, Çanqçun, Şenzen, Hanqzhou,
Hefei şəhərlərində) şəxsi elektrik avtomobilləri və digər alternativ enerji ilə
işləyən avtomobillərin alıcılarına subsidiyalar təklif edilir.
Aşağıdakı cədvəldə 8 Çin avtomobil istehsalçısının buraxdığı elektrik ilə
işləyən nəqliyyat vasitələri və onların daxili yanma mühərriki ilə işləyən
ekvivalentləri verilmişdir.
İstehsalçının adı
Modelin adı
(elektrik ilə işləyən
model)
Modelin adı
(daxili yanma
mühərriki ilə işləyən)
BYD
E6
M6
Chery
M1 EV,QQ3 EV
M1, QQ3
Chana
Benni EV-Chana
Benni
Zotye
5008 EV
5008
20
Gonow
GA6380 EV
GA6380
Haima
Freema EV
Freema
Lifan
620 EV, 320 EV
620,320
Great Wall Motors
ULLA
PERI
Yaponiya
2012-ci ildə Yaponiyanın batareya elektrik avtomobilləri qlobal satış
bazarının 20%-ni, elektrik şarjı üçün girişi olan hybrid avtomobilləri isə qlobal
bazarın 12%-ni təşkil etmişdir. 2013-cü ildə 29.761 elektrik şarjı üçün girişi olan
elektrik avtomobili satılmışdır ki, “Nissan Leaf”in bu satışda payı 49%,
“Mitsubishi Outlander”in isə 36% təşkil edir.
Elektrik avtomobillərinin inkişafı üçün dəstəklər 1970-ci ildən başlandı.
1993-cü ildə elektrik şarjı üçün girişi olan elektrik avtomobilləri üçün 1.000
enerjidoldurma stansiyasının qurulması məqsədilə “Eko-Stansiya” (Eco-Station)
layihəsi başladı. 2013-cü ilin avqust ayının məlumatına əsasən Yaponiyada
1.700 sürətli, 3.000 normal olmaq üzrə enerji doldurma məntəqəsi var ki, sürətli
enerji doldurma məntəqələri əsasən “Nissan” dilerlərində yerləşir.
Yaponiya atmosferə atılan istixana qazlarının qarşısının alınması üçün
hərəkətə keçən ilk dövlətlərdən biridir. Elektromobillərin təşviqi də bu
startegiyanın bir parçasıdır.
Yaponiya hal-hazırda enerji resurslarının demək olar ki hamısını idxal
edir. 2011-ci il sunamisinə qədər Yaponiya nüvə enerjisinin ən böyük üçüncü
istehsalçısı idi. Sunamidən sonra Yaponiya özünün kömür, neft və qaz idxalını
artırıb. Alternativ enerji mənbələri, məsələn hidroenerji Yaponiyanın enerji
istehlakının cəmi 6%-ni təşkil edir.
Yaponiya eyni zamanda batareya ilə işləyən elektrik avtomobillərinin
inkişafında dünya lideri olan və litium-ion batareyalarını ilk sınaq edən
avtomobil şirkəti “Nissan” şirkətinin vətənidir. 2009-cu ildə Yaponiyanın qlobal
litium-ion istehsalında payı 57%, Cənubi Koreya 17% və Çin isə 13% olmuşdur.
Batareya sənayesi Yaponiyanın sənaye siyasətində potensial inkişaf edən
sahələrdən biri kimi vurğulanmışdır.
21
Son hökumət siyasəti olan “Gələcək nəsil Avtomobil Strategiyası 2020”
2020-ci ilə qədər ölkədə 2 milyon enerji doldurma, 5.000 sürətli enerji doldurma
mənətəqəsinin qurulması hədəfi daxil edilmişdir. Bu siyasətin bir hissəsi olaraq
2011-2012-ci illərdə enerji təchizatı infrastrukturunun yaradılmasına və
alıcıların imtiyazlarla təmin olunmasına 356 milyon ABŞ dollar ayrılmışdır.
2001-ci ildən bəri yaponiya elektrik ilə işləyən nəqliyyat vasitələrinin
alıcılarına müəyyən imtiyazlar edir. Bu imtiyazlar məbləğlərinə və strukturuna
görə fərqlidir. 2012-2015-ci illər üçün isə elektrik şarjı üçün girişi olan hibrid
avtomobilləri və müəyyən dizel və təbii qazla işləyən avtomobillər əlavə dəyər
vergisindən azad edilib.
ABŞ
Son bir neçə il ərzində ABŞ bazarında elektrik ilə işləyən nəqliyyat
vasitələrinə maraq artmışdır. 2008-ci ildən 2014-cü ilin sentyabrına kimi ABŞ-
da 250 mindən çox elektrik avtomobili satılmışdır ki, ümumi satışın 40%-i
Kaliforniyanın payına düşür. 2014-cü ilin iyun məlumatına əsasən ABŞ elektrik
avtomobilləri bazarında 45% qlobal satış payı ilə dünya lideridir. Bu müddətdə
ən çox satılan avtomobillər “Chevrolet Volt”, “Nissan Leaf”, “Prius PHV” və
“Tesla Model S” olmuşdur. ABŞ-da dövlət səviyyəsində elektrik ilə işləyən
nəqliyyat vasitələrinin təşviqi məqsədilə siyasət həyata keçirilir. ABŞ daxili
istehsalın və litium-ion texnologiyasında qlobal liderə çevrilmək üçün böyük
məbləğdə investisiya etmişdir.
Tenesi, Delaver və Kaliforniya ştatlarında elektromobil zavodlarına 2,4
milyard ABŞ dolları məbləğində kredit ayrılmış, elektrik ilə işləyən nəqliyyat
vasitələri üçün batareya, motor və digər komponentlər istehsal edən 30 zavoda 2
milyard ABŞ dolları dəyərində qrant verilmişdir.
Vergi güzəştləri və digər tədbirlər istehlakçıların elektrik ilə işləyən
nəqliyyat vasitələrini seçməsi üçün təkan olmuşdur. Bərpa aktı (The Recovery
22
Act) çərçivəsində vergi krediti ayrılmışdır (nəqliyyat vasitəsinin batareya
gücündən asılı olaraq 2.500 dollardan 7.500 dollara qədər).
2011-ci ildə ABŞ Prezidenti Barak Obama ölkənin neft asılılığını
azaltmaq məqsədilə 2015-ci ilin sonuna qədər yollara 1 milyon elektrik ilə
işləyən nəqliyyat vasitəsi buraxmaq məqsədlərini elan etmişdir.
Elektrik avtomobilləri daxili yanma mühərriki ilə işləyən və hibrid
avtomobillərə nisbətən bahadır ki, bunun da səbəbi litium-ion batareyalarının
dəyəridir. 2013-cü ildə Enerji Səmərəli İqtisadiyyat üçün Amerika Şurası
(American Council for an Energy-Efficient Economy) hesabatında bildirildi ki,
batareya qiymətləri 2007-ci ildə hər kilovat saat üçün 1.300 ABŞ dollarından
2012-ci ildə 500 ABŞ dollarına düşmüşdür. ABŞ-ın Energetika Departamenti
batareya qiymətlərinin aşağı salınması üçün hədəflər qoymuşdur. Departamentin
sponsorluğu ilə həyata keçirilən araşdırma nəticəsində 2022-ci ilə qədər batareya
qiymətlərinin 125 dollar/kilovat saat olması hədəflənir.
Tesla Motors – elektrik avtomobilləri və elektrik nəqliyyatı üçün
qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Amerikan
şirkətidir. “Tesla” şirkəti özünün birinci idman maşını olan “Tesla Roadster”
modelinin istehsalının ardınca geniş diqqət mərkəzinə çevrilib. Şirkətin növbəti
modelləri lüks sedan “Model S”, “Model X” və “Model 3” markalarıdır. “Tesla
Motors” elektrik mühəndis və fizik Nikola Teslanın şərəfinə adlandırılıb.
Qlobal elektrik ilə işləyən nəqliyyat vasitələri bazarı əsasən Avropa, ABŞ
və Yaponiyanı əhatə edir. 2009-cu ildə Obama administrasiyası 2015-ci ilə kimi
yollara 1 milyon elektrik şarjı üçün girişi olan avtomobil buraxmaq məqsədlərini
elan etdi. Stimul, batareya istehsalı (2 milyard ABŞ dolları), avtomobil vergisi
krediti (2 milyard ABŞ dolları), infrastrukturun yaradılması (400 milyon ABŞ
dolları), yüksək səmərəli nəqliyyat vasitələrinin ictimai istifadə üçün satın
alınması (300 milyon ABŞ dolları) və s. daxil olmaqla bu proqram üçün dövlət
tərəfindən 14,4 milyard ABŞ dolları vəsait ayrıldı.
Dostları ilə paylaş: |