Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
329
İdarə Komitəsi” adlı separatçı dövlət qurumu yaradıldı. A.İ.Volskinin sədrlik etdiyi bu qurum vəziyyəti
sabitləşdirmək əvəzinə, onu daha da kəskinləşdirdi.
1991-ci ilin sonlarında Ermənistan faktiki olaraq Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz
müharibəyə başladı. Ermənistanın hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldular və
Dağlıq Qarabağın erməni separatçı- terrorçuları ilə birləşərək ölkəmizin bir sıra şəhər və kəndlərini əhatə edən
20 faiz ərazimizi işğal etdilər, 1 milyonadək soydaşımızı məcburi köçkünə çevirdilər. 1991-ci il sentyabrın 2-də
erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın
yarandığını və müstəqilliyini elan etdilər.
Beləliklə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana qarşı aparılan ərazi iddiaları
ilə bağlı planlı şəkildə həyata keçirilən siyasi irticadır. Vaxtilə çar Rusiyasının öz imperialist məqsədlərinə
uyğun olaraq həyata keçirdiyi işğalçılıq siyasəti ermənilərin Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinə
səbəb olmuşdu. Ermənilər köçürüldükləri əraziləri mənimsəmək üçün müxtəlif vasitələrə əl atmış, ilk növbədə,
yerləşdikləri ərazilərin onlara məxsus olmasını sübut etmək üçün saxta tarix uydurmuş, süni ideologiya
yaratmışlar.
Erməni separatçıları zaman-zaman ərazi iddiaları irəli sürərək, onu reallaşdırmaq üçün bütün vasitələri -
təşkilatlanma, təbliğat, təzyiq, deportasiya, hərbi təcavüzü işə salmışlar. Bu istiqamətdə yaratdıqları
ideologiyaya uyğun olaraq ermənilərin həyata keçirdiyi separatçılıq və etnik təmizləmə Cənubi Qafqaz
regionuna, o cümlədən, Azərbaycana, xüsusilə, Qarabağ regionuna böyük bəlalar gətirmişdir. Ermənilərin
azərbaycanlılara qarşı deportasiya və soyqırımları XX əsr boyunca fürsət düşdükcə davam etmişdir.
Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti
25 may 1991- ci ildə Azərbaycanda konsulluq və 14 yanvar 1992-ci ildə isə səfirlik açdı. Tarixi, coğrafi və
mənəvi dəyərlərlə bağlı olan bu iki ölkə arasında, Azərbaycanın müstəqilliyi dövründən müxtəlif sahələri əhatə
edən strateji anlaşma və protokollar imzalandı. Ümumiyyətlə, Türkiyə Ermənistan – Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsində daim Azərbaycanın haqq və ədalətli işinin müdafiəsi tərəfdarı kimi
çıxış etmişdir və edir. Ötən illərdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ardıcıl dəstək vermək
Türkiyənin xarici siyasətinin prioritetinə çevrilmişdir.
1993-cü il martın 31-də Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycana qarşı təcavüzkar əməllərini dərhal
dayandırmasını və öz qoşunlarını onun ərazisindən çıxarmasını Ermənistandan tələb etdi. O zamankı Baş nazir
Süleyman Dəmirəl Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edərkən, Dağlıq Qarabağla
bağlı mürəkkəb vəziyyət diqqət mərkəzində olmuş, Ermənistanın hərəkətləri kəskin pislənilmişdi.
Az sonra Türkiyə Prezidenti olmuş Süleyman Dəmirəl Ermənistan prezidenti L.Ter-Petrosyana telefonla
Azərbaycan torpaqlarının işğal edilməsinin Türkiyədə böyük hiddət doğurması barədə xəbərdarlıq etmişdi.
Qarşı tərəf isə bu hadisələrin, guya, Ermənistanın nəzarəti altından çıxdığı üçün Dağlıq Qarabağ erməniləri
tərəfindən edildiyini bəhanə gətirmişdi.
Beləliklə, Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyəti ilə birgə siyasəti Ermənistan –
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində uğurlu nəticə əldə ediləcəyinə, Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunacağına böyük inam yaratmışdır.
Beləliklə, 1992 – 1993-cü illərdə Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ
ərazisini və digər 7 rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanı işğal etdi.
Ölkəmizin 20 faiz ərazisi hələ də işğal altındadır. Nəticədə, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrildi, 188 540 ailə evsiz-eşiksiz qaldı. Ölkəyə 60 milyard ABŞ dolları həcmində ziyan dəydi.
Münaqişə isə Ermənistanın beynəlxalq hüququn tələblərinə açıq sayğısızlığı, onun himayədarlarının öz gizli
maraqlarının sadiqliyi üzündən həll edilməmiş qalır. Lakin hər bir münaqişə və müharibədə olduğu kimi, son
söz həqiqətin, ədalətindir. Dağlıq Qarabağla bağlı həqiqət odur ki, onun Azərbaycan ərazisi olduğunu heç kəs
inkar edə bilmir. Elə buna görə də ədalət gec-tez mütləq öz yerini alacaq.
“Xalq qəzeti”.-2015.-5 noyabr.-N 243.-S.13.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
330
Düşmənin qarşısına tarixi sənədlərlə çıxmalıyıq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
Anar Bayramoğlu
Mənfur qonşularımız ermənilərin Azərbaycan ərazilərinə qarşı ərazi iddiaları, işğalçılıq siyasəti bu
günün reallığı olsa da, məkrləri uzaq tarixə dayanır. XIX əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən
Rusiya imperiyası onların dövlət yaratmaq arzularını həyata keçirmələrinə yaxından kömək edirdi. Tarixi şərait
erməniləri indiki işğalçı bir dövlətin yaradılmasına zəmin yaradıb.
Ötən əsrin əvvəllərində Azərbaycanın ərazi güzəştləri hesabına özlərinə dövlət yaratmış ermənilər, əsrin
sonlarında işğalçılıq siyasətini davam etdirməklə ərazilərini genişləndirmək məqsədlərini qarşıya qoyublar.
İddiaları güclərindən böyük olan düşmənlər Azərbaycanın əzəli torpağı, Dağlıq Qarabağa göz dikərək
işğalçılığa başlayıblar. Bununla da Ermənistan bütün beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozub.
Çünki ötən əsrin əvvəlində ermənilərə dövlət yaratmaları üçün edilən İrəvanın və sonradan Zəngəzurun güzəşti
ona görə edilib ki, düşmənlər bir daha ərazilərimizə iddiaetməsinlər. Amma indi olduğu kimi, işğalçı xislətli
ermənilər XIX əsrin əvvəlindəki razılaşmanı, əsrin sonunda pozublar.
Tarixi zərurət, labüd bədbəxtlik
Tarixi sənədlərə, arxivə nəzər saldıqda görünən odur ki, İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə
güzəştə gedilməsi Azərbaycan Milli Şurasının qərarı ilə edilib. Zaqafqaziya seyminin dağılmasından sonra
erməni milli şurası Tiflisdə Ermənistan Respublikasının yaradıldığını elan edir.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirilir və iclasın 3 nömrəli
protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və erməni federasiyası ərazilərinin sərhədləri
məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edib. Xoyski
məruzəsində erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Gümrüyə Türkiyə
qoşunlarının nəzarət etdiyini əsas gətirərək, mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verib. Fətəli
xan İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirib. Şura üzvlərinin əksəriyyəti İrəvanın
ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırıblar. Tarixi sənədlərdə göstərilir ki, bu güzəştlə
ermənilərlə yaşanan konfliktə son qoyulur. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski
mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələrə son
qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
Ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından
əl çəkəcəklərinə söz vermişdilər
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Qəzənfəroğlu
deyir ki, həmin qərar qəbul edilərkən İrəvan və ətrafı əski Azərbaycan türk torpaqları olaraq bilinsə də, məcburi
bir addım kimi məqsədəuyğun görülüb: "Şübhəsiz, bu məcburiyyətin "ermənilərin də bir dövləti olsun və
Azərbaycanın digər ərazilərindən iddialarını geri çəksinlər” məsələsi dayanırdı. Eyni zamanda Azərbaycan Milli
Şurasını bu addımı atmağa xarici qüvvələr də təhrik etmişdilər. Əsasən isə Azərbaycan Milli Şurasının bunun
müqabilində tək istəyi ermənilərin İrəvan və onun ətrafıyla kifayətlənərək digər torpaq iddialarını, o cümlədən
Qarabağ və Naxçıvandan əl çəkmələri idi. Erməni Milli Şurası da buna razılıq vermişdi. Məqsəd tarixi
vəziyyətdən istifadə edərək qurulmuş dövləti ayaqda saxlaya bilmək idi. Beləliklə, Azərbaycan Milli Şurası
ermənilərin İrəvandan başqa Azərbaycan torpaqlarına iddia etməyəcəkləri sözünü alaraq belə bir qərar qəbul
etmişdilər. Yəni ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından əl çəkəcəklərinə söz
vermişdilər”.
Dağlıq Qarabağa ona görə muxtariyyət verilib ki,
ora heç zaman Azərbaycanın tərkibindən çıxmayacaq
Amma erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi
torpaqlarında azərbaycanlılara qarşı soyqırım törədib. İrəvan azərbaycanlıları həm daşnak, həm də sovet
hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qalıblar. İrəvanda azərbaycanlılara məxsus
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
331
maddi mədəniyyət abidələri dağıdılıb, onların erməniləşdirilməsi tədbirləri həyata keçirilib. 1980-ci illərin
sonlarından başlayaraq isə azərbaycanlılar İrəvan şəhərindən tamamilə çıxarıldı.
Bütün proseslər onu göstərir ki, ermənilər heç bir razılaşmaya, müqavilələrə baxmayaraq yenə də
işğalçılıq siyasətindən keçmirlər.Azərbaycanın ictimaiyyət nümayəndələri belə hesab edirlər ki, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün tarixi arxivləri, bağlanan sənədləri ortaya qoymalı, məsələni
beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır.
Siyasətçi Sərdar Cəlaloğlu bildirir ki, rəsmi Bakı Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlarda təşəbbüsü tam əla almalıdır. Onun sözlərinə görə, danışıqlar zamanı iki ölkə arasındakı tarixi
müqavilələri, hadisələri önə çəkmək mümkündür: "İrəvan mübahisəli ərazi olaraq Ermənistana yüz illik verilib
ki, həmin yüz il tamam olur. Yəni yüz il qabaq mübahisəli qaldığı üçün, belə şərt kəsilib ki, yüz ildən sonra
İrəvanın statusuna baxılsın. Bu, sənədlə, sübutladı. İndi Azərbaycan İrəvanın statusunun yenidən müəyyən
edilməsi məsələsini ortaya çıxarmalıdır, tələb qoymalıdır. Elə bu, Dağlıq Qarabağın statusu məsələsinə
alternativdir. Həmçinin Dağlıq Qarabağa muxtariyyətin niyə verildiyi ortaya çıxarılmalıdır. İrəvanın güzəştə
gedilməsindən əlavə onların Qarabağa iddiasının qarşısının alınması üçün ötən əsrin əvvəllərində Zəngəzur,
Vedibasar könüllü Ermənistana verilib. Bu ərazilər verildiyinə görə, Ermənistanın Dağlıq Qarabağa iddia etməsi
hüquqi cəhətdən doğru deyil. Ordakı sənədlərdə konkret yazılıb ki, Zəngəzur və Vedibasar ermənilərə ona görə
verilir ki, onlar bir daha Qarabağa iddia etməyəcəklər. Həmçinin Dağlıq Qarabağa ona görə muxtariyyət verilir
ki, ora heç zaman Azərbaycanın tərkibindən çıxmayacaq. Ortada sənədlərə əsaslanan şərtlər var ki, onları
ermənilər faktiki olaraq pozublar. Yəni dediyim odur ki, Azərbaycan tərəfi iki ölkə arasındakı hüquqi
münasibətlərin tarixinə nəzər salmalıdır. Digər yandan sovetlər vaxtı bir çox sərhəd rayonların əraziləri zorla
ermənilərə verilib ki, onların geri qaytarılması məsələsi qaldırılmalıdır. Biz hüququmuzun pozulmasını tarixi
sənədlərlə sübut edə bilərik. Bu tarixi müqavilələr Qarabağ danışıqlarında beynəlxalq təşkilatlar qarşısında
ortaya qoyulub, Ermənistanın işğalçılığını sübuta yetirə bilən sənədlərdir. Məncə, bundan istifadə etməliyik”.
Ermənilərin ötən əsrin əvvəlindən başlatdıqları işğalçılıq siyasəti hələ də davam etməkdədir
Millət vəkili Asim Mollazadə vurğulayıb ki, İrəvan müəyyən səbəblərdən ermənilərə güzəştə gediləndə
buranın əhalisinin yetmiş faizi azərbaycanlılardan ibarət olub. İrəvan Ermənistanın mərkəzi olduqdan sonra,
Rusiya imperiyasının, sovetlərin zamanında azərbaycanlıların oradan etnik təmizlənməsinə başlanıb. Hətta ötən
əsrin 40-cı illərində bu təmizləmə həyata keçirilib. Həmin vaxt deyilib ki, guya, erməni diasporası Ermənistana
qayıtmalıdır. Bu səbəbdən yüzminlərlə azərbaycanlı İrəvandan deportasiya edilib. Proses bu gün də davam
etməkdədir. Müqavilələri, şərtləri hər zaman olduğu kimi pozan Ermənistan Dağlıq Qarabağı işğal edərək, bir
milyondan çox azərbaycanlını öz torpaqlarından didərgin salıb. Hesab edirəm ki, bu deportasiyalar, faciələr
barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Bütün dünyaya sübut etməliyik ki, ermənilərin ötən əsri
əvvəlindən başlatdıqları işğalçılıq siyasəti hələ də davam etməkdədir”.
"Tarixi sənədlərlə ermənilərin işğalçılığının sübutu Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir
göstərə bilərmi” - sualına cavabında isə, deputat deyib ki, hansısa müqavilələr, sənədlər qalsın bir yana, faktiki
olaraq bu gün, XXI əsrdə Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqdadır "BMT-nin
Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələri var ki, Ermənistan buna məhəl qoymur.
Hazırda o qətnamələr lazımsız kağız parçasına çevrilib. Bütün dünya ictimaiyyəti də Ermənistanın saymazlığına
göz yumur. Təbii ki, yüzilliklər boyu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dünyaya
çatdırmalıyıq. Hər halda bunun münaqişənin həllinə müəyyən təsirləri ola bilər. Ən azından beynəlxalq güclər
ermənilərin məkrli siyasətindən bir daha məlumatlı olacaqlar”.
Ermənistanın işğalçılıq siyasətinə "dur” deyilmir
Milli Strateji Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin qənaətincə, tarixi müqavilələri
BMT-nin və digər beynəlxalq təşkilatların qarşısında qaldırmaqla, bir çox gerçəklikləri onların yadına salmaq
lazımdır: "Beynəlxalq güclər anlasınlar ki, hansısa zaman kəsiyində Azərbaycan çox güclü bir dövlət olaraq,
milli mənafelərinə uyğun olmayan tarixi müqavilələri ləğv etməyə başlayacaq. Bu kimi məsələlərdə dünya
dövlətlərinin müəyyən fəaliyyətləri var. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya güclərinin
yaddaşına "Lozanna müqaviləsi”ni salaraq bildirdi ki, bu müqavilə Türkiyənin mənafeyinə uyğun razılaşma
olmayıb. Ərdoğan bu müqavilənin müqəddəs olmadığını deyərək, bunu ləğv edə biləcəklərini söyləmiş oldu.
Azərbaycan da tarixi məsələləri ortaya çıxarmaqla dünya güclərinə anlada bilər ki, heç olmasa indi Ermənistana
razılaşmaları pozduğu üçün təzyiqlər etsin. Faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
beynəlxalq hüquq anlayışı kobud surətdə pozulur. Nədənsə, beynəlxalq qurumlar tərəfindən beynəlxalq hüquq
gözardı edilir, Ermənistanın işğalçılıq siyasətinə "dur” deyilmir. Biz tarixi və bugünkü durumu ciddi şəkildə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
332
gündəmə gətirməklə bütün dünyanın diqqətinə çatdırılmalıdır ki, İrəvan ermənilərə o vaxt güzəştə gedilib ki,
sonra Azərbaycana qarşı ərazi iddiaları olmasın. Bu razılaşma zamanı Ermənistan üzərinə öhdəlik götürüb. Bu
gün Dağlıq Qarabağın işğalı, işğalçılığın davamı ötən əsrin əvvəlində Ermənistanın üzərinə götürdüyü öhdəliyə
əksdir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistanla Azərbaycan arasında tarixin bütün zamanlarında
bağlanmış müqavilələr, razılaşmalar təbliğ edilməlidir. Əgər Ermənistan tarixi sənədlərə də məhəl qoymursa, o
zaman İrəvanın ermənilərə güzəştə gedilməsi haqqındakı tarixi müqavilə, bu gün Milli Məclisdə müzakirəyə
çıxarılaraq ləğv edilməlidir. Milli Məclis belə bir qərar qəbul edərsə, 1918-ci il müqaviləsini ləğv edərsə, o
zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərəkətlilik yarana bilər.
Çünki İrəvanın güzəştə gedilməsi haqqındakı müqavilənin ləğvi Ermənistanın və onun havadarlarının
geosiyasi maraqlarına uyğun deyil. Ona görə də həmin havadarlar, Ermənistana təzyiq edə bilərlər ki, Qarabağ
iddiasından əl çəkib, işğala son qoysunlar. Hesab edirəm ki, tarixi sənədlərin gündəmə gətirilməsi yeni proseslər
yaratmaq iqtidarındadır ki, bundan istifadə edilməlidir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacızadə isə deyib ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Bakı bütün imkanlardan istifadə edir: "Danışıqlarda hər
bir vasitədən, eləcə də tarixi sənədlərdən, müqavilələrdən yararlanılır. Zamanzaman bu məsələlər gündəmə
gətirilir, beynəlxalq təşkilatlarda irəli sürülür. Sadəcə işğalçı Ermənistan beynəlxalq hüququn bütün norma və
prinsiplərini kobud şəkildə pozaraq məkrli siyasətini davam etdirməkdədir. Çox təəssüflər olsun ki, beynəlxalq
güclər bu siyasətinə görə Ermənistana təzyiq etmirlər, Azərbaycanın ərazi bütövlüyünü qəbul etsələr də, tam
dəstəklərini ifadə etmirlər”.
Ermənistan işğalçılıq siyasətini davam etdirsə də, ictimaiyyət nümayəndələri tarixi sənədlərdən
istifadəni bütün hallarda gündəmə gətirməyin, bu vasitədən istifadə etməyin müsbət nəticələr verə biləcəyi
qənaətindədirlər. İşğala məruz qalan ölkə kimi hüquqi cəhətdən bizim tərəfimizdə olan hər bir imkandan
yararlanmaqda faydanın olması inandırıcıdır.
Şərq.-2016.-13 dekabr-№ 229.-S.7.
Dostları ilə paylaş: |