10.8. aidiyyəti dövlət orqanları ilə birlikdə immiqrant statusunu almaq, habelə Azərbaycan
Respublikası vətəndaşlığına qəbul olunmaq istəyən şəxslər üçün Azərbaycan Respublikası
Konstitusiyasının, Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsi üzrə tədris
kurslarının təşkilində iştirak etmək;
10.9. miqrantların yerli şəraitə uyğunlaşdırılması işinə qeyri-hökumət təşkilatlarını cəlb
etmək;
10.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması barədə qərarların icrasına dair aidiyyəti dövlət orqanlarından
məlumat almaq;
10.11. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin immiqrant və qaçqın statuslarından
məhrum edilməsi və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə
məhkəməyə müraciət etmək;
10.12. miqrasiya sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təkliflər vermək;
10.13. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici
dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
10.14. miqrasiyanın idarə edilməsi sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının
artırılması
üçün tədbirlər görmək;
[22]
10.15. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz
fəaliyyətinə cəlb etmək;
10.16. Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq
və təftişini həyata
keçirmək;
10.17. öz səlahiyyətləri daxilində miqrasiya sahəsi üzrə dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
10.18. qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi
bülletenlər və
digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
[23]
10.19. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
10.20. Dövlət Miqrasiya Xidmətinin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və
tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək;
10.21. Dövlət Miqrasiya Xidməti işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-
məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;
10.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
V. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
11. Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatı və onun tabeliyində olan regional və digər
qurumları Dövlət Miqrasiya Xidmətinin vahid sistemini təşkil edir.
Dövlət Miqrasiya Xidməti həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki
qurumlar vasitəsilə həyata keçirir.
12. Dövlət Miqrasiya Xidmətinin strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Xidmətin strukturuna daxil olmayan
tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
[24]
13. Dövlət Miqrasiya Xidmətinin sistemində qulluq keçmə qaydaları və şərtləri dövlət
qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
[25]
14. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
(bundan sonra - Dövlət Miqrasiya Xidmətinin rəisi) rəhbərlik edir. Dövlət Miqrasiya Xidmətinin
rəisi Dövlət Miqrasiya Xidmətinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların
həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
15. Dövlət Miqrasiya Xidməti rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini vardır. Dövlət Miqrasiya
Xidməti rəisinin müavinləri onlara Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən həvalə edilmiş
vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
[26]
16. Dövlət Miqrasiya Xidmətinin rəisi :
16.1. Dövlət Miqrasiya Xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;
16.2. müavinləri arasında vəzifə bölgüsünü aparır, onların, habelə Dövlət Miqrasiya
Xidmətinin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, istehsalattəsərrüfat və digər məsələlər
üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
16.3. Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrinin və tabeliyində olan
qurumların əsasnamələrini təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin
əlaqələndirilməsini təmin edir;
[27]
16.3-1. Dövlət Miqrasiya Xidmətinin aparatının struktur bölmələrinin və tabeliyində olan
qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə
təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
[28]
16.4. müəyyən edilmiş struktur, əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində
Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının və tabeliyində olan qurumların strukturunu, ştat
cədvəlini və xərclər smetasını təsdiq edir;
16.5. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya
Xidmətinin
baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini
vəzifəyə təyin və
vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad
edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
[29]
16.6. miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və
digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
16.7. Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatının, tabeliyində olan regional və digər
qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ
hüquqi aktları imzalayır (təsdiq edir), onların icrasını təşkil edir və icrasına nəzarəti həyata
keçirir;
[30]
16.8. Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
16.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə
münasibətlərdə Dövlət Miqrasiya Xidmətini təmsil edir, verilmiş səlahiyyətlər daxilində xarici
ölkələrin müvafiq dövlət orqanları ilə və beynəlxalq təşkilatlarla danışıqlar aparır, beynəlxalq,
dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, müəyyən edilmiş qaydada beynəlxalq
sənədləri imzalayır;