Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə
məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması nəticəsində cari ilin 9 ayı
ə
rzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən
meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,3
faiz artmışdır.
Təsadüfi deyil ki, ölkə rəhbəri kənd təsərrüfatı məhsulları istehsalının hər bir
rayon üzrə daha dərindən ixtisaslaşması və buna uyğun olaraq müvafiq layihələrin
hazırlanması ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqların icrası məqsədilə Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən dünya təcrübəsində geniş istifadə edilən peşəkar
tədqiqat metodları əsasında ölkənin bütün regionlarını əhatə edən qiymətləndirmənin
aparılması üçün müvafiq işlərə başlanılmışdır. Hazırda elmi-tədqiqat institutlarının
mütəxəssisləri tərəfindən hər bir bölgə üzrə ənənəvi olaraq yetişdirilən bitki və
heyvan sortları haqqında məlumatlar sistemləşdirilir. Bunun əsasında kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan istehsalçıları, habelə emal sənayesi
müəssisələrini, kənd təsərrüfatı məhsulları üzrə ticarətçiləri və müvafiq daşıma
ş
irkətlərinin nümayəndələrini əhatə etməklə müvafiq tədqiqatlar aparılacaq. Bu
tədqiqatlar əsasında hər bir bölgənin təbii-iqlim şərtləri nəzərə alınmaqla müvafiq
bitkiçilik və heyvandarlıq məhsullarının iqtisadi səmərəliliyi köklü şəkildə müəyyən
olunacaq. Hər bir bölgə üzrə ixtisaslaşma istiqamətləri müəyyən edildikdən sonra
müvafiq dövlət dəstəyi tədbirləri və digər stimullaşdırma mexanizmləri hesabına
kənd təsərrüfatı istehsalının sahəvi strukturunun optimallaşdırılmasına nail olunacaq.
Kənd təsərrüfatı istehsalının institusional strukturunun təkmilləşdirilməsi
istiqamətində praktiki tədbirlərin icrasına da başlanılmışdır. Məlum olduğu kimi,
ölkədə kənd təsərrüfatı sahəsinin rəqabətqabiliyyətliyinin yüksəldilməsinə mane olan
problemlər sırasında kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsi xüsusi təsirə
malikdir. Hazırda bir təsərrüfata düşən torpaq sahəsinin orta ölçüsü təqribən 3,6 ha,
mal-qaranın sayı isə təqribən 2,3 baş təşkil edir. Kiçik təsərrüfatların təşkilatlanma
səviyyələrinin çox aşağı olması onların istər resurslara olan tələbatlarının
ödənilməsində, istərsə də bazara çıxış məsələsində çətinliklər yaradır. Kiçik
təsərrüfatlarda təşkilatlanmanın zəif olması onların bu sahənin inkişafı ilə bağlı
siyasətin formalaşmasında zəif iştirak etmələrinə və dövlətin kənd təsərrüfatı
sahəsində stimullaşdırma tədbirlərinin səmərəliliyinin də azalmasına səbəb olur.
Məhz buna görə dövlət başçısının tapşırığı ilə kəndli-fermer təsərrüfatlarının daha iri
kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını
nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlanaraq
hökumətin müzakirəsinə təqdim edilmişdir. Müvafiq qanun layihəsinin müzakirələrə
təqdim olunduğu bir vaxtda, birbaşa dövlət dəstəyi ilə artıq taxılçılıq və heyvandarlıq
sahəsində iri təsərrüfatların yaradılması prosesinə də başlanılmışdır.
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri çərçivəsində aparılan
geniş əhatəli təhlil və qiymətləndirmələr nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı
dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və
idarəetməyə verilməsi ilə bağlı ehtiyaclar müəyyən olunmuş və bununla bağlı
müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Hazırda ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün başlıca məqsəd
taxılçılığın, meyvəçiliyin və üzümçülüyün, tərəvəzçiliyin, tütünçülüyün, toxumçuluq
və tingçiliyin, hevandarlıqda damazklıq-seleksiya işinin, yemçiliyin, aqrar emal
sənayesinin və aqromarketinqin, aqroservis xidmətlərinin və kənd yerlərinin inkişaf
etdirilməsindən ibarətdir. Son illər əldə olunmuş nailiyyətlərin artırılması və ölkənin
ə
sas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin təmin edilməsi məqsədilə və
həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan 2020: gələcəyə baxış” nkişaf Konsepsiyası üzrə müəyyən edilmiş
hədəflərə çatmaq üçün 2014-2017-cı illərdə intensiv metodların prioritetliyi təmin
olunmalıdır. Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və
sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri. Azərbaycan Respublikasının
qtisadi nkişaf Nazirliyi, Avqust – 2013-cü il. Bakı
Bununla yanaşı, aqrar sahədə informasiya-məsləhət xidmətlərinin təşkili, elmi-
tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların
fəaliyyətinin bazar iqtisadiyyatının tələbləri əsasında yenidən təşkili də qarşıda duran
ə
sas prioritetlərdəndir. Bundan başqa, aqrar sahənin ixrac potensialının artırılması və
onun tam reallaşdırılması, daxili bazarın beynəlxalq tələblərə uyğun forma və
metodlarla qorunması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir.
Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin
və güzəştli kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsi, aqrolizinq və
aqroservis xidmətlərinin şərtlərinin asanlaşdırılması nəzərdə tutulur.
Yeni heyvandarlıq və südçülük kompleksləri, damazlıq və quşçuluq
təsərrüfatları, kənd təsərrüfatı məhsullarının saxlanması və emalı infrastrukturu,
intensiv bağçılıq və toxumçuluğun inkişafı istiqamətində ardıcıl tədbirlər davam
etdiriləcəkdir.
Aqrar sahənin davamlı inkişafını dəstəklənməsi, o cümlədən onun maliyyə
təminatı sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulmalıdır:
- torpaq bazarının inkişaf etdirilməsi, fermerlər arasında könüllülük əsasında
birgə təsərrüfatçılığın təşviqi;
- kənd təsərrüfatının maddi-texniki təminatını yaxşılaşdırmaq üçün lizinqlə
məşğul olan qurumların fəaliyyətinin genişləndirilməsi və bu sahədə yeni
təşkilatların yaradılmasının stimullaşdırılması;
- aqrar sahədə sığortanın stimullaşdırılması üçün mövcud qanunvericilik
bazasının təkmilləşdirilməsi;
- sahibkarların maliyyə resurslarına olan ehtiyaclarının ödənilməsini təmin
etmək məqsədilə kənd yerlərində maliyyə-kredit institutlarının (aqrar bankların
yaradılması) yaradılması və inkişafı;
- aqrar sahədə vergi siyasətinin, sahibkarlığın inkişafına və ərzaq bazarında
məhsul bolluğu yaradılmasına istiqamətləndirilməsi;
- daxili aqrar bazarın xarici bazarların təsirindən qorunması üçün bir sıra ərzaq
məhsullarına tətbiq edilən gömrük idxal tarif dərəcələrinə yenidən baxılması, o
cümlədən mövsümi rüsumların tətbiq edilməsi.
Aqrar sahənin maddi-texniki bazasını möhkəmləndirmək və xidmətlərin
səviyyəsini yaxşılaşdırmaq üçün aşağıdakı tədbirlərin prioritetliyi təmin edilməlidir:
Dostları ilə paylaş: |