33
“Azərbaycanın aşıq və şair qadınları” (tərtib edəni: Əzizə Cəfərzadə, [19]
antologiyaları təzkirə xarakterli əsərlər sırasındadır.
Buxaralı Məhəmməd Ovfinin “Lübab ül-əlbab” təzkirəsi:
Akademik Həmid Araslı yazır: “Nizami və onun əsərlərindən Yaxın Şərq
tarixində ilk dəfə Buxaralı Ovfi bəhs etmişdir. Qaraxanilər sarayında
yaşayan və sonralar Yaxın Şərqin mühüm şəhərlərini gəzmiş olan
buxaralı Sədrəddin Məhəmməd ibn Məhəmməd təxminən Nizaminin
ölümündən 10 il sonra 1222-ci ildə yazdığı “Lübab ül-əlbab” əsərində
Nizaminin böyüklüyündən və onun əsərlərinin çox yüksək dəyərindən
söz açaraq orijinal fikirlər söyləmişdir” [20, s. 643-644] və ya digər bir
elmi-informatik fakta nəzər yetirək: “Yaxın və Orta Şərq ədəbiyyatında
ilk təzkirə müəllifi kimi Məhəmməd Ovfi öyrənilmişdir. Onun “Lübab
ül-əlbab” (“Ağılların seçilmişi”) əsəri XI-XIII yüzilliklərdə yaşayan çox-
lu şair və sənətkarlardan bəhs açan ilk dəyərli təzkirə nümunəsidir” [21,
s. 11]. Azərbaycan ədəbiyyatı tarixi kitabının 11-ci səhifəsindəki bu mən-
bənin izi ilə Məhəmməd Ovfinin həyat və yaradıcılığına qısaca da olsa
nəzər salmaq istədik: hər halda 844 il bundan əvvəl dünyaya gəlmiş,
elmi-ədəbi-fəlsəfi görüşləri ilə günümüzdə də isnad mənbəyi olması
tədqiqatçı marağını çəkir.
İslam dünyasında XII əsrin sonlarına qədər ərəbcə qələmə alınan
təzkirə ənənəsi ilə sonrakı yüzilliklərdə farsca nümunələr yazılıb, yayıl-
mağa başladı. Beləliklə, farsca yazılan ilk təzkirə nümunəsi Buxaralı Mə-
həmməd Ovfinin “Lübab ül-əlbab” əsəri hesab edilir. Onun istifadə etdiyi
tərtib üsulu özündən əvvəl ərəbcə yazılmış bioqrafiyalar kimidir. Ərəb
təzkirə ənənəsinin təsiri ilə yazılmış bu əsər müqəddimə və 12 bölmədən
ibarətdir. Əsərin ilk yeddi bölməsində haqqında yazılan şair barədə müəl-
lif baxışları, şeir yazan dövlət (saray xadimləri) adamları, elm-sənət sa-
hiblərinin tərcümeyi-halları təqdim olunur. 8, 9 və 10-cu bölmələrdə
Tahirilər, Samanilər, Qəznəvilər və Səlçuqlular dönəmi şairlərinin bioq-
rafiyası, 11-12-ci bölmələrdə isə təzkirə müəllifinin tanıdığı şairlər haq-
qında yazılmışdır [2, s. 3-4].
Məhəmməd Ovfi ən məşhur əsərini – “Lübab ül-əlbab” (müxtəlif
mənbələrdə bu ad “İdrak xülasələri”, “Qəlblər qəlbi”, “Məgizlərin
məgzi”, “Ağılların seçilmişi” kimi tərcümə olunub) adlı təzkirəsini Pən-
cabın Uç vilayətində yaşadığı illərdə yazmışdı. Qucaratda yaşadığı za-
man isə ərəbşünas alim, Qazi Muhsin Tanuhinin “Əl-fərəc bad aş-şiddət”
(“Fəlakətdən sonrakı şadlıq”, 984-cü ildə yazılıb) adlı əsərini ərəb
dilindən fars dilinə tərcümə edib. Daha sonra, bu gün də aktual olan
“Javomi ul-hikoyat va lavomi ar-rivoyat” (“Hekayətlər məcmuəsi və
34
rəvayətlər işığı”) əsərini yazdı. Məhəmməd Ovfi 1222-23-cü illərdə
yazdığı “Lübab ül-əlbab” təzkirəsində Özbəkistan, Xorasan, İraq, Azər-
baycan, Qəznə və Qərbi Hindistanda X-XII əsrlərdə yaşayıb-yaradan 299
şair və ədib haqqında ümumi məlumat verir. Əsər Uç vilayətinin hakimi
Raziyuddin Əbubəkrin tapşırığı ilə yazılmışdır. Bu əsər fars şeiriyyəti
haqqında bizə gəlib çatan təzkirələrin ən qədim nüsxəsidir, hazırki günə-
cən ilk mənbə olaraq öz əhəmiyyətini saxlayır. Əsərdə adları keçən
müəlliflərin əsərləri moğol talanları dövründə məhv edildiyindən, “Lübab
ül-əlbab” onlar haqqında məlumat verən yeganə mənbədir.
“Lübab ül-əlbab” təzkirəsinin fars mətni 1903 və 1907-ci illərdə
E.Braun və Mirzə Məhəmməd Qəzvin tərəfindən nəşr edilmişdir.
Məhəmməd Ovfi ikinci məşhur əsərini – “Hekayətlər məcmuəsi”ni
(“Javomi ul-hikoyat”ini) 1227-1228-ci illərdə yazmışdı (bəzi mənbələrdə
isə 1227-1236-cı illər arasında göstərilir, amma M.Ovfinin ölüm tarixi bir
çox mənbələrdə 1233-cü il göstərildiyindən, 1227-1228-ci illər daha eti-
barlı tarixdir). Əsər dörd fəsildən, hər bir fəsil isə 25 bölmədən ibarətdir.
Əsas məzmunu – Hindistan, İran, Orta Asiya və Özbəkistanın ictimai-
siyasi və mədəni həyatına aid 2113 tarixi lətifədən ibarətdir. Orta Asiya-
nın qədim türk xalqları və Buxara sədrləri haqqında mühüm məlumatlar
yazılan dördüncü fəsil təbii ki, bizim üçün daha əhəmiyyətlidir [2].
Türk ədəbiyyatı tarixçisi, tənqidçi, şair və ədəbiyyat müəllimi, elm,
fikir, sənət adamı olan, “Ədəbi bilgilər” (1940), “Mətnlərlə ədəbi bil-
gilər” (3 cilddə, 1955-1960) və onlarla elmi əsərlərin müəllifi Nihad Sami
Banarlı (1907-1974) Dövlətşah təzkirəsi haqqında yazarkən bildirmişdir.
“Ovfinin təzkirəsi bir talesizlik üzündən ancaq 1594-cü ildən sonrakı
illərdə ortaya çıxdığı üçün XV əsrdən bəri İran və türk təzkirələrinin əsas
nümunəsi kimi Dövlətşah təzkirəsi olmuşdur” [12, s. 364-365].
Türk dilində ilk təzkirə nümunəsi Şeyx Əhməd ibn Xudayət
Tərazinin “Fünun ül-bəlağə” əsəridir:
Araşdırmalarımızın nəticəsi ola-
raq, bir məsələni də qeyd etməyimiz yerinə düşər. “XV əsrdə isə təzki-
rəçilik inkişafında əlahiddə irəliləyiş baş verdi. Bu dövrdə Şeyx Əhməd
bin Xudayət Tərazi “Fünun ül-bəlağə” (“Nəzəri elmlər” və ya “Bədiiliyin
elmləri”, 1436-1437-ci illər) adlı türk dilində ilk təzkirəsini yazdı [22,
s.19-26].
“Mirzə Uluğbəy dövründə ictimai elmlərin inkişafında böyük
irəliləyişlər olmuşdur. Bu dövrdə türk dilinin ədəbiyyat və elmi dil
kimi mövqeyi getdikcə artırdı. Ədəbiyyatşünaslığa aid 1436-1437-ci
illərdə türk dilində yazdığı qiymətli əsər – “Fünun ül-bəlağə” (“Yetuk-
lik ilmlari”, yəni “Bədiiliyin elmləri”) Şeyx Əhməd ibn Xudayət
Dostları ilə paylaş: |