Qaraçay ədəbiyyatı
29
ətindən izqara kimi istifadə etmək, sümüklərdən sıyrılmış ətləri
odun üstünə qoyub bişirmələri də məlumdur.
Herodot sakaların fala və falçılığa olduqca yönlü olduqlarını
qeyd etmişdir. Məsələn, sakalar söyüd budaqları ilə fala baxaraq
gələcəkdən xəbər verərmişlər. Bu baxımdan onlar alanlarla yaxındır-
lar. Saka və alanların söyüd budağı ilə fala baxması qaraçaylılarda
da saxlanılmaqdadır. Eyni zamanda bu tipli fala baxma adəti Sibir
türklərində bu günün özündə də qalmaqdadr. Bütün bunlar Qaraçay
türklərinin kimmerlərin və sakaların xələfləri olduğunu bir daha sü-
but edir, kimmer və saka qövmlərinin qaraçaylıların etnik-mədəni
həyatında nəzərəçarpacaq izlər qoyduğunu göstərir.
Qeyd etdiklərimizdən başqa Qafqazda digər türk etnoslarının
da məskun olduqları məlumdur. Onların sırasında
bulqarlar, hun-
lar, sabirlər, qıpçaqlar, kumanlar və başqalarının adlarını çəkmək
olar. Bulqar adına latın qaynaqlarında ilk dəfə b.e. 354-cü ilində
rast gəlinir. Həmin dövrdə bulqarlardan “vulqares” formasında
bəhs edilmişdir. Bizans qaynaqlarında b.e. 482-ci ilində Avropa
Hun imperatoru Atillanın kiçik oğlu İrnəkin qurduğu bulqar adı
keçməkdədir.
VI əsr tarixçisi Zaxari Retorun bulqarlar haqqında verdi-
yi önəmli məlumatlara görə Bazğun ölkəsindən Xəzər qapısı
(Dərbənd) və Xəzər dənizinə qədər olan yerlər hunların torpaqları
olmuşdur. Onların yanında hunlardan fərqli dili və inancı ilə ta-
nınan bulqar adlanan qövmlərin yaşadığı bildirilir. Bu tayfaların
yanında alanlar da vardır. Onların da yanında avqar, sabir, burqar
(bulqar), alan, kutarqar, avar, hasar, dirmar , siruqur, baqrasir, ku-
las, abdel və heptalit adlı on üç qövmün adı keçməkdədir.
Bizanslı Dionis de Charax b.e. 330-cu illərində hunların
Qafqaza gəldiklərini söyləmişdir. Əski tarixi qaynaqlarda sa-
bar-savar-suvar-saber-sabir və s. şəklində keçən sabir türkləri mi-
ladın ilk illərində İrtış hövzəsində yaşamışlar. Sabirlərin bir hissə-
si buradan köçərək İtil çayının orta ətrafları, Yaik və Kama çayları
hövzəsində yaşamışlar. Sonra Qafqaza doğru hərəkət edərək bu-
rada hun və oğuz qəbilələrinə yaxınlaşmışlar.