eposda fərqli mahiyyətə malikdir: bir tərəfdən, «Kitabi-Dədə
Qorqud» özü bir yaradıcılıq aktı kimi, söyləmə-boylama aktı
kimi bütövlükdə performativdir; funksional baxımdan bilava
sitə oğuz insanının etno-sosial mühitilə, inanc dünyası ilə və
mifoloji təsəvvürlər sistemi ilə bağlıdır.
Qeyd etdiyimiz kimi, eposun (epik yaradıcılığın) perfor-
mativ xarakterini şərtləndirən əlamətlərdən
biri də onun
«ş i fahil iy i dir». Eposun yaranması, yenidən səsləndirilməsi və
söylənməsi onun “performans”lığı olur.
Epik performativ təcrübə (əgər belə demək mümkünsə)
personajlarla sakral varlıqlar arasında münasibətləri, hadisələ
rin daxili mexanizmini və məntiqini, dəyər-məna dünyasını
açır, bununla da dinləyiciləri sakral «bilgi» dünyasına daxil
edir.
Performativlik epik mətndə «dialoji situasiya^nın
(Y.Lotman) effektivliyini gücləndirən mühüm elementdir.
Performativlik kodu eposun hadisə kontekstinə daxil olub,
personajlar üçün sosial - davranış situasiyalar, kommunikativ
hadisələr yaradır.
Stereotip davranış formaları, ritual nitq aktları ilə, suq-
qestiv mətnlər vasitəsi ilə kommunikativ hadisə yaranır.
«Kitabi-Dədə Qorqud»un performativ diskursunda et
nik - mental məkan təzahür edir və bu fikrin mahiyyətini an
lamaq üçün Upanişadda təsvir olunmuş bir hind ritualım nə
zərdən keçirək: Upanişadda (upa-nişad - «yanında oturmaq»,
yəni «müəllimin ayağı altında») varisliyin atadan oğula ve
rilmə səhnəsini götürək. Ölüm ərəfəsində ata oğlunu yanına
çağırır. Ata evin içinə təzə ot sərmiş, ocağı qalamış, yanma
bir bardaq su qoymuş və yatağa uzanmışdır. Oğul yatağa ya
xınlaşıb atasına tərəf əyilir, öz duyğu orqanlarını atasının duy
ğu orqanları ilə birləşdirir, yaxud sadəcə üz-üzə oturur. Ata-
oğul arasında belə bir dialoq baş verir. Ata deyir: «Mən sənə
14
öz nitqimi verirəm». Oğul: «Mən sənin nitqini götürərəm», -
deyə cavab verir. Ata deyir: «Mən sənə öz nəfəsimi verirəm».
«Mən isə sənin nəfəsini götürürəm» - deyə oğul cavab verir.
Bu minvalla ata öz oğluna qulağını, gözlərini, yemə-
içmə zövqünü, nəsil artırma qabiliyyətini və s. verir. Əgər ata
çox danışa bilmirsə, qoy onda desin: «Mən sənə həyat gücü
mü verirəm. Oğul cavab verir: «Mən sənin həyat gücünü qə
bul edirəm». Sonra oğul sağa çevrilib otaqdan çıxır. Ata onun
dalınca söyləyir: «Qoy şöhrət, ilahi bilgi işığı, şərəf səninlə
olsun!» Oğul sol çiyni üstündən dönüb atasına baxır, ovcunun
içi ilə, yaxud paltarının qırağı ilə üzünü örtüb deyir: «Allah o
dünyanı versin və arzun yerinə yetsin!» [105, 81].
Orta əsr inanc ənənəsində və epos mədəniyyətində istə
nilən ritual nitq aktı mahiyyətcə performativdir. Məsələn,
Buğac ölümcül yaralanan kimi, Xızırın həmin məqamda
«hazır olması» da «performativdir»: Buğacın yarasına Xızrın
üçqat sığal çəkməsi və onun sağalması performativ aktdır:
«Oğlan anda yıqıldıqda Boz atlı Xızır oğlana hazır oldı,
üç qatla yarasın əliylə sığadı: «Sana bu yaradan qorxma, oğ
lan, ölüm yoqdur; dağ çiçəyi anan südiylə sənin yarana məl
həmdir» - dedi, qayıb oldı».
Sakral performativ formullar və deyimlər oğuz insanının
ontoloji təcrübəsinin «hermenevtik çevrəsiwnin genişlənmə
sindən xəbər verir. Sakral formulların kommunikativ məkan
da performativ akta çevrilməsinin daha bir Örnəyinə diqqət
yetirək:
«Dərəgöz aydır: «Oğlan qurtuldınmı? Basat aydır:
«Tənrİm qurtardı».
...Basatın dilinə bu gəldi kim, la ilahə ilallah Məhəm
məd rəsulallah» - dedi. Dedi, həman dəm günbəd yarıldı, yedi
yerdən qapı açıldı».
Yumların sonun da söylənilən «Amin» sakral perfor-
15
mativ formulu («Amin! Amin!» deyənlər didar görsün!»)
Kosmosun Xaos, müsəlmanların kafirlər, sakrallığın profanlıq
üzərində qələbəsinə inamın təsdiqidir.
Dediyimiz kimi, Oğuz eposunda sosial həyatın icma
təşkili mərasim-ayin prosedurlarının performativ xarakterini
şərtləndirir. Performativlik inisiasiya prosesi («baş kəsib, qan
töküb, hünər göstərmək») ilə, neofitin yeni sosial status
qazanması ilə (məsələn, ad alması ilə) əlaqələndirilir.
Elçilik və evlənmə situasiyaları epik süjetin əsasım
təşkil edir. Ovaçıxma, evlənmə, savaş situasiyaları sintaqma-
tik süjet zəncirinin mühüm halqalarıdır, xüsusən ov situasiya
sı «hadisələrin axarını müəyyənləşdirən bir hadisədir <...> .
Hadisələrin bütün sonrakı cərəyanı artıq bu situasiyanın için
dən yavaş-yavaş çıxır və inkişaf edir» [5, 55]. Bu situasiyalar
epik qəhrəmanın məkanda ritual yerdəyişməsi ilə əlaqədardır.
Qəhrəman evlənmək üçün uzaq yola çıxır, bu zaman
müxtəlif sınaqlarla, maneələrlə və təhlükələrlə üzləşir. Elçilik
mərasim forması da məkandəyişmə ilə gerçəkləşir ki, bu,
simvolik planda «bir dünya»dan «başqa»sma keçid ilə -
oğlanın evdən çıxıb yad məkana getməsi ilə baş tutur:
«İç Oğuza girdi. Qız bulımadı. Tolandı, Taş Oğuza gir
di, bulımadı. Tolandı, Trabuzana təkurımn bir əzim-görklü
məhbub qızı vardı...»
Qanturalının İç Oğuzda, Dış Oğuzda qız bulmayıb, Qa
lın Abqaz elinə, Trabezunda getmək fikri sonda performativ
aktla - Selçan xatunu alması ilə tamamlanır:
«Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram.
Pilon geyən keşişin əlin öpərəm.
Qara gözlü kafər qızın mən alıram».
Elçilərin ritual qəbulu toy-düyün mərasiminin tərkib
elementidir, yəni bir ritual prosedurdur. «Oğuzdan Qanturalı
16
deirlər, bir yigit var imiş, qızın diləyi gəli yürür», - dedilər.
Kafərlər yedi ağac yer qarşu gəldilər. «Niyə gəldinüz, yigit,
degil!» - dedilər. Verişməyə - alışmağa gəldik», - dedilər».
Qanturalmı “dünyaların” sərhədində - təkur sərhəddin-
də qarşılayırlar: («Yedi gün yedi gecə yortdılar. Kafərin sər
hədini irdilər. Çadır dikdilər») gəlir:
Qonağı qəbuletmə aktında olduğu kimi, elçilikdə də
özümüzünkü \ özgə qarşıdurması neytrallaşdırdın «özgə»
[qonaq] bu zaman müvəqqəti olaraq «özümüzkü» olur:
«İzzət-hörmət eylədilər. Aq çadır dikdilər, ala qallı dö
şədilər, ağca qoyun qırdılar, yedi yıllıq al şərab içirdilər. Alu-
ban bunları Təkura gətürdülər».
«Kitabi-Dədə Qorqud»da süjetlərin miforitual mahiyyəti
performativliyin miqyasını və performativ aktların intensivli
yini genşləndirir. Ritual söyləmə ənənəsi və dilin etiket təcrü
bəsi süjetdə bütöv nitq jnrlan kompleksini gerçəkləşdirmişdir.
«Kitabi-Dədə Qorqud»da süjet motivləri arxaik ritualın
semantik «nüvəsini» saxlasa da, müəyyən dəyişikliklərə mə
ruz qalmışdır [Bu haqda bax: 60]. Məsələn, «ər öz arvadının
toyunda» motivinin orta əsr eposu üçün səciyyəvi olan sosial-
məişət, tarixi, psixoloji əlavə məzmun qazanmışdır. «Basat-
Dəpəgöz» qarşıdurması «qəhrəman-əjdaha» mifoloji oppozi-
siyasma, mədəni qəhrəmanın əjdaha üzərində qələbəsi arxe-
tipik sxemlərinə uyğun gəlir.
Savaş meydanında rəqiblərin qarşılaşması, rəqibi qor
xutma, yaxud qarşı tərəfin - rəqibin aktiv fəaliyyətə, provoka
siyaya təhrik etmək performativlik hadisələridir.
Rəqiblərin savaş meydanında bir-birini təhqir etməsi,
bir-birinə hərbə-zorba gəlməsi cəngavərlərin döyüş ritualının
tərkib hissəsinə daxil idi. Məsələn: ənənəvi yapon mədəniyyə
tində, XI və XII əsrlərdə samuraylarm döyüşü ciddi reqla-
mentləşdirilirdi. Savaşöncəsi iki ordu üz-üzə dayanırdı. Dra
17