18
Deyir:
– Ay bajı, mən çuxamı soyunuf sənin qapıyın ağzına
qoyoram, özüm də öydən bir az aralaneram. O çuxoyu geyin,
lijbi
8
sana əmanəti özüm verməliyəm əlimnən.
Deyir:
– Yaxşı.
Bu, çuxoyu soyunor qoyor, burdan aralaner. Arvad bu
çuxoyu geyiner bürünör, eşiyə çıxer. Deyir:
– Nədi, qadan alem?
Deyir:
– Bax, bu yeddi dəvə yükü ərin göndərif sana.
Deyir:
– Allah sənin köməyin olsun.
Dəvələri aparer arvad içəriyə. Yükü düşürör, bu arvadın
gözü kəlləsinə çıxer. Baxır ki, qızıldı hamısı. Buları tez gizdə-
dir, üstünə cırdan-cırıxdan, öydəki çuldan-kilimdən tökör. Birini
çıxarder uşağın əlinə verer ki, get filan maqazinə. Maqazinçiyə
denən ki, bizə çörək versin, bir də çitdən-bezdən bizə versin,
əynimizə bir fitə tikək. Bu çuxoyu da qıza geyindirif göndərer.
Qız geder bu arvadın dediyi kimi maqazinçiyə deyir.
Maqazinçi baxır ki, vallah, bu bir qızıldı, heç maqazinin
hamısını versə də, qutarmaz. Deyir, əşi, zərəl yox. Yeməhdən,
işməhdən xurcuna dolduror, üstünə də paltardan-palazdan,
çitdən-mitdən, iynədən-sapdan qoyor, deyir:
– Apar get.
Qız söyünə-söyünə gəler, verer anasına. Anası yemək-
dən-zaddan pişirer-düşürör, uşağının qarnını doyduror. Bu
çitdən-zaddan, pardan-paltardan uşağın əyninə-başına taxer,
qızılın bir-ikisin də civinə qoyor, çıxer bazara: – “Ay bənna”.
Bənnalar, ustalar başına tökülör. Deyir: “Sizdən xayiş eliyirəm,
8
Lijbi – şəxsən
19
şahın sarayınnan gözəl bir saray mənim qapımda qurmalısı-
nız”. Bir-ikisi lağ eliyəndə deyir: “Ay qardaş, hər şey pulnan
başa əlmermi? Sənin nəyinə lazımdı? Gəl gedək işini gör”.
Beş-on nəfər bənna burdan yığıler, gəlellər arvadın qa-
pısına. Arvad deyir:
– Şahın sarayınnan gözəl mənim qapımda saray tikilmə-
lidi.
Arvad qızıldan verer, daş gəler, ağac gəler, usta gəler, işçi
gəler, kəntçi gəler, qum gəler. Bir il munun qapısında işdiyil-
lər. Arvad da bulara yimək, işmək, qulluğ eləmək.
Burda dam tikilif hazırranmaxda olsun, sana söylüyüm
kişidən. Kişi gənə xazeynin qapısında nökər işdiyir. İli tamam
olanda deyir:
– Başına dönüm, mənim bir abbası halal pulumu ver,
mən bazara çıxajam.
Bir abbası halal pul aler, civinə qoyor, çıxer bazara.
Bazarın bu başınnan o başına, o başınnan bu başına hərrənəndə
görör bir uşaq qavağına qoyuf üş dənə gülöyşə narı, sater.
– A bala, bu narı neçəyə verersən?
Deyir:
– Əmi, bir abbasıya vererəm.
Deyir:
– Bir abbasım var, elə bunu mana ver.
Abbasıyı verer, narları aler. Bir yaşikə qoyor, ağzını
gülmuxluyur
9
. Deyir: “Mənim bir balaca qızım var – o pişik
göndərdiyim qız, yaman nar yiyəndi. Elə bu narı da ona gön-
dərerəm. Aylədə onu çox isteerəm”. Gəler həmən vəzirganı
taper. Deyir:
– Sana canım qurvan olsun, vəzirgan! Bunu gənə bizim
öyün yanınnan keçəndə verərsən mənim qızıma.
9
Gülmux – mismar
20
Deyir:
– Yaxşı.
Kişi yaşiki götürör, gəler. Bir ölkəyə çatanda karvansaraya
düşöllər. Göröllər ki, şəhər qara geyinif. Soruşanda deyillər
ki, patcahın gözünün ağı-qarası bir oğlu var. O, uzun zamandı
xəstədi. Həkim deyif ki, əgər üç günə kimi buna gülöyşə narı
gətirməsələr oğlan öləjək. Vəzirgan bunu eşidəndə fikirrəşer
ki, kişinin öz uşaxlarına göndərdiyi gülöyşə narını bu oğlana
verim, əvəzində də verilən bəxşeyişi aparım onun uşaxlarına
verim. Patcah yeddi dəvə yükü qızılı verif narı aler, oğlu
suyunu içif sağaler.
Vəzirgan öyün yanınnan keçəndə görör kü, ay Allah, bu
uçux binanın yerində bir imarət var, bir dam var, bir gəlin-qız
var, bir cah-cəlal var, gəl görəsən. Tərəddüd eliyir ki, görəsən,
düz gəlif, ya yox. Deyir, yox, çağırajam soruşajam, görüm
budumu. Xanım bu vəzirganı görən kimi tanıyır, tez munun
qavağına gəler. Salam verer. Deyir ki, məni olmuya tanı-
madın? Deyir ki, sən filan kişinin arvadı döyülsənmi?
Deyir:
– Bəli.
Deyir:
– Bu yeddi dəveyi gənə yoldaşın göndərif.
Uşaxlarını çağırer, qulluxçusunu çağırer, yeddi dəvəni
aparıf yerbəyer eliyir. Bu kişi də karvanını aparer geder öz
işində, öz bazarında olor.
Aradan yenə bir il keçer. İki ili keşdi, indi üçüncü ilidi.
Üçüncü ili gənə xazeyinnən bir abbası halal pul aler, bazara
çıxer. Bazara çıxanda örör, bir balaca uşax var yeddi yaşında,
əlində bir nar çöpüdü. – “Ay nar çöpü alan, ay nar çöpü alan,
ay gülöyşə narının çöpünü alan” – deyir.
Bu kişi deyir:
– A bala, çöpü neçəyə verersən?
21
Deyir:
– Bir abbasıya.
Deyir:
– Onu mana ver.
Gətirer, deyir:
– Əmi, sana bir söz deyim. Bu gülöyşə narı üç günün,
beş günün içində açer, çiçəkleer, narı yekələndirer, böyüdör.
Ölümcül xəstə munun suyunnan bir qurtum ağzına alıf içən
kimi dirilif sağalmalıdı. Gərək munu elə yerdə gizdin sax-
lıyasan, bejərəsən, munu heç kəs bilmiyə.
Deyir:
– Eləmi?
Deyir:
– Elə.
Deyir:
– Yaxşı.
Bu narın çöpünü aler, bir yaşikin içinə qoyor. Gəler
öyündə nökər olduğu şəxsnən də halallaşer, “tfu” deyir da-
vanına, çıxer gəler öyünə. Kəndinə gəlir, evinə gəlif baxanda
görör kü, ay Allah, munun evinin yerində başqa imarət var,
gəlin var, qız var, qoşun var, dəvə var. Bu deyir ki, haa, mənim
öyüm yıxıldı. Kim bilir qızdarım, arvadım harda öldü, harda
itdi-batdı, yurduma da kimlər yiyə durdu. Bir az hərrəner
oanda-buanda, geder damın bir kölgəsində bürüşör. Deyir,
acca burda dincəlim, sonra duruf gedərəm. Burda bürüşüf din-
cəlməkdə olsun, bu kişinin gözünə yuxu geder.
Yuxunun içində yatmaxda olsun, sana söylüyüm arvat-
dan. Arvad hayatdan baxerdı. Küləfirəngidən çıxıf baxanda
görör kü, birinci mərtəbənin qapısında bir qaraltı var. Buna
dikqətnən baxer, baxer, baxer. Görör bu bəni-insandı. Tez
nökərin birini göndərer. Nökər gəler baxer, deyir: “Xanım, bir
Dostları ilə paylaş: |