Maşın tərcüməsinin nəzəri problemləri
91
basis (bazis)
bases
crisis (böhran)
crises
analysis (təhlil)
analyses
thesis (tezis,mövzu)
theses
axıs (ox)
axes
phenomenon (hadisə)
phenomena
nucleus (xana)
nuclei
datum (verilən)
data
species (növ, cins)
species
Mürəkkəb isimlərin cəm şəkli isə daha ümumi məna kəsb
edən ismə -
s əlavə etməklə yaranır, məs.:
Tək
Cəm
family-name – (soyad)
family – names
gas-mask - (əleyhqaz)
gas – masks
Əgər mürəkkəb ismin tərkibində
man və
woman sözləri
iştirak edirsə, onda mürəkkəb ismin hər iki tərəfi cəm şəklində
olur, məs.:
Tək
Cəm
man-servant – qulluqçu
men – servants
woman-writer – yazıçı
women – writers
Bəzi isimlər isə yalnız tək halda işlənir. Bunlara sayıla bil-
məyən
isimlər daxildir, məs.:
iron-dəmir, steel-polad, water - su,
air-hava, butter-yağ.
Tədqiqat prosesində yalnız şəkilçilər vasitəsilə düzələn
isimlər maraq doğurduğundan isimlərin cəm şəklinin yaranması
üçün digər halları nəzərdən keçirməliyik.
Bəzi isimlər
s samiti ilə bitir. Onlar tək halda olur və feil
tək halda uzlaşır, məs.: a
news – xəbər, a works – zavod, a
barracks – qazarma.
Bəzi elm sahələrini bildirən terminlərin sonu
s ilə bitir, o
da təkdə işlənir, məs.:
mathematics, economics, physics, phon-
etics, statistics və s. Qeyd etməliyik ki, cüt əşyalar yalnız cəmdə
işlənir, məs.:
spectacles – eynək; tongs –kəlbətin; trousers – şal-
var, eləcə də
goods - əmtəə, mal; embers – köz,isti kül; dregs –
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
92
çöküntü; valuables – qiymətli daş-qaş və s.
İngilis dilində isimlərin cəm formasının yaranma alqoritmi
Cəm formasının əlamətlərini nəzərə alaraq alqoritmi tərtib
edək. Sintez prosesi yuxarıda qeyd etdiyimiz kimi analiz prose-
sinin əksidir. Analizdə söz formalarını morfemlərə ayırır və on-
ların qrammatik xarakteristikalarını veririk. Yəni, kök morfem-
lərin mənsub olduğu nitq hissəsi və şəkilçinin bu və ya digər
nitq hissəsinə artırılma imkanı müəyyənləşdirilir. Sintez prosesi
analizin
tam əksi olduğundan, deməli, burada ayrı-ayrı diferensi-
al hissələrə ayrılmış morfemlərin birləşməsi baş verir. Yəni kök
morfemin artıq mənsub olduğu nitq hissəsi analiz nəticəsində
məlumdur və eyni zamanda şəkilçi morfemlərin də qrammatik
xarakteristikaları ilə birlikdə verilmişdir. Onları birləşdirib söz
forması yaratmaq üçün ingilis dilinin qayda-qanunlarına müraci-
ət olunmalıdır. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində
ahəng qanununa, morfemlər arasında mövqe sıralanmasına ria-
yət olunmur. Yalnız kök və şəkilçi birləşərkən onların sərhədlə-
rində yuxarıda qeyd etdiyimiz kimi, uyğun dəyişikliklər edilir.
Bu dəyişiklikləri nəzərə alaraq alqoritm yaradaq.
Deməli, analiz nəticəsində kök morfem isim verilib, onu
cəm formasına salmaq (gətirmək) lazımdır. Kökün sonuncu hər-
fini ayırmaq, 2-ci qaydaya keçməli.
Ayrılmış hərfi {
s, ss,o, x, sh, ch, tch} – s
1
çoxluğu ilə mü-
qayisə etməli. Əgər {
s} çoxluğunun elementlərindən biri ilə üst-
üstə düşürsə, onda 3-cü qaydaya keçməli, əks halda 4-cü qay-
daya keçməli.
Kök morfemin sonuncu hərfindən sonra
-es şəkilçisi əlavə
edilməli, 25-ci qaydaya keçməli.
Kök morfemdən ayrılmış sonuncu hərfi
y ilə müqayisə et-
məli, əgər
y-dırsa, onda 5-ci qaydaya, əks halda 8-ci qaydaya
keçməli.
Kök morfemdə
y-dan əvvəlki hərfi ayırmalı. Əgər ayrılmış
hərf samitdirsə, onda 6-cı qaydaya, əks halda 7-ci qaydaya keç-