37
[Müəllif] deyir: DüĢmənlər bir-birinə yaxınlaĢıb döyüĢə baĢladılar. Hər iki
tərəfin əsgərləri bir-birlərinə qarıĢdı. Bir ərəb xəzərlərdən birinə hücum edib onu
öz nizəsi
ilə vurdu, lakin nizə zərbədən əyildi və ərəb onu qılıncı ilə vurub öldürdü.
[Müəllif] deyir: Hər iki tərəf döyüĢü günün ortasına kimi davam etdirdi.
[Müəllif] deyir: Bu vaxt Məsləmənin yanına bir xəzər əsgəri yaxınlaĢıb ondan
aman istədi, çünki o, islam dininə meyl etmiĢdi. О dedi: «Xəzərlər padĢahı xaqan
sənə lazımdırmı?» Məsləmə ondan soruĢdu: «O haradadır?» Xəzər dedi: «O, sənin
gözünün qabağında duran ipəklə bəzənmiĢ cəng arabasının üstündədir».
[Müəllif] deyir: Məsləmə Mərvan ibn Məhəmmədi yanına çağırıb dedi:
«Əbu Abdullah! Sən ipəklə bəzənmiĢ cəng arabasını görürsənmi?» Mərvan dedi:
«Bəli, mən onu görürəm!» Məsləmə dedi: «Bu xaqanın cəng arabasıdır və özü də
bax, üstündə durub!» Mərvan səsləndi: «Mən ona tərəf getdim!» Məsləmə dedi:
«Mən də səninləyəm, ya Əbu Abdullah! Və Allaha and olsun ki, biz bu gün ona
qalib gələcəyik! Əbədi həyata doğru irəli!»
[Müəllif] deyir: Süleyman ibn HiĢam əmisi oğluna yaxınlaĢıb ona dedi: «Ya
Əmir! Sozümə qulaq as (səh. 66) və tələsmə!» Məsləmə soruĢdu: «De, görüm, nə
deyirsən?», Süleyman cavab verdi: «Xaqan heç də arabada deyil! O, əsgərlərini və
xəzərlərin cəsurlarını özünün sağ və sol cinahlarında, eləcə də arxada yerləĢdirir.
Əgər sən və Mərvan irəli getsəniz, mən əminəm ki, о sizi mühasirə etməyi əmr
edəcək, öz əsgərlərinizin yanına qayıtmağa imkan verməyəcək, canınızı alana
qədər sizdən əl çəkməyəcək. Mənə elə gəlir ki, sən özünün cəsur əsgərlərindən bir
nəfər seçməlisən, özü də bu adam qüvvətli və qorxmaz olmalıdır. Ona bir neçə igid
ver və əmr elə ki, xaqanın üstünə getsinlər».
[Müəllif] deyir: Məsləmə Süleymanın dediklərini baĢa düĢüb Sabit ən-
Nəhrani
78
adlı bir igid əsgərini çağırtdırır və ona deyir: «Ya Sabit! Bu iĢə yararlı
olduğun üçün mən igid əsgərlərimin arasından məhz səni seçmiĢəm. Əgər səndən
gözlədiyim cəsurluğu və hünəri görsəm, sən isə bizi məqsədimizə çatdırsan, onda
istədiyin qədər pul alacaqsan. Sənə on min dirhəm pul veriləcək və
Əmirəlmöminin səni mükafatlandırıb adını Ģöhrətləndirəcək. Yox, əgər sən
qorxsan və etinasızlıq göstərsən, onda Allaha and olsun, sənə söz verirəm ki, səni
münasib ağacda çarmıxa çəkərik!»
[Müəllif] deyir: Sabit ona dedi: «Qoy Allah Əmiri razı salsın! Ġstədiyin
adamları mənimlə göndər!» Məsləmə dedi: «Mən sənə min nəfər özünün tanıdığın,
igidliyinə və qüvvəsinə bələd olduğun əsgər verəcəyəm. Həmin əsgərlərlə xəzərlər
xaqanının qoĢununa hücum еt. Onu darmadağın edənə və ya xaqanın özünü, əgər
imkanın olsa, əsir alana kimi geri qayıtma!»
[Müəllif] deyir: Sabit dedi: «Qoy Allah Əmiri razı salsın! Əgər xaqan qaçsa,
mən ona çata bilməsəm, onu necə tuta bilərəm? Zənnimcə, xaqanı və onun
ordusunu, Allah istəsə, (səh. 67), darmadağın etsək Əmir üçün, Allah ona qüvvət
versin, bizim qayıtmağımızın fərqi yoxdur. ġöhrət və əzəmət sahibi Allahdan baĢqa
heç kəsdə nə qüvvə, nə də qüdrət var!»