Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

tədbirlərin  həyata  keçirilməsinə  məsul  şəxs  kimi  müəssisə  və 
təşkilatlar qeyd olunmuşdur.  
Beləliklə,    Proqramın  5.4-cü  bəndinin  tələbinə  görə 
işlədiyiniz  yer  üzrə  əmək  kollektivinin  razılığı  ilə  Sizin 
aldığınız əmək haqqının 20-25 faiz artırılması qanunvericiliyin 
tələblərinə uyğundur.    
Sual 3. “Əmək  pensiyaları haqqında” Qanunun 20.8.3-
cü  maddəsinə  əsasən  prokurorluq  orqanlarında  10  ildən 
yuxarı  qulluq  etmiş  prokurorluq  işçilərinə  prokurorluq  işçisi 
kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi 
miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili 
üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə 
olunmaqla,  lakin  həmin  orta  aylıq  əmək  haqqının  80  faizi 
miqdarından  çox  olmamaq  şərtilə  müəyyən  olunan  məbləğlə 
bu  Qanunla  təyin  edilən  əmək  pensiyasının  məbləği 
arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 37.3.4-
cü maddəsində göstərilir ki, bu Qanunun 20.1.1-ci - 20.1.10-
cu  və  20.1.14-cü  -  20.1.17-ci  maddələrində  nəzərdə  tutulmuş 
şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin 
maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, 
digər  hallarda  isə  tam  məbləğdə  ödənilir.  Göründüyü  kimi, 
Qanunun  20.8.3-cü  maddəsində  əlavədən  söhbət  getdiyi 
halda, sonuncu maddədə isə əlavələrdən söhbət gedir. 
Odur ki, bilmək istəyirəm pensiyaya əlavə ödənilməlidir, 
yoxsa  əlavələrmi?  Digər  hallar  deyiləndə  Qanunda  nələr 
nəzərdə tutulur? 
 
  Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Qanunun  20-ci 
maddəsi  ―Qulluq  stajına  görə  əmək  pensiyasına  əlavələr‖ 
adlanır.  Bu  Qanunun  20.1-ci  maddəsində  qulluq  stajına  görə 
əmək  pensiyasına  əlavələrin  təyin  edildiyi  əmək  pensiyaçıları 


sadalanır.  Həmin  maddədə  müxtəlif  qrup  əmək  pensiyaçıları 
göstərildiyindən,  qanunverici  əmək  pensiyasına  əlavə  deyil, 
əlavələrin  təyin  olunmasını  qeyd  edir.  Yəni  hər  bir  maddədə 
(20.1.1  -  20.1.17-ci  maddələr)  göstərilən  əmək  pensiyaçısının 
pensiyasına qulluq stajına əlavə ödənilir. 20.1-ci maddə ümumi 
şəkildə ifadə edildiyindən, yəni 20.1.1 - 20.1.17-ci maddələrdə 
ifadə olunan bütün əmək pensiyaçılarını əhatə etdiyindən, əmək 
pensiyasına əlavələrdən söhbət gedir. 
  Qeyd  edilənləri  Sizin  göstərdiyiniz    37.3.4-cü  maddəyə 
də şamil etmək olar. Çünki həmin maddənin dispozisiyasından 
aydın  olur  ki,  orada  20.1.1-ci  -  20.1.10-cu  və  20.1.14-cü  - 
20.1.17-ci  maddələrdə  nəzərdə tutulmuş şəxslərə qulluq stajına 
görə əmək pensiyasına əlavələrdən söhbət gedir. Buna görə də, 
hər  bir  konkret  əmək  pensiyaçısının  pensiyasına  qulluq  stajına 
görə əlavələr deyil, əlavə ödənilir.     
  Beləliklə,  bildirmək  istəyirik  ki,  ―Əmək  pensiyaları 
haqqında‖ Qanunun 20.8.3-cü  və 37.3.4-cü maddələri arasında 
ziddiyyət  mövcud deyil. Qulluq stajına  görə  əmək pensiyasına 
əlavə ödənilir. 
  ―Əmək  pensiyaları  haqqında‖  Qanunun  37.3.4-cü 
maddəsində  ―digər  hallar‖  dedikdə,  Qanunun  20.1.1-ci  - 
20.1.10-cu  və  20.1.14-cü  -  20.1.17-ci  maddələrində  nəzərdə 
tutulmuş  şəxslərin  həmin  maddələrdə  göstərilən  vəzifələrdə 
çalışmadığı hallar nəzərdə tutulur.      
 
Sual  4.  Mən  orta  məktəbdə  müəllim  işləyirəm.  Bilirəm 
ki, yaşa görə əmək pensiyasına çıxa bilməyim üçün 62 yaşım 
tamam  olmalıdır.  Lakin  eşitdiyimə  görə  25  ildən  çox  əmək 
stajı olan müəllimlərin 62 yaşa çatmadan yaşa görə pensiyaya 
çıxmaq  hüquqları  vardır.  Mənim  müəllim  kimi  25  ildən  çox 
əmək  stajım  var.  Bu  halda  mən  62  yaşımın  tamam  olmasını 
gözləmədən yaşa görə əmək pensiyasına çıxa bilərəmmi? 


Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  4.1-ci  maddəsinə  görə  əmək 
pensiyasının  3  növü  vardır:  yaşa  görə  əmək  pensiyası;  əlilliyə 
görə  əmək  pensiyası;  ailə  başçısını  itirməyə  görə  əmək 
pensiyası. 
Həmin  Qanunun  7-ci  maddəsinə  görə  62  yaşına  çatmış 
kişilərin  və  57  yaşına  çatmış  qadınların  azı  5  il  sığorta  stajı 
olduqda  (bu  Qanunun  qüvvəyə  mindiyi  günədək  yaşa  görə 
əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə 
əmək pensiyası hüququ vardır. 
Göründüyü kimi, ümumi qaydaya görə kişilərin yaşa görə 
əmək  pensiyasına  çıxa  bilmələri  üçün  onların  62  yaşa  çatması 
və azı 5 il sığorta stajı olması tələb edilir. 
―Əmək  pensiyaları  haqqında‖  Qanunda  güzəştli  şərtlərlə 
yaşa  görə  əmək  pensiyası  hüququ  olan  şəxslər  müəyyən 
olunmuşdur.  Məsələn,  3  uşaq  doğub  onları  səkkiz  yaşınadək 
tərbiyə  etmiş  və  azı  5  il  sığorta  stajı  olan  qadınlar  51  yaşına 
çatdıqda yaşa görə əmək pensiyasına çıxa bilərlər; prokurorluq 
orqanlarında  azı  25  il  qulluq  etmiş  prokurorluq  işçilərinin  də 
güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 
Bundan 
əlavə,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  23  yanvar  2007-ci  il  tarixli,  12  nömrəli  Qərarı  ilə 
"Güzəştli  şərtlərlə  yaşa  görə  əmək  pensiyası  hüququ  verən 
istehsalatların,  peşələrin,  vəzifələrin  və  göstəricilərin  Siyahısı" 
təsdiq olunmuşdur. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə