17
Rusiyada ilk lizinq şirkəti («Yevrolizinq QmbH») hələ 1990-cı ildə
qeydiyyata alınmışdır. Əlamətdar haldır ki, onun əsas təsisçiləri banklar idi. O
vaxtdan bəri başqa lizinq şirkətləri də yaradılmışdır. Kommersiya bankları da həm
bilavasitə, həm də özlərinin təsis etdikləri törəmə firmalar vasitəsilə lizinq
fəafiyyəti ilə məşğul olmağa başlayırlar. Lakin bütövlükdə Rusiyada lizinq hələlik
çox zəif inkişaf etmişdir.
Faktorinq Ģirkətləri. Həm banklar, həm də banka oxşar qurumlar tərəfindən
həyata keçirilən dolayı kreditvermənin digər forması faktorinqdir. O, maliyyə təsi-
satı tərəfindən əmtəə tədarükü və xidmətlər göstərilməsi ilə bağlı tələblər hüqu-
qunun alınmasında, bu cür tələblərin icra riskinin qəbul edilməsində və sonradan
onların inkassasiya edilməsində ifadə olunur. Faktorinq ilk dəfə XVI-XVII əsrlərdə
xalis əmtəə xarakterli əməliyyat kimi yaranmışdı və ixtisaslaşdırılmış vasitəçilər -
faktorinq şirkətləri tərəfindən təklif olunurdu, Yalnız XX əsrin 60-cı illərindən
başlayaraq maliyyə faktorinqi banklar tərəfındən də mənimsənildi. Dünyada fakto-
rinq şirkətlərinin dövriyyəsi daim artmaqdadır. Onların xeyli hissəsi dörd qrup şək-
lində birləşmişdir. Rusiyanın banklarından ikisi artıq həmin qrupların birinə daxil
omtuşdur. Lizinq kimi faktorinq də Rusiyada hələlik zəif inkişaf etmişdir və əsas
etibarilə kommersiya bankları tərəfindən təklif olunur.
Forfeytinq Ģirkətləri. Kommersiya bankları ixracatçt firmalara dolayı yolla
kredit verilməsinin fortfeytinq formasını təklif edirlər. Bu formanın mahiyyəti
kommersiya veksellərinin və xarici ticarət sövdələri ilə bağlı digər borc tələblərinin
dövriyyəsiz alınması yolu ilə ixracın kreditləşdirilməsindən ibarətdir. Başqa sözlə
desək, forfeytinq sahibkarın kommersiya kreditini bank kreditinə transformasiya
edilməsinin bir formasıdır. Başlanğıcda ixtisaslaşdırılmış şirkətlər tərəfindən həya-
ta keçirilən lizinqdən və faktorinqdən fərqli olaraq forfeytinq İkinci Dünya Müha-
ribəsindən sonra yarandığı andan başlayaraq kommersiya bankları tərəfindən həya-
18
ta keçirilirdi. Yalnız müvafiq əməliyyatların həcmi artıqdan sonra ixtisaslaşdırılmış
forfeytinq şirkətləri yaradılmağa başlandı. Rusiyada forfeytinq xidmətləri kom-
mersiya bankları tərəfindən həyata keçirilir.
Uçot-veksel kontorlan. İqtisadiyyatda, xüsusən Rusiyada mövcud olan
ödəniş böhranı şəraitində veksellərin dövriyyəsinin yaxşı təşkil edilməsi, o
cümlədən veksellərin uçot sisteminin təşkil edilməsi mühüm rol oyanaya bilər. Bu
cür xidmətləri banklarla yanaşı ixtisaslaşdırılmış təşkilatlar - uçot (aksept) evləri,
uçot-veksel kontorları da göstərirlər.
Məsələn, «Yedinaya energetiçeskaya sistema» aksept evinin fəaliyyətinin
predmeti Rusiyada veksel dövriyyəsini təşkil etməkdən ibarətdir. Bu aksept evi
tərəfindən yaradılmış uçot-veksel kontorları (UVK) şəbəkəsinin fəaliyyəti region-
larda malyiyə sabitliyinin artırılmasına yönəlmişdir.
Qeyri-dövlət pensiya fondlan. Kommersiya banklarının «banka oxşar
qurumlar» tərəfindən rəqabətlə qarşılaşdığı sahə təkcə kreditvermə sahəsi ilə məh-
dudlaşmır. Məsələn, qeyri-dövlət pensiya fondları müştərilərin sərbəst vəsaitlərinin
cəlb edilməsi uğrunda banklarla rəqabət aparırlar. Bu cür fondlar işə götürənlərin
və vətəndaşların üzvlük haqları hesabına əlavə könüllü pensiya təminatı həyata ke-
çirirlər. Rusiyada qeyri-dövlət pensiya fondlarının yaradılmasının fəallaşması kom-
mersiya banklarına əmanətlər axınını müəyyən qədər azaltmışdır.
Sığorta Ģirkətləri öz müştərilərinə sığorta müqavilələri təklif edirlər. Bu cür
müqavilələrin bir qismi, mahiyyət etibarilə bank əmanətlərinin substitləri hesab
edilə bilər. Məsələn, hələ sovet dövründə SSRİ dövlət sığorta idarəsinin müəssisə-
ləri uşaqların sığortası, nigah günü münasibətilə sığorta, ömür sığortası (sığortanın
bu növü əlavə ödənişli müddətli əmanətlərin analoqu idi), eləcə də əlavə pensiya
sığortası (müəyyən mənada bankda sığorta əmanəti müqaviləsi bağlanmasına
oxşayır) kimi sığorta formaiarı təklif edirdilər.
19
Yenidənqurmadan sonrakı dövrdə Rusiyada yeni yaradılmış sığorta şirkətləri
bu cür xidmətiərin çeşidini genişləndirmişlər. Məsələn, sığorta şirkətlərindən biri
özünün potensial müştərilərinə müddətsiz sığorta sertifikatı təklif edirdi. Bu
sertifikat bədbəxt hadisələrdən ömürlük fərdi, ailəvi və kollektiv sığorta üçün
nəzərdə tutulmuşdur. Şirkət idddia edirdi ki, müştəri istənilən vaxt heç bir məh-
dudiyyət olmadan sığorta polisini şirkətə qaytarmaq və inflyasiya ilə əlaqədar itki-
ləri dəqiq kompensasiya edən əlavə ilə birlikdə öz pullarını şirkətdən almaq
hüququna malikdir. Bu nümunədə sığorta şirkəti mahiyyət etibarilə onkol əmanə-
tinin bir analoqunu bir qədər üstörtülü formada təklif edir. Bəzi sığortaçtlar isə
banklarla rəqabət aparmaq üçün həyata sığortasının qaytarılması, yığım, əmanət
sığortası və inflyasiyadan sığorta xidmətlərini reklam edirfər.
Bundan əlavə, bəzi ölkələrdə (məsələn Almaniyada) sığorta şirkətləri sənaye
və ticarət firmalarına uzunmüddətli kreditlər verilməsi ilə məşğul olurlar. Bank
xidmətlərinin zəmanət verilməsi kimi növündən istifadə edən ixtisaslaşmış sığorta
şirkətləri də mövcuddur.
Kommersiya bankları da sığorta bazarını diqqətdən kənarda saxlamırlar.
ABŞ-da son illərdə kommersiya baknlarının sığorta fəaliyyətində iştirak etməyə
marağının xeyli artması müşahidə edilir. Bir sıra iri banklar öz müştərilərinin əhatə
dairəsini genişləndirməyə çalışaraq «one-stop-shopping» konsepsiyasını, yəni
müştərinin sığorta ehtiyaclan da daxil olmaqla bütün maüyyə ehtiyaclarının eyni
yerdə təmin etmək konsepsiyasını fəal işləyib hazıriamışlar. Lakin bankların
sığorta fəaliyyətində tam hüquqlu iştirakt yolunda bir sıra qanunvericilik maneələri
mövcuddur. Məsətən, hazırda federal səviyyədə qüvvədə olan Qan-Sen-Jermen ak-
tında açıq-aşkar göstərilir ki, ABŞ bankları sığorta fəaliyyətində iştirak edə bil-
məzlər, çünki bu cürfəaliyyət bankların təbiəti üçün «səciyyəvi deyildir), yalnız
Cənubi Dakota ştatında yerli qanunvericilik bu ştatda qeydiyyata alınmış bankların
Dostları ilə paylaş: |