46
keçirilməsində köməklik etməkdir. Daxili nəzarət nəzarətin digər formalarından fərqli
olaraq, daha çox informasiya və hazırlıq funksiyasını icra edir.
Daxili nəzarət rəhbərlik üçün maliyyə təhlilini həyata keçirərək ona təhlilin
məlumatlarını təqdim edir, mühasibat və statistika hesabatlarının, imzalanmış mülki
və əmək müqavilələri üzrə maliyyə nəticələrini qiymətləndirir. Daxili nəzarət
nəticəsində əldə olunan məlumatlar imkan verir ki, təsərrüfat subyektinin maliyyə və
təsərrüfat əməliyyatlarının səmərəlilyinin artırılsın, maliyyə intizamını pozan hallar
araşdırılaraq qiymətləndirilsin. Məcburi maliyyə yoxlamasından əvvəl daxili
nəzarətinin keçirilməsi daha əhəmiyyətlidir. Belə ki, daxili nəzarət təsərrüfat
subyektinin öz gücü və öz vəsaitləri hesabına vaxtında maliyyə sahəsində
cinayətkarlıq hallarının aşkar olunaraq aradan qaldırılmasına, həmçinin dövlət nəzarət
orqanları üçün zəruri sənədlərin hazırlanmasına şərait yaradır.
Daxili maliyyə nəzarətinin təşkilinin əsas məqsədləri Sxem 3.2.1.də
verilmişdir.
Sxem 3.2.1. Daxili maliyyə nəzarətinin məqsədləri.
daxili maliyyə
nəzarətinin
məqsədləri
qanunlara,
planlara, və digər
normativ və
standartlara riayət
olunması
aktivlərin
mühafizəsi
resurslardan
səmərəli və
qənaətlə istifadə
olunması
plan üzrə müəyyən
olunmuş məqsəd
və vəzifələrin
icrası
məlumatların
tamlığı, etibarlılığı
47
Ümumiyyətlə,nəzarət dedikdə, rəhbərlik tərəfindən düzgün planlaşdırma,
təşkilatçılıq və idarəetmənin nəticəsi başa düşülür. Daxili maliyyə nəzarətinin üç əsas
növü fərqləndirilir:
1.
Profilaktik nəzarət – gözlənilməz mənfi hadisələrin baş verməsini önləmək
üçün həyata keçirilir;
2.
Aşkar etmə nəzarəti - baş vermiş arzuolunmaz hadisələri müəyyənləşdirərək
onların aradan qaldırılması üçün tətbiq olunur;
3.
İdarəedici nəzarət - lazımi hadisələrin həyata keçirilməsinə gətirib çıxarır,
yaxud ona şərait yaradır.
Səmərəli daxili maliyyə nəzarəti sistemi qərar qəbulunda mühüm rol oynayan
hadisələr haqqında daxili və xarici bazarla əlaqəli məlumatları tələb edir. Bu
məlumatlar istifadə olunan formada, zamanında, etibarlı şəkildə hazırlanaraq təqdim
edilməlidir.
Risklərə mütəmadi nəzarət daxili nəzarət sisteminin səmərəliliyinin təmin
olunmasında mühüm rol oynayır.
Daxili nəzarət sistemi bəzi amillərin təsiri ilə formalaşır. Bu amillərə aiddir:
təsərrüfat subyektinin rəhbərliyinin daxili nəzarətə olan münasibəti;
təsərrüfat subyektinin strukturu elementlərinin həcmi;
təsərrüfat subyektinin strateji məqsədləri və vəzifələri;
zəruri resurslarla təmin olunma səviyyəsi;
kadrların bilik və bacarıqlarının səviyyəsi;
fəaliyyətin nə dərəcədə avtomatlaşdırılması və s.
Kənar amillər və s.
Müəssisələrin idarəetmə struktur bölmələrindən olan daxili audit xidməti
keyfiyyət meyarı olan iqtisadi səmərəlilik meyarına malikdir. İqtisadi səmərəlilik əldə
etmək üçün isə texnoloji və metodoloji baza hər zaman inkişaf etdirilməlidir. Daxili
48
audit bölməsinin keyfiyyətinin qiymətləndirilməsində aşağıdakı prinsiplər əsas
götürülür:
effektivlik;
sənədləşdirmə,
metodoloji uyğunlaşma;
təşkilati uyğunlaşma.
Daxili auditlə təftiş bəzi hallarda eynilədirilir. Lakin bu anlayışlar bir çox
əlamətinə görə bir-birindən fərqlənirlər. Təftişin vəzifələri dairəsi daxili auditin
vəzifələri dairəsi ilə müqayisədə daha dardır.
Təftişin vəzifələrinə əsasən aşağıdakıları aid edə bilərik:
Normativ və standartların tələblərinin həyata keçirilməsinə nəzarət etmək;
Mühasibat uçotunun təşkilini inkişaf etdirmək;
Maddi, əmək və maliyyə vəsaitlərindən səmərəli istifadə və bu istiqamətdə
mühasibat uçotunun rolunun artırılması;
Maliyyə-təsərrüfat əməliyyatlarının hesabatlarda tam və etibarlı əks
olunmasına nəzarət və s.
Lakin daxili auditin vəzifələrinə qeyd elədiklərimizlə yanaşı başqa vəzifələr də
daxildir. Belə ki, daxili audit maliyyə hesabatının yoxlanılması, nəticədə əldə
olunanməlumatların idarəetmə qərarlarının qəbulu üçün rəhbərliyə verilməsi;
idarəetmə sistemində mövcud risk səviyyəsinin müəyyən olunması; vergi və s.
orqanlarının tətbiq edə biləcəyi sanksiyalar haqqında xəbərdarlıq etmək kimi əlavə
işləri də icra edir.
Digər bir fərq ondan ibarətdir ki, təftişin əsas məqsədi çatışmazlıqları aradan
qaldırmaq, onların səbəbkarlarını cəzalandırmaqdırsa, daxili audit nəzarət olunan
bölməyə yardıma yönəldilir.
49
Təftiş aktivlərdən sui-istifadə hallarının məhdudlaşdırılması, aktivlərin
qorunması, profilaktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Daxili audit isə
yalnız yoxlamanı nəzərdə tutmur. O həmçinin, investisiya cəlb olunması kimi
məsələlər üzrə məsləhətlərin də verilməsini də nəzərdə tutur.
Güclü daxili nəzarət sistemi aşağıdakılara nail olmağa imkan verir:
Təsərrüfat subyektinin vəzifə və məqsədlərinin reallaşdırılması;
Uzunmüddətli gəlirlilik planlarına nail olmaq;
Etibarlı maliyyə hesabatlarının tərtibinə kömək etmək;
Gözlənilməz itki risklərinin azaldılmasına kömək etmək.
Korporativ maliyyə nəzarəti korporasiyaların, cəmiyyətlərin maliyyə-təsərrüfta
əməliyyatlarına nəzarəti nəzərdə tutur. Onun əsas məqsədi səhmdarların kapitalının
və cəmiyyətin aktivlərinin müdafiəsindən ibarətdir. Korporativ nəzarət qarşısında
duran bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həllinə nail olmalıdır:
a)
Səmərəli idraəetmə sisteminin təmin olunması və təsərrüfat subyektinin
vəzifəli şəxsləri tərəfindən sui-istifadə hallarının aradan qaldırılması;
b)
Daxili nəzarətin effektiv əməliyyatlarının aşkar olunması və onlara əməl
olunmasını təmin etmək;
c)
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat planıının qəbulu və icrasının təmin
olunması;
d)
Maliyyə risklərinin aşkar olunması və qarşısının alınması;
e)
Maliyyə hesabatlarında əks olunan məlumatların düzgün olması.
Qeyri-dövlət nəzarətinin növlərindən biri də kommersiya bankları tərəfindən
nəzarətdir ki, kommersiya bankları tərəfindən nəzarətin obyekti onların müştəriləri
olan təsərrüfat subyektlərdir. Nəzarətin bu növü bank müştərilərinin nağd və qeyri-
nağd ödəniş qaydalarına əməl edib-etmədiyini, o cümlədən müştərilərin ödəmə
qabiliyyətini müəyyən etmək üçün həyata keçirilir. Kommersiya bankları müştərilərin
hesablama–kassa
əməliyyatlarının
aparılması
qaydalarına
və
valyuta
qanunvericiliyinə əməl etdiklərinə nəzarət edirlər.
Dostları ilə paylaş: |