Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

30 

 

 



 

gətirib  çıxarır.  Bu  zaman  dövriyyə  vəsaitlərinin  tamamlanmasında  sabit  passivlər 

(müəssisənin öz dövriyyəsinə bərabər tutulan vəsaitlər) və s. iştirak edir.  

 

Sabit  passivlər  dedikdə,  müəssisənin  dövriyyəsində  daim  olan,  lakin  ona  aid 



olmayan vəsaitlər başa düşülür. Sabit passivlərə aşağıdakı elementlər daxil olunur:  

 



Fəhlə və qulluqçulara əmək haqqı üzrə minimum borclar;  

 



Büdcədənkənar fondlara ayırmalar üzrə minimum borc

 



Sosial müdafiə fonduna ayırmalar;  

 



Gələcəkdə  dövr  xərcləri  üzrə  nəzərdə  tutulan  vəsaitlər,  məsələn  təmir  işləri, 

məzuniyyət xərcləri və s.; 

 

Sifarişçilərin avansları üzrə borclar və s. 



 

Sabit  passivlərin  yalnız  artan  hissəsi  dövriyyə  vəsaitlərinin  təşkili  mənbəyi 

olaraq  çıxış  edir.  Bu  vəsaitlər  müəyyən  hədlər  daxilində  müəssisənin  maliyyə 

planında nəzərə alınmır. 

 

Nəzərə  almaq  lazımdır  ki,  müəssisə  inkişaf  etdikcə  dövriyyə  vəsaitlərinə 



tələbatı  da  dəyişir.  Bu  zaman  müəssisənin  öz  dövriyyə  vəsaitləri  və  ona  bərabər 

tutulan  vəsaitlər  onun  tələbləriniminimum  şəkildə  ödədiyindən  tələbatının  qalan 

hissəsini ödəmək məqsədilə cəlbolunan və borc alınan vəsaitlərdən istifadə olunur.  

 

Borc  alınan  vəsaitlər  dedikdə,  müəyyən  faiz  ödəməklə,  banklardan  alınan, 



qısamüddətli  kreditlər  nəzərdə  tutulur.  Kredit  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin 

yenidənbölgüsü  ilə  əlaqədar  olaraq  təsərrüfat  subyektlərinin  bir-birləri  ilə 

müddətlilik,  ödənilməsi  və  geri  qaytarılması  şərtləri  üzərində  qurulan  qarşılıqlı 

iqtisadi əlaqələrini göstərir. 

 

Kreditin ödənilməsi zamanı ona uyğun faizin də ödənilməsi nəzərdə tutulur ki, 



onun da miqdarı bankla müəssisə arasında bağlanan müqavilədə öz əksini tapır. Əgər 

kredit  zamanında  ödənilməzsə,  kredit  faizinin  miqdarı  da  çoxalır.  Kreditin 

verilməsində müəyyən prinsiplər gözlənilməlidir. Bu prinsiplər aşağıdakılardır:  

 



Kreditin alınmasında müəyyən məqsəd vardır; 

 



Kredit geri qaytarılmaq şərti ilə verilir; 

 



Kreditin verilməsində müddətlilik gözlənilməlidir; 


31 

 

 



 

 



Kredit müəyyən faizə əsasən verilir; 

 



Kredit geri qaytarılması ilə bağlı təminatla verilir. 

 

Müddətli kreditlər geri qaytarılması müddətinə görə qısamüddətli, ortamüddətli 



və uzunmüddətli olmaqla, 3 qrupa ayrılır. Qısamüddətli kreditlər banklar tərəfindən 

bir  ilə  qədər    verilən  kreditlərdir.  Oratmüddətli  kreditlər  1  ildən  3  ilə  qədər 

qaytarılmaq şərtilə verilən kreditlərdir.Uzunmüddətli kreditlər 3 ildən yuxarı müddətə 

verilən kreditləridir. 

 

Qısamüddətli kreditlər əsasən dövriyyə fondunun formalaşdırılmasında iştirak 



edir.Orta və uzunmüddətli kreditlər isə əsas fondu formalaşdıran mənbələrdəndir. 

 

Qısamüddətli  krеditləşdirmənin  əsas  formaları  kоmmеrsiya  krеditi  və  bank 



krеditi  hesab  olunur.Uzunmüddətli  təsərrüfat  əlaqələrinə  malik  olan  müəssisələrin 

bir-birinə məhsul göndərməsi, onların haqqının ödənilməsi müddətinin uzadılması ilə 

əlaqədar  olaraq  kommersiya  krediti  istifadə  olunur.  Belə  olduğu  halda,    müqavilə 

əsasında  istеhsal  müəssisəsi  satın  aldığı  məhsulun  haqqının  ödənilməsini  bir  qədər 

yubadır  və  məhsulu  satan  müəssisənin  vəsaitləri  müəyyən  müddət  məhsul  alan 

müəssisənin  təsərrüfat  dövriyyəsində  yerləşir.  Bеlə  kоmmеrsiya  krеditləri  müхtəlif 

fоrmalarda, məsələn vеksеl, alıcının avansı, açıq hеsab və s. kimi rəsmiləşdirilir.  

 

Qısamüddətli  krеditləşdirmənin  digər  üsulu  bank  krеditidir.Bank  krediti 



dedikdə,  kommersiya  bankları  və  diğər  kredit  təşkilatları  tərəfindən  pul  vəsaitləri 

formasında hüquqi və fiziki şəxslərə, o cümlədən dövlət və xarici müştərilərə verilən 

kreditlər başa düşülür. 

 

Kreditin  yuxarıda  qeyd  olunan  bu  iki  forması  arasında  həm  oxşar  həmçinin 



fərqli cəhətlər vardır. Fərqli cəhətlər dedikdə, aşağıdakıları nəzərdə tuturuq: 

 



Bank kreditində faiz dərəcəsi yüksək, kommersiya kreditində isə aşağı olur; 

 



Bank  kreditinin  obyekti  pul  kapitalı  olduğu  halda,  kommersiya  kreditinin 

obyekti kimi dəyərinəmtəə forması çıxış edir; 

 

Bank krediti həm əmtəə tədavülü, həmçinin kapital yığımına xidmət edir, lakin 



kommersiya krediti yalnız əmtəə tədavülünə xidmət edir; 


32 

 

 



 

 



Bank  krediti  məhdudiyyətsiz  olduğu  halda,  kommersiya  kreditləri  ünvanlı 

hərəkət edir. 

 

Onların fərqlərinə baxmayaraq, onlar təbiətcə eynilik təşkil edirlər. 



 

Qısamüddətli kreditləri yalnızca kommersiya bankları deyil, həmçinin maliyyə 

şirkətləri və hökümət təşkilatları da verə bilər. 

 

Müəssisənin  dövriyyə  vəsaitlərinin  formalaşma  mənbələrindən  biri  də  cəlb 



olunmuş  vəsaitlərdir.Belə  vəsaitlərə  müəssisələrin  debitor  borclarını  aid  etmək 

olar.Debitor borclarının yaranma səbəbi müəssisənin aldığı malların haqqını vaxtında 

ödəmədiyində  və  ya  mal-material  dəyərləri  müəssisəyə  onların  haqqı 

ödənilməmişdən  əvvəl  daxil  olduqda  yaranır.Bu  zaman  müəssisə  öz  dövriyyə 

vəsaitlərinin  bir  hissəsini  başqa  müəssisələrin  dövriyyə  vəsaitləri  hesabına 

formalaşdırır. 

 

Bunlarla yanaşı, müəssisənin dövriyyə vəsaitlərinin başqa  mənbələri də vardır. 



Bunlara digər müəssisədən alınan müvəqqəti maliyyə yardımını da aid edə bilərik. 

 

Səhmlərin  satılması  nəticəsində  əldə  edilən  vəsaitlər  də  cəlb  olunan  dövriyyə 



vəsaitlərinə 

aiddir.Bu  üsulla  əldə  olunan  vəsaitlər  kreditləşmədən  bəzi 

xüsusiyyətlərinə görə üstündür.Bu üstünlük səhmlər üzrə dividentlərin ödənilməsi ilə 

bağlıdır.  Belə  ki,    müəssisə    mənfəətlə  işlədiyi  halda  dividentləri  ödəyir,  əks  halda 

dividentlər ödənilmir və müəssisə səhmdarlar qarşısında məsuliyyət daşımır.  

 

Dövriyyə  kapitalının    mənbələrini  analiz  edərkən  onların  maliyyələşmə 



yollarını  nəzərə  almaq  lazımdır.  Dövriyyə  vəsaitlərinin  əsas  maliyyələşmə  yollarına 

aiddir: özünümaliyyələşdirmə, bank kreditləri, kapital bazarı mexanizmləri vasitəsilə 

maliyyələşmə, büdcədən kreditləşmə və başqa müəssisələr tərəfindən maliyyələşmə.  

 

Özünümaliyyələşdirmə  dedikdə,  müəssisənin  öz  vəsaitləri  hesabına 



maliyyələşməsi başa düşülür. Lakin bu heç də hər zaman mümkün olmur. Bu zaman 

kapital  bazarı  mexanizmləri  vasitəsilə  maliyyələşmədən  istifadə  olunur.  Bu 

maliyyələşmə aşağıdakı formalarda baş verir: 

Kapital  maliyyələşməsi  –  əlavə  səhmlərin  satışı  yolu  ilə  baş  verir.  Səhmlər  - 

səhmdar  cəmiyyətin  nizamnamə  fondunda  olan  və  müəyyən  olunmuş  hüquqlara 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə