3
A
Z
Ə
R B A Y C A N M
İ
L L
İ
E L M L
Ə
R A K A D E M
İ
Y A S I
A. B A K I X A N O V A D I N A T A R
İ
X İ
N S T
İ
T U T U
AZƏRBAYCAN
TARĠXĠ
III-XIII əsrin I rübü
Y E D D Ġ C Ġ L D D Ə
II CĠLD
B A K I, E L M, 2 0 0 7
4
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. II cild" (Bakı, Elm, 1998) nəşri
əsasında təkrar nəşrə hazırlanmışdır
Məsul redaktor:
Nailə Vəlixanlı
akademik
ISBN 978-9952-448-34-4
947. 5402-dc22
Tarix - A zərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. " Elm".
2007. 608 səh. - 24 səh. illüstrasiya.
Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuĢ XIII yüzilin I
rübünədək olan dövrü tədqiq edilmiĢ, sasanilərin və ərəb lərin hakimiyyətləri
zaman ı baĢ verən siyasi-ictimai, iqtisadi-mədəni dəyiĢikliklər aĢkarlaĢdırılmıĢdir.
Xilafət in zəifiəd iyi dövrdə təĢəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi,
səlcuq yürüĢü və onun nəticələri, A zərbaycan Atabəyləri dövlətinin yaranması və
süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu
cilddə geniĢ Ģərh olunmuĢdur.
© "Elm" nəĢriyyatı, 2007
5
GĠR Ġġ
1
Son illər A zərbaycan alimləri xalqımızın tarixini aĢkarlaĢdıran geniĢ
tədqiqatlar aparır, bu yaxın laradək tarix kitablarının qıtlığ ın dan Ģikayətlənən
yurddaĢlarımızın haqlı g iley inə cavab verə biləcək əsərlər yaratmağa çalıĢırlar. Bu
baxımdan üçcildlik "Azərbaycan tarixi''nin akademik nəĢrindən sonrakı illərdə
yazılmıĢ və tariximizin mü xtəlif dövr və problemlərinə həsr edilmiĢ onlarca
monoqrafiyanın xüsusi dəyəri vardır.
Azərbaycanın orta çağ tarixini tədqiq edən alimlərimiz də 60-cı illərin
əvvəlindən baĢlayan və az qala, qırx illik müddəti əhatə edən bu dövrdə böyük
uğurlar qazan mıĢ, sasanilərin hakimiyyətindən tutmuĢ monqolların iĢğalınadək
olan dövrün ağır-yüngül problem və məsələlərin i həll edə bilən, yeni araĢdırmalara
əsaslanan monoqrafiyalar yazmıĢ, mü xtəlifd illi orta əsr qaynaqlarına Azərbaycan
və rus dillərində yeni həyat vermiĢlər.
Oxuculara təqdim olunan və Vətən tariximizin on beĢ əsrlik orta çağ
dövrünün birinci min ilində və ikinci min ilin in ilk yü zilliklərində baĢ vermiĢ
hadisələri əks etdirən bu kitab xalq ımızın həyat salnaməsinin ən mühüm
səhifələrini özündə cəmləĢdirmiĢdir. Alimlərimizin apardıqları tədqiqatlar sübut
etmiĢdir ki, feodal münasibətlərinin təĢəkkü l tapdığı və möhkəmləndiyi bu dövrdə
tarixi A zərbaycan ərazisində bütün regionun həyatında həlledici əhəmiyyətli,
sədası sonrakı yüzilliklərdə belə əks olunan mühüm hadisələr baĢ vermiĢdir.
Bu elə b ir dövr id i ki, qu ldarlıq quruluĢunun böhranı ilə əlaqədar bütün
Aralıq dənizi sahili və Ön Asiya ölkələrində daha mütərəqqi ictimai-iqtisadi
formasiyanın - feodalizmin rüĢeymləri yaranırd ı. Həmin ölkələr üçün həlledici
əhəmiyyətə malik olan bu proseslər tarixi A zərbaycanın vilayətlərin i də əhatə
etmiĢ, lakin quldarlıq quruluĢu ənənələrinin kö k saldığı cəmiyyətlərə nisbətən
burada feodal istehsal münasibətləri, əvvəla, daha erkən fo rmalaĢa bilmiĢ, ikincisi
isə daha intensiv olmuĢdur.
Azərbaycanın siyasi tarixində orta çağın baĢlanğıcı Ģimalda Dərbənddən
cənubda Zəncanadək, Ģərqdə Xəzər dənizi, qərbdə Kiçik Qafqaz dağlarınadək
geniĢ bir ərazin i əhatə edən tarixi torpaqlarımızın III əsrin II yarısında Cənubi
Qafqazın digər vilayətləri ilə birlikdə Sasani imperiyasının tərkibinə daxil edilməsi
ilə əlamətdardır. Sasani iĢğalı nəticəsində hələ e. I əsrinin əvvəllərindən bu ərazin in
cənubunda - Atropatenada hakimiyyət baĢında olan Parfiya arĢakilərin in kiçik
sülaləsi aradan götürülür; pəhləvi mənbələrində Adurbadaqan adlandırılan bu yer
yeni imperiyanın artıq heç bir dövlət statusu qalmayan adi vilayə tinə çevrilir.
Tarixi Azərbaycan ərazisinin Ģimal torpaqların ı ö zündə birləĢdirən A lbaniya isə
1
1998-ci ildə yazılmıĢdır.
6
sasanilərin vassal asılılığ ına düĢsə də, özünün hələ e. I əsrindən hakimiyyətə gələn
mənĢəcə parfiyalı arĢakilər sülaləsindən olan hökmdarlarını qoruyub saxlaya bildi.
Erkən feodalizm dövründə tarixi Azərbaycan ərazisində mülkiyyətin
dövlət (hökmdarın Ģəxsində) forması onunla yanaĢı mövcud olan xüsusi feodal
mü lkiyyəti formasına nisbətən üstünlük təĢkil edirdi. Feodal münasibətlərin in
inkiĢafı, feodal sinfinin və torpaq üzərində xüsusi feodal mülkiyyətin in
formalaĢması ilə əlaqədar əsas torpaq fondunun dövlətin əlindən tədricən kübar
nəsillərin əlinə keçməsi prosesi baĢ verdi.
Feodal münasibətlərinin möhkəmlən məsi burada məhsuldar qüv vələrin
inkiĢafına Ģərait yaratdı. Yazılı mənbələr, eləcə də arxeoloji və etnoqrafik
materiallar Azərbaycanda əkinçilik, maldarlıq və sənətkarlığ ın in kiĢafında xüsusi
irəliləyiĢ olduğunu göstərdi. Yenə həmin mənbələr erkən orta əsr Azərbaycanında
yeni Ģəhərlərin salın ması, köhnə Ģəhərlərin çiçəklən məsi prosesinin getdiyini sübut
etdi.
Ġstehsal qüvvələrinin artması, feodal münasibətlərinin in kiĢafı və
möhkəmlən məsi nəticəsində, eləcə də Albaniya və Adurbadaqanın iqtisadiyyatında
Ģəhərlərin ro lunun yüksəlməsi ilə bağlı olaraq Ģəhərlərin sosial strukturunda da
dəyiĢikliklər baĢ verdi, əkinçiliklə əlaqəni kəs miĢ azad sənətkarlar meydana çıxd ı.
Erkən orta əsrlər dövründə Azərbaycan əhalisi sasanilərə, bizanslılara və
baĢqa iĢğalçılara qarĢı mübarizə apard ı. V əsrin əvvəllərindən türkdilli tayfaların
hələ eramızın ilk əsrlərindən baĢlanan axını daha da gücləndi. Əsasən Dərbənd
keçid indən olan bu axının qarĢısını almaq üçün sasanilər Azərbaycan torpaqlarında
güclü müdafiə xətləri çəkməyə baĢladı.
IV yü zildən baĢlayaraq, xristianlıq Albaniyanın dövlət dininə, yeni
yaranmıĢ feodal cəmiyyətinin hakim ideologiyasına çevrild i. ZərdüĢtiliy in möhkəm
yer tutduğu Sasani vilayəti Adurbadaqan isə bu dövrdə artıq müstəqilliyini itirsə
də, dini və mədəni mərkəz rolunu daha da artırd ı.
VI əsrdə Sasani hökmdarı I Xosrov ƏnuĢirəvanın keçirdiyi yeni inzibati
islahata əsasən Albaniya da Atropatena və baĢqa yerlərlə birlikdə Sasani
imperiyasının "Adurbadaqan (ərəb-fars ənənəsinə görə Azərbaycan) kustu (tərəfi)"
adlanan ġimal bölgəsinə daxil edildi. Bununla da hələ erkən Sasanilər dövründə
siyasi mənasını itirmiĢ və yalnız coğrafi adını saxlamıĢ "Adurbadaqan -
Azərbaycan" məfhu mu ilk dəfə o laraq Arazdan Ģimalda və cənubda yerləĢən
torpaqlarımızı özündə birləĢdirən vahid siyasi-inzibati mənanı kəsb etdi
1
.
Azərbaycanın və azərbaycanlıların həyatında baĢ vermiĢ bu mühüm hadisədən
sonrakı dövrlərdə ("ərəb", "səlcuq" və s.) "Azərbaycan" məfhu mu yaran mıĢ, tarixi
Ģəraitə uyğun olaraq mü xtəlif mənaları (siyasi-in zibati,coğrafi və ya siyasi) daĢıyır.
1
M əhz bu səbəbdən biz Albaniya və Adurbadaqanın vahid "Azərbaycan" siyasi-
inzibati adı ilə birləĢdiyi dövrə qədərki tarixini ayrılıqda təqdim edirik.