32
naharar xanədanlarının himayəsi, sonra idarəsi, daha sonra isə hakimiyyəti altına keçir,
onların əhalisi isə hüquqi baxımdan keçmiĢdəki asılı adamlar kateqoriyasına yaxınlaĢırdı.
Naharar xanədanları bütöv vilayətlərə və ya nahiyələrə hökmranlıq edirdilər. Lakin IV
əsrdən etibarən naharar xanədanlarının kiçik üzvləri - sepuxlar (orta fars dilində "nəslin
oğlu") ayrılırlar, yəni torpaq üzərində patronimiya - ailə mülkiyyətinin və mayorat
hüququnun yerinə əsil feodal mülkiyyəti və sepux hüququ gəlir.
Azatlar - nahararlar böyüklərə və kiçiklərə ayrılırdılar. Bu bölgünün əsasında
naharar nəslinin - patronimiyasının iqtisadi, siyasi vəziyyəti, patronimiyanın malik
olduğu hərbi qüvvə dururdu.
Böyük və ya kiçik naharar dərəcəsini, tədqiqatçıların indiyədək güman
etdikləri kimi, ayrıca bir naharar deyil, bütün naharar patronimiyası alırdı. Hər bir
feodal-naharar patronimiyası ölkənin ictimai-siyasi həyatında müəyyən yer və mövqe
(dərəcə) tuturdu. Xüsusi dərəcə fərmanları (dərəcə cədvəlləri) hər bir naharar
xanədanının (patronimiyasının) yerini müəyyənləĢdirirdi. Ġri feodal - nahararlarla
hökmdar arasında, eləcə də böyük və kiçik feodallar arasında qarĢılıqlı münasibət
vassal xidməti ilə həyata keçirilirdi.
Feodallar sinfində - zü mrəsində onlarla birgə sosial vəziyyətinə görə azatlara
bərabər tutulan ruhani feodalların geniĢ təbəqəsi formalaĢırd ı.
Xristianlığın yayıldığı və bərqərar olduğu ilk əsrlərdə alban ruhaniləri iqtisadi
və siyasi cəhətdən zəif idilər. Alban katolikos luğunun hakimiyyəti nominal idi. Kilsə
məsələlərinin həllində alban ruhaniləri aparıcı rol oynamırdılar. Aquen qanunları
kilsənin, ruhanilərin müstəqilliyinin qərarlaĢması prosesini, onların tədricən
güclənməsini əks etdirir. Ruhanilər hələlik kübar əyanlar qarĢısında öz hüquqlarını
müdafiə edir, onların özbaĢınalığını məhdudlaĢdırmağa və hüquqca onlarla
bərabərləĢməyə çalıĢırdılar.
Albaniyanın kübar əyanları kimi, ruhanilər də imtiyazlardan, vergi
azadlığından istifadə edirdilər.
§ 3. TORPAQ SAHĠBLĠYĠ VƏ TORPAQDAN
ĠSTĠFADƏ
III-IV əsrlərdə Albaniyada aĢ ağıdakı torpaq sahibliyi kateqoriyaları
mövcud idi: 1) torpaq üzərində dövlət mü lkiyyəti (və ya torpaq üzərində ali
mü lkiyyət); 2) atadan qalma (aqnatik) torpaq mülkiyyəti (nəsildən -nəslə keçən
himayəçiliklə əldə edilən torpaq mülkiyyəti); 3) hökmdar domen i; 4) xüsusi feodal
torpaq mülkiyyəti; 5) kilsə torpaq mülkiyyəti; 6) kəndli və icma torpaq mü l-
kiyyəti.
III-VII əsrlərdə feodal münasibətlərinin inkiĢafı, feodallar sinfi və torpaq
33
üzərində xüsusi feodal mü lkiyyətinin formalaĢ ması ilə əlaqədar əsas torpaq
fondunun dövlətdən tədricən kübar nəsillərin əlinə keçməsi baĢ verir. Torpaq
fondunun yenidən bölünməsi isə, ö z növbəsində, bu fondu və kəndlilər ü zərində
ağalığı ələ keçirə bilmiĢ iri feodalların getdikcə artan separatizminə qarĢı dövlət
hakimiyyətinin arams ız mübarizəsinə gətirib çıxarır.
Cənubi Qafqazın digər ö lkələrində və Ġranda olduğu kimi, Albaniyada da
torpaq üzərində dövlət mülkiyyəti ilə yanaĢı, hökmdarın bilavasitə özünün, çox
güman, vahid dövlət mülkiyyətinin dağılması prosesində yaranan torpaq mülkləri
(hökmdar domeni) də var idi. Belə torpaqlar dövlətin mü xtəlif vilayətlərində
mövcud idi. Bu, Mo isey Kalankatlının alban hökmdarı II Vaçenin "öz Ģəxsi payı",
digər alban hökmdarı III Vaçaqanın öz qızının adına mü lk (dastakert) bina etməsi
haqqında məlu matları ilə təsdiq olunur; bununla yanaĢı, alban hökmdarlarının qıĢ
iqamətgahı kimi Xalxal Ģəhəri, "Albaniyanın böyük knyazları mihran ilərin" taxt -
tac vilayəti kimi Gird iman haqqında məlu matlar da hökmdar domen inin olduğunu
sübut edir. Bu mülklər hökmdar nəslin in üzv ləri arasında xırdalanaraq, daha kiçik
mü lklərə bölünür və beləliklə, hökmdarın atadan, qalma torpaq mülkiyyəti
sonradan inkiĢaf edərək, xüsusi torpaq mülkünə çevrilirdi.
Hökmdar do menindən baĢqa mövqeyi III-V əsrlərdə hələ də güclü olan və
adlı-sanlı nəsillərə məxsus aqnatik torpaq mülkiyyəti də mövcud idi. Lakin
mayorat hüququna (torpağın atadan böyük oğula keçməsi) əsaslanan bu torpaq
mü lkiyyəti IV-VI əsrlərdə dağılmağa baĢlayır və onun yerinə torpaq üzərində
xüsusi feodal mü lkiyyəti hüququ gəlir. Xüsusi feodal torpaq mülkiyyəti öz
növbəsində iki formada mövcud idi: 1) icma torpaq sahibliyinin ("allod"un)
dağılması və torpaqların dövlət tərəfindən hakim sinfin nümayəndələrinə irsi mülk
hüququnda paylanılması nəticəsində meydana çıxan Ģərtsiz və ya irsi torpaq sahibliyi
(dastak ert); 2) torpaqların dövlət tərəfindən hakim sinif nümayəndələrinə vassal xid-
məti müqabilində müvəqqəti paylanması nəticəsində meydana çıxan Ģərti torpaq sahibliyi
(xostak). ġərti torpaq sahibliyinin irsi torpaq sahibliyinə -
dastakertlərə çevrilməsi
meyli var idi. Dastakertlərin sahibləri - hökmdar, feodallaĢmaqda olan əyanlar və təzə
meydana çıxan iri feodalla r (irsi mülk sahibləri), xostakların sahibləri isə hərbi
xid mətdə olan xırda zadəganlar (azatlar) və ruhanilər idi.
Erkən feodalizm dövründə Ģərtsiz torpaq sahibliyi (dastakert) üstünlük təĢkil
etsə də, sonrakı dövrdə birincilik Ģərti torpaq sahibliyi formasına keçir. Kilsə torpaq
mülkiyyəti dünyəvi feodal mülkiyyətindən fərqlənmirdi. Torpaq üzərində tam
mülkiyyət hüququ kilsəyə məxsus idi. Kilsə - monastır torpaq sahibliyi xristianlığa
qədərki keçmiĢ məbəd torpaqlarından, habelə dövlətin (hökmdarın) və xüsusi Ģəxslərin
bəxĢiĢ verdikləri torpaqlardan meydana çıxmıĢdı. Kilsə qulluqçuları dini xid mət
müqabilində torpaq payı -xostak ilə təmin olunurdular; lakin cahillik və bacarıqsızlıq
nümayiĢ etdirmiĢ və ya qəbahət iĢlətmiĢ kilsə xadimləri torpaq payından məhrum edilə
bilərdilər. Ġcma və xüsusi kəndli mülkiyyətləri də mövcud idi. Bu kateqoriyalar
arasında xüsusi feodal torpaq sahibliyi inkiĢaf etmə və hakim forma kimi bərqərar olma