Mədəd Çobanov
20
Deməli, Azərbaycan - türk ədəbi dilinin Ģifahi qolu ilə ya-
zılı qolunun yaxınlaĢması və təmərgüzləĢməsi də dilimizin milli-
ləĢməsinə güclü təkan verən amillərdən biri olmuĢdur. Əlbəttə,
dilimizin milliləĢməsi prosesində dialekt və Ģivələrin, ləhcələrin də
rolu az olmamıĢdır. Çünki milli ədəbi dil ləhcə səviyyəsi ilə Ģifahi
ədəbi dilin qovuĢması, bir-birilə qaynayıb- qarıĢması nəticəsində
meydana gəlmiĢdir.
XIX əsrdə isə, dilimizın milliləĢməsi daha sürətlə inkiĢaf
edir. Bu da təsadüfı deyil. Çünki XIX əsrdə digər türk dillərindən
fərqli olaraq, Azərbaycan – türk dilində ilk mətbuat orqanların ya-
radılması («Tıflis əxbarı», «Qafqazın bu üzünün xəbərləri»,
«Əkinçi», «Ziya», «Ziyayi - Qafqaziyyə», «KəĢkül» və s. qəzet və
jurnallar), ədəbiyyatımızın geniĢ vüsət alması, kitab nəĢrinin baĢ-
lanması, teatrların təĢkili, dram janrının, o cümlədən, komediya
janırının (M.F.Axundovun 1850- ci ildə «Hekayəti-Molla Ġbrahim
Xəlil kimyagər» əsəri dram janrının; C.Məmmədquluzadənin
«Çay dəstgahı»; N.Vəzirovun «Sonrakı peĢmançılıq fayda ver-
məz»; Ə. Haqverdiyevin ―Yeyəsən qaz əkini, görəsən ləzzətini‖;
N.Nərimanovun «Nadanlıq» əsəri faciə janrının; N.Vəzirovun
«Müsibəti-Fəxrəddin»; Ə.Haqverdiyevin «Dağılan tifaq», «Bəxt-
siz cavan»; N.Nərimanovun «Nadir Ģah» əsərinin yaranması;
həmçinin, ilk məktəb Ģəbəkəsinın geniĢlənməsi, Qori seminariya-
sında Azərbaycan – türk bölməsinin fəaliyyət göstərməsi və ziyalı
kadrların həm kəmiyyətcə, həm də kefiyyətcə inkiĢaf etməsi də
dilimizin milliləĢməsinə güclü sürətdə təsir etmiĢdir.
Əlbəttə, bunu da təsadüf hesab etmək olmaz. Çünki XX
əsrin əvvəllərində M.ġahtaxtlının Azərbaycan-türk dilində nəĢr
edildiyi ―ġərqi-Rus‖ qəzetinin səhifələrində Türklülük-azərbay-
cançılıq ideyasının və əqidəsinin ziyalılar arasında geniĢ miqyaslı
təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Odur ki, həmin
dövrdə xalqımızın tanınmıĢ ziyalıları, o cümlədən, Mirzə Cəlil,
satirik Ģerin nadir ustadı M.Ə.Sabir, Ö.F.Nemanzadə, H.Cavid,
A.Səhət, M.S. Ordubadi, Ə.Nəzmi, Ə. Qəmküsar və baĢqaları
Türk ədəbi dillərinin birliyinə doğru
21
―ġərqi - Rus‖ qəzetinin milli ruhlu sağlam və müasir ideologiyası
və əqidəsi ətrafında toplanmıĢlar. Əlbəttə, bu ideologiyanın əsa-
sında xalqımızın tarixən təĢəkkül tapmıĢ milli sərvəti olan ―Ana
dilimiz‖ Azərbaycan – türk dili dayanırdı. Məhz həmin dövrdə
xalqımızın milli oyanıĢ prosesi geniĢ halda yayılmağa və həyata
təsir etməyə baĢlamıĢdır...
AZƏRBAYCAN DÖVLƏTÇĠLĠYĠNĠN YENĠDƏN BƏRPA
EDĠLMƏSĠ DÖVRÜNDƏ DĠL MƏSƏLƏLƏRĠ
Türklüyümüzün yenidən oyanıĢı prosesi XX əsrin birinci
rübündə, demək olar ki, müəyyən dərəcədə güclənmiĢ və bütün
Türk dünyasını əhatə etməyə baĢlamıĢdır. Nəhayət, XX əsrin
ikinci onilliyinin sonralarına yaxın 3 əsrdən çox ―xalqlar
həbsxanası‖ olan Rusiya çarizminin daxili siyasəti nisbətən
zəifləyir, digər xalqların xüsusilə, Qafqaz, Volqaboyu, Uralətrafı,
Sibir, Orata Asiya və Güney Qafqaz xalqları, o cümlədən də
Azərbaycan türkləri özünün tarixi dövlətçiliyini bərpa etmiĢ və
müstəqil, azad, suveren Azərbaycan Xalq Cümhüriyyətini
yaratmıĢlar. Lakin Çar Rusiyasının varisi kimi çıxıĢ edən Sovet
Rusiyası sabiq Çar Rusiyasının tabeliyində olan bütün xalqları və
ölkələri yenidən özünün müstəmləkəsinə çevirmək üçün yeni
strateji planlar hazırlayır...
Ġmperiya siyasəti yeridən Sovet Rusiyası 28 may 1918-
28 aprel 1920 ci illərdə mövcüd olmuĢ Azərbaycan Xalq Cüm-
hüriyyətini cəmisi 23 aydan sonra ikinci dəfə yenidən iĢğal edir və
beləliklə də, Azərbaycan xalqının müstəqilliyinə yenidən son qo-
yur. Doğrudur, AXC-i az bir müddət yaĢasa da, bəlkədə, xalqın
gələcəyi naminə yarıməsrlik iĢ görmüĢ geniĢ miqyaslı fəaliyyət
göstərmiĢ, xalqa müstəqilliyin, azadlığın, suverenliyin və demok-
ratiyanın mahiyyətini və əhəmiyyətini ―daddırmıĢdır‖.
Onu da, qeyd edək ki, AXC-i dövründə türklüyümüzün
ilkin və əsaslı ideologiyası geniĢ vüsət almıĢdır. Bir sözlə, həmin
Mədəd Çobanov
22
dövrdə türklük ideyası və əqidəsi XX əsrin birinci 20 illiyində
özünün pik nöqtəsinə yüksəlmiĢdir. AXC-nin istər siyasi, iqtisadi,
mədəni, mənəvi sahədəki inkiĢafı hamıdan çox xalqımızın tarixi
düĢmənlərindən biri olan Sovet Rusiyasını narahat edirdi. Bu da
təsadüfi deyildi, çünki Azərbaycan coğrafi mövqeyinə görə Ģərqlə-
qərb və Ģimalla-cənub arasında xüsusi strateji mövqeyə malik
olan, möhkəm dayaqlar üzərində sabitləĢmiĢ ―Əsas körpü‖ rolunu
oynayırdı. Digər tərəfdən isə, Azərbaycan zəngin təbii ehtiyatlara
- neft və qaza, mülayim iqlim – hava Ģəraitinə, ucuz iĢçi qüvvəsi
olan ölkə idi ...
Odur ki, Sovet Rusiyası 1920-ci ilin 27-28 aprelində
təpədən-dırnağa qədər silahlanmıĢ və tərkibində 72 min əsgər və
zabit olan XI Qızıl Ordu (ĠĢğalçı Ordu) ilə Azərbaycanı ikinci dəfə
yenidən iĢğal etdi. Beləliklə, Azərbaycanın müstəqilliyinə son
qoyuldu. Sovet imperiyasının Azərbaycanda ―ağalığı‖ düz 70 il
davam etdi... Bu 70 il ərzində xalqımız daim qorxu və sək-səkəli
halda yaĢayırdılar... Çünki Sovet repressiyası fasiləsiz davam
etdirilirdi. Məhz bu repressiyaların 1920-1939-cu illəri dövründə
Azərbaycan xalqının 29 min tanınmıĢ zayalıları – alimləri, Ģairləri,
yazıçıları, mədəniyyət və incəsənət xadimləri, ictimai xadimləri,
elin-kəndin ən nüfuzlu – geniĢ dünyagörüĢlü adamları, həmçinin,
2000 nəfər general və zabitləri repressiyanın ədalətsiz qurbanları
oldular....
Bütün bunlara baxmayaraq, xalq özünün gələcəyi barədə
düĢünür, götür – qoy edirdi. Onu da qeyd edək ki, xalq açıq-əĢkar
olmasa da qəlbində azadlıq, müstəqillik, suverenlik, demokratiya
amalı və əqidəsi ilə, türklük – azərbaycançılıq inamı və inancı,
ideyası ilə yaĢayırdı.... Sovetlər birliyi dövründə də xalqımızın
qabaqcıl ziyalıları arasında özünün milli dövlətçilik ideyası ilə
yaĢayanlar çox idi, bəzən bu ideyalar açıq-aĢkar özünü büruzə
verirdi, bəzən isə geri çəkilirdi, amal və əqidlərini yenidən götür –
qoy edir, ideyaca yenidən silahlanırdılar... BaĢqa sözlə desək,
xalqımızın avanqard dəstəsi olan qabaqcıl ziyalıların baĢçılığı ilə
ziyalılar və gənclər Azərbaycanın gələcək taleyi, inkiĢafı və tərəq-
Dostları ilə paylaş: |