Azərbaycan .- 2010.-28 sentyabr.- N 211.- S. 7.
Bir ömrün manifesti
Flora Xəlilzadə
Nadir istedad sahibləri, klassik sənətkarlar öz yaradıcı təfəkkürləri ilə əsrlərin qovğalarından
sıyrılaraq həmişə gələcəyə üz tutublar. Belə şəxsiyyətlər həqiqətən, xoşbəxtdirlər. Çünki onların
yaratdıqları
həmişə yaşamaqda davam edir.
Ədəbiyyatımızın
əbədi ömür sahibləri çoxdur.
Füzulidən üzü bəri neçə şairin, nasirin, bəstəkarın, rəssamın, memarın adını çəkmək olar. Bu sahə
müxtəlifliyində nəsrimizin yeri ayrıca bir mövzudur. Ədəbiyyat tariximizdə hekayə, povest və romanları
ilə layiqli yer tutanlardan biri də unudulmaz yazıçı və pedaqoq-alim Mir Cəlal Paşayevdir. O, XX əsr
Azərbaycan
ədəbiyyatının
bünövrəsini qoyanlardan sayılır. Mir Cəlal
ədəbi
aləmdə
atdığı ilk addımlarından sənətin şöhrət zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün 50 ili ərzində
zəngin
ədəbi irs yaratmışdır. Filologiya elmləri doktoru, professor Qulu Xəlilov nasirinyaradıcılığını
əhatəli təhlilə çəkərək yazırdı: "Ədibin əsərlərində klassik ədəbiyyatımızın mütərəqqi ənənələri ilə
yanaşı, xalq yaradıcılığının bir sıra
işıqlı
ünsürləri
birləşir,
qaynayıb qovuşur və yeni keyfiyyət
kəsb edir. Bu cəhətlərin
səmərəli
inkişafı
həyat
həqiqətinə sadiqlik Mir Cəlala müasirinsanın
psixologiyasının, mənəvi aləminin, onun fikir və duyğularının bədii inikasına geniş imkanlar verir".
Mir Cəlal Paşayevin bioqrafiyasından götürdüyümüz rəqəmlərin məna tutumuna diqqət yetirək. O,
26 aprel 1908-ci ildə Cənubi Azərbaycanda - Təbrizin yaxınlığındakı Əndəbil kəndində anadan
olmuşdur. Taleyin qəfil rüzgarları hələ uşaq ikən əlindən çox şeyini almışdı.
Demək olar ki, çox erkən yaşlarından doğulduğu ana torpağı, valideynlərini itirmişdi. Buna
baxmayaraq həyatın ağrı-acılarına mərdliklə sinə gərməyi bacarmışdır. Şimali Azərbaycanda ilk yaşadığı
şəhər qədim Gəncə, ilk əmək fəaliyyətinə başladığı rayon Gədəbəy, ömrünün son mənzilinədək geniş ədəbi
və elmi fəaliyyət göstərdiyi ünvan Bakı olmuşdur.
Mir Cəlalı yaxından tanıyanlar həmişə bir fikri çox vurğulayırlar ki, o, hər şeydən əvvəl, son dərəcə
işıqlı
şəxsiyyət idi.
Hansı
məziyyətlərindən
danışmaq
istəsən,
insanın
qəlbinə
xoş
hisslər, emosiyalar daxil olur. Mənəviyyatındakı saflıq, təmizlik, halallıq, toxluq həyatda, elmdə,
yaradıcılıqda, pedaqoji fəaliyyətdə
və insanlara münasibətdə
həmişə Mir Cəlal
müəllimin
ən
etibarlı yol yoldaşı idi.
Vaxtilə
- İkinci Dünya müharibəsi
dövründə
universitetdə Mir Cəlal
müəllimdən
dərs
almış xalq şairi Bəxtiyar Vahabzadə "Mənim müəllimim" adlı məqaləsində yazıb: "Mir Cəlal
yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili xalq danışıq
tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir. Buna görə də istər elmi, istərsə də
bədii əsərlərə ilk növbədə dilin təmizliyi, qüsursuzluğu, ən ümdəsi isə xəlqiliyi baxımından
yanaşır, bu vacib şərtləri hamıdan tələb edirdi".
Həyat həqiqətinə sadiqlik ədibin həqiqi vətəndaşlıq amalına çevrilmişdi. Tənqidçilər yazıçının
yaradıcılıq keyfiyyətlərini hansı istiqamətdən təhlilə çəkməklərindən asılı olmayaraq həmişə bir fikirdə
köklənirdilər: Mir Cəlal gözəl hekayələr ustadı idi. Onun hekayələrində həyatın hər ikiqütbü
həmişə özünü göstərirdi. Müəllifin "Ərik ağacı", "Şapalaq", "Xarici naxoşluq", "Plovdan sonra",
"İclas qurusu", "Əmzik", "Yamanlığa yaxşılıq", "Ad günü", "Dərsini yaz", "Təzə toyun nəzakət qaydaları"
adlı
hekayələrində toxunulan məsələlər bu gün üçün də
aktualdır. Onun sadə
və şirintəhkiyəsi
nağıllarımızdan gələn xalq danışıq dilindən bəhrələndiyini göstərirdi. Bu səbəbdən də Mir Cəlalın
hekayələri həmişə maraqla qarşılanıb. Yarım əsr bundan əvvəl yazılmış "Anket Anketov" adlı hekayəsində
müəllifin incə bir üsulla, yumorla, lakin kəskinliklə ifşaya çəkdiyi bir məsələ bugünün oxucusu üçün də
maraqlıdır. Hamamlar trestinə rəis təyin olunan Anketov işə götürdüyü adamlardan min cür
"spravka"lar tələb edir. Az qala qəbir
evində
də yoxlama aparmaq istəyir ki, görsün, işçinin babası
pinəçi olub, yoxsa varlı, karlı!? Mir Cəlalın hekayələrində avamlıq, cahillik, nadanlıq, yaramazlıq
müntəzəm tənqid edilib.
Mirzə Cəlili "Yeni realist ədəbi məktəbin banisi", Əbdürrəhim bəy Haqverdiyevi isə "Yeriyən
Azərbaycan" adlandıran Mir Cəlal özü canlı ədəbiyyat idi. Professor Qara Namazova məxsus fikirdir ki,
Mir Cəlal müəllim sadə hekayələrdə sadə adamların dili ilə gizli mətləblərə toxunurdu. Onda Mirzə
Cəlilə xas olan "adi əhvalatlarda böyük həqiqətləri" açmaq məharəti var idi.
Mir Cəlal Azərbaycan ədəbiyyatının klassiklərindən olan Səməd Vurğun və tənqidçi Mehdi
Hüseynlə yaxından dostluq edib. Bu barədə ədəbiyyatşünas-alim Firudin Hüseynov öz xatirələrində belə
yazıb: "Mir Cəlal müəllim mənəvi cəhətdən saf və təmiz bir insan idi. Tamah hissindən uzaq, az-
çoxa qane olan, gözü-könlü tox, təmiz bir ziyalı idi. Özü də həmişə deyərdi ki, Səməd Vurğun
məni bir dost kimi sevərdi, tərifdən sonra zarafat eləyərdi: "Mir Cəlal, sənin bir böyük eyibin var, sən
"silişkom paryadoçnı adamsan".
Ədibi bir alim,
ədəbiyyatşünas kimi başqalarından
fərqləndirən
mühüm cəhət təkcə elmi təfəkkürü deyil, həm də zəngin mənəviyyatı və sadəliyi idi".
Gözəl və nəcib duyğuların, düşüncələrin sahibi olan yazıçı öz əsərlərində insanı mənəvi cəhətdən
saflaşdıran, zənginləşdirən problemlərlə bağlı elə mövzulara müraciət edib ki, onun
yaradıcılığında tarixin, dövrün, quruluşun bütün rəngləri öz əks-sədasını tapırdı.
Ömrünün sonunadək müxtəlif mövzularda kiçik və lokonik hekayələr yazan Mir Cəlal Azərbaycan
ədəbiyyatında roman janrının
inkişafında da özünəməxsus
xidmətlər
göstərib.
"Dirilən adam",
"Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarım", "Təzə səhər" adlı romanlarında
hekayələrinə məxsus bir məziyyətlər öz əksini tapıb. Yazıçının tədqiqatçıları bu fikirdədirlər ki, o,
öz romanlarında tarixi hadisələri realist boyalar, tipik obrazlar və canlı həyati lövhələr vasitəsilə verməyə
çalışıb. Mir Cəlalın romanlarında xalqımızın ötən əsrdəki mübarizələrlə dolu həyatının bütöv
mənzərəsi var.
Mir Cəlal filologiya elmləri doktoru,
professor idi. O, görkəmli ədəbiyyatşünas-alim
kimi də
fəaliyyət göstərmişdir. Klassik Azərbaycan ədəbiyyatının mükəmməl və bacarıqlı tədqiqatçılarından biri i
di. Bədii əsərlərində olduğu kimi, elmi əsərlərində də Mir Cəlal aydın məqsədli, millitəfəkkürlü tədqiqatçı
kimi diqqət çəkirdi. Mir Cəlal, həqiqətən, ədib kimi də, alim kimi də həyatın enişli-
yoxuşlu yollarını büdrəmədən məqsəd aydınlığı ilə keçməyi bacarıb. Bu aydınlıqdan da çox talelərə işıq d
üşüb.
Ədəbiyyatşünas Pənah Xəlilova məxsus fikirdir:
"Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç birinin dilinə, üslubun
a oxşamır. Onun əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat dili. O, elmi əsər
lərini yazıçı Mir Cəlalınqələmindəki yığcamlıq və şirinliklə, amma dərin və axıcı elmi mühakimə tutumu
olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir".
1948-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilən Mir Cəlal 1961-
ci ildən ömrünün sonuna kimi bu ali məktəbin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır. Biz
nəslin çoxuna dərs demiş Mir Cəlal hər kəsin ürəyində möhtəşəm müəllim abidəsi yaratmışdı.Bəlkə də bi
zim universitet həyatında onun qədər qayğıkeş, yumşaq təbiətli müəllimimiz olmamışdı. Kitablarının ilk n
üsxəsini payladığı oxucular elə öz tələbələri olardı. Ömründə bir dəfə də jurnalı yoxlamazdı. Amma hər k
əsin nə işlə məşğul olduğunu dəqiq bilərdi. Hamının maddi vəziyyətiilə maraqlanardı. Qəlbi insanlara qar
şı məhəbbət və mərhəmətlə dolu idi. Tələbəyə heç vaxt kafi yazmazdı. Çünki o, təqaüddən düşə bilərdi. D
eyim ki, ondan əla almaq da zor idi. Zarafatı çox sevərdi. Yumorlu atmacaları indiyə kimi ürəklərə xoş ov
qat yayan lətifəyə çevrilirdi. Bəzən dərsinşirin yerində başı söhbətə qarışmış tələbələrə özü deyərdi:
"Bağışlayın, biz sizə mane olmuruq ki".
Mir Cəlal müəllim bizə dərs deyəndə yaşı 70-ə yaxın idi. Amma yaşıdlarından çox ahıl görünürdü.
Həyatın ağrı-acıları onun varlığına hopmuşdu. Amma çöhrəsində qəribə bir mülayimlik vardı. Adamı hey
özünə çəkirdi. Bu ünsiyyətdə sanki öz doğmanla üzləşirdin. Hamıya əziz vəmehriban idi. Mühazirə vaxtı i
sə "Ədəbiyyatşünaslığın əsasları" kitabını az qala sətirbəsətir əzbər deyərdi. Hər kəsi müəyyən rənglərlə,
geyimlərlə əlaqələndirib çağırırdı. O dövrdən bir qənirədən artıq vaxt ötməsinə baxmayaraq indi də hərdə
n qulaqlarıma Mir Cəlal müəllimin "qırmızı köynəkliqız" ifadəsi səslənməkdədir. Biliyimizdən, xasiyyəti
mizdən, dolanışığımızdan, bir sözlə, bütün tələbələrin məişət qayğılarından xəbər tutmağı vacib bilərdi. Y
adımdadır, tələbə yoldaşlarımızdan birinin vəziyyəti çox ağır idi. Mir Cəlal müəllim sinif nümayəndəsi ilə
pünhan söhbət edərək o tələbə qıza özünün də xəbəri olmadan maddi kömək göstərmişdir. Son dərəcə hə
ssaslığı həmişə onun köməyinə çatırdı. Bu səbəbdən də tələbələrin hər birinin üzündən, gözündən, hərəkət
lərindən, səsindən tanıyırdı.
Mir Cəlal müəllim həqiqətən çox sadə və geniş ürəkli bir insan idi. Xatırlanacaq bu əhvalat onun b
öyüklüyünü şərtləndirən bir nümunədir. Mənə bir kurs işi vermişdilər:
"Mir Cəlalın yaradıcılığında imperializmin tənqidi". Kömək üçün ona müraciət edəndə çox təəccübləndi.
Eynəyinigözlərindən çəkərək dedi:
"Sən jurnalistikada oxuyursan. Mir Cəlaldan niyə kurs işi yazırsan?" Öz əli ilə mövzuda belə düzəliş etdi:
"Mirzə Cəlilin felyetonlarında imperializmin tənqidi". Üstəlik, məsləhət verdi, planın da tutulmasında kö
mək etdi. Mir Cəlal belə ürəyin və əqidənin sahibi idi.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Mir Cəlalın anadan olmasının 90 illiyi
dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə onun həmkarlarının, tələbələrinin, doğmalarının qələmə
aldıqları yazılardan ibarət bir xatirələr kitabı çapdan çıxdı. Yazıçının qızı Ədibəxanımın bizə bağışladığı h
əmin kitabı vərəqlədikcə müxtəlif xatirələrdən Mir Cəlal müəllimin işıqlı obrazı boylanır. Unudulmaz ali
min vaxtilə professor Firudin Hüseynovla birgə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabı 2000-
ci ildə İstanbulda çap edilmişdir. Türkiyəli oxucular bukitab vasitəsilə Azərbaycan ədəbiyyatının tarixini
mükəmməl öyrənmək imkanı qazanıblar. Çox fərəhli məqamdır ki, YUNESKO-nun xətti ilə görkəmli
Azərbaycan yazıçısının 100 illik yubileyi geniş miqyasda qeyd edildi. Bu münasibətlə məmləkətin hər böl
gəsində Mir Cəlalla bağlı müxtəlifyubiley tədbirləri keçirildi. Vaxtilə yaşayıb işlədiyi Gəncədə, Gədəbəyd
ə, Bakıda yazıçının yaradıcılığını əks etdirən muzeylər açıldı, guşələr yaradıldı.
Məhəbbəti qəlblərdə yaşayan unudulmaz yazıçı və pedaqoq Mir Cəlal Paşayev apreldə dünyaya gəl
mişdi. Bir payız günündə - sentyabrın 28-də dünyaya və canından artıq sevdiyi doğmalarına
"əlvida" dedi. Vaxtilə ürəklərdə yandırdığı çıraq yenə də eyni şövqlə alovlanmaqdadır.Həqiqətən də,
el
məhəbbəti qazanan insanlar heç vaxt unudulmurlar. Vaxtilə bu gözəl və müdrik insandan çox yaxşılıq,
qeyri-adi himayədarlıq görmüş xalq şairi Nəriman Həsənzadə öz müəllimi haqqında ehtiramla danışır:
"Mir Cəlal müəllim, həqiqətən, peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun qanında, canında idi".
Mir Cəlal bir nur çeşməsi idi. Bu çeşmədən pay götürənlər çox olub. Sevinirik ki, biz öz sevimli
müəllimimizdən bir ömür manifestinin cizgilərini dərindən öyrənə bilmişik. Xalq şairi Süleyman Rüstəmi
n Mir Cəlalın 50 illik yubileyinə yazdığı şeirdə belə bir misrası var:
"Sadə ürəklərdəyandırıb çıraq, qazandın ellərin məhəbbətini". El məhəbbəti qazananlar isə əbədi ömür sa
hibi olurlar.
Nə yaxşı ki, bu halal ocaqdan pərvazlananlar Mir Cəlal ənənəsini davam etdirirlər. Yazıçı ömrünün
manifesti də elə budur.