11
dönəmlərdə şahlar Gürcüstanın şərabına, balına və gözəl qızlarına heyran
olmuşlar
*
. Rusiya yandaşlığı ilə bilinən Erkli
2
öldükdən sonra onun oğulları və
nəvələri Fətəli Şaha olumlu baxmağa başlamışdılar. Fətəli Şah da onlara hörmətlə
yanaşırdı. Şah onlara müttəfiq kimi baxırdı. Çünkü Baqratiyon xanidanı əskilərə
dayanan soylu bir ailə idi. Fətəli Şah Gürcüstanı zorla və ya dostluq yolu ilə işğal
etmək haqqında düşünürdü.
1800-cü ilin baharında Gürcüstan şahzadələrinin Xoya gəlmələri
qərarlaşdırılmışdı. Burada şahzadələr Rusiyanın Gürcüstana uyquladığı ağır şərtləri
dilə gətirib, Fətəli Şahdan yardım istəyəcəklərdi. Ancaq Xorasandakı olaylar Fətəli
Şahın Xoya gəlməsini əngəllədi. Xorasandakı qiyamları yatırmaq üçün bu bölgəyə
getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman Xan Abdali, Qacarlara
qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan, Nadir Şahın ordusunda böyük
mənsəb sahibi olan Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir Şah öldükdən sonra
Türküstanın, Xorasanın və Hindistanın bir bölümünü əlində bulundurmaqda idi.
Fətəli Şah bu önəmli təhdid ünsürünü ortadan qaldırmaqda qərarlı idi. Fətəli Şah
insani təbiətə sahib idi, çünkü həyatın gözəlliklərinə inanır və həyatdan zövq
almağı daima göz önündə bulundururdu. Yalnız bütün bu xarakterinə rəğmən, bəzi
yaxın adamlarını uzaqlaşdırmağı da nəzərdən qaçırmırdı. Qacar öldükdən sonra
Fətəli Şahın iqtidara gəlməsinə yardımçı olan Fars vilayətinin əski elbayı Etimad-
üd Dövlənin davranışları Fətəli Şahda şübhə oyatmışdı. Qacar sarayında və bir çox
çevrələrdə yayılmışdı ki, Fətəli Şah sadəcə, isim olaraq şahdır, əslində isə ölkəni
idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlə yardımçı
olmuşdur. Etimad-üd Dövlə sadəcə, öz yaxınlarını saraya yerləşdirməklə
kifayətlənməmiş, həm də müxtəlif vilayətlərdə də öz adamlarını elbay və hərbçi
olaraq yerləşdirmiş, ölkənin ticarət işlərini də ələ keçirmişdi. Etimad-üd Dövlə
Şahın ona qarşı başlayan şübhələrindən xəbərsiz deyildi. O da iqtidara gəlməsinə
yardım etdiyi bu gənc padşahdan xoşlanmırdı, ancaq iqtidarın dəyişik
mərkəzlərində yerləşdirdiyi adamlarına güvəndiyi üçün qorxmurdu. Uyğun bir
zamanı bəkləyirdi ki, bir devrilişlə ölkənin bütün yönətimini ələ keçirsin. Digər
tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandakı tacirləri ilə də ticari və gizlin
siyasi irtibat qurmuşdu.
Fətəli Şah işrət məclisinə hər kəsi buraxmırdı. İşrət və şənlik məclisi türlü-
türlü gözəl qadınlarla dolu idi. Bu qadınların çoxu ilə cinsi ilişkidə bulunurdu. Bu
qadınların bir çoxu ona şahzadələr doğurmaları nədəni ilə işrət məclisindən
uzaqlaşır və padşahın qadınları cərgəsinə qatılırdılar. Padşah, qadın düşgünlüyünü
*
Səfəvilər dönəmində də başkənd İsfahana intiqal etdikdən sonra Səfəvilər sarayını ən çox gürcü və
ermənilər, özəlliklə gürcü və erməni qadınların yaxınları öz təsirləri altına almışdı. (G.C.)
2
Bu ad Qacar dönəmi qaynaqlarda müxtəlif şəkildə yazılmışdır. Qacar qaynaqlarında yazılan türlər:
Erkele, Erkli, Erikli, Herakli, Herakliyus.
12
kimsə görməsin deyə hər kəsi bu məclisə buraxmırdı. Fətəli Şahın öz ləzzət və
zövqlərini paylaşdığı kişi onun əmisi oğlu idi. Fətəli Şah çocuqluq arkadaşı olan bu
əmisi oğlunu çox sevdiyi üçün öldürməmiş, amma gözlərini çıxarmışdı. Bu üzdən
də onun işrət məclislərində bulunmasında bir sakınca görmürdü. Çünkü kor idi və
sarayda olub bitənlər onu təhrik edib başqa xəyallara daldıramazdı.
***
Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu yana heç bir xarici
ölkə səfiri dövlət başçısı ilə görüşməmişdi. Nə Nadir Şah dönəmində, nə də
Ağaməhəmməd Xan dönəmində. 1800-cü ilin yayında albay Molkolm Buşəhrə
varar-varmaz Fətəli Şahla görüş istəyində bulunması hər kəsi və saray adamlarını
da şaşırtdı
*
. Molkolm, Hindistanın hökmdarını təmsilən və Hind kompaniyasının
elçisi kimi Şahla görüşmək istəyirdi. Padşah Xorasandakı qiyamı yatırmaq üçün
Tehrandan çıxdığına görə Molkolmun Şahla görüşü dekabr (aralıq) ayına ertələndi.
1801-ci ilin yanvar (ocaq) ayında Molkolm vasitəsi ilə Qacariyyə və İngiltərə
arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri böyük bir zəfər olaraq mərkəzə
duyurdu. Əslində bu anlaşma ilə İngiltərənin Qacariyyəyə ayağı açılırdı. Molkolm,
Qacariyyədə “İngiltərə altunundan daha dəyərli bir şey yoxdur” fenomenini
yaratdı. Qacariyyə tarixi üzrə uzman (mütəxəssis) olanlar yazırlar ki, Molkolm
Tehranda olduğu zaman Abbas Mirzə Azərbaycanda imiş. Azərbaycanda bəzi
xanların qiyamlarını yatırmaqla məşğulmuş. Xorasanda bulunan Fətəli Şah, Con
Molkolmu qəbul etmək üçün Abbas Mirzənin Tehrana gəlməsini istəyir. Amedee
Jauberin “Persiya səfəri” adlı kitabında verdiyi bilgilərə görə bu zaman çox gənc
olan Abbas Mirzə bu görüşmə sürəsincə Batıda olub-bitənlərlə daha çox ilgilənir.
İngiltərənin Hindistandakı davranışları konusunda sorular sorurdu. Ona Moğulların
son qalıqları olan kiçik dövlətləri və şahlıqları necə yendikləri konusunda bilgi
vermələrini istəyirdi. Öz dövləti və məmləkəti haqda qayğılı olan Abbas Mirzə
düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta
bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək. İngiltərənin böyüməsini və
texnoloji tərəqqisini gözləmləyən Abbas Mirzə gələcəkdə ölkəsinin İngiltərə
tərəfindən işğal ediləcəyindən qorxurdu. Bu üzdən də Hindistan və İngiltərə
haqqında sorular sorurdu. Batılı elçilərin yazdıqlarına görə Abbas Mirzə görüşdüyü
bütün batılı heyətlərə sorular sorurmuş.
Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyi üzərinə öz əqrəbalarından
olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar
tərəfindən “Qacar yasası” olaraq tətbiq edilən kurala görə Abbas Mirzənin bu
qadınından dünyaya gələcək olan çocuğu gələcəyin vəliəhdi olacaqdı. Çünkü
*
Con Molkolm (sonralar Ser Con Molkolm olaraq məşhur oldu) demək olar ki, bütün xidmət dönəmini
İngiltərənin Hind ordusunda keçirdi. Qacariyyədəki məmuriyyətindən başqa ona heç bir diplomatik
görəv verilməmişdi. O, Hindistandakı işlərindən dolayı İngiltərə krallığı tərəfındən sevilsə də, yalnız
israfçılığından və çox bədxərcliyindən dolayı tənqid edildi. (“Ser Con Molkolmun yaşamı və
məktubları” Yazar: G. W., London, 1885)
Dostları ilə paylaş: |