23
Ġsgəndəriyyəli Filonun fəlsəfəsi
Ptolemeylərin hakimiyyəti altında olan
Misir ellinizm dövründə ən inkiĢaf et-miĢ
ölkələrindən biri idi. O, eyni zamanda qədim
dünyanın mədəniyyət mərkəzlərin-dən biri
idi. MəhĢur kitabxanası olan Ġs-gəndəriyyə
Ģəhərində müxtəlif ölkələrdən gəlmiĢ
tanınmıĢ alimlər çalıĢırdı. Ptole-meylər həm
də müxtəlif dinlərin və dini ənənələrin bir-
biri ilə yaxınlaĢması, onların ziddiyyətlərini
ortalıqdan qaldırılma siya-sətini aparırdılar.
Bunun nəticəsində dini-fəlsəfi sinkretizm
meylləri güclənmiĢdi.
Bu prosesə Ġsgəndəriyyədə yaĢayan
çoxsaylı yəhudi icması da cəlb edilmiĢdi.
Yəhudilərin çoxu öz doğma dillərini unudub yunanca danıĢırdılar və yunan
mədəniyyətinin bir çox elementlərini mənimsəmiĢdirlər. Lakin, eyni
zamanda, yunanlar və Ġsgəndəriyyədə yaĢayan baĢqa xalqlar da yəhudilər
vasitəsilə Yaxın ġərq mədəniyyəti ilə yaxından tanıĢ olmuĢdurlar.
Eramızdan əvvəl III əsrdə Ġsgəndəriyyədə ilk dəfə olaraq Əhri-Ətiq
yunan
dilinə tərcümə edilmiĢdir. Bu tərcüməni Septuaqinta
37
adlandarmıĢdırlar. Bu hadisə yunanların yəhudi mədəniyyəti və dini ənənəsi
ilə daha da yaxından tanıĢ olmasına gətirib çıxarmıĢdı. Nəticədə isə yunan-
yəhudi sinkretizminə təkan vermiĢdi. Yunandilli yəhudilər yəhudi ictimai
fikri dinini və ənənəsini yunanlara çatdırmaq və onlar tərəfindən sərbəst baĢa
37
Septuaginta – yetmiĢ nəfərin tərcüməsi. Rəvayətə görə, Misir hökmdarı II
Ptolemeus Filadelf (e.ə. 285 - 246) yəhudilərin Müqəddəs Kitabı haqqında eĢidib,
onu yunan dilinə tərcümə etmək və Ġsgəndəriyyə kitabxanasına yerləĢdirmək fikrinə
düĢdü. Bu məqsədlə o, yəhudi kahini Eleazara bu iĢi yerinə yetirmək üçün tərcüməçi
heyyətin təĢkil olunması haqqında müraciət etdi. Bundan sonra hər 12 yəhudi
nəslindən 6 nəfər tərcüməçi seçildi, və onlar Faros adasında bir birindən təcrid
olunmuĢ halda iĢə baĢladılar. ĠĢi bitirəndən sonra, bu 72 (və ya 70) nəfər adamın
tərcümələri müqayisə ediləndən sonra məlum olmuĢdur ki, onların hamısı, hərfinə
qədər, bir-birinə tamamilə uyğun gəlmiĢdir. (Philo.Vita Mosis.2; Josephus
Flavius.Antiquitas Judaeorum.XII.2; Irenaeus.Adversum haereses.III.15; Clementus
Alexandrus.Stromata.I — II).
24
düĢülməsi üçün Əhdi-Ətiqin mətnlərini və məzmununu alleqorik yozmalara
məruz qoymaq məcburiyyətində qalmıĢdırlar. Beləliklə burada ilk dəfə
olaraq Müqəddəs Kitabların yozulması əsasında yeni fəlsəfə yaranmıĢdı. Bu
cür fəlsəfəni ekzegetika adlandırmıĢdırlar.
Ekzegetikanın
ən
görkəmli
nümayəndəsi
yəhudi
mənĢəli
Ġsgəndəriyyəli Filon (Philon Alexandreus) (e.ə. I - b.e I əsrləri) olmuĢdur.
Onun fəlsəfəsinin əsasını Tövratın mənasının yozulması təĢkil edirdi.
Filonun fikrincə bütün Tövrat bir alleqoriyadır, təvildir. Orada təsvir edilən
hadisələr Musa tərəfindən qəsdən sadə hekayələr Ģəklinə salınmıĢdı. O bunu
Tovratın dərin mənəvi mahiyyətini gizlətmək üçün etmiĢdi. Yəni Tövratın
hekayələrin zahiri heç də onun əsl mahiyyətini açmır. Əsl mahiyyət isə
həmin hadisələrin batinindədir. Batin isə yalnız seçilmiĢ insanlara açılır.
Onun haqqında bilik Ġlahi bir nemətdir və ona təkcə əql vasitəsilə çatmaq
mümkün deyil.
38
Lakin, digər tərəfdən, əqli də inkar etmək olmaz. Çünki yalnız onun
vasitəsilə anlama prosesi baĢ verir. Bu səbəbdən idrak prosesində həm Ġlahi
ilham, həm də əql eyni dərəcədə rol oynamır. Daha doğrusu əqlin inkiĢaf
etdirilməsi, elm və fəlsəfənin öyrənilməsi prosesi, mənəvi biliyin alınması
üçün ilkin Ģərtdir. Müxtəlif elmlər fəlsəfi biliyin artmasına, fəlsəfi biliyin
artması isə əqli Ġlahi tərəfindən verilmiĢ mənəvi müdrikliyə gətirir. Yalnız bu
halda Müqəddəs Kitabın əsl mənəvi məzmunu insan üçün açılır.
39
Filonun fikrincə yunan fəlsəfəsinin və Əhdi-Ətiqin Ġlahi müdrikliyinin
mənbəyi birdir. Onların mənbəyi Loqosdur. Loqos isə Tanrının sözü,
qanunu, ideyaların toplusu olaraq Ġlahidə yerləĢir və Onun sözüdür. Amma
əgər Əhdi-Ətiqdə müdriklik birbaĢa Tanrının sözüdürsə (vəhydirsə), yunan
fəlsəfəsi bu sözün insanlar tərəfindən düĢüncələr nəticəsində ifadə
edilməsidir.
Məsələyə bü cür yanaĢmağa Filonu Əhdi-Ətiqin çox sadə, ibtidai dili
və antropomorfizmləri
40
vadar etmiĢdi. Məsələ bundadır ki, yunan elmi və
38
Legum allegoriae (Alleqorik yozma) II, 85 // The Works of Philo Judaeus. The
contemporary of Josephus, translated from the Greek By Charles Duke Yonge.
London, H. G. Bohn, 1854-1890.
http://www.earlychristianwritings .com/yonge/book3.html
39
Legum allegoriae, III, 244-245. // The Works of Philo Judaeus. The contemporary
of Josephus, translated from the Greek By Charles Duke Yonge. London, H. G.
Bohn, 1854-1890.
http://www.earlychristianwritings .com/yonge/book4.html
40
Antropomorfizm (yunanca ―anthropos‖ - insan və ―morphe‖ - forma) – Tanrının
insan xüsusiyyətlərində və ya obrazında təsəvvür edilməsidir.
25
fəlsəfi ənənəsini bilən Filon, bu cür sadəliklə barıĢa bilmirdi. Dindar yəhudi
olaraq, o, monoteizmi və kreasionizm
41
konsepsiyalarından imtina etmədən,
Əhdi-Ətiqin, ona ibtidai görsənən yerlərini təvillərə məruz qoyurdu.
Müqəddəs Kitabın yunan fəlsəfi fikri ilə uyğun olan yerlərinə isə daha da
çox nəzər yetirirdi və onları yeni pifaqorçuluq, neoplatonizm, stoisizm
üslublarında yozub təqdim edirdi.
Beləliklə Filon fəlsəfəsində Əhdi-Ətiqin Tanrısı yunan fəlsəfəsi
metodları ilə yozulub yeni atributlar alırdı. O, artıq hər bir çoxluğun üzərində
yüksəlmiĢ mütləq monadadır
42
. Tanrı elə bir vahiddir ki, Onun yanında
baĢqa vahidlər yoxdur, O kamildir, bölünməzdir
43
. Tanrının əsl mahiyyətini
əqllə dərk etmək mümkün deyil. Ġnsanlar onun varlığı haqqında biliyə malik
ola bilərlər, lakin Onun nə olduğunu bilə bilməzlər. Ona görə də Tanrı
Musaya özünü Yahve (var olan) adı ilə açmıĢdı və özünün digər adlarını
açmamıĢdı. Tanrının nə olduğunu dərk edilməsi apofatik (mənfi) teologiya
44
vasitəsi ilə mümkündür.
Ġnsan dili kamil deyil və onun vasitəsi ilə Tanrının bütün
keyfiyyətlərini tələffüz etmək olmaz. Ona görə də apofatik teologiyanı tətbiq
edərək, demək olar ki, Tanrının heç bir Ģeyə ehtiyacı yoxdur, bölünməzdir,
bənzəri yoxdur, dəyiĢməzdir və s. Beləliklə hər Ģeyi inkar edərək elə bir
nəticəyə alınır ki, onun haqqında heç bir Ģey demək artıq mümkün
olmayacaq. Bu hala çatanlar öz ―Mən‖inin xaricinə çıxaraq, ekstaz halına
daxildir, sonra isə daha da yüksək mistik məqamlara qədəm qoyur. Bu
məqama çatan adam Tanrıyla görüĢür, amma onu dərk edə bilmir, çünki
41
Kreasionizm (latınca ―creatio‖ yaradılıĢ deməkdir) – bütün canlı aləmin Tanrı
tərəfindən yaradılmasını iddia edən təlimdir. Kreasionistlər canlı aləmin təkamül
nəticəsində inkiĢaf etməsi fikrini rədd edirlər.
42
Monada - varlığın substansial vahididir.
43
Legum allegoriae, II, 2,3. // The Works of Philo Judaeus. The contemporary of
Josephus, translated from the Greek By Charles Duke Yonge. London, H. G. Bohn,
1854-1890. http://www.earlychristianwritings.com/yonge/book3.html
44
Apofatik teologiya - Tanrının varlığını birbaĢa təsdiq etməyərək, inkar yolu ilə,
Onun haqqında iĢlənilən bütün anlayıĢların yetərsiz olduğunun təsdiq edilməsidir.
Yəni Tanrının bütün düĢünülən və düĢünülməyən anlayıĢlarından uca olması, onun
varlığını subuta yetirir. Bunun əksi olan katafatik (pozitiv) teologiya isə, maddi
dünyada mövcud olan Ģeylərlə Tanrının varlığına iĢarə edən analogiyaların
tapılmasından və bu analogiyalarla Tanrının varlığının sübuta yetirilməsindən
ibarətdir.
Dostları ilə paylaş: |