53
nəticələrə gətirəcək. Öz növbəsində biliyə arxalanmayan iman, üstündə bina
tikilməmiĢ bir bünövrəyə bənzəyir
104
(Str. VIII, 3). Ona görə də, imanla bilik
bir vəhdət təĢkil edir.
Sonda, imanla biliyin münasibətləri problemini yekunlaĢdıran
Klemens, xristian qnostisizminin əslində intellektual (əqlə) don geydirilmiĢ
bir iman olduğu qənaətinə gəlir. Bununla o, qnostiklərlə, onları Ģiddətli
tənqid atəĢinə tutmuĢ xristian xadimləri arasında orta və barıĢdırıcı mövqedə
durmuĢdur. Ümumiyyətlə bilik və imanın bir-biri ilə ahəngdə olması
ideyasını ilk dəfə Klemens irəli sürmüĢdü. Gələcəkdə isə bu fikri
Avqustinus, Anselm, Tomas (Foma) və baĢqa mütəfəkkirlər təkrarlamıĢdırlar
və inkiĢaf etdirmiĢdirlər.
Klemensə görə Ġlahi vəhyi daha da aydın baĢa düĢmək üçün
Müqəddəs Kitabı yozmaq lazımdır. Yozmada alleqoriyalardan və təvillərdən
də istifadə etmək olar, lakin burada ifrata varmaq olmaz.
Tanrı haqqında düĢüncədə Klemens apofatik (mənfi) ilahiyyatın
tərəfdarı idi. Onun fikrincə insan anlayıĢlarını Ona aid etmək olmaz, çünki
Tanrını sözlə ifadə etmək mümkün deyildir. Lakin demək olmaz ki, o
katafatik ilahiyyatı tam olaraq inkar edirdi, çünki Tanrının birliyi, ədaləti və
baĢqa xüsusiyyətləri dillə ifadə edilə bilər. Amma onu yaddan çıxarmaq
olmaz ki, bu sözlər onun əsl mahiyyətini açmır və buna görə də katafatik
düĢüncədə ifrata varma, insanı antropomorfizmə və panteizmə gətirə bilər.
Beləliklə, Tanrı haqqında düĢüncədə apofatik yolu tutmaqdır. Yəni Tanrını
heç bir sözlə və anlayıĢla dərk etmək olmaz, o hər Ģeydən ucadır. Hər hansı
bir Ģeydən düĢünən insan bilməlidir ki, onu Tanrıya aid etmək olmaz.
Beləliklə hər bir anlayıĢı inkar edərək Tanrı haqqında onu demək olar ki, O,
zaman, məkan kimi düĢünülən Ģeylər anlayıĢlarına sığa bilməz.
İsgəndəriyyəli Origenus
104
Clemens Alexandrinus. Stromata VIII, 2. Ġngilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.ccel.org/fathers2/ANF-02/anf02-71.htm# P9832_ 2772350
54
Origenus (185-254) Misirdə xristian ailəsində
anadan olmuĢdur. Yetkinlik yaĢına çatandan
sonra
Origenus,
neoplatonizm
məktəbinin
banisi Ammonius Sakkasın tələbəsi olmuĢ-
dur
105
. Sonra Origenus, Klemensin baĢçılıq
etdiyi Ġsgəndəriyyə ilahiyyat məktəbində təh-
silini davam etdirmiĢdi. O bir çoxlu kitab
müəllifi olmuĢdur. Origenusun ən tanınmıĢ
kitabları: «De principiis» (BaĢlanğıclar haq-
qında), «Contra Celsum» (Selsin əleyhinə)
kitablarıdır.
Origenus ilk dəfə xristian təliminin və
dünyagörüĢünün sistemləĢdirilməsi iĢinə baĢ-
lamıĢdır. Bu məqsədlə o, xristian ehkamlarının rasionallaĢdırılması məqsədi
ilə, dini mətnləri və müddəaları yunan fəlsəfəsinin terminləri ilə ifadə
etməyə baĢlamıĢdı. Bunun üçün Origenus, xristian ehkamlarını sərbəst
yozmalara məruz qoymuĢdur. Nəticədə, o hesab edirdi ki, düzgün baĢa
düĢülən Bibliya sağlam fəlsəfəyə mane olmur, düzgün tətbiq edilmiĢ fəlsəfə
isə Bibliyaya ziyan vurmur
106
.
Origenusun fikrincə Bibliyada bütün fəlsəfi suallara cavablar tapmaq
mümkündür. Lakin Müqəddəs Kitabı düzgün baĢa düĢmək üçün onu yozmaq
lazımdır, çünki orada hallanan sözlər və cümlələr Ģeylərin yalnız zahiri
xüsusiyyətlərindən xəbər verir, halbuki, onların əsl mahiyyəti batindədir.
Yozmalardan, alleqoriyalardan, təvillərdən həddən çox istifadə edən
Origenus, bəzi hallarda ifrata varırdı. Bu səbəbdən xristian kilsə xadimləri
onu pisləmiĢdilər.
Origenus Tanrı ilə, Loqosla, ruhla bağlı problemlərə nəzər yetirirdi. O
hesab edirdi ki, Tanrı eyni zamanda həm monada
107
, həm də henadadır
108
.
Hər bir varlığın, düĢüncənin səbəbi olan Tanrı, varlığın düĢüncə və mahiyyət
anlayıĢlarına sığa bilməz, onlardan ucadır. Bu səbəbdən O dərkolunmazdır.
Burada Origenus yeni platoçuların fikirlərinə çox yaxınlaĢırdı.
Lakin, Tanrının bəzi xüsusiyyətlərindən məxluqa doğru analogiyalar
apararaq və Tanrı anlayıĢına zidd olan bütün Ģeyləri inkar edərək, fikir irəli
sürmək olar. Belə ki, bənzərsiz, sadə və bölünməz olan Tanrının cismi ola
105
MəĢhur neoplatonçu filosof Plotinus da Ammonius Sakkasın tələbəsi olmuĢdur.
106
Origenus. Contra Celsum VI. Ġngilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.newadvent.org/fathers/04166.htm
107
Yəni yeganə və tək olan varlıq.
108
Henada (yunanca ―henas‖) - bənzəri olmayan Vahiddir.
55
bilməz, çünki cism olan hər bir Ģey mürəkkəbdir və bölünməyə məruz qalır.
Maddə olan hər bir Ģey dəyiĢir. DəyiĢmə isə bəzi xüsusiyyətlərin zəifləyib
ortadan çıxmasına və onların əvəzinə baĢqa xüsusiyyətlərin əmələ gəlməsinə
səbəb olur. Bu isə bəzi xüsusiyyətlərin kamil olmaması, onların natamam
olması ilə nəticələnir. Bütün bunlar Tanrıya aid edilə bilməz. Deməli Tanrı
bir monada olaraq mütləq kamillikdirsə, o maddə və ya cism ola bilməz.
Buna görə də Origenus, Tanrının, özünü düĢünən bir pak düĢüncə olması
qənaətinə gəlir
109
. Bu fikrin mənĢəyi neoplatonizmdən gələrək Xristianlıqda
platoçu ideyaların güclənməsinə gətirib çıxarmıĢdır.
Origenusun Loqos haqqında baxıĢları da xüsusi maraq doğurur. O,
Tanrını dünya çərçivəsindən çıxardaraq, fani aləmdən sonsuz uzaqlaĢdırırdı.
Yəni Tanrı dünyaya transendent bir varlıq kimi düĢünülürdü. Lakin O,
maddi dünyanı qayğısız qoymamıĢdır və bura öz Oğlunu yollamıĢdır. Bu
Oğul – Loqosdur (Xristosdur).
Loqos Tanrıdan doğulan həyatdır, varlıqdır, təfəkkürdür. Onun
doğulmasının baĢlanğıcı yoxdur, o Ata kimi əbədidir, zamandan kənardadır.
Lakin Loqosun dərəcəsi Atadan daha kiçikdir, çünki o, Onun nəticəsi,
enerjisi, surətidir. Bütün bu ideyalara neoplatonizmdə də rast gəlmək olar.
Origenusun kosmoqonik görüĢləri kreasionizmə əsaslanır. Dünya
Tanrı tərəfindən heç nədən yaradılıb. O yaradandırsa, onun yaradıcılığı
əbədidir. Əgər Tanrı haçansa heç nə yaratmasaydı, onda O, Yaradan
olmazdı. Əgər haçansa məxluq olmasaydı, onda Tanrı qüdrətinin tətbiq
obyekti olmazdı və Onun Yaradıcı keyfiyyəti reallaĢmazdı. Dünya Tanrı
kimi əbədi olmasa da, Onun zaman nöqteyi-nəzərindən əvvəli və axırı
yoxdur.
Lakin bu halda Origenusun kosmoqoniyası Xristianlığın dünyanın
Tanrı tərəfindən yaradılması və məhv edilməsi ideyası ilə uyğunlaĢmırdı. Bu
ziddiyyəti həll etmək üçün Origenus əbədi yaradılıĢ və dünyaların çoxluğu
fikrini ortalığa atdı. Yəni bizim dünyanı Tanrı həqiqətən müəyyən zaman
yaradıb, məhv edəcək. Lakin Onun yaradıcılığı yalnız bununla bitmir. Dünya
bizim dünyamızdan da öncə olub, onun məhvindən sonra yenə də
yaradılacaq. Dünyalar çoxdur, onlar biri-birini əvəz edərək mövcuddurlar.
Origenusun fikrincə, eyni zamanda iki dünya mövcud ola bilməz və müxtəlif
109
Origenus. De principiis, prolog 9. Ġngilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.newadvent.org/fathers//04120.htm
Dostları ilə paylaş: |