General Qardenlə qarşılaşma
. Ayın 7-də Xoyun hakimi
Hacı Məhəmməd bəy və böyük bir dəstə ilə general Qardeni qar-
şılamağa getdik. Şəhərin xaricindəki geniş səfalı bağların kəna-
rında gözləməyə başladıq. Mən, ailəmdən və dostlarımdan xəbər
gətirən həmvətənlərimi görməkdən duyduğum hisslərimin təsi-
rindən bir yerdə qərar tuta bilmirdim. Buna görə də atımı çapdım
və onların qarşısına getdim. Ancaq, təəssüflər olsun ki, aldığım
ilk xəbər bu oldu ki, onlarla birlikdə Təbrizə qayıtmalıyam.
Vəziyyətin tələb etdiyinə görə, səhhətimi əldən verdiyim bir
vilayətə geri döndüyüm üçün olduqca dilxor idim. Hətta oradakı
dostlarımı görmək və bir ildən artıq bir müddətdə görmədiyim
əzizlərimdən və qohumlarından gətirilən bir dəstə məktub da məni
117
sevindirmədi. Şahzadə Təbrizə geri dönməyim münasibəti ilə məni
yenidən görməkdən dolayı rəsmi və şəxsi sevinclərini izhar elədi.
Hətta bu, belə mənim təəssüf dolu hisslərimi önləyə bilmədi. Bu
nəcib Şahzadənin dostluğu mənim üçün olduqca qiymətlidir.
Xudahafiz, əziz dostum, mən Tehrana gedən səfirə yol yol-
daşı olmalıyam. Tehran şəhəri Elburs dağının ətəklərində qədim
Rey şəhərinin xarabalıqlarının yaxınlığında inşa olunmuşdur. Qə-
dimdə o, elə bir əhəmiyyət daşımamışdır. Lakin Ağa Məhəmməd
xan və Fətəli şah onu İsfahandan üstün tutmuş və paytaxtı ora kö-
çürmüşlər. Bunun səbəbi Tehranın Qacarlar sülaləsinin çıxdıqları
Mazandarana yaxın olması idi.
|