-Təbii. Əgər ortada bizim səhv izə düşməyimizi istəyən
bir saxtakarlıq yoxdursa. Ən azından üzük bir şey isbat edə
bilməz. Ondan alınmış ola bilər.
-Xeyr, xeyr, bu yazı dəqiqliklə onun yazısıdır.
-Ola bilər, amma bazar ertəsi yazılıb bu gün məktubla
göndərilmiş ola bilər.
-Baxın bu mümkündür.
-Əgər elədirsə, aradakı zamanda çox şey olmuş ola bilər.
-Məni ümidsizliyə salmayın, cənab Holms. Hər şeyin
yolunda olduğunu bilirəm. Aramızda elə bir yaxınlıq vardır
ki, başına pis bir şey gəlsə, hiss edərdim. Bu yaxınlarda, ya-
taq otağında əlini kəsmişdi, mən yemək otağından nə isə ol-
duğunu hiss edib yuxarı qaçmışdım. Belə əhəmiyyətsiz bir
şeyi belə hiss edirəmsə, öldüyünü sizcə başa düşməzdim?
-Çox vaxt bir qadının hisslərinin analitik xəfiyyənin çı-
xardığı nəticələrdən daha həqiqi olduğuna şahid olmuşam.
Bu məktubla hisslərinizin qüvvətlənməsi təbiidir. Yaxşı, am-
ma əriniz həyatdadırsa, niyə geri dönmür?
-Bilmirəm. Ağlasığmaz bir şeydir bu.
-Bazar ertəsi günü niyə sizə xəbər vermədən itdi?
-Bilmirəm.
-Onu Svandam küçəsində görüncə çox təəccüblənmiş-
diniz, eləmi?
-Həm də lap çox.
-Pəncərə açıq idimi?
-Bəli.
-O zaman sizi çağırmış ola bilərmi?
-Ola bilər.
-Amma başa düşdüyümə görə müəyyən naməlum bir
qışqırıq eşitmisiniz.
-Bəli.
156
-Bir kömək çağırışı ehtimal etdiniz?
-Bəli. Əl yellədi.
-Amma çaşdığı üçün də qışqırmış ola bilər. Gözlənilmə-
dən sizi görməsi, elə əl yelləməsinə səbəb olmuş ola bilər.
-Bu mümkündür.
-Aşağı əyildiyini düşündünüz?
-Birdən yox oldu.
-Arxaya da sıçramış ola bilər. Otaqda başqalarını da gör-
dünüzmü?
-Xeyr, amma o qorxunc adam orada olduğunu etiraf et-
mişdi. Laskar pilləkənlərin aşağısında idi.
-Düzdür. Ərinizin üstündə hər zamankı geyimləri var-
dı?
-Bəli amma yaxalığı və qalstuku yox idi. Çılpaq boğazını
dəqiq bir şəkildə gördüm.
-Sizə, əvvəlllər Svandam küçəsindən danışmışdımı?
-Xeyr.
-Tiryək istifadə edən adamın əlamətləri var idimi?
-Əsla!
-Təşəkkür edirəm xanım St. Kleyr. Bunlar, qətiliklə əmin
olmaq istədiyim əsas nöqtələr idi. İndi axşam yeməyimizi
yeyib otağımıza çəkiləcəyik. Çünki sabah çətin bir gün ola-
caq.
Rahat və geniş, cüt yataqlı otaq idi. Mən dərhal yatağa
uzandım, çünki bu macəralı gecə məni yormuşdu. Halbuki
Şerlok Holms beyninə düşən bir problem olanda, günlərlə,
hətta həftələrlə heç istirahət etmədən dözə bilərdi. Sonunda
həll edənə və ya məlumatların qeyri-kafi olduğu qənaətinə
gələnə qədər məlumatları başında çək-çevir edər, yenidən
nizamlayar və hər baxımdan təkrar-təkrar nəzərdən keçirər-
di. Bütün gecə oturacağını anlamışdım. Paltosunu və pencə-
157
yini çıxardı, mavi rəngli, geniş bir gecəlik geyindi və otaqda
gəzərək, yataqdakı yastıqları və divanla kreslonun döşəklə-
rini yığdı. Bunlarla özünə bir növ Şərq guşəsi hazırladı və
üstündə bardaş quraraq oturdu. Lampanın öləzimiş işığın-
da, ağzındakı siqardan mavi tüstülər üfürərək gözlərini ta-
vana dikmiş, səssiz və hərəkətsiz oturduğunu görə bilirdim.
Mən yuxuya getdiyimdə o hələ otururdu və səhər ani bir sıç-
rayışla qalxıb günəşin çoxdan doğulmuş olduğunu fərq et-
diyimdə hələ eyni şəkildə oturduğunu gördüm. Tənbəkisi
hələ ağzında, tüstü hələ yüksəlməkdə idi. Otaq tünd tütün iy
verirdi və gecə gördüyüm siqar yığını bitmişdi.
-Oyandınmı, Uatson? - deyə soruşdu.
-Bəli.
-Səhər səfərinə hazırsanmı?
-Əlbəttə.
-O zaman geyin. Hələ kimsə qalxmayıb, amma lakeyin
harada yatdığını bilirəm, ona gedib arabamızı hazırlatdıra
bilərik.
Bunları söylədikdən sonra öz-özünə gülümsədi. Gözləri
parlayırdı, gecəki ciddi filosofdan əsər yox idi. Geyinərkən
saatıma baxdım. Kimsənin qalxmamış olması normal idi.
Saat beşə iyirmi beş dəqiqə işləyirdi. Holms, faytonun hazır
olduğunu xəbər verməyə gələndə yenicə geyinmişdim.
-Kiçik bir nəzəriyyəmi test etmək istəyirəm, - dedi, çək-
mələrini ayağına keçirərkən.
-Uatson, düşünürəm bu anda qarşında Avropanın ən
böyük axmaqlarından biri dayanır. Məni Çarinq Krossdan
atsalar yeridir. Amma yəqin ki, artıq məsələnin açarını tap-
mışam.
-Harada imış bəs? - soruşdum gülümsəyərək.
158
-Hamamda, - cavab verdi. Bəli, zarafat etmirəm, - deyə
davam etdi, mənim inamsız rəftarımı görüncə. - Az əvvəl
oradaydım, onu çıxardım və bu çamadanın içinə qoydum.
Haydı dostum, baxaq görək uyğun gələcəkmi?
Mümkün olduğu qədər səssizcə aşağı endik və parlaq
səhər günəşinə çıxdıq. Yoldakı faytonumuzun yanında yarı
geyinmiş halda lakey dayanırdı. İkimiz də faytonun içinə
atıldıq və London yoluna çıxdıq. Arxasında tərəvəzlərlə şə-
hərə gedən bir neçə yük arabasından başqa, yolun hər iki ya-
nındakı villalar səssiz və cansız şəkildə sıralanırdı.
-Müəyyən bucaqlardan baxsaq, maraqlı bir hadisə oldu,
- dedi Holms, atları qırmanclayaraq. Etiraf etməliyəm ki, al-
dadılmışam. Amma zərərin harasından dönsən qazancdır.
Surreydən keçərkən, erkən oyananlar, yuxulu sifətlərlə
pəncərələrindən yeni-yeni baxmağa başlamışdı. Vaterloo
körpü yolundan çayı keçərək Vellinqton küçəsinə, oradan da
Bov küçəsindəki polis bölməsinə getdik. Şerlok Holms, po-
lislər arasında yaxşı tanınan biri idi və qapıdakı iki məmur
onu salamladı. Biri atları tutarkən, digəri bizə içəriyə qədər
müşayiət etdi.
-Bu gün kim növbədədir?- soruşdu Holms.
-Müfəttiş Bradstrit, cənab.
-Ah, Bradstret, necəsən? - Başında şiş şapkası və düy-
məli pencəyiylə uzunboylu, yekəpər bir məmur qarşılamağa
çıxmışdı. - Səninlə xüsusi olaraq danışmaq istədiyim bəzi
şeylər var.
-Əlbəttə cənab Holms. Otağıma gəlin.
Bura masanın üstündəki böyük rəfləri və divara asılı te-
lefonuyla əsil büro idi. Müfəttiş masasına oturdu.
-Sizin üçün nə edə bilərəm, cənab Holms?
159
-Lidən olan cənab Neville St. Kleyrin yoxa çıxması ilə
əlaqədar olaraq günahlandırılan bu dilənçi Bune üçün gəlmi-
şəm.
-Bəli. Bura gətirilib və istintaqlar üçün saxlanılıb.
-Eşitmişdim. Hələ buradadırmı?
-Kameradadır.
-Heç problem yaradırmı?
-Ah, xeyr. Amma murdar adamdır.
-Murdarmı?
-Bəli, nə qədər əllərini yuması üçün məcbur etsək də,
diqqət etmir. Hələ bir də iddiası tamamlansın, onu həbsdə
yaxşıca yuyarlar. Halını görsəniz mənə haqq verərdiniz.
-Onu görməyi çox istəyirəm.
-Eləmi? Həll edərik. Belə gəlin. Çamadanınızı burada
qoya bilərsiniz.
-Xeyr, yanımda olsa daha yaxşıdır.
-Siz bilərsiniz. Buyurun, lütfən.
Bizi koridordan keçirərək sonundakı barmaqlıqlı qapını
açdı, aşağı bir nərdivan sürüşdürdü və hər iki yanında qapı-
lar olan başqa bir koridora soxdu.
-Sağdan üçüncü qapı, - dedi müfəttiş. - Buradır. Səssiz-
cə, qapının üstündəki bölməni açaraq içəri baxdı. - Yatır. Ba-
xın, rahatlıqla görə bilərsiniz.
İkimiz də barmaqlıqlardan içəri baxdıq. Üzü bizə çev-
rilmiş, yavaş və ağır nəfəs alaraq yatırdı. Ortaboylu adam
idi. Üstündəki köhnə paltosuyla yatmışdı. Müfəttişin dediyi
kimi, son dərəcə çirkli idi, amma üzündəki çirk o qorxunc
çirkinliyini örtməyə çatmırdı. Gözünün altından çənəsinə qə-
dər enən yara izinin yaratdığı qırışdan üst dodağı büzül-
müş, öndəki iki, üç dişini açıqda buraxmışdı. Çox parlaq qır-
mızı rəngi saçları alnına və gözlərinə düşürdü.
160
-Nə gözəldir, deyilmi? - müfəttiş dilləndi.
-Həqiqətən də duşa ehtiyacı var, - dedi Holms. - Bu ağ-
lıma gəlmişdi, onun üçün yanımda lazımlı alətləri də gətir-
dim. Çamadanı açıb içindən böyük bir duş süngəri çıxaranda
təəccübdən udqundum.
-Hə! Hə! Çox zəhlətökəndir,- dedi müfəttiş.
-İndi, əgər o qapını səssizcə açmaq nəzakətini göstərsə-
niz, onu adama bənzədə bilərik.
-Nə üçün? - dedi müfəttiş.
-Bov küçəsinin kameraları üçün heç də yaxşı təəssürat
yaratmır, deyilmi? Açarı kilidə soxaraq qapını açdı və biz
səssizcə kameraya girdik. Yatan adam yüngülcə döndü və
dərin yuxusuna davam etdi. Holms süngəri vedrədə islat-
dıqdan sonra məhkumun üzünə sərt şəkildə sürtdü.
-Tanış edim, - deyə qışqırdı, - şəhərin kənarından cənab
Neville St. Kleyr.
Həyatımda belə bir şey görməmişdim. Adamın üzü,
süngərin altında bir ağacın qabığı kimi sıyrıldı. O qəhvəyilik
getmişdi! O qorxunc yara izi və bükük dodaq da. Son olaraq
qırmızı saçlar da çıxarılanda, ortaya, ağ bənizli, qara saçlı,
qəmli baxışlı bir adam çıxdı. Gözlərini ovuşduraraq, yuxu
sərsəmliyi ilə ətrafına baxdı. Sonra nələr olduğunu fərq edin-
cə bir qışqırıq qopardı və özünü yatağa ataraq üzünü yastığa
sıxdı.
-Aman Tanrım! - deyə qışqırdı müfəttiş, - itkin adam de-
yilmi bu? Fotoşəkilindən tanıdım.
Məhkum, özünü qədərinə buraxan bir adam havasıyla
dönərək:
-Elə olsun, - dedi. - Yaxşı nədə günahlandırılıram?
-Cənab Neville St. Kleyri öldürmə. ..Yox canım, intihar
olmadığı müddətcə sizi bununla günahlandıra bilməzlər, -
161
deyərək gülümsədi müfəttiş. - Tam iyirmi yeddi ildir bu işlə
məşğulam, belə bir şey görməmişəm.
-Əgər mən cənab Neville St. Kleyrəmsə, heç bir cinayət
işlənmədiyi açıq-aşkar ortadadır. Üstəlik mən də qanuna
zidd bir şəkildə saxlanılmış oluram.
-Cinayət deyil, amma böyük bir səhv edildi, - dedi
Holms. - Arvadınıza güvənsəydiniz daha yaxşı olardı.
-Məsələ arvadım deyil, uşaqlarım, - inlədi adam. - Tanrı
yardımçım olsun, atalarından utanmalarını istəmədim. Tan-
rım! Nə böyük bir utancdır! Mən indi nə edəcəyəm?
Şerlok Holms onun yanında oturaraq əlini çiyininə qoy-
du.
-Əgər məsələni həll etmək üçün qanuni yollara müraciət
etsən, dedi, hadisə hər kəsə məlum olacaq. Digər tərəfdən,
əgər polis səlahiyyətlilərini əleyhində bir iddia olmadığı
mövzusunda razı sala bilsən, qeydlərə keçməsinə heç gərək
qalmaz. Müfəttiş Bradstrit, bizə izah edəcəklərinizi qeyd
edib lazımlı mövqelərə çatdıracaq. Beləcə hadisə məhkəmə-
yə göndərilməz.
-Tanrı sizi qorusun! - deyə qışqırdı adam həyəcanla. Sir-
rimi uşaqlarım öyrənməkdənsə, həbs çəkərəm, hətta edam
edilməyim daha yaxşı olar.
Hekayəmi ilk eşidən sizsiniz. Atam, Çesterfilddə məktəb
müdiri idi və mən də orada yaxşı təhsil aldım. Gəncliyimdə
çox gəzdim, səhnəyə çıxdım və sonunda Londondakı axşam
qəzetində müxbir olaraq işə başladım. Bir gün redaktorum,
məndən şəhərdə dilənçilik haqqında bir yazı silsiləsi hazır-
lamağımı istədi və mən də vəzifəni məmnuniyyətlə qəbul et-
dim. Macəralarımın başlanğıc nöqtəsi də bu oldu. Məqalələ-
rimi yazacaq məlumatları ancaq dilənçi cildinə girərək tapa
bilərdim. Aktyorluq edərkən bütün makiyaj hiylələrini öy-
162
rənmişdim və o zamanlar bu mövzuda bir nömrə idim. Üzü-
mü rənglədim və özümü mümkün olduqca yazıq göstərə bil-
mək üçün gözəl bir yara izi hazırladım və dəri rəngi bir lent
istifadə edərək üst dodağımın büzülməsini təmin etdim.
Sonra qırmızı bir parik və uyğun bir paltarla görünüşü ta-
mamlayaraq şəhərin iş mərkəzlərindən birində, görünüşcə
kibrit satıcılığı, amma gerçəkdə dilənçilik etməyə başladım.
Orada yeddi saat dayandıqdan sonra axşam evə qayıdanda
pulları saydım və heyrətlə, 26 şillinq, 4 peni yığdığımı gör-
düm. Məsələ üzərində çox düşünmədən məqalələrimi yaz-
mağa davam etdim. Amma bir gün, kreditinə zamin oldu-
ğum bir yoldaşım kreditini ödəməyincə, 25 sterlinqlik borc
üstümdə qaldı. Pulu haradan tapacağımı düşünərkən ağlıma
bir fikir gəldi. Borc verənlərdən iki həftə möhlət istədim, mü-
dirimdən də icazə aldım və bu zamanı dilənçi cildinə girib,
şəhərdə dilənçilik edərək keçirdim. On gün içində pulu yığ-
mışdım və borcumu ödəmişdim. Üzümü rəngləyib, şap-
kamı yerə qoyub oturaraq bir gündə yığa biləcəyim pulu,
ancaq bir həftə boyunca it kimi işləyərək qazana biləcəyim
düşüncəsi ağlımdan çıxmırdı. Qürurumla pul arasındakı
uzun döyüşdən pul qalib çıxdı və mən müxbirliyi buraxaraq,
dilənçiliyə başladım. Yalnız tək bir adam bilirdi sirrimi. O da
Svandam küçəsində hər səhər gedib səfil dilənçi cildində çıx-
dığım və axşamlar dönərək köhnə cənab cildimə qovuşdu-
ğum evin sahibi. Laskar deyilən bu adama yaxşı pul verdi-
yimdən, sirrimi açmayacağından əmin idim. Bir müddət
sonra ciddi miqdarda pul yığdığımı başa düşdüm. London
küçələrindəki hər dilənçinin ildə 700 sterlinq qazana biləcə-
yini düşünmürəm - bu mənim illik ortalama gəlirimdən belə
azdır - amma mənim makiyaj və aktyorluq istiqamətindəki
qabiliyyətlərim, zamanla şəhərdə tanınan bir tip olmamı tə-
163
min etdi. Hər gün yüzlərlə peni tökülürdü şapkama və 2
sterlinqdən az qazandığım gün, işlərin kasad olduğunu dü-
şünürdüm.
Gün keçdikcə daha zəngin və daha ehtiraslı olurdum.
Nəhayət şəhər kənarında bir ev aldım və evləndim. Kimsə-
nin mənim gerçək işim mövzusunda ən kiçik bir şübhəsi yox
idi. Sevimli arvadım, yalnız şəhərdə bir işim olduğunu bilir-
di, nə etdiyimi bilmirdi.
Keçən bazar ertəsi işimi bitirib, tiryək təkkəsinin üstün-
dəki evimdə paltarlarımı dəyişdirərkən pəncərədən çölə bax-
dığımda, qorxu və heyrətlə arvadımın küçədə dayanıb mənə
baxdığını fərq etdim. Təəccübdən qışqırdım və sonra üzümü
gizləməyə çalışdım. Sirdaşım Laskara gedib içəriyə girmək
istəyənlərə mane olmasını söylədim. Aşağıda arvadımın sə-
sini eşidirdim, amma yuxarı buraxmayacaqlarını da bilir-
dim. Sürətlə paltarlarımı çıxarıb dilənçi paltarlarımı geydim,
makiyajımı etdim və parikimi taxdım. Məni bu makiyajla ar-
vadım belə tanıya bilməzdi. Amma sonra evi axtara biləcək-
lərini və paltarların məni ələ verə biləcəyini düşündüm. Pən-
cərəni açarkən səhər evdə kəsdiyim əlimin yarası açıldı. Son-
ra, ciblərinə xırda pullar doldurduğum pencəyimi qapıb
pəncərədən çölə atdım. Sırada digər paltarlar da var idi, am-
ma o anda pilləkənlərdə polislərin səsini eşitdim və çəkin-
dim. Və bir neçə dəqiqə sonra cənab Neville St. Kleyr olaraq
deyil, onun qatili olaraq həbs olunmuşdum.
Açıqlaya biləcəyim başqa şey varmı bilmirəm. Müm-
kün olduğu qədər uzun müddət tanınmaq istəmədiyim üçün
yuyunmağı şiddətlə rədd etdim. Arvadımın narahat olaca-
ğını bildiyimdən, bir anlıq polislərin bizə baxmamasından is-
tifadə edib üzüyümü Laskara verdim və tələsik nə etməsi la-
zım olduğunu izah etdim.
164
-O qeyd xanımının əlinə hələ dünən çatıb, - dedi Holms.
-Aman Tanrım! Nə çətin həftə keçirib kim bilər!
-Polis, Laskarı davamlı olaraq izləyirdi, - dedi müfəttiş
Bradstrit, - ona görə məktubu fərq edilmədən göndərməsi
çətin olmuşdur. Bəlkə də dənizçi müştərilərindən birinə ver-
mişdir, o da göndərməyi unutmuşdur.
-Ola bilər, - dedi Holms, başını yelləyərək, - buna heç
şübhəm yoxdur. Yaxşı heç dilənçilik etdiyiniz üçün polislə
probleminiz olubmu?
-Bir neçə dəfə. Amma ödənən cəzalar nədir ki?
-Burada bitməlidir, - dedi Bradstrit. - Əgər polis bu hadi-
səni ört-basdır edəcəksə, bu Huq Bune məsələsi bağlanma-
lıdır.
-Bütün varlığımla and içirəm ki, dediyiniz kimi olacaq.
-Bu vəziyyətdə hadisəni daha çox deşməyin bir mənası
yoxdur. Amma təkrar tutulsanız, hər şeyin ortaya çıxacağını
yadınızdan çıxarmayın. Cənab Holms, məsələni açıqlığa qo-
vuşdurduğunuz üçün sizə minnətdarıq. Bütün bunları necə
bacardığınızı öyrənmək istəyərdim.
-Bu nəticəyə, beş ədəd yastıq üstündə oturub dalbadal
siqar içərək gəldim, - deyərək dostum sözə başladı. - Uatson,
düşünürəm ki, tələssək Beyker küçəsində səhər yeyə bilərik.
165
Artur Konan Doyl
Boskomb vadisinin sirri
Hekayələr toplusu
2-ci nəşr
166
Çapa imzalanıb: 14.02.2015
Formatı: 70x100 1/16. Ofset çapı
Həcmi: 10.5
Sifariş № 109
Tel.: (+99470) 523 01 34
info@hedefnesrleri.az
Qiyməti: 4 manat
167
168
Dostları ilə paylaş: |