19
2009-cu il ərzində Cəmiyyətin Sabirabad, Lənkəran, Mingəçevir Regional
Mərkəzlərində 65 nəfər könüllü, məktəbli, tələbə humanitar dəyərlər üzrə
seminarlarda, dəirmi masalarda iştirak etmişdir.
“8 may Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması”
günü ilə əlaqədar Pirşağı qəsəbəsi 10 saylı internatdakı 60 nəfər rəsmə meyilli
uşağa və Bakı şəhəri 82 və 132 saylı orta məktəbdə inşa müsabiqəsində iştirak
edən 58 məktəbliyə BQX/QAH-nın tarixi, tərkib hissələri və onun fəaliyyətləri,
həmçinin AzQAC haqqında ətraflı məlumat verilmişdir.
10 mart AzQAC günü ilə əlaqədar Texniki Universitetdə Qan vermə
aksiyası təşkil edilmişdir.
2009-cu ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 500 ədəd, 2008-ci il
üçün İllik Hesabatı dərc edilmişdir.
“Yeni Təfəkkür”, “Zerkalo”, “Azərbaycan”, “Respublika”, “Vışka”qəzetlərində,
1news, Trend, kaspiy, SIA, AzerTac, APA, Day.az, Navigator.az, Aile-
hekimi.az internet xəbər agentliklərində və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin internet səhifəsində toplam olaraq Cəmiyyətin həyata keçirdiyi
tədbirlər və fəaliyyətlər barədə 170 məqalə nəşr edilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin internet səhifəsi yenilənərək ilin
sonunda istifadəyə buraxılmışdır.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental Prinsiplərinin və
Beynəlxalq Humanitar Hüququn Əsaslarının Yayımı Proqramı
Məqsəd
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (BQX/QAH) tarixi və onun
tərkib hissələri, yəni Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl
Xaç və Qızı Aypara Cəmiyyətləri Federasiyası (Federasiya) və Milli Qızıl
Xaç/Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətləri, Hərəkatın fundamental
prinsipləri, Qızıl Xaç, Qızıl Aypara və Qızıl Kristal emblemlərindən düzgün
istifadə qaydaları və Beynəlxalq Humanitar Hüququn (BHH) əsasları haqqında
məlumatları ictimaiyyət arasında yaymaqdır.
Tarix
BHH-nin əsasları və BQX/QAH-ın fundamental prinsiplərinin yayımı Cenevrə
Konvensiyalarına imza atmış dövlətlərin öhdəliklərindən biridir. Bu işin həyata
keçirilməsində Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri yaxından dəstək
verir. Silahlı münaqişə zamanı insan hüquqlarının qorunmasına yönəlmiş BHH
qaydaları 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyaları və 1977, 2005-ci
illərdə onlara əlavə olunmuş protokollarda öz əksini tapır.
20
Yayım proqramı 1997-ci ildən BQXK-nın maliyyə və texniki dəstəyi ilə həyata
keçirilir.
Fəaliyyət
Proqram BQXK və Azərbaycan Qızıl Ayprara Cəmiyyəti (AzQAC) arasında
bağlanmış əməkdaşlıq sazişi çərçivəsində, 2009-cu ilin fəaliyyət planı əsasında
həyata keçirilmişdir.
Fəaliyyət planına uyğun olaraq, 2009-cu il aprelin 28-i AzQAC-ın baş
qərargahında regionlarda fəaliyyət göstərən yayım könüllüləri üçün 1 treninq
keçirilmişdir.
Treninqin məqsədi yayım fəliyyətini regionlarda genişləndirmək,
könüllülərə BQX/QAH və AzQAC haqqında son məlumat vermək,
təqdimatların düzgün və effektiv təqdim edilməsi üçün müfaviq bilgilər
aşılamaq , BQX/QAH-nın yaradılmasının 150, BQX/QACF-nın 90, Cenevrə
Konvensiyalarının qəbul edilməsinin 60, AzQAC-ın təsis edilməsinin 89-cu il
dönümü ilə bağlı tədbirlər planını birgə müzakirə etməkdən ibarət olmuşdur.
Treninqin gündəliyinə yayım könüllüləri üçün nəzərdə tutulmuş və yenilənmiş
təlimat kitabından istifadə qaydaları, təsdiq edilmiş yayım siyasəti və onun icra
mexanizmi, BQX/QAH və AzQAC haqqında qəbul edilmiş sonuncu hüquqi
normativ aktlar haqqında məlumatlar barəsində mövzular daxil olmuşdur.
Treninqdə 14 yayım könüllüsü iştirak etmişdir.
Fəaliyyət planına uyğun olaraq, yayım sektoru tərəfindən aşağıda göstərilən
tarixdə regionlara səfər edilmişdir. Səfərin əsas məqsədi regionlarda fəaliyyət
göstərən
yayım
könülllərinin
təqdimatlarını
təlimat
kitabı
əsasında
qiymətləndirərək onlara lazımi düzəlişlər etmək və bu sahədə yayım
könüllülərinə müvafiq məsləhətlər verməkdən ibarət olmuşdur. Təqdimatdan
sonra müsbət və mənfi tərəflərlər yayım könüllülərinin nəzərinə çatdırılmış,
bununla bağlı məsləhətlər verilmişdir. Səfərdə BQXK-nın məsul nümayəndəsi
də iştirak etmişdir.
Tarix
Region
Könüllü
İştirakçı
26 may
Gəncə
Sücəddin
Qurbanov
9 nəfər
27 may
Mingəçevir
Nüsrət Yusifli
10 nəfər
16 iyun
Sabirabad
Seyidağa Abbasov
11 nəfər
17 iyun
Lənkəran
Səmədov Zəfər
12 nəfər
23 iyun
Bakı
Məmmədov Elçin 9 nəfər
25 iyun
Sumqayıt
Əhədov Qürbət
9 nəfər
06 iyul
Qarabağ
Gülşən ...
9 nəfər