243
1054-cü il
Xristian kilsəsi iki hissəyə parçalandı.
1095-ci il
Roma papası II Urbanın xristianları Şərq ölkələrinə yürüş etməyə çağırdı.
1906-cı il, yaz
Qərbi Avropa kəndliləri birinci səlib yürüşünə başladı.
1096-cı il, payız
Fransa, Almaniya və İtaliya cəngavərləri birinci səlib yürüşünü davam etdirdi.
1096-1099-cu illər
Birinci səlib yürüşü. Səlibçilər Qüdsü tutaraq burada müsəlman qırğını
törətdilər, Suriya və Fələstinin aralıq dənizi sahillərində Qüds krallığı yaradıldı.
XI-XIII əsrlər
Katolik kilsəsi bidətçilərə qarşı inkvizisiya məhkəməsi təşkil etdi
1147-ci il
İkinci səlib yürüşü. Misir hökmdarı Səlahəddin Əyyubi səlibçi qoşunlarını
məğlub edərək onları Qüdsdən qovdu.
1190-cı il
Üçüncü səlib yürüşü baş verdi.
1199-cu il
Səlibçilər Roma Papası III İnnokentinin başçılığı ilə dördüncü səlib yürüşünə
başladılar.
1204-cü il
Səlibçilər Bizansın paytaxtı Konstantinopolu tutdular. Müqəddəs Sofiya kilsəsi
qarət olundu.
1261-ci il
Səlibçilər Konstantinopoldan qovuldular.
XIII əsrin sonları
Səkkizinci səlib yürüşü. Səlibçilər Şərq ölkələrindən tamamilə qovulub çıxarıldı.
XIII əsr
İngiltərə, Polşa, İsveç və Danimarka dövlətləri Roma papasının vassalına
çevrildi.
***
VIII əsr
Pireney yarımadasında ərəblər tərəfindən Kordova xilafətinin əsası qoyuldu.
XI-XV əsrlər
İspaniyada müsəlmanlara qarşı səlib yürüşləri həyata keçirildi.
1479-ci il
Kastiliya və Araqon krallıqlarının birləşməsi nəticəsində mərkəzləşmiş İspaniya
dövləti yarandı. Navarra krallığı İspaniya və Fransa arasında bölüşdürüldü.
1492-ci il
İspaniya Qranada müsəlman əmirliyini tutdu. Portuqaliyadan başqa, bütün
Pireney yarımadası İspaniyanın əlinə keçdi.
***
IX-X əsrlər
İtaliyada müstəqil Piza, Venesiya və Genuya şəhər respublikaları yarandı. İtaliya
şəhərləri senyorlara qarşı mübarizəyə başladı. Lukka, Milan, Boloniya və Piza
şəhərləri kommuna hüququ əldə etdilər.
XII əsr
Venesiyada şüşə, bədii şüşə və güzgü istehsalı genişləndi.
XII əsr
Venesiyada veksel və çek sistemi tətbiq olunmağa başlandı.
1156-cı il
Venesiyada Avropanın ilk dövlət bankı yaradıldı.
XIV əsr
Venesiya respublikası Şərqlə ticarətdə vasitəçilikdən Genuyanı sıxışdırıb çıxardı.
XV əsr
İtaliyanın bir sıra şəhərlərində varlı ailələr hakimiyyəti ələ keçirdi. Milan,
Boloniya və Florensiya şəhərlərində tiranlıq idarə üsulu yaradıldı.
XV əsr
Florensiyada Mediçilər ailəsi hakimiyyəti ələ keçirdilər.
***
843-cü il
Fransa krallığı yarandı.
843-1792-ci illər
Fransa krallığının mövcud olması dövrü.
XI əsr
Fransada şəhərlər meydana gəldi.
XI əsr
Fransanın birləşdirilməsi uğrunda mübarizə başladı.
XI-XIII əsrlər
Fransa torpaqlarının çox hissəsi İngiltərə kralları tərəfindən tutuldu.
XIII əsr
Normandiya və Tuluza qraflığı Fransaya birləşdirildi.
XIV əsrin əvvəlləri
IV Gözəl Fillip ilə Roma papası arasında münaqişə baş verdi.
1302-ci il
Fransada ilk dəfə Baş Ştatlar çağırıldı.
1337-1453-cü illər
İngiltərə ilə Fransa arasında yüzillik müharibə baş verdi.
1358-ci il
Fransada ―Jaklar‖ üsyanı baş verdi.
1429-cu il
Janna D`Ark Orlean şəhərini mühasirədən azad etdi.
1453-cü il
Fransa ilə İngiltərə arasında sülh bağlandı və yüzillik müharibə başa çatdı.
XV əsrin ikinci yarısı
XI Lüdoviqlə Burqundiya hersoqu İgid Karl arasında münaqişə baş verdi.
244
XV əsrin sonları
Burqundiya, Marsel və Bretan qraflığı Fransaya birləşdirildi.
XVI əsrin əvvəlləri
Fransada manufakturalar meydana gəldi.
XVI əsr
Fransanın qərb sahillərindəki limanların əhəmiyyəti artdı.
***
IV-VI əsrlər
Anqlo-sak tayfaları Britaniya adalarında məskunlaşdı. İngilis xalqı yarandı.
VII əsr
İngiltərədə feodal münasibətləri meydana gəldi.
1066-cı il
Qastinqs döyüşü. İngiltərədə Fateh Vilhelm tərəfindən mərkəzləşmiş dövlətin
əsası qoyuldu. İngiltərədə Vilhelmlər sülaləsinin hakimiyyəti dövrü başladı.
1066-1087-ci illər
İngiltərədə Vilhelmlər sülaləsinin hakimiyyəti dövü.
1265-ci il
İlk dəfə İngiltərədə parlament çağırıldı.
XIV əsr
İngiltərə parlamenti lordlar və nümayəndələr palatasına bölündü.
1381-ci il
İngiltərədə Uot Tayler üsyanı baş verdi.
1455-1485-ci illər
İngiltərədə al qızılgül və ağ qızılgül müharibələri baş verdi.
1485-1603-cü illər
İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti dövrü.
XVI əsrin əvvəlləri
İngiltərədə ilk kapitalist müəssisəsi olan manufakturalar meydana gəldi.
XVI əsr
İngiltərədə ―çəpərləmələr‖ başladı.
1588-ci il
La-Manş döyüşü. İngilislər Məğlubedilməz armadanı məhv etdilər.
1558-1603-cü illər
İngiltərə tarixinin «qızıl dövrü». Tüdorlar sülaləsinin sonuncu nümayəndəsi I
Yelizavetanın hakimiyyəti dövrü.
***
XVI əsrin əvvəlləri
Almaniyada ilk manufakturalar meydana gəldi.
1517-ci il
Martin Lüter katolik kilsəsinin ―cənnət qəbzi‖ alverinə qarşı çıxış etdi.
1524-1525-ci illər
Almaniyada kəndli müharibəsi baş verdi.
1555-ci il
Almaniyada katoliklərlə protestantlar arasında Auqsbruq sazişi imzalandı.
1572-ci il, 23 avqust
―Varfolomey gecəsi‖ hadisəsi baş verdi. Fransada katoliklər protestant qırğını
törətdilər.
XVI əsr
İsveç, İngiltərə və Danimarka kralları kilsə islahatı keçirərək öz ölkələrində kilsə
başçıları oldular.
XVI əsr
Avropada reformasiya nəticəsində katolik kilsəsi başqa kilsələrə parçalandı.
***
XVI əsrin birinci yarısı
İspaniya kralı II Filipp Niderlandda inkvizisya tətbiq etdi.
1566-cı il
Niderlandda katolik kilsəsi və ispan zülmünə qarşı burjua inqilabı başladı.
1572-ci il
Dəniz gözləri Brill limanını tutdu. Hollandiyanın şimalında üsyan başladı.
1576-cı il
İspan əsgərləri Antverpen şəhərini tutaraq dağıtdı. Hollandiyanın cənub
əyalələrinin əhalisi üsyana qoşuldu.
1579-cu il
Cənubi Niderlandda üsyan yatırıldı və İspaniyanın hakimiyyəti altında qaldı.
1579-cu il
Niderlandın yeddi şimal əyaləti birləşərək vahid dövlət - Hollandiya
respublikasını yaratdı.
1609-cu il
İspaniya Hollandiyanın dövlət müstəqilliyini tanıdı. Niderland burjua inqilabı
başa çatdı.
***
XV-XVI əsrlər
Qərbi Avropada su mühərrikləri təkmilləşdirildi, yuxarıdan fırlanan çarx
karavellalar - yelkənli gəmilər və kompas, domna peçləri ixtira olundu.
XVI əsr
Qərbi Avropada ağır və yüngül toplar, tapançalar və müşkeklər ixtira olundu.
XV əsrin əvvəlləri
Portuqaliya kralları Atlantik okeanına və Afrikanın qərb sahillərinə
ekspedisiyalar göndərməyə başladı.
XV əsr
Avropa dənizçiləri qədim alimlərin yerin kürə şəklində olması haqqında fikirləri
ilə maraqlanmağa və uzaq ölkələrə səfərə çıxmağa başladılar.
1487-1488-ci illər
Bartalomey Diaş Ümid burnunu kəşf etdi.
Dostları ilə paylaş: |