Amerika Birləşmiş Ştatlarının Səfirliyi
Bakı şəhəri, Azərbaycan
Azadlıq Prospekti 83
AZ1007 Bakı, Azərbaycan
E-poçtu: huseynguliyev@state.gov
Telefon: +(994 12) 498 03 35
Faks: +(994 12) 465 66 71
URL: http://azerbaijan.usembassy.gov
4 aprel, 2011
Amerika Birləşmiş Ştatlarının səfirliyi aşağıdakı bəyanatı vermişdir:
Birləşmiş Ştatlar Səfirliyi 2 apreldə Bakının mərkəzində müxalifət qruplarının dinc nümayişinin qarşısını almaq üçün Azərbaycan Hökuməti tərəfindən görülən tədbirlər, o cümlədən planlaşdırılan nümayişdən öncəki günlərdə müxalifət fəallarının saxlanılması ilə bağlı öz narahatlığını ifadə etmək istəyir. ABŞ Azərbaycan Hökumətini Azərbaycan Konstitusiyasında, habelə beynəlxalq insan hüquqları üzrə hüquqi aktlarda, o cümlədən ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etməyə çağırır. Bu hüquqlara hörmət önəmlidir, çünki, bu, istənilən cəmiyyətdə vətəndaşlarla onların hökuməti arasında bu və ya digər şəkildə müəyyən dialoqa təşviq edir ki, bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır.
Biz, nümayişlərlə əlaqadar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırırıq.
####
Dostları ilə paylaş: |