19
pur, Səmərqond, Buxara kimi şəhərlərdə olur. O, getdiyi yerlərdə
daim xalqın ümumi güzəranı ilə maraqlanır. Yerlərdə şairin
təmasda olduğu qabaqcıl adamlar da dövrün haqsızlıqlarından
şikayətlənirlər. Bu cəhətdən Sabirin—
Həmədanda qonağımdan xəbər aldım key, şeyx,
Hansı məxluq sizin şəlırdə bişək çoxdur?
Dedi: ‘‘Az isə də bu şəlırdə sair məxluq,
Leyk dəbbağ ilə, səbbağ ilə eşşək çoxdur”.—
qit'əsi maraqlıdır.
Bu illərdə Sabir klassiklərdən daha çox Xaqani, Nizami,
A.Bakıxanov, Ö.Xəyyam və başqalarını oxuyur.
Arada Şamaxıya qayıdan Sabir səyahətini yenidən davam et-
dirir. Lakin atasının ölüm xəbəri onu yoldan qayıtmağa məcbur
edir. Sabir ailənin dolanışığı ilə məşğul olmağa başlayır. Çünki
böyük qardaşı ailə quraraq ayrı yaşayırdı. Odur ki, anası Sabiri də
evləndirmək üçün oğluna dil tökürdü. Nəhayət, anası Səltənətin
tə'kid və tədbirləri səmərə verdi: Sabir Büllumisə adlı bir qızla ailə
qurdu.
Sabir zəhmətkeş, şən, diqqətcil və qayğıkeş olduğu kimi,
Büllumisə də çalışqan və fədakar bir qadın idi. O, ömrü boyu
Sabirə e'tibarlı, möhkəm həmdəm olmuş, ölüncə ərinə və ailəsinə
sadiq qalmışdır.
Büllumisə ərinə doqquz qız, üç oğlan bəxş etdi. Sabirin uşaq-
larının əksəriyyətinin qız olması və kiçik yaşlarından vəfat etməsi
ilə əlaqədar anası bir neçə dəfə Kərbəla ziyarətinə gedərək
Kərbəlayi Səltənət olmuşdu.
***
XIX əsrin sonu XX əsrin əvvəllərində Sabir əsasən ailə qay-
ğıları ilə məşğul olsa da, tez-tez 1901-ci ildə təhsildən Şamaxıya
qayıdan Abbas Səhhət, Ağəlibəy Naseh, Məhəmməd Tərrah,
20
Mahmudbəy Mahmudbəyovla bir yerə yığışaraq şe'r deyər,
ədəbiyyat və sənət məsələlərinə aid qızğın müzakirələr aparar-
dılar. Bu məclislərdə gənclər daha çox “Mizanüş-şüəra” adlan-
dırdıqları A.Nasehin məsləhətlərini dinləmək istərdilər. Çünki
A.Naseh böyük ədəbi-bədii təcrübəyə malik idi. O, həm də keç-
miş “Beytüs-Səfa” ədəbi məclisinin fəal üzvlərindən olmaqla,
sələf-xələfilik əlaqələrinin canlı körpüsü idi. A.Nasehin ədəbiyyat
vo sənətə dair məsləhət və tövsiyələri gənc həmkarlarını daim razı
salırdı.
1
Bu yolda Nasehin görkəmli ədəbiyyatşünas Firidun bəy
Köçərli ilə dostluğu da müəyyən rol oynayırdı. A.Naseh
F.Köçərliyə Şamaxı şairlərinin əksəriyyəti haqqında material və
mə'lumat verməklə bərabər, görkəmli alimlə gənc şairlərin
dostluğuna şərait yaratmışdı. F.Köçərlinin məktub vasitəsi ilə
verdiyi məsləhət və tövsiyələri ədəbi-ictimai aləmdə gedən
yeniləşmə prosesinin dərkində Şamaxı şirlərinə də müəyyən
köməklik edirdi.
Onu da qeyd edək ki, bə'zi mənbələrin yazdığı kimi, F.Köçərli
bu müddət ərzində heç də tez-tez Şamaxıya gəlib şairlərlə şəxsən
tanış olmamışdı. Əgər belə bir tanışlıq olsa idi, Sabir 1908-ci ildə
öz həmyerlisi, yazıçı və pedaqoq S.M.Qənizadəyə yazdığı
məktubunda F.Köçərlini “qaibanə dost”— deyə yad etməzdi. Bu
iki əqidə dostu bir-biri ilə məktublaşmışlar. F.Köçərli sonralar
Sabirin onda “nəzmən və nəsrən yazılmış çoxlu məktubatı”
olduğunu yazırdı. Təəssüf ki, bu “məktubat” F.Köçərlinin arxivi
ilə birlikdə itib-batmışdır.
Ətrafda baş verən həyat hadisələrinə fəal müdaxilə cəhdi Sabir
yaradıcılığında realizmə olan güclü meyldən irəli gəlirdi. 1902-ci
il 31 yanvar tarixli Şamaxı zəlzələsinin və zəlzələnin
1
Bax: Nəsrəddin Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri.
Namizədlik dissertasiyası (Dissertasiya Azərbaycan Milli EA-nın elmi
kitabxanasındadır), Bakı, 1971, səh.109-110.
21
vurduğu zərərin nəticələrinin aradan qaldırılması tədbirlərinə həsr
olunmuş “Üç yüz on doquz idi bə'd həzar”, misrası ilə başlanan
mənzumə fikrimizə misal ola bilər. Mənzumədə Şamaxı zəlzələsi
ilə əlaqədar olan əsas hadisələr yığcam və həyati əks olunmuşdur.
Təsadüfi deyil ki, bu əsərdə “realizm işartıları” olduğu elmi
ədəbiyyatda qeyd edilmişdir.
1
Biz bu mənzumədə Şamaxı zəlzələsinin nəticələrini aradan
qaldırmaq üçün təşkil olunmuş komissiyanın üzvlərindən biri kimi
görkəmli maarif və mədəniyyət xadimi, milli mətbuatımızın banisi
Həsən bəy Zərdabinin əsl vətəndaş narahatlığı ilə gördüyü
xeyirxah işlərin də şahidi oluruq. Odur ki, Sabir burada
şamaxılılara yardım əli uzadan bütün xeyirxah, tərəqqipərvər
adamlarla birlikdə H.Zərdabiyə də həmyerliləri və öz adından
xüsusi minnətdarlığını bildirmişdir.
***
Əsrin əvvəllərində, xüsusilə 1905-ci il birinci rus inqilabı
ərəfəsində bütün ölkəni bürüyən sosial və mədəni dirçəlişlə
əlaqədar Azərbaycanda da maarif və mədəniyyətə, yeni tipli
məktəblərin təşkili və inkişafına meyl güclənmişdi. Bu meyllə
əlaqədar göstərilən çoxsaylı təşəbbüslərin ilk və qüvvətli nəti-
cələrindən biri Tiflisdə 1903-cü ildə Azərbaycan dilində “Şər-
qi-Rus” adlı qəzetin çıxması oldu. Dövrünün görkəmli ziyalı və
publisistlərindən olan Məhəmməd ağa Şahtaxtlının redaktorluğu
ilə çıxan bu qəzet qabaqcıl ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanmaqla F.Köçərli, C.Məmmədquluzadə, Ö.F.Ne'manzadə,
R.Əfəndiyev və b. ziyalıları öz ətrafına topladı. Qəzetin çıxmasını
Sabir də sevinclə qarşılayaraq öz təəssüratını “Şükr lillalı ki,
afıtabi süxən” misrası ilə başlayan şe'rində qələmə aldı. Şa-
1
Bax: Tofiq Hacıyev. Sabir: qaynaqlar və sələflər. Bakı, Yazıçı, 1980,
səh.26-27.
Dostları ilə paylaş: |