Həmin ildə Hələb şəhəri və onun ətrafı, Nəsr ibni Şeys Əqilinin (ya Uqeylinin) rəhbərlik etdiyi
hərəkatın şahidi oldu. O ildə digər bir qiyam Mosulda “Meydan” hadisəsi kimi başladı, iyirmi min
nəfər ordu çəkmək ilə və minlərlə nəfərin ölümü ilə yekunlaşdı.
099-cu ildə Əbus-Səraya Kufədə, Məmunun hökümətinə möhkəm bir zərbə vurdu. O, (İbni
Təbətəba kimi məşhur olan) Məhəmməd ibni İbrahim ibni İsmayil Həsəni ilə bahəm bu qiyamla
Kufədə qısa müddətli bir dövlət qurmağa müvəffəq oldu. Həmçinin Əbus-Səraya qiyamı ilə
Bəsrə, Məkkə, Yəmən, Fars, Əhvaz və Mədain kimi şəhərlərə də öz təsirini qoya bildi. Onun
qoşun başçıları hamısı ələvi – ondan üçü imam Rzanın qardaşları- idilər: Abbas ibni
Məhəmməd ibni İsa Cəfəri, Hüseyn ibni Həsən Əftəs, İbrahim ibni Musa İbni Cəfər, İsmayil ibni
Musa İbni Cəfər, Zeyd ibni Musa İbni Cəfər və Məhəmməd ibni Süleyman ibni Davud ibni Həsən
ibni Həsən. Əbus-Sərayanın qiyamlarında, bir ildən az müddət ərzində Abbasiləndən ölənlərin
sayını iki yüz min nəfərdən çox olduğunu qeyd ediblər ki, əlbətdə belə say nəzərə şişirdilmiş
gəlir.
311-cu ildə, imam Sadiqin qardaşı Məhəmməd ibni Cəfər Dibac Məkkədə bir qrup ilə beyət və
sonra qiyam etdi. İsa Cəludi onun ordusunu darmadağın etdi, ona aman verdi, oda höküməti
Məmunun haqqı olduğunu qəbul etdi və Əbi Talib ailəsindən bir qrup insan ilə bahəm Xorasana
səfər etdi. Həmən il Zil-qədə ayının on beşi Zeyd ibni Musa da qiyam etdi və bəzi Abbasilərin
evlərini yandıraraq, Zeydun-nar (Atəş Zeyd) ləqəbi ilə məhşur oldu.
0
Mədinə ilə vidalaşma
Xəlifənin məktub gətirib-aparanı, bir müddətdən bir Məmun tərəfdən imamı Xorasana dəvət
ünvanında yeni dəvətnamələr gətirirdi. İmamın dəfələrlə verdiyi mənfi cavabı, səbəb oldu ki,
xəlifə, hökümətin iki məsulunu hökümət karvanı ilə bahəm imamı Mədinədən gətirmək üçün
göndərsin. Abbasilər hökümətinin işçiləri Rəca ibni Əbi Dəhhak və Yasir Xadim, bu karvanın
başçıları ünvanında Mədinəyə daxil oldular. Onlara, imamla Mərvə kimi ehtiramla yoldaşlıq
etmələri əmr olunmuşdur. Artıq bu icbari səfərdən çıxış və qaçış yeri yox idi. Narazılıq əsəri
imamın surətində açıq-aydın görünürdü.
Baxmayaraq ki, hökümət məmurları bu səfəri adi və çox şərəfli cilvələndirmək istəyirdilər, lakin
bu səfərin aqibətindən xəbərdar olan imam Rza, ailəsini və Mədinə əhlini bu səfərin dönüşsüz
olduqduqdan xəbərdar etdi. O həzrət, ağlamağının səsi uca və qəm qüssəsinin aşkar olduğu
şəkildə neçə dəfə peyğəmbərin(s) mübarək qəbri ilə vidalaşdı. O, bu səfər adi bir səfər olduğunu
güman edən bəzi Mədinə əhlinə buyurdu: “Mən cəddim, peyğəmbərin yanından uzaqlaşıram,
qürbətdə dünyadan köçəcəm və Harunun kənarında dəfn olacam.” O, Xorasanda öz dostu
Həsən ibni Əli Vəşaya buyurdu: “Məni Mədinədən çıxartmaq istədikləri vaxt, bütün ailəmi
ətrafıma topladım. Mənim üçün ağlamalarını və onların mənim üçün ağladıqlarını eşitmək
istədim. Sonra on iki min dinarı onların arasında böldüm və bu səfərdən qayıtmayacağımı
bildirdim.”
Əlimizdə olan başqa bir xəbərdən məlum olur ki, sanki imam Mədinədən sonra Allahın evi ilə də
vidalaşmaq üçün Məkkəyə ümrə ziyarətinə getmişdir.
3
0
Uyun Əxbarur-rza(ə); 0-ci cild; səh.334, 1-ci hədis/ Tarixul-uməm vəl muluk, Təbəri, 1-ci cild, səh.544/ Əl-Kamilu
fil-tarix, 6-cı cild, səh.211-215/Məqatilut-talibin, səh.266/ Həyatul-imam Rza(ə), Qərəşi, 3-ci cild, səh.313
3
Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.301, 31-ci hədis/ Əl-Xəraic vəl-Cəraih, səh.311, 269-cu hədis
Mədinədən Mərvə kimi
Məmunun göstərişi ilə imamın səfəri Bəsrə, Əhvaz və Fars yolundan oldu; çünki onun təkidi bu
idi ki, imam, Kufə və Qum kimi şiələr məskunlaşan şəhərlərdən keçən yol ilə gətirilməsin.
Son illlərin araşdırmalarına əsasən imam Rza, Mədinədən Mərvə kimi aşağıdakı məntəqələrdən
keçib:
Noqrə (gümüş mədəni), Nibac, Bəsrə, Əhvaz, Behbəhan, Şiraz, Estəxr, Əbərqu, Dəhşir, Yəzd,
Xəranuq, Robat Poşt Badam, Nişapur, Dehsorx, Kuhe Səngtərəşan (Kuhsəngi), Tus, Nuğan,
Sərəxs və sonra Mərv. Bu səfər əsnasında baş verən hadisələr haqqında məlumatlar tarixdə çox
az qeyd olunub.
0
Vəliəhdlik
Vəliəhdliyin mənası xəlifənin vəfatından sonra camaat üzərində hakimiyyət və xilafət. Bu vəzifə
xilafətdən sonra ən üstün məqam sayıldığı üçün, həmişə xəlifələrin ən yaxın adamları üçün
nəzərdə tutulurdu. İmam Rzanın həyatının tarixçəsində oxuyuruq ki, ömrünün son illərində
Aabbasi xəlifəsi Məmunun vəliəhdlik məqamını qəbul etmişdir. Bu hadisə heç bir məsumun
yaşayışında baş verməyib. Gözəl şəkildə aydındır ki, ismət sahibi olan imam Rza kimi böyük
şəxsiyyət öz xoşluğu ilə Məmun kimi zalim bir hakimin vəliəhdliyini qəbul etməz.
Məmun qardaşı Əminə qalib gəldikdən sonra, daxili gərginliklər ilə qarışıq bir hökümətə sahib
çıxdı. Məmun, atası kimi qüdrətə malik olmamasına baxmayaraq, siyasət və zirənglikdə xəlifələr
arasında nadir ya əvəzsiz idi. Onun, qarşısında olan ən böyük çətinlik, ələvilərin qiyamı,
İranlıların üz döndərməsi və şiələrin Abbasi hökümətindən həmişəki narazılıqları idi.
(Belə bir vəziyyətdə) Məmunun siyasəti Əli ibni Musa Rzanı(ə) öz canişini ünvanında
tanıtdırmağı tələb edirdi.
Vəliəhdliyi qəbul etmə səbəbləri
İmam Rza(ə) Mərvə daxil olandan sonra, Məmun, xəlifəlik və hakimiyyət postunu ona təklif etdi.
İmama“Xəlifəlik təklifi” mövzusu iki ay ərzində, Mərvdə müxtəlif məclislər vasitəsi ilə təklif
olundu və bütün bu məclisləri imam həmin təklifi rədd etdi. Məmunun ətrafındakılar, onun bir
belə israr etməsindən təəccüb edirdilər və bu hərəkəti hökümətin qanunlarına zidd bir addım
kimi dəyərləndirirdilər. İranlı vəzir və Məmunun siyasətçisi, Fəzl ibni Səhl, Məmunun israrından
ciddi şəkildə narazı idi və deyirdi: “Xilafəti bundan artıq zay olunmuş görməmişdim.” Sonuncu
məclisdə xəlifə artıq neçənci səfər idi ki, imama deyirdi: “Mən hazıram özümü xilafətdən
kənarlaşdırım, bu vəzifəni sənə tapşırım və sənin ilə beyət edim.” Bu dəfə imamın Məmuna
cavabı möhkəm oldu və onu çox əsəbləşdirdi. İmam Rza üzünü Məmunu tutdu və buyurdu:
“Əgər bu xilafət sənin haqqındırsa, deməli Allah sənin üçün qərar verib və Allahın sənin
boynuna qoyduğu vəzifədən imtina edib, digərinin öhdəsinə qoymağın düzgün deyil, yox əgər
bu xilafət sənin haqqın deyilsə, haqqın olmadığı bir şeyi mənə tapşırmağın da düzgün hesab
0
Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.010, 5-ci hədis/ (həmçinin müraciət edin) İmam Rzanın(ə) Mədinədən Mərvəyə
olan tarixi hicrətinin çoğrafiyası