17
O, şimala doğru irəlilədiyi vaxtda xəlifə Əbu-Bəkrin sərkərdələri Də-
məşqi ələ keçirirlər, Yerusəlim xəlifə Ömərə qaytarılır, Mesopotami ya, Suriya
və Fələstin İraklinin nəzarətindən çıxır.
Lakin bu məğlubiyyətlərin əvəzində Allah ona həqiqi xaçı qoruyub sax-
lamaq şərəfini nəsib etdi. İrakli həmin xaçı Siroenin əlindən götürdü.
Bundan sonra ərəblərin dövrü gəlir. Bu xalqların böyük köçü döv rünə
təsadüf edir. Elə bil ki, bütün xalqlar təbiətin onlara qismət etdiyi yuvadan qaç-
maq və özlərinə başqa Allahlar və yeni məkanlar tapmaq həvəsinə düşmüşdülər.
Yenicə imperiya yaratmış ərəblər özlərilə Məhəmmədin qanununu və dinini
gətirirdilər. Onlar Suriyanı, Misiri, İranı ələ keçirir, Afrika və İspaniyadan keçib
Fransa üzərinə yürüş edirlər və əgər Allah həmin vaxt onların qarşısına Karl
Marteli çıxarmasaydı, Sobeskin göstərdiyi müqavi mətə baxmayaraq, günlərin
birində Şərqdən gələn ilanın başı və quyruğu Vyanaya qədər gəlib çıxacaqdı.
Ancaq üsyan etmiş təbəələr tərəfindən burnu kəsilmiş II Yüstinyan Taman
adasında sığınacaq tapdığı bir zamanda Kar Mirvan Gürcüstana hərbi yürüş edir
və 780-ci ildən – Pasxa bayramından gürcülər öz xronologiyalarının əsasını qoy-
urlar; bu vaxt Qafqazın o biri tərə fində yeni bir xalq formalaşırdı ki, həmin xalq
özündən əvvəlki xalq lardan daha çox ərazi ələ keçirəcəkdi.
Romalılara demək olar ki, məlum olmayan bu xalq bütün xalqların
sədlərini, istehkamlarını dağıtdıqdan sonra naməlum dünyanın qapılarını döymüş
Rusiyanın gündoğan hissəsindən olan slavyanlardır ki, onlar Xəzər dənizindən
Arxangelskə qədər, Buzlu dənizdən Odlu dənizə qədər uzanan böyük ərazini zəbt
edirlər. Belə çıxır ki, qotlar, hunlar, bolqarlar – Volqadan Dneprə qədər olan bu
torpaqlar üzərində hökmranlıqdan nahaq yerə çəkinmişlər və onların burada öz
imperiyalarının müvəffəqiyyətli bər pası slavyanlar üçün müvəqqəti düşərgədən
başqa bir şey olmamışdır. Bir anlığa dayanan bu qorxunc axın yenidən hərəkətə
gəlir: xalqların bəziləri qərbə, bəziləri cənuba üz tuturlar və nəticədə axının
mərkəzində Böyük Novqorod və Kiyev kimi möhtəşəm şəhərlər ucalır.
Nəhayət, 862-ci ildə slavyanlar üç varyaq şahzadəsini – Rurik, Si naf və
Truvor şahzadəsini öz imperiyalarının taxtına dəvət edirlər. Çox çəkmir ki, Ru-
rik hakimiyyəti və dövləti idarə etməyi öz azyaşlı oğlu İqo run qəyyumu, qardaşı
dahi Oleqə vəsiyyət edərək dünyasını dəyişir. Oleq Smolensk və Lyubiçi fəth
edəndən sonra serbləri, radimiçləri, derevyan ları töycü verməyə məcbur edir və
qarşısına çıxan heç bir təhlükədən, maneədən qorxmamağı təlqin etdiyi iki min
nəfərlik ordu ilə Konstanti nopola tərəf hərəkət edir.
Konstantinopol vəhşi adlandırdığı bir xalqın əlində qılıncla onun qapısına
qədər gəlib, təslim olmağı tələb etdiyini gördükdə təşvişə düşdü: VI Leon
qoyulan şərtlərlə razılaşdı, onları imzaladı və ruslar çəkilib get dilər.
Ancaq ruslar geri qayıdarkən, yolüstü bu gün Yelizavetpol
*
qəza sının
kəndlərindən olan Bərdə qalasını zəbt etdilər.
* Yelizavetpol – Gəncə şəhərinə sonra verilən ad. VII əsrdən Gəncə adlanan qədim Azər bay-
can şəhəri 1804-cü ildən 1918-ci ilə qədər Yelizavetpol adlandırılmışdır.
18
Beləliklə, ruslar Gürcüstanın bir addımlığında kiçik bir əraziyə də sa-
hib oldular.
On üç ildən sonra onlar neftlə zəngin olan Təbəristana yürüş təşkil
etdi lər.
Artıq yol açılmışdı. Böyük knyaz Svyatoslav bütün Kubanı keçir və
Qafqazın ətəklərində osetinlərlə çərkəzləri darmadağın edir.
Rus qarnizonunun biri Tamanda qalır.
Bu zaman Abxaziya və Kartli çarı III Baqrat Kutaisidə kilsə tikdi rir.
Onun divarlarına həkk olunmuş kitabələrin birində ərəb hərflərinin
izlərini görürük. Yazılmış kitabədən aydın olur ki, Kutaisi kilsəsi 1003-cü
ildə tikilmişdir.
Beləliklə, rusların 914-cü ildə Bərdə qalasını ələ keçirdiklərini və 943-
cü ildə Təbəristana daxil olduqlarını, 967-ci ildə çərkəzləri və osetin ləri
darmadağın etdiklərini, Tamanda bir qarnizon yerləşdirdiklərini öy rən di niz.
1064-cü ildə Rostislav Vladimiroviç Taman adasını öz knyazlığının
ərazisi elan edir.
Ruslar şimaldan cənuba tərəf irəlilədikləri bir vaxtda türklər də
cənubdan şimala doğru hərəkət edirdilər. Bunlar Türküstan düzənliklərin-
dən çıxmış səlcuqlar idilər. Onlara Bağdadda özünü hökmdar elan edən dən
az sonra dünyasını dəyişmiş Toğrul bəyin qardaşı oğlu Arslan sərkər də lik
edirdi. O, Kiçik Asiyanı və Gürcüstanı öz hakimiyyə tinə tabe edə bilmişdi.
Qafqazın qranit sıra dağları onları (səlcuqları) ruslardan ayırır. Hər
iki nəhəng, Herkules və Antey üz-üzə gəlib vuruşanda heç biri o birisinə
güzəştə getmir. Yəqin ki, ruslar – Herkules, türklər isə – Anteydir.
Xoşbəxtlikdən, Gürcüstanda ən layiqli çarlardan biri – “Müdrik” lə-
qə bilə tanınan III David taxta çıxır. O, barbarları barbarlara qarşı qoyur
– xəzərləri türklər əleyhinə silahlandırır və öz ölkəsini azad edəndən sonra
hakimiyyəti Dərbəndi darmadağın edən, onun qapılarını çıxartdırıb Gelat
monastırına saldıran I Demetriyə verir. Həmin qapıların bir tayı bu gün
oradadır, o biri tayını isə türklər çıxarıb aparmışlar.
6
1184-cü ildən 1212-ci ilə qədər Gürcüstanda kraliça Tamara hökm-
ranlıq edir. Bu, Gürcüstan tarixində böyük bir dövrdür. Qafqaz dağlarının
hər iki tərəfində adı dillərdə məşhur olan bu amazonka gözəli erməniləri,
türkləri və farsları məğlub edir, ona qədər heç kimin istila edə bilmədiyi,
yəqin ki, ondan sonra da istila edə bilməyəcəyi dağlıları fəth edir və fəa-
liyyətini rus şahzadəsi Andrey Boqolyubskinin oğluna ərə getməklə başa
vurur.
Gürcü şairlərinin vəsf etdikləri Tamara şərəfli məzara təzəcə tapşı-
rılmışdı ki, Şərqdən əzəmətli bir səs eşidildi. Bunlar Şimali Çini, İranın şərq
hissəsini tutub Təbrizdə dayanan Çingiz xanın monqolları idilər. Bu güclü
selin son dalğaları Gürcüstana da çatır, ancaq onu batıra bilmir.