845
sanlar heç nə bilmirik. Allahın yaratdıqlarını, onun qüdrət və kamalını
düşündükcə bunu bir daha özünə sübut edirsən. Əsas məsələ isə bizlərin
Allahımızı və özümüzü tanımağa çalışmağımızdır.
İndi isə Rəhman və Rəhim Allaha şükürlər edib, öz təşəkkürümü
bildirmək istəyirəm. Çünki başa düşürəm ki, əgər Allah-taa-
la buyurub“Ol!”deməsəydi, bu gün bu kitabı oxuya bilməzdik. Bu
səbəbdən də bizi yaradıb və qismət etdiyi hər şeyə görə Qadir Allaha
min şükürlər olsun!
Həmçinin ikinci ali təhsil aldığım, Hacı Sabir Həsənlinin rəhbərlik
etdiyi İslam Universitetinin müəllim kollektivinə mənə verdikləri düz-
gün təhsilə görə təşəkkür edirəm.Yəni bu Universitetdə təlim-təhsil
məramı dünya və dini elmləri öyrətməklə yanaşı insanlar, firqələr ara-
sında heç bir fərq qoymayaraq Allahın bizlərə bəxş etdiyi sonuncu, ka-
inatın dini olan İslamın birliyinə yönəldilmişdir. Mən inanıram ki, bu
Universitetdə təhsil alan bütün tələbələrin qəlbinə Allaha, İslam dininə,
cəmiyyətin bütün üzvlərinə, həmçinin Vətənimizə qarşı məhəbbət,
hörmət, qayğı toxumu səpildiyindən, bu toxumun bəhrəsini elə həmin
tələbələrin özləri,Vətənimiz və cəmiyyətimiz görəcəkdir.
Bu kitabda Qurani-Kərimdən,dini və elmi kitablardan istifadə edərək
məlumatları toplamağıma baxmayaraq,müəllimlərimin bu yazılanlara
münasibətini bilmək və özümdə də inam yaratmaq üçün 2005-ci ildə
bitirdiyim İslam Universitetinin dekan köməkçisi müəllim Hacı Elçinə
müraciət etdim. Müraciətimi dinlədikdən sonra mənim xahişimi elminə
və dünyagörüşünə inandığım müəllim Hacı Fuada çatdırır. Hacı Fuad
müəllim özünün işlərinin çox olmasına baxmayaraq,burada dinin bütün
sahələri haqqında məlumatların bir yerə toplandığı bildikdə,kitabı yox-
layacağına razılığını bildirir.Yoxladığı əlyazmada edilən düzəlişlərdən
belə başa düşdüm ki, Hacı Fuad bütün mövzuları dəqiqliklə oxumuş və
hər bir mövzuya aid öz fikir və məsləhətlərini də ayrıca qeyd etmişdir.
İndi isə fürsət bilərək kitabın ərsəyə gəlməsində böyük zəhmətləri
olan Hacı Fuad müəllimə təşəkkür etmək istəyirəm. İşinin cox olma-
sına baxmayaraq Allaha, dinimizə, vətənimizə və cəmiyyətimizə olan
böyük sevgi, hörmət və cavanlarımızın gələcəyi üçün narahatçılıq,
eləcə də təmənnasız bu əziyyəti çəkməsi onun, həqiqətən də, əsl din
xadimi və alicənab bir insan olduğunu bir daha sübut edir. Mən belə
düşünürəm ki, həyatda mənəviyyatı maddiyatdan üstün tutaraq, Allahın
qorxusu və istəyi qəlbində həkk olunmuş insanlar yer üzündə olmasay-
dı, yəqin ki,bu dünya çoxdan dağılmışdı. Nə qədər ki danışığı ilə əməli
düz gələn, yəni həm ibadəti, həm itaəti, həm də təqvası olan insanlar
846
yer üzündə yaşayırlar, deməli, insanlara mərhəmət və uca Allaha həqiqi
inam ölməyəcəkdir. Mən Hacı Fuad müəllimə can sağlığı, balalarına,
ailəsinə xoşbəxtlik, əbədi dünyada isə Allahdan ona Cənnət məqamı
arzu edirəm.
Sonra ilk müəllimim Dövlət Universitetinin şərqşünaslıq fakül-
təsində dərs demiş İsmayıl Şəms müəllimə təşəkkür edirəm, Allahdan
ona Rəhmət diləyirəm.(Ruhu şad olsun). İsmail müəllim, mənim dini
elmləri öyrənmək həvəsimi nəzərə alaraq iki il müddətində mənə dərs
demişdir.Olduqca savadlı, dinimizi əhatə edən bütün elmləri dərindən
bilən bu insan, bitib-tükənməz elmin qapılarını mənim üzümə açmışdır.
İsmayıl müəllim, indi də vüqarlı özünə hörməti, təqva və mədəniyyəti
təlim edən, əsl müəllim simvolu kimi uşaqların yaddaşında qalmaqda-
dır.Biz İsmayıl müəllimə Allahdan haqq-hesabının rahat olub, əbədi
dünyada məqamının da uca olmasını arzulayırıq.
Yenə də ilk müəllimim olan Hacı Xavər xanıma mənə öyrətdiyi elmə
və helmə görə təşəkkür edirəm.Onun söylədiyi hər bir sözdə neçə məna
kəsb edən fikirlər və hikmətlər vardır. Əgər Hacı Xavər xanımın mənəvi
dayağı olmasaydı, bu iş mənim üçün daha çətin olardı. Hər dəfə söhbət
edəndə, ən əvvəl kitab haqqında soruşar və məni bu işə həvəsləndirərdi.
Hacı Xavər xanıma ölkəmizdə, hətta onun hüdudlarından kənarda ya-
şayan insanlara dinimizi sadə, başa düşülən tərzdə tanıdan kitabları-
na görə təşəkkür edir, ona bu dünyada can sağlığı, əbədi dünyada isə
Allahdan uca məqamlar arzulayıram.Onun elmindən bəhrələnən gəlini
İlhamə xanıma da bu kitabın korrektura işlərində göstərdiyi köməkliyə
görə təşəkkür edir,onun ailəsinə və balalarına xoşbəxtlik arzu edirəm.
Həmçinin jurnalist, şair, xalqın sevimlisi Hacı Telli xanıma öz dərin
təşəkkürümü bildirirəm. Kitabın hazırlanması ilə məşğul olduğum za-
man mənə bir çox dəyərli məsləhətlər vermiş, sonra isə bütün kitabı tam
oxuyaraq öz rəy və fikirlərini bildirmişdir.
Mən Hacı xanım Tellini çox vətənpərvər və xalqının təəssübünü çəkən
bir şəxsiyyət kimi tanıyırdım. Lakin bu kitab haqqında mənim fikirlərimi
bildikdən sonra Hacı xanım Tellinin cəmiyyətin dinə qarşı münasibətinə,
cəmiyyətin mənəviyyatında baş verənlərə qəlbdən,ürəkdən yanaraq
təsirlənməsi, inanın ki, mənim qəlbimi riqqətə gətirərək, buraya bir çox
mövzuları da əlavə etməyə həvəs-ləndirdi.Hacı xanım Tellinin dinimizi
tam araşdırıb kamil öyrə-nərək yazdığı”Uzun, incə bir yol varmış”adlı
kitabı, həqiqətən də, Həcc ziyarətinə gədən insanlar üçün bir bələdçi
ola bilər. Burada Həccə gedən insanların davranış qaydalarından tut-
muş Həcc əməllərinin mahiyyətinə qədər açıqlamalar verilmişdir. Özu-
847
nun çoxlu işləri,yazıları, yəni vaxtının məhdud olmasına baxmaya-
raq,candildən bu işdə mənə çox böyük mənəvi dayaq oldu. Mən onu
müşahidə edərək, bir daha kəşf edib, başa düşdüm ki, bu insanın bu
dünyada yaşamağının mənası, amalı qəlbini, ruhunu dolduran duyğu
yalnız vətən və xalq sevgisindən ibarətdir. Azərbaycan xalqı həqiqətən
də belə övladları ilə fəxr etməlidir. Mən, Hacı Telli xanıma can sağlığı,
mənalı ömür və əbədi dünyada isə Allahdan ona uca məqamlar arzu
edirəm.
Bunu da qeyd edim ki, bu illər ərzində dini bilgilərimi daha da
təkmilləşdirmək məqsədi ilə ”Gənclər fondu” adlanan kurslarda, bir də
Universitetin şərqşünaslıq kafedrasının müəllimi çox savadı və ziyalı
insan olan Zahid müəllimin dərs dediyi kurslarda da iştirak etmişəm.
Kimdən nə öyrənmişəm və bundan sonra da nə öyrənəcəyəm, hamıya
öz təşəkkürümü bildirirəm.
Allahın qismət etdiyi bu nemətləri mənim də paylaşdığım
tələbələrimə zehin açıqlığı, elm,təqva və elm öyrənməkdən heç vaxt əl
çəkməmələrini arzulayıram.
Bir də, dini mövzuda bir çox kitablar yazmış Əhmədağa Əhmədovu
qeyd etmək istərdim. Onu yalnız yazdığı kitabları vasitəsilə qiyabi
tanıyaraq həmişə özümə bir müəllim sanmışam. Çünki onun kitabla-
rında dinimiz haqqındakı açıqlamalarını, əqidə və düşüncələrini dərk
edib,öz ruhuma yaxın bilərək qəbul edə bilmişəm. Onun kitablarında-
kı yazıları,açıqlamaları oxuduqca, bu insanın dinimizi tam kamil bil-
diyinin, onu ürəkdən yaşayaraq,ruhu ilə hiss etdiyinin şahidi oluruq.
(Əhmədağa müəllimin yazdığı kitabların adları mündəricatda qeyd
edilmişdir.) Həqiqətən də, bu kitabları siz də oxusanız, Əhmədağa
müəllimin fitri istedada malik olduğunun və Allah tərəfindən bəxşedilən
bəsirət gözünün açıq olub, həqiqətləri görə bilməsinin şahidi olarsınız.
Özünün malik olduğu qeyri-adi hissetmə qabiliyyəti ilə uzun müddət
Nizami Gəncəvinin əsərlərini araşdırıb, təhlil edən Əhmədağa müəllim
dərsliklərdən eşq şairi kimi tanıdığımız dahi Nizaminin əslində qəlbi
Allahın eşqi ilə alovlanan, bütün kainat elmlərinin sirlərinə bələd olan,
bütün dünyəvi və dini elmləri dərin bilən bir alim olduğunu, həmçinin
Nizaminin qeyri-adi istedada malik olub, Qurani-Kərimin ayələrini öz
əsərlərində təsvir-təfsir etdiyini bizlər üçün açıqlamışdır. Bununla da
dahi Nizamini bir daha bizlərə tanıdaraq,bu millətin Allahın seçilmiş
bəndələri olduğunu, həm keçmişimizə, həm də gələcəyimizə dəyər
verərək yaşamağımızı bizlərə tövsiyə etmişdir.Allah bu dahi insa-
nın, Nizaminin ruhunu şad edib, Öz yanında məqamını yüksək etsin.
Dostları ilə paylaş: |