6
verilməməsinin qarşısının alınması; (Məs.: Əbdül Hüseynovun «Azerbaydjantsı v
istorii Rossiyi» adlı əsərində (Moskva, 2006, «Overley» nəşriyyatı) İsmayıl bəy
Qutqaşınlıya həsr edilmiş məqalədə «Səfərnamə»nin 1867-ci ildə kitab şəklində
nəşr edildiyi, İ.Qutqaşınlının Şamaxıda orta təhsil aldığı, 1871-ci ildə Şamaxıda
vəfat etdiyi qeyd olunur, yaxud «Rəşid bəy və Səadət xanım» hekayəsinin bir sıra
tragik Şərq əfsanələrinin – «Leyli və Məcnun», «Əsli və Kərəm»in təsiri ilə
yazıldığına dair mülahizələr irəli sürülür. Bu cür mühakimələr İ.Qutqaşınlı
şəxsiyyəti və irsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməkdənsə, məsələni
daha da mürəkkəbləşdirir);
- Coğrafiya və Kənd Təsərrüfatı sahəsində İ.Qutqaşınlının xidmətlərini əks
etdirən materialların hazırlanması, nəşri;
- Q.Zakirin həbsdən azad olunması, ədibin Şamaxıdakı məmurluq və
xeyriyyəçilik fəaliyyətinin araşdırılması;
- İ.Qutqaşınlının xatirəsinin əbədiləşdirilməsi, onun vaxtaşırı anılması üçün
elmi sessiyaların, mədəni-kütləvi tədbirlərin keçirilməsi;
- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ekranlaşdırılması;
- hərb sahəsindəki xidmətlərinə görə onun təltif olunması ilə bağlı sənədlərin
surətlərinin çıxarılması, adını daşıyan muzeydə «Azərbaycanın ilk generalı»
guşəsinin yaradılması;
- İsmayıl bəy Qutqaşınlının fotosunun arxivlərdən, kitabxanalardan, şəxsi
kolleksiyalardan tapılması (bəlkə yeganə generaldır ki, fotosu tapılmır);
- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ideya-bədii məzmunu,
sənətkarlıq xüsusiyyətləri haqqında demək olar ki, bütün müəlliflər əsərin bu
məziyyətlərini çox yüksək və layiqincə dəyərləndirirlər. Bununla belə, Salman
Mümtazın bu fikrinin – «Rəşid bəy və Səadət xanım»ın «Avropa üsul və təsirində
ilk hekayə yazan ədibimiz İsmayıl bəy, … ilk hekayəmiz də «Rəşid bəy Səadət
xanım» adlı hekayəsidir» - qənaətinin ədəbi mühitdə birmənalı qəbul edilməsi;
- Podporuçikdən general rütbəsinədək yüksələn İ.Qutqaşınlının hərbi
fəaliyyətinin ayrıca tədqiq olunması; (Mövzu ilə bağlı Rusiya arxivlərində (Rusiya
Dövlət Hərbi-Tarix Arxivi (RQVİA), Rusiya Dövlət Tarix Arxivi (RQİA)) kifayət
qədər material var).
Digər bir sıra problemlər də var ki, onlar da öz həllini tapmalıdır. Məs.:
İ.Qutqaşınlının təvəllüdü və vəfatı tarixi müxtəlif mənbələrdə fərqli verilir.
Maraqlıdır ki, bu zaman bəzən eyni məxəzə istinad edilir. Ə.Mirəhmədov yazır:
«…qəbrinin kitabəsində təvəllüd və ölüm tarixi bu cürdür: hicri 1220-1287, səfər
ayı, yəni miladi tarixlə: 1806-1869, avqust. Ə.Tahirzadə də İ.Qutqaşınlının
qəbrinin başdaşındakı epitafiyaya istinad edir və yazır ki, yazıçı 1223-cü ilin
Qurban bayramında, yəni 10 zilhiccədə – miladi tarixlə 27 yanvar 1809-cu ildə
doğulub».
«Kratkaya
literaturnaya
ensiklopediya»da
(Moskva,
1966)
İ.Qutqaşınlının təvəllüd tarixi 1801-ci il göstərilmişdir (III cild, səh.929-930).
Qəbələdə dəfn edilən İ.Qutqaşınlının vəfat etdiyi yer bəzi mənbələrdə
Şamaxı, digərlərində Ağdaş göstərilir. Ədibin vəfatı tarixi ilə bağlı fərqli fikirlərə
də (1861, 1869, 1871 və s.) bir aydınlıq gətirilməlidir.
İ.Qutqaşınlının təhsili, rus, polşa, türk, fars, ərəb dillərinə necə və harada
yiyələnməsi barədə də fikirlər sənədlərdən daha çox ehtimallara əsaslanır. Bəzi
7
müəlliflər onun Moskvada da yaşadığını yazır. Amma neçənci ildə, hansı
müddətdə o Moskvada yaşayıb? Moskvada yaşayarkən nə işlə məşğul olub? Bu
suallar da cavab gözləyir.
İ.Qutqaşınlının tərcümeyi-halının bəzi məqamları «sovet nağılı» formasında
təqdim olunur: Günlər gəlib keçir, illər dolanır, İsmayıl böyüyür, ancaq o fərsiz
çıxır, aciz və panpaq olur. Hacı Nəsrulla beş oğlundan birini Sankt-Peterburqa
girov kimi göndərməli idi. Bu zaman o özünün böyük və görkəmli oğullarını dürlü-
dürlü bəhanələrlə evdə saxlayır, kiçik yaşlı İsmayıldan çar-naçar əl çəkməyə
məcbur olur. Əlbəttə, tərcümeyi-halın bu şəkildə təqdimi, başqa sözlə Hacı İsmayıl
bəy Qutqaşınlının «proletarlaşdırılması» yazıçının onsuz da «dumanlı»
bioqrafiyasına bir qədər də tutqunluq gətirir. Görünür, bəy, sultan şəxsiyyətini,
ailəsini, onların həyat və düşüncə tərzini tənqid, ifşa etmək, «ağaları» gözdən
salmaq üçün İsmayıl bəyin tərcümeyi-halına da sinfi münasibət bəslənilmiş və ona
da ideoloji don geyindirilmişdir.
Bu təsvir «açıq fikirli, uzaqgörən, tərəqqipərvər Sultan Nəsrullanın»
şəxsiyyətinə (Hidayət Əfəndiyev. İsmayıl bəy Qutqaşınlının nəşri. Azərbaycan
bədii nəsrinin tarixindən. Bakı, 1963) kölgə salmaqla, onun İsmayıldan başqa digər
övladlarının haqqında «harın bəy uşaqları» təəssüratı yaratmaqla yanaşı,
Peterburqdan gələn nümayəndə maymaq, gicbəsər yerinə qoyulur. Digər
tərəfdənsə, təbii sual çıxır: 10-12 yaşlı, zəif və xəstə İsmayıl kadet məktəbinə necə
daxil olur, 13-15 yaşında onu hərbi qulluğa necə qəbul edirlər?!
İ.Qutqaşınlının həcc ziyarəti bir tərəfdən Allah və bəndə qarşısındakı
günahlarını yumaq kimi yozulur, digər tərəfdən və eyni zamanda onu – İsmayıl
bəyi bu günahları törətməyə vadar edən çar – dövlət tərəfindən hərbi kəşfiyyat
xarakterli məlumat toplamaq barədə tapşırıq verildiyi də ehtimal edilir. Əlbəttə,
«Qutqaşın tərlanı»nın, «Şəki şahbazı»nın (Qasımbəy Zakir), «dərin düşüncəsi və
sədaqəti» (Qafqazın baş hakimi baron Rozen) ilə ad-san çıxaran, gecə-gündüz at
belində Peterburq, Varşava, Dağıstan, Urmiya, Tiflis, Çeçenistan, İrəvan, Gəncə
kimi şəhərləri «su yoluna döndərən», Rusiya-İran, Rusiya-Türkiyə müharibələrində
cəbhədən- cəbhəyə atılan İsmayıl bəyin səhhəti, boyu, fiziki naqisliyi haqda
danışmaq yersizdir.
İ.Qutqaşınlının yaradıcılığı ilə bağlı irəli sürülən bir sıra fikirlər də suallar
doğurur. Qutqaşınlışünasların hamısı bu fikirdədir ki, onun bədii irsi iki əsərlə
bitmir və Qutqaşınlıya dair monoqrafiyalar yox dərəcəsindədir. Digər tərəfdən
tanınmış tədqiqatçı Ə.Tahirzadənin «Səfərnamə»nin əldə etdiyi yeni parça ilə
başlayan tədqiqatı yazıçının öyrənilməsinin son mərhələsi adlandırılır.
İsmayıl bəy Qutqaşınlının «Səfərnamə»sinin qaralamadan Əli Mücrüm
Tağızadə tərəfindən köçürməsi ilə bağlı mülahizələr də inandırıcı görünmür.
Ə.Mücrüm Azərbaycan ədəbiyyatı muzeyinə satdığı 20 vərəqdən ibarət
«Səfərnamə»nin əlyazmasının birinci səhifəsinə öz xətti ilə yazmışdır: «Əldə etmiş
Əli Mücrüm Tağızadə…». Əlbəttə, İ.Qutqaşınlının kirillə qələmə aldığı
«Səfərnamə»nin planındakı xətlə ərəb əlifbası ilə yazılmış mətni müqayisə edib bu
qənaətə gəlmək fikrimizcə, yuxarıdakı mühakimə üçün əsas ola bilməz.
«Rəşid bəy və Səadət xanım» hekayəsindən bir parçaya diqqət yetirin: «Ey,
mənim əziz və mehriban dostum, Siz ki, başıma bu balaca Asiya hekayəsini
Dostları ilə paylaş: |