«A M EA Xəbərlər. İctimai və humanitar elmlər seriyası».-2012.-№ 1.-Cild 8.-S.68-73.
D İA SPO R LA Ə LA Q Ə LƏ R, D Ö V LƏ T-D İA SPO R M Ü N A SİBƏ TLƏ R İ
RÖVŞƏN MƏMMƏDOV
Bakı Slavyan Universiteti E-mail: Rovshan_m@rambler.ru
Hər bir dövlətin milli-mənəvi sərvəti, potensial təsir qüvvəsi və təbliğatçılıq işində güvənə biləcəyi strateji
silahlardan sayılan diaspor məsələsi bu gün də beynəlxalq münasibətlər sistemində əsas amillərdən sayılır. Xüsusən
də müstəqilliyə yenicə qovuşmuş respublikalar öz dövlətçilik prinsiplərində bu mühüm amili nəzərə alır,
diasporçuluq işini məqsədyönlü şəkildə həyata keçirməklə dünyanın aparıcı ölkələrinin dəstəyini qazanır, onların
daxili siyasətinə təsir etmək imkanı əldə edirlər. Məhz bu baxımdan diasporilizasiya (diaspor hərəkatının təşkili,
diasporlaşma prosesi R.M.) hər bir dövlətin öz mədəniyyətini, dilini, tarixini, adət-ənənəsini təbliğ etmək yolunda
önəm verdiyi əsas amillərdən biri və bəlkə də birincisidir.
Açar sözlər: təbliğat, diaspora, siyasət, adət-ənənə, tarix, dövlət.
Diaspor (diaspora) xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə olması. Diaspor zorla
köçürtmə, genosid təhlükəsi, iqtisadi və coğrafı amillərin təsiri nəticəsində yaranmışdır. "Diaspor" termini ilk dəfə
yəhudilərin e.ə. VI əsrin əvvəlində Babilistan padşahı II Navuxodonosor və sonra isə eramızın I-III əsrlərində
romalılar tərəfındən qovulub Fələstindən kənarda yaşamaları ilə əlaqədar işlənirdi. Sonralar "Diaspor" termini bəzi
etnik (məs. İrlandiyalılar, çinlilər) və dini (məs. İlkin xristianlar) birliklərə aid edildi [1, s.437].
Bir çox elmi mənbələrdə "diaspor" anlayışı məhz yuxanda qeyd olunduğu kimi izah edilsə də, əksər
tədqiqatçıların fıkrincə bu termin yalnız səpələnmə, dağılma, hər hansı bir etnik qrupun öz milli və tarixi
yuvasından ayrı düşməsi demək deyil. Diasporu insan münasibətlərinin yeni və xüsusi forması kimi də qəbul etmək
olar. Ümumiyyətlə isə mütəxəssislər diasporları yaranma tarixi, fəaliyyət genişliyi baxımından üç qrupa bölürlər:
1) Qədim və orta əsr diasporu;
2) Nisbətən gənc diaspor;
3) Müasir diaspor [9];
Qədim və orta əsrlərdən etibarən fəaliyyət göstərən diasporlar sırasına Yəhudi, Yunan, Çin və Hindistan
(bəzi tədqiqatçılar bu sıraya erməni millətini də əlavə edir R.M.) xalqları daxildir. Nisbətən yeni diasporlar
sırasında Türkiyə, Polşa, Əlcəzair, Mərakeş, Koreya, Yaponiya və sair dövlətlərin nümayəndələri yer alır. 1970-ci
ildən yaranmağa başlayan diaspor isə yeni diaspor kimi qeyd olunur. Onlara misal olaraq, Fars körfəzi, Ərəbistan
yarımadası kimi ərazilərdə yaranan diasporları göstərmək olar.
Bu gün dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, onun diasporu olmasın. Dünya sanki göz önündə
diasporlaşır. Köhnə diasporlar genişlənir, daha geniş əraziləri əhatə edir, eləcə də yeni diaspor nümayəndələri
peyda olur. Təsadüfi deyil ki, bu gün təşəkkül tarixi hətta bir neçə ili əhatə edən diaspor xalqlar mövcuddur. Onlara
misal olaraq Rusiyada məskunlaşan Əfqan diasporu, Şimali Qafqazda Koreya diasporu, cənubi Hindistanda Tibet
diasporu və s. göstərmək olar. Diasporlaşma prosesini isə müxtəlif cür qiymətləndirmək mümkündür. Belə ki,
dünya ölkələrinin müasir dövr dinamik inkişaf tempi ilə bütün dünyanı əhatə edən diasporlaşma və ya
diasporilizasiya prosesinə münasibəti heç də birmənalı deyil. Bəziləri gəlmələrə rəqib, öz geyimi, manerası və bir
çox halda fizioloji quruluşuna görə fərqlənən insan kimi yanaşmaqla, onları öz ölkələrindən qovmağa çalışırlar.
Rasist qruplar, millətçi təşkilatlar tərəfındən daim basqına məruz qalan gəlmələrə çox zaman cinayətkar ünsürlər
kimi baxılır, baş verən kriminal hadisələrdə səbəbi oldu-olmadı ilk növbədə məhz onlar günahlandırılır. Odur ki,
əksər hallarda müstəqil dövlətlər öz daxilində belə bir prosesin cərəyan etməsinə arzuolunmaz hal kimi yanaşırlar
[8, s. 44]. Lakin diasporlaşmanın və ya mühacir axınının qarşısını almaq sadəcə olaraq qeyri mümkündür. Odur ki,
əksər dövlətlər bu prosesi bir qədər də olsa zəiflətmək üçün müxtəlif üsullara əl atırlar. Bura əsasən viza
qaydalarının tətbiqi, əcnəbi vətəndaşlara ikili münasibət (onların ciddi nəzarət altına götürülməsi, əcnəbilərin səbəb
oldu-olmadı kriminal ünsürlər kimi qəbul edilməsi, bir çox halda dövlətin himayəsi və ya bilavasitə nəzarəti altında
olan rasist qruplar tərəfindən döyülməsi, hətta məcburən ölkədən köçürülməsi, deportasiya hallarının kütləvi hal
alması və s.), yaşamaq, işləmək və ya vətəndaşlıq hüquqlarını verən sənədlərin verilməsində yaradılan süni
problemlər daxildir. Etiraf edək ki, bir zamanlar demək olar ki, heç kəsi narahat etməyən bu amillər illər ötdükcə
daha da radikallaşır və gəlmələrə münasibət bəzi hallarda artıq düşmənçilik həddinə çatır.
Diasporlaşma prosesi yaratdığı bir sıra mənfi tendensiyalar və narazılıqlarla yanaşı, müsbət keyfiyyətləri də
özlüyündə əks etdirir. İlk növbədə isə diaspor amilli mədəniyyətlərarası inteqrasiya prosesi olmaqla, beynəlxalq
əlaqələrin əsasını qoyur, bununla da, dünya mədəniyyətinin, dilinin beynəlxalq ictimaiyyət arasında təbliğinə
çalışır. Belə ki, miqrasiya proseslərinin artması nəticəsində zəif inkişaf etmiş ölkələrdən, sənayecə daha yaxşı
inkişaf etmiş ölkələrə mühacirət edən qruplar daha güclü mədəniyyətin qarşısında tab gətirə bilmir, yerli dəyərlərin
müəyyən etdiyi normalara tabe olur, nəticədə, bikulturallıq yaranır. Bikulturallıq iki mədəniyyətin nümunələrinin
bir yerdə təcəssümünə deyilir. Yaranmış şərait nəticəsində dildə də müəyyən dəyişikliklər yaranır. Bu dəyişikliklər
dominant xalqın dilində də baş verə bilər. Tədqiqatlar göstərir ki, gəlmələrin yerli dilə gətirmiş olduqları yeni üslub
xüsusilə gənclər tərəfindən mənimsənilir. Son vaxtlar Almaniyada bu ölkənin gəncləri danışarkən türk və ərəb
mənşəli sözlər işlətməyə başlayıblar. Məhz bu səbəblər qloballaşma proseslərinin davam etdiyi şəraitdə, inoetnik
cəmiyyətdə azlıqlara aid dillərin tədqiq edilməsini tələb edir [3, s. 266].
Kaliforniya Universitetinin professor-sosioloqu R.Brubeyker diaspor sahəsinə yeni termin gətirib. Bu,
"Kataklizm diasporu", başqa sözlə "Çevriliş diasporu"dur. Həmin diaspor nümayəndələri dezinteqrasiya (bütövün
öz tərkib hissələrinə parçalanması R.M.), böyük imperiyaların çökməsi nəticəsində yaranır. R. Brubeyker kataklizm
diasporunu adi diasporlardan fərqləndirir. Onun sözlərinə görə, ikincilər, yəni adi diasporlar daha çox könüllü
olaraq yerdəyişmələr nəticəsində yaranan diasporlardır. Onların formalaşması üçün on illər lazımdır. Lakin
kataklizm diasporu siyasi dönəmin və beynəlxalq aləmdə yaşanan siyasi proseslərin qəflətən dəyişməsi ilə ortaya
çıxan əlverişli şəraitin məhsulu kimi tez bir zamanda yaranır.
Kataklizm diasporunun ən bariz nümunəsi Azərbaycan diasporudur. Soydaşlarımız hələ diasporçuluq
prinsiplərini, bu sahədə mövcud metodları yeni öyrənsə də, diasporumuz quruluş etibarı ilə yeni formalaşsa da
Azərbaycan diasporunu məhz bu növə aid etmək olar. Sovet imperiyasının çökməsi yeni müstəqil dövlətlərin və
həmin ölkələri təmsil edən yeni-yeni diasporların meydana gəlməsinə şərait yaratdı. Mütəxəssislərin fıkrincə, bu tip
diasporların fəaliyyətində yer alan
çətinliklər
daha böyük
və
daha çox olur. Ən
böyük çətinlik isə
ilk növbədə
psixoloji amillərlə bağlıdır. Belə ki, uzun illər böyük imperiyaların əsarətində yaşayan və sonradan hər hansı bir
inqilab, çəkişmələr və ya dövlət çevrilişləri nəticəsində müstəqillik qazanan xalqlar özünü sərbəst, azad,
imperiyanın təsirindən qurtulmuş kimi hiss etməsi üçün xeyli vaxt lazımdır. Həmin vaxt çərçivəsində onlar
özlərinin müstəqil dövlətə, dilə, vahid pul sisteminə və ən nəhayət ümummilli mənafe, vahid strategiya və
dövlətçilik prinsiplərinə malik olduqlarını dərk edir, müstəqil düşünməyi öyrənirlər. Bəzi xalqlar bu keyfiyyətləri
tez, bəziləri gec
əxz
edir.
Təsadüfı deyil ki, şüur, əqidə
və mənən
Vətənə bağlı olan,
Vətən təəssübü ilə
yaşayan
diasporlar öz aktivliyi, səmərəli işi, ictimai-siyasi dəyərləri ilə ölkəsinə daha çox fayda gətirir. Odur ki, hər bir
dövlət öz diasporunun vahid proqram, düzgün struktur və düşünülmüş siyasi xətt çərçivəsində səmərəli fəaliyyətinə
çalışır. Bunu reallaşdırmaq nə dərəcədə mümkün olur və ya güclü təsir gücünə malik diaspor yaratmaq istəyi nə
dərəcədə uğurlu alınır, bu artıq həm dövlətdən, həm də diaspordan asılıdır. Yalnız qarşılıqlı əməkdaşlıq və
məqsədyönlü iş birliyi nəticəsində hər hansı məqsədə nail olmaq mümkündür. Məhz bu prinsipləri rəhbər tutan
Azərbaycan Respublikası da güclü diaspora nail olmaq üçün müstəqilliyinin ilk günlərindən səmərəli və
məqsədyönlü iş aparır. Təsadüfı deyil ki, xaricdə yaşayan soydaşlarımızla əlaqələr dövlətimizin xarici siyasətinin
prioritet istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş bu siyasətin məqsədi
dünya azərbaycanlılarının tarixi vətənlə hərtərəfli münasibətlərini qurmaq, milli özünəməxsusluğunu qorumaq və
inkişaf etdirmək, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdir [4].
Bu baxımdan, Dünya Azərbaycanlılarının I Qurultayı bu birliyin və əməkdaşlığın artması, dünya
azərbaycanlılarının vahid amal, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş
önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik
və həmrəyliyini nümayiş etdirdi.
Qurultayda iştirak etmiş ümummilli lider Heydər Əliyev azərbaycanlıların təşkilatlanması üçün bir çox
vəzifələrin həllinin vacibliyini xüsusi ilə vurğulamışdır. O, Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək
üçün əlahiddə bir dövlət orqanının yaradılması ideyasını irəli sürməklə, bu tarixi missiyanın daha müvəffəqiyyətlə
həyata keçirilməsinin konkret yollarını da müəyyənləşdirmişdi.
Prezident Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması
haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə
əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və mənəvi birliyinin təmin olunması baxımından müstəsna
əhəmiyyət kəsb edən mühüm tarixi sənəddir.
Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət
siyasətinin hazırlanması və həyata keçirilməsidir. Bu siyasət uzun illər boyu Heydər Əliyevin bilavasitə
məqsədyönlü fəaliyyəti sayəsində reallaşdırılmışdır. 2002-ci ilin dekabr ayının 27-də qəbul edilmiş "Xaricdə
Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu XXI əsrdə xaricdə
yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında çox geniş perspektivlər açır və onların ölkəmizin milli
mənafeləri ətrafında daha sıx birləşməsini nəzərdə tutur. Qanun Azərbaycan diasporunun inkişafına dövlət
qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın
hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Görülən işlər
dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu sahəsində həmvətənlərimizin mənəvi-ideoloji
birliyinin yaradılmasına ciddi təkan vermişdir. Diasporçuluq istiqamətində rəhbər tutduğumuz əsas məqsəd
azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini ölkənin hüdudlarından kənarda həyata keçirməkdən
ibarətdir.
Hazırda dünyanın əksər
ölkəsində 300-ə yaxın icma
və
birliyimiz
fəaliyyət
göstərir və
diasporumuzun
təşkilatlanma prosesi bu gün də davam edir. Hələ diaspor komitəsi yaranmamışdan əvvəl formalaşmış və
ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər bir araya gələrək, Azərbaycan federal birlikləri
yaratmağa başladılar. Onların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları
Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan Cəmiyyətləri
Federasiyasını, İsveç-Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Azərbaycanlılarının
"Tutan" Konqresi və Qırğızıstanda "Azəri" İctimai Birliyini qeyd etmək olar. Zaman-zaman yeni birliklərin
yaradılması istiqamətində də işlər görülür. Bunun nəticəsidir ki, Belarus Azərbaycan icmaları Konqresi, Mol dova
Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç
Assosiasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək niyyəti ilə bu sıraya qatılmışlar. Diasporumuzun inkişafmı
dövlət siyasəti kimi qarşıya qoyan müstəqil Azərbaycan Respublikası əsasən qeyd olunan birliklərlə mütəmadi
əlaqələr yaratmaq, onların milli-mənəvi dəyərlər, ideoloji prinsiplər uğrunda mübarizəsini dəstəkləməklə
təşkilatlanma prosesini süratləndirməyə çalışır. Federal birliklərin fəaliyyətini gücləndirmək, çevikliyini artırmaq
məqsədilə onların regional təşkilatlan da təsis edilmişdir. Bu gün Rusiya Federasiyasının 67 regionunda konqresin
73 regional təşkilatı uğurla fəaliyyət göstərir. Həmin regional təşkilatların fəaliyyətini əlaqələndirmək, onlar
arasında əlaqələri tənzimləmək məqsədilə Rusiya Federasiyasının Fe deral dairələrində ÜAK-nin Dairə Şuraları
yaradılmışdır. Hazırda özündə ÜAK-nin 15 regional təşkilatını birləşdirən Privoljsk, 6 regional təşkilatmı
birləşdirən Ural, 9 regional təşkilatını birləşdirən Şimal-Qərb, 17 regional təşkilatım birləşdirən Sibir və Uzaq Şərq
Dairə Şuraları təsis edilərək uğurla fəaliyyət göstərirlər. Bundan başqa, ÜAK Rusiyada mövcud olan digər
Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsi istiqamətində də fəaliyyətini genişləndirməkdədir. Bu qurumların
fəaliyyətlərinin əlaqələndirilməsi və həmvətənlərimiz arasında həmrəyliyin möhkəmləndirilməsi, onların
maraqlarının müdafiə olunmasının təminatı məqsədilə Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurası da
təsis edilmişdir.
Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada və MDB məkanında, о cümlədən,
Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya,
Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni
Azərbaycan icmaları yaradılmışdır. Proses bu gün də davam edir.
ƏDƏBİYYAT
1) ASE, Bakı, III c„ 1979.
2) Əliyev Z. Beynəlxalq münasibətlərdə diasporların rolu. Bakı: Nurlan, 2001.
3) Həsənov Ə.M. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (19911996). Bakı: Azərnəşr, 1998.
4) Шукуров И. Дипломатия мира об итогах визитов Президента Азербайд жанской Республики
Гейдара Алиева в зарубежные страны (1993-1997 гг.). Баку: Азербайджан, 1997.
5) Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində diaspor quruculuğu sahəsində görülmüş
işlərlə bağlı məlumat (17-20 dekabr). Bakı, 2008.
6) Tahirli A. Azərbaycan mühacirət mətbuatı (1921-1991). Məlumat-soraq kitabı. Bakı: Çinar-çap, 2007.
7) Arzumanlı V. Azərbaycan diasporu (reallıqlar, qayğılar, problemlər). Bakı: Qartal, 2001.
8) "Dirçəliş XXI ƏSR", 120-121\2008 fevral-mart, Azərbaycan dövlət quruculuğu və beynəlxalq
münasibətlər institutu.
9) www.diaspora.az.
Ровшан Мамедов
ОТНОШЕНИЯ ГОСУДАРСТВА С ДИАСПОРАМИ
В СВЯЗИ С ФАКТОРОМ ДИАСПОРИЗАЦИИ
Одним из стратегических орудий, на которые может положиться каждая страна в работе по
пропаганде национально-моральных богатств и потенциальной силы влияния, считается фактор диаспоры, и
сегодня явля ющийся одним из главных факторов в системе международных отношений.
В
особенности
республики,
недавно
получившие
независимость,
в
своих
принципах
государственности учитывают этот важный фактор, це лесообразно осуществляя работу с диаспорой,
получают поддержку веду щих стран мира и возможность воздействия на их внутреннюю политику.
Именно с этой точки зрения придаётся очень большое значение фактору диаспоризации каждого
государства на пути пропаганды своей культуры, языка, истории и традиций.
Ключевые слова: пропаганда, диаспора, политика, традиция, история, государство.
Rovshan Mammadov
COMMUNICATIONS WITH DIASPORA,
STATE-DIASPORA RELATIONS
One of strategic tools which each country can rely on in popularization of national-moral riches and potential
force of influence is considered the diaspora factor; it is one of principal factors in the system of international
relations even today.
In particular the republics which have gained independence recently, in their principles of statehood take into
account this important factor, rationally carry out work with diaspora, thereby gain support o f the leading world
powers, are permitted to influence on their internal policy.
From this point of view each state attaches great importance to the factor o f diasporization on the way of
popularization of its culture, language, history and traditions.
Keywords: popularization, diaspora, politics, tradition, history, state. (AMEA-ntn müxbir üzvü, t.e.d
V.B.Baxşəliyev tərəfindən təqdim edilmişdir)
Dostları ilə paylaş: |