7
Müasir iqtisadiyyatın əsası olan bazar münasibətləri şəraitində
qiymət əmələ gəlməsi iki üsulun əsasında baş verir. Praktiki olaraq, bu,
həm qiymətlərin müəyyən olunmuş səviyyələrində, həm də onların
dinamikasında, yəni müxtəlif növlü keçid proseslərində əks olunur. Bu
göstərir ki, cari qiymətlər həm strateji, həm də taktiki amillərin təsiri
altında təşəkkül tapır.
Qiymətin əmələ gəlməsinə strateжi təsir onda təzahür edir ki,
qiymətlər əmtəə dəyərinin uçotu ilə müəyyən olunurlar.
Taktiki təsir onda təzahür edir ki, konkret əmtəələrin cari
qiymətləri bazar konyukturasının təsiri altında formalaşırlar.
Strateъi amil uçotu o istehsalçılara üstünlük verir ki, onlar
müasir texnika və texnoloqiyadan istifadə edirlər və istehsal təşkilinin,
əmtəə saxlanması və satışının daha təkmil metodlarını tətbiq edirlər, bu
da istehsal üçün, hamin əmtəənin istehlakçıyadək çatdırılması üçün
lazım olan xərcləri azaldır.
Taktiki amilin uçotu bazar konyukturunu təhlil etməyi, düzgün
qiymətləndirməyi bacaran və onun dəyişməsinə tez və çevik reaksiya
verməyi bacaran istehsalçılara üstünlük verir.
Hazırkı vaxtda qiymətlərin aşağıdakı növləri fərqləndirilir:
◊ Istehsalçı firmanın topdansatış qiymətləri, bunlar istehsal
xərclərini, istehsalçı-firma mənfəətini, əlavə dəyər vergisini (ƏDV),
habelə, müxtəlif əlavələri və güzəştləri özündə birləşdirir;
◊ Sənaye buraxılış topdansatış qiymətləri- bu qiymətlər üzrə
müəyyən əmtəə ödənişi xüsusi vergiləri (aksizləri), istehsalçı firmanın
topdansatış qiymətinə topdansatış əlavələrini nəzərə almaqla həyata
keçirilir.
◊ Transfert
qiymətləri-
istehsalçı
firmanın
topdansatış
qiymətlərinin bir növü olub, transmilli korparasiyaların (TMK)
praktikasında tətbiq olunur;
◊ Birжa qiymətləri- birъa sövdələşmələrin buraxılış qiymətlərini
özündə təmsil edən qiymətlərdir;
◊ Satınalma topdansatış qiymətləri- kənd təsərrüfatı məhsulunun
satın alınması üçün qoyulan qiymətlərdir;
◊ Preyskurant qiymətləri- qüvvədə olan qiymət cədvəlinə
(preyskurantla) uyğun olaraq müəyyən əmtəə vahidinə təyin olunan
qiymətlərdir;
8
◊ Müqavilə qiymətləri- bazar şəraitində satıcı və alıcı arasındakı
razılaşma üzrə təyin olunan qiymətlərdir;
◊ Tariflər- istehsalçının öz arzusundan asılı olmayaraq və ödəniş
anında ödənilən məhsul kehfiyyəti haqqında kifayət qədər
informasiyaya malik olmayan xüsusi növlü əmtəələrə, məhz xidmətlərə,
istehlakçının ödəniş etdiyi (yaxud ödəniş etməyi öhdəsinə götürdüyü)
əmtəələrin qiymətləridir;
◊ Inşaat (tikinti) məhsulu qiymətləri- bütövlükdə obyektin smeta
dəyəri və ya tipik obyektin son məhsulunun vahidinin smeta dəyəridir;
◊ Pərakəndə satış qiymətləri-pərakəndə ticarətdə qoyulan
qiymətlərdir; bu qiymətlər, öz növbəsində, kommersiya (bazar) və
hərrac qiymətlərinə bölünürlər;
◊ Reqional, həmçinin qurşaq qiymətləri- coğrafi prinsip üzrə
təyin olunan qiymətlərdir;
◊ Beynəlxalq, xarici- iqtisadi və dünya qiymətləri- beynəlxalq
ticarətdə istifadə olunan və ixracat və ya idxalat əməliyyatlarına aid olan
qiymətlərdir;
◊ Dövlət (təsbit edilmiş) qiymətlər- hökümət, yaxud digər dövlət
orqanları tərəfindən, bir qayda olaraq, xammala, yaxud inhisar
əmtəələrinə və xidmətlərinə, birbaşa (müstəqim) təyin edilən
qiymətlərdir;
◊ Azad (sərbəst) qiymətlər- tələb və təklif arasındakı
münasibətlər nəticəsində və dövlət orqanlarının birbaşa təsiri olmadan
bazarda azad surətdə əmələ gələn qiymətdir;
◊ Tənzimlənən qiymətlər- tələb və təklif arasındakı münasibətlər
nəticəsində, lakin dövlət orqanlarının bu və ya digər (birbaşa yaxud
dolayı) təsiri altında əmələ gələn qiymətlərdir;
◊ Uçotda və statistikada istifadə edilən qiymətlər- statistika
müşahidəsi metodlarının və qiymətqoymanın və fəaliyyətdəki
qiymətlərin bütün amillərinin təhlilinin köməyilə formalaşan
qiymətlərdir:
Qiymətlərin dəyişməsi dinamikasının proqnozlaşdırılması və
onların indeksləşdirilməsi (xüsusi ilə, növbələşən inflyasiya
proseslərinin şəraitində) böyük əhəmiyyət kəsb edir. Qiymətlər indeksi
istehlak əmtəələri üçün, istehsalçı firmaların topdansatış qiymətləri
üçün, kapital qoyuluşları üçün, kənd təsərrüfat məhsulu üçün, nəqliyyat
tarifləri və i.a. üçün ayrıca müəyyən edilirlər.
9
Inflyasiya prosesləri həmçinin, deflyator kimi göstərici ilə də
xarakterizə olunurlar. Deflyator- müəyyən ilin nominal ümumi milli
məhsulunun (ÜMM) bazis ili qiymətlərinə ifadə olunan ÜMM- nə
nisbətidir. Deflyator özündə təkcə qiymətlərin dəyişməsini deyil, həm
də istehlak səbəti strukturundakı dəyişiklikləri ifadə edir.
Yeni əmtəənin layihələndirilməsi mərhələsində limit qiymətləri,
yəni bu əmtəənin müəyyən həddə yol verilə bilinən qiymətləri də
müəyyən olunurlar. Bu növ qiymətlərdən müəyyən əmtəələrə topansatış
qiymətləri təyin edilərkən bazis qiymətləri şəklində istifadə olunurlar.
Yeni əmtəələrin layihələndirilməsi və işlənib hazırlanması
mərhələsində layihə (yaxud istiqamətləndirmə) qiymətləri adlanan
qiymətlər müəyyən edilirlər.
Bəzi hallarda (bu, hər şeydən əvvəl ixtisaslaşdırılmış elmi-
tədqiqat təşkilatları və ya xidmətləri tərəfindən) proqnoz qiymətləri
adlanan qiymətlər də müəyyən olunurlar. Qiymətlərin proqnozları keçən
illər üçün qiymətlər və iqtisadi fəaliyyət üzərindəki müşahidələrin
nəticəsində aşkar olunmuş gələcək dövr meyllərinə ekstrapolyasiya yolu
ilə müəyyən edilirlər. Bu halda qimətlərin sıçrayışlı dəyişməsi imkanı da
istisna edilməməlidir.
Qiymətlərin bu və digər əmtəələrə təyini olduqca mürəkkəbdir.
Onun həllinə yanaşmalar sonrakı fəsillərdə izah olunur.
Dostları ilə paylaş: |