İnformasiya cəmiyyəti problemləri, №2, 2010
80 www.jpis.az
UOT 004.351
Ə
ləkbərova İ.Y.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
depart17@iit.ab.az
İ
NFORMASİYA MÜHARİBƏSİ TEXNOLOGİYALARININ
ANALİZİ VƏ TƏSNİFATI
Məqalədə informasiya müharibəsi texnologiyalarının yaranma səbəbləri və bununla
əlaqədar meydana çıxan problemlər araşdırılmış, müxtəlif mütəxəssislərin və alimlərin
“informasiya müharibəsi” termininə münasibətləri təhlil edilmişdir. İnformasiya
müharibəsi texnologiyalarının təsnifatı verilmiş, informasiya təsiri problemləri analiz
edilmişdir. İnformasiya müharibəsinin istiqamətləri və hədəfləri göstərilmişdir.
Açar sözlər: İnformasiya müharibəsi, kibermüharibə, informasiya silahı, informasiya
qarşıdurması, kompyuter cinayətkarlığı, elektron müharibə, haker, informasiya-texniki
təsir, informasiya-psixoloji təsir, informasiya hücumu.
Giriş
Dünyada cərəyan edən proseslər hər bir dövlətin ən başlıca vəzifələrindən birinin
onun öz informasiya məkanına nəzarəti gücləndirməklə, informasiya resurslarının
mühafizəsi uğrunda mübarizə aparmalı olduğunu söyləməyə əsas verir. Son zamanlar bir
çox dövlətlər öz vətəndaşları və iqtisadi maraqlarının təhlükəsizliyi ilə yanaşı, mədəni-
mənəvi dəyərlərini qorumaq üçün xüsusi tədbirlər görmək məcburiyyətindədirlər. Bu
baxımdan, dövlətlər konseptual səviyyədə məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi
və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etməyə
çalışırlar.
Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan
əldə edilən bilik, öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq və gələcəkdə
onun istənilən sahədə hücumlarını dəf etmək, eyni zamanda, öz maddi-mənəvi
dəyərlərini qorumaq üçün bir vasitədir. Odur ki, dövlətin informasiya resursu çox zaman
strateji resurs hesab edilir və analoji olaraq vacib xammal ehtiyatı, enerji, faydalı
qazıntılar və s. resursları ilə eyni səviyyədə qiymətləndirilir. İnformasiya axınları üçün
sərhədlərin şəffaflığı dövlət hakimiyyət orqanlarının funksiyalarında prinsipial olaraq
başqa bir situasiya yaratmış, informasiya sistemlərinin dövlətlərin infrastrukturuna (bank-
maliyyə, nəqliyyat, elektrik şəbəkələri, neft və qaz xətləri) tətbiq edilməsi isə onları
informasiya müharibəsində potensial obyektlərə çevirmişdir.
İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən
informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab
olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə
“informasiya əməliyyatı” (Information Operation) və “informasiya müharibəsi”
(Information Warfare) terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi
(İM) texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi
qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük
informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı
tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.
Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox
aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının (Information Weapon)
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 81
tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider
olmaq iddiasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi,
kompyuter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək
səviyyədə informasiya hücumu təhlükələrinin çoxalması informasiya müharibəsi və
informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olmuşdur.
İ
KT-nin inkişafı və informasiya müharibəsi
İM və onun tətbiqi texnologiyalarının kökü qədim dövrlərə gedib çıxır. Bəşər
tarixində informasiya təcavüzü bu və ya digər formada hər zaman olmuşdur. Belə ki,
insanların informasiyasız yaşamaları mümkün deyil. Fiziki müharibə aparmadan İM
aparmaq olur, amma İM olmadan fiziki müharibə aparılmır. Başqa sözlə, fiziki müharibə
aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi İM-in aparılması zəruridir. Məsələn,
Çingiz xanın hərbi yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş
müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın opdusunun hədsiz dərəcədə güclü və
amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh
düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr
(Makedoniyalı İsgəndər, Teymurləng və s.) tərəfindən də istifadə edilmişdir. Həmçinin II
Dünya müharibəsi zamanı Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini
yaxşı anlayırdılar [1]. O zamankı informasiya əməliyyatlarının indiki analoji
əməliyyatlardan yeganə fərqi o idi ki, həmin dövrlərdə informasiyanın ötürülməsində
texniki vasitələrdən istifadə edilmirdi.
Müasir dövrdə informasiyanın emalı və ötürülməsində istifadə edilən maddi-texniki
bazanın inkişafı ilə İM-in tətbiqi və texnologiyaları köklü şəkildə dəyişmiş, informasiya
şəbəkəsinin yaranması və geniş yayılması İM-in əhəmiyyətini artırmışdır. Bu gün İM
problemləri informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdiyi bir çox
ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırılmaqdadır.
Müasir İM texnologiyalarının yaranması, inkişafı və geniş tətbiqinin müxtəlif
izahları var:
1.
Hesablama texnikası və kommunikasiya vasitələrinin sürətli inkişafı, şəbəkə
texnologiyalarının təkmilləşdirilməsi cəmiyyətdə əsas resurs kimi informasiyanın
rolunun artmasına səbəb oldu.
2.
Effektivliyinə görə informasiya maddi resurslardan daha yuxarıda dayanmağa
başladı. Elmi-texniki nailiyyətlər hərbi sahədə istifadə edilən ənənəvi silahlarla
yanaşı, bir sıra İKT vasitələrinin kütləvi istehsalına şərait yaratdı.
3.
İnsanların beyinlərinin və davranışlarının öyrənilməsində əldə edilən nailiyyətlər
müxtəlif istiqamətlərdə psixofizioloji təsirlərin yollarını və vasitələrini daha yaxşı
başa düşməyə imkan verdi.
“İnformasiya müharibəsi” termini haqqında
İM probleminin obyektiv və müfəssəl təhlilini aparmaq üçün qabaqcıl ölkələrin
təcrübəsi, xarici mütəxəssislərin, alimlərin, praktiklərin fikirlərinin öyrənilməsi və
müqayisəsi tələb olunur. ABŞ-da İM problemi son 15 ildə digər ölkələrlə müqayisədə
daha geniş araşdırılmış və öyrənilmişdir. Bunu ABŞ rəsmi dairələrinin, o cümlədən
Müdafiə Nazirliyinin, Konqresin rəsmi sənədlərində, rəsmi şəxslərin açıq bəyanatlarında,
İM problemləri ilə məşğul olan təşkilatların hesabatlarında görmək mümkündür.
İlk dəfə “informasiya müharibəsi” terminini 1976-cı ildə amerikalı mütəxəssis
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
82 www.jpis.az
Tomas Rona (Thomas Rona) “Boeing” şirkəti üçün hazırladığı “Silah sistemləri və
informasiya müharibəsi” adlı hesabatında istifadə etmişdir. T.Rona hesabatında sübut
etmişdir ki, son illərdə informasiya infrastrukturu ABŞ iqtisadiyyatının əsas
komponentinə çevrilmişdir [2].
“İnformasiya müharibəsi” termini rəsmi olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyinin
21 dekabr 1992-ci il tarixli, 3600.1 saylı direktivində istifadə edilmişdir [3].
İM-in ilk tədqiqatçılarından biri, ABŞ-ın Milli Müdafiə Universitetinin əməkdaşı
Martin Libiki (Martin Libicki) İM anlayışına tərif verərkən demişdir: “İnformasiya
müharibəsini bütün incəliyi ilə anlamaq təşəbbüsü kor adamların fili tanımaq üçün
göstərdikləri cəhdləri xatırladır: filin ayağına toxunan onu ağac, quyruğuna toxunan adam
onu kəndir adlandırır və s. Bu üsulla tam təsəvvür almaq mümkündür? Ola bilsin ki, fil
yoxdur, həqiqətən də, ağac və kəndir vardır. Bir qrup mütəxəssis bu anlayış altında bir
çox istiqamətləri birləşdirmək istədikləri halda, digərləri informasiya müharibəsinin hər-
hansı bir aspektini ümumi anlayış kimi qəbul edir...” [4]. M.Libiki bu fikri ilə demək
istəyirdi ki, “informasiya müharibəsi” çox geniş anlayışdır və İM texnologiyalarının
cəmiyyətə təsiri tam aydınlaşdırılmasa da, son illər bu proses sürətlə davam etməkdədir.
ABŞ-ın Müdafiə Nazirliyinin İM haqqında sənədlərində bildirilir ki, İM-də
informasiya həm silah, həm də məqsəddir. İnformasiya hücumu isə icazə olmadan
istənilən formada informasiyanın köçürülməsi, dəyişdirilməsi və məhvinə, həmçinin
proqram təminatlarına, məxfi informasiyanın saxlandığı texniki qurğulara və insan
psixologiyasına yönəlmiş əməliyyatdır [5].
ABŞ-da İM-i təsvir etmək üçün çox zaman onu informasiya əməliyyatı ilə müqyisə
edirlər. İnformasiya əməliyyatı – məqsədə çatmaq üçün qarşı tərəfin informasiya
fəzasına təsir etmək və bu zaman öz informasiya resurslarını qorumaq məqsədi ilə xüsusi
metodlardan və vasitələrdən (siyasi, iqtisadi, texniki, hərbi və s.) istifadə etməklə həyata
keçirilən mübarizə formasıdır [6]. Rusiya mütəxəssisləri bu mübarizə formasını
informasiya qarşıdurması kimi təsvir edirlər. İnformasiya qarşıdurması – tərəflərin elə
mübarizə formasıdır ki, bu zaman onlar xüsusi metodlardan, informasiya resurslarına
təsir üsullarından və vasitələrindən istifadə etməklə qarşı tərəfin informasiya resurslarına
birbaşa təsir göstərə bilir [7].
Amerika tədqiqatçılarının fikrincə, informasiya əməliyyatı vasitələrilə realizə
olunan informasiya qarşıdurması hərbi qüvvələrin, elmi mərkəzlərin, müxtəlif siyasi
təşkilatların hazırlığında və fəaliyyətində İM texnologiyalarından geniş istifadəni nəzərdə
tutur [8].
İnformasiya qarşıdurmasında əsas məqsəd qarşı tərəfin informasiya da daxil
olmaqla, bütün növ resurslarına təsir göstərməkdir. İnformasiya qarşıdurmasının
effektivliyinin əsas meyarı kimi qarşı tərəfə məxsus şəbəkə və kommunikasiya
texnologiyalarına, nəhayət, kompyuterlərə icazəsiz müdaxilələr nəzərdə tutulur. Digər
tərəfdən, informasiya qarşıdurmasında demoqrafiya, təbliğat, “beyinlərin yuyulması”,
ictimai rəyin və şüurun manipulyasiyası və s. üsullar geniş istifadə edilir. Qeyd etmək
lazımdır ki, İM prosesində kompyuter şəbəkəsinə daxil olmaqla, həmçinin İnternet
vasitəsi ilə qarşı tərəfin mühüm əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə,
elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür. Bu məqsədlə
İnternetdə veb-briqadalar və hakerlər fasiləsiz işləyirlər. Onlar xüsusi təşkil edilmiş,
fəaliyyətləri müəyyən hədəflərə yönəldilmiş peşəkarlardır. İM-də həmçinin informasiya-
kommunikasiya sistemlərinin normal iş fəaliyyətinin pozulması, psixoloji-ideoloji
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 83
informasiyanın, şayiələrin yayılması, informasiya blokadası, yayılması və s. informasiya
əməliyyatlarından geniş istifadə edilir.
İM sahəsində aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, İM
nəzəriyyəsinin tədqiqatı ilə məşğul olan alimlər üç əsas qrupa bölünürlər:
•
Birinci qrup alimlər İM texnologiyalarını ayrı-ayrı informasiya əməliyyatı və
informasiya
rəqabəti
vasitələrinə,
dövlətlərarası
münaqişələrin,
silahlı
mübarizələrin aparılmasına, kütləvi şüura təsir texnologiyalarına uyğunlaşdırırlar
(sosial-kommunikativ yanaşma) [9, 10, 11, 12, 13].
•
İkinci qrup alimlərə hərbi mütəxəssislər aiddir. Onların fikrincə, İM hərbi
münaqişələrlə birbaşa bağlıdır və bu münaqişələrə informasiya-hərbi mübarizə
vasitələrinin və gücün kompleks birgə tətbiqi kimi baxılmalıdır (hərbi-tətbiqi
yanaşma) [14, 15, 16]. Bir çox mütəxəssislər bu yanaşma ilə razılaşmır və
bildirirlər ki, “informasiya müharibəsi” termini hərbi əməliyyatların aparılması
zamanı müasir informasiya texnologiyalarına münasibətdə hər zaman adekvat
olmur və bu növ hərbi əməliyyatları “informasiya mübarizəsi” və ya “informasiya
qarşıdurması” adlandırmaq daha düzgün olardı [17, 18, 19].
•
Üçüncü qrupa aid tədqiqatçılar İM ilə bağlı əməliyyatlara dövlətlərarası
münaqişələrdən yaranan hadisə kimi baxırlar. Onların fikrincə, dövlətlər arasında
yaranan siyasi münaqişələri hərbi yolla deyil, müasir İKT vasitələrindən istifadə
etməklə həll etmək mümkündür. Bu baxımdan, bir çox tanınmış alimlər İM-i
geosiyasi münaqişəyə aid edərək, ona dövlətlər arasında xüsusi münasibət növü
kimi baxırlar. Onların fikrincə, mövcud münaqişəni aradan qaldırmaq üçün bu
ölkənin informasiya mühitində müxtəlif güc təsirlərinin metod, vasitə və
texnologiyaları tətbiq olunmalıdır (geosiyasi yanaşma). Bu qrup mütəxəssis İM
zamanı əməliyyatların zorakılıq xarakterini qabardaraq, onu açıq hərbi
əməliyyatların aparılmadığı şəraitdə belə müharibənin ən vacib və təhlükəli əlaməti
hesab edirlər [20]. Belə tədqiqatlar bir daha sübut edir ki, artıq dünyada tətbiqi
elmin yeni sahəsi – İM nəzəriyyəsi inkişaf etməkdədir.
İ
nformasiya müharibəsi texnologiyaları
Son illərin lokal müharibələri və silahlı münaqişələri hərbi mütəxəssisləri
informasiya vasitələrinin hərbi sistem və komplekslərə effektli təsirlərinin qlobal
analizini aparmağa məcbur etmişdir. İM hər bir dövlətin daxilində, ilk növbədə,
hakimiyyət və pul, insanları idarə etmək imkanı əldə etmək uğrunda, eləcə də, istehsalat
məhsullarına nəzarət və onun realizə olunmasında əldə edilən gəlir uğrunda aparılır.
Müxtəlif mütəxəssislər və alimlər tərəfindən İM-ə müxtəlif təriflər verilsə də, hər kəs
təsdiq edir ki, İM, əsasən, hakimiyyət və kapital uğrunda müharibədir.
İM bilik uğrunda – “nə?”, “nə zaman?”, “harada?”, “nə üçün?” və “nə dərəcədə?”
suallarına cavab tapmaq uğrunda müharibədir. İM-i son məqsəd hesab etmək olmaz, o
yalnız vasitədir. İM sahəsindəki təcrübələr, vasitələr və metodlar yalnız hərbi-siyasi
sahədə deyil, dövlətin iqtisadi maraqlarında geniş istifadə olunur və əsas məqsəd qarşı
tərəfin informasiya resurslarının ələ keçirilməsinə, informasiya sistemlərinin məhv
edilməsinə yönəlmişdir.
M.Libiki 1995-ci ildə ABŞ-ın Milli Müdafiə Universiteti tərəfindən nəşr edilmiş
“İnformasiya müharibəsi nədir?” məqaləsində ilk dəfə İM texnologiyalarının təsnifatını
vermişdir. Bu konsepsiyada ilk dəfə olaraq göstərilmişdir ki, son dövrlərdə İKT-nin
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
84 www.jpis.az
inkişafı nəticəsində artıq İM-də psixoloji deyil, əsasən, iqtisadi və hərbi aspektlərə
üstünlük verilir. M.Libikinin fikrincə, izləyici kosmik peyk şəbəkəsindən yerüstü, dəniz
və hava məkanında baş verən dəyişiklikləri qeyd edən sistemlərdən ibarət əlaqəli
informasiya sistemləri dünyada baş verən istənilən hərbi aktivliyi nəzarətdə saxlamaq
imkanına malik olacaqdır. Bu isə sistemə həmin aktivliyi iflic etmək və onun iqtisadi və
informasiya sistemlərini dünyadakı digər sistemlərdən ayırmaq imkanı verəcəkdir. Bu
konsepsiya informasiya silahından aktiv istifadənin kosmik vasitələrin tətbiqi ilə sıx
əlaqəli olduğunu bir daha sübut etmiş oldu.
M.Libiki “İnformasiya müharibəsi nədir?” məqaləsində İM-in yeddi formasını qeyd
etmiş, “Information Warfare” adlanan sistemdə texnologiyalar arasında əlaqələri
göstərmişdir (şəkil 1).
Bu texnologiyalara, əsasən, komanda-nəzarət, kəşfiyyat, elektron, psixoloji, haker,
iqtisadi, kibermüharibə aiddir:
1.
Komanda-nəzarət müharibəsi (Command and Control Warfare) – komandanlıq
və icraçılar arasındakı əlaqə kanallarına istiqamətlənmiş İM-dir. Bu əlaqə kanallarının
funksiyası pozularsa, İM-də qələbənin təmin olunması reallaşar. Komanda nəzarət
müharibəsində “antinik” (anti-neek) adlanan əməliyyatlara daha çox önəm verilir ki,
bunun da mənası lazımsız, avara müdaxilələrə qarşı tədbirlər deməkdir.
2.
Kəşfiyyat müharibəsi (Information Based Warfare) – mühüm informasiyanın
toplanması və bu zaman hücum edən tərəfin öz informasiya resurslarını mühafizə etməsi
prosesidir.
3.
Elektron müharibə (Electronic Warfare) – elektron kommunikasiya vasitələrinə
qarşı yönəlmiş müharibədir. Elektron kommunikasiya vasitələri dedikdə, radioəlaqə,
radarlar, kompyuter şəbəkəsi nəzərdə tutulur. Onun əsas bölməsi kriptoqrafiyadır
(elektron informasiyanın şifrələnməsi və ya şifrədən çıxarılması).
4.
Psixoloji müharibə (Psychological Warfare) – təbliğat, “beyinlərin yuyulması”,
əhalinin davranışlarına nəzarət və vətəndaşlar üçün nəzərdə tutulmuş informasiyanın
emalıdır. M.Libiki psixoloji müharibəni 4 hissəyə ayırır: 1) Vətəndaş ruhunun
sarsıdılması; 2) Hərbi qüvvələrdə mənəvi duruma və əhval-ruhiyyəyə nəzarət;
3) Komandanlığa dezinformasiyanın ötürülməsi; 4) Mədəniyyətlərin müharibəsi (War of
Culture).
5.
Haker müharibəsi (Hacker Warfare) – qarşı tərəfin mülki obyektlərinə yönəlmiş
diversiya əməliyyatlarıdır. M.Libiki haker fəaliyyətlərindən danışarkən onların törətdiyi
fəsadları belə sadalayır: şəbəkənin total iflici, informasiya əlaqələrində fasilələr,
verilənlərin ötürülməsi zamanı təsadüfi səhvlərin çoxalması, informasiyanın oğurlanması,
informasiya xidmətlərinin ələ keçirilməsi (şəbəkəyə icazəsiz müdaxilə), şəbəkənin gizli
monitorinqinin aparılması, şantaj məqsədi ilə gizli verilənlərin aşkar edilməsi.
M.Libikiyə görə, hakerlərin silahı viruslardır – “troyan atları”, məntiqi bombalar,
sniferlər (izləyiçilər), şəbəkə soxulcanları və s. Tədqiqatçı hakerləri ABŞ üçün ciddi
təhlükə hesab edir və bu fikrini onunla əsaslandırır ki, digər ölkələrlə müqayisədə
Amerikada müxtəlif lokal və qlobal şəbəkələrdən istifadə praktikası daha genişdir.
M.Libiki ikimənalı olaraq göstərir ki, Amerika universitetlərində informasiya
texnologiyaları sahələri üzrə müdafiə edən doktorantların 60%-ni əcnəbilər təşkil edir ki,
onların da 2/3 hissəsi müsəlman ölkələrindən və Hindistandan gələnlərdir.
6.
İqtisadi informasiya müharibəsi (Economic Info-Warfare) – M.Libiki bu
müharibəni iki formada təsvir edir: informasiya blokadası (ABŞ-a qarşı yönəlmiş) və
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 85
informasiya imperializmi və ya texno-imperializm (ABŞ tərəfindən). İnformasiya
blokadası dedikdə, ilk növbədə, informasiya və ticarət əlaqələrinin kəsilməsi (fiziki
ticarətə qadağanın qoyulması) nəzərdə tutulur. Bank şəbəkələrinin sındırılması bu
kateqoriyaya daxil deyil və haker fəaliyyəti hesab olunur. İnformasiya imperializmi
ümumi iqtisadi imperializm siyasətinin bir hissəsidir. M.Libiki bildirir ki, ticarətin özü də
müharibədir.
Şəkil 1. M. Libiki tərəfindən təqdim edilən “İnformasiya müharibəsi sxemi”
7.
Kibermüharibə (Cyberwar) fəaliyyətini analiz edərkən M.Libiki onu adi haker
müharibəsindən fərqləndirir. Onun fikrincə, əgər nəzərə alınsa ki terrorizm ayrı-ayrı
insanlara və ya təşkilatlara qarşı müharibədir, demək, informasiya terrorizmi hədəfi təyin
etmək və ya şantaj üçün bir vasitədir. İnformasiya terrorizminin əsasını semantik
hücumlar təşkil edir. M.Libiki semantik hücumları təhlil edərkən onları haker
müharibələrindən tam fərqləndirir və bildirir ki, əgər haker müharibəsində hakerin
məqsədi sistemin normal fəaliyyətini pozmaqdan ibarətdirsə, semantik hücumlar sistemin
fiziki göstəricilərinə və kompyuterin normal işini təmin edən obyektlərə yönəlir. Sistemin
fiziki göstəricilərini və ya digər giriş vasitələrini “aldatmaq” sistemə texniki zərər
vurmadan onu sıradan çıxarmaq deməkdir.
8.
Simulyasiya müharibəsi (Simulation Warfare) – real döyüş meydanındakı hərbi
əməliyyatların kompyuter modeli ilə əvəz olunmasıdır. Məsələn, təyyarəçilər səmaya
qalxmadan döyüş təcrübəsi əldə etmək üçün fayl-simulyatorlarda işləyirlər
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
86 www.jpis.az
(“vuruşurlar”). Simulyasiya müharibəsi, əsasən, nümayiş effekti yaradır və dünyanın
virtuallaşmasının əyani nümunəsidir. Dünyanın virtuallaşması, daha doğrusu, dünyanın
kompyuter versiyasının yaradılması ona gətirib çıxaracaq ki, gələcəkdə simulyasiya
müharibəsi real müharibə ilə eyni məna kəsb edəcək və bir statusda olacaqdır.
İlk dəfə 1993-cü ildə Con Arkuilla (John Arquilla) və Devid Ronfeldt (David
Ronfeldt) tərəfindən “Kibermüharibə gəlir!” ( Cyber War Is Coming!) məqaləsində
“Şəbəkə müharibəsi” (Network War) terminindən istifadə edilmişdir. Məqalədə müəlliflər
kibernetik və şəbəkə müharibəsi konsepsiyalarını (Network Centric Warfare - NCW) irəli
sürməklə müasir dövrdə İM-in təsəvvür ediləndən daha ciddi problemlər yaratmaq
imkanına malik olduğunu göstərdilər [21].
Konsepsiyada İM-in əsas məqsədi kimi aşağıdakılar göstərilirdi:
1.
Öz informasiyasını və informasiya sistemlərini qorumaqla qarşı tərəfin
informasiya məkanına nəzarət;
2.
Qarşı tərəfin informasiyasını nəzarətdə saxlamaqla informasiya hücumuna
başlamaq (informasiya müharibəsi texnologiyalarından istifadə etməklə qarşı
tərəfin iqtisadiyyatını ələ keçirmək və ya məhv etmək);
3.
İnformasiyadan istifadə etməklə özünün ümumi güc potensialını yüksəltmək;
4.
İnformasiya-psixoloji təsir vasitələrindən istifadə etməklə qarşı tərəfə psixoloji
təsir göstərmək.
İ
nformasiya müharibəsində məqsəd və hədəflər
İM zamanı maraq obyektləri informasiya sistemləri və informasiya mübadiləsi
şəbəkələri olur. Bu şəbəkələrə informasiya sistemi mərkəzi, xüsusi informasiya emal
edən ötürülmə xətləri, İM-də iştirak edən İKT vasitələri aid edilir. İnformasiya
müharibəsi mərhələlərlə aparılmalı və bu zaman məqsəd və hədəflər dəqiq müəyyən
edilməlidir. İnformasiya müharibəsinin mərhələləri bunlardır:
•
Məqsədin müəyyən edilməsi. “İnformasiya müharibəsi nə üçün lazımdır?” və
“nəticədə nə əldə ediləcəyi gözlənilir?” suallarına cavab tapılması;
•
Strategiyanın müəyyən edilməsi. Burada İKT-nin dörd baza komponenti nəzərə
alınmalıdır:
−
informasiyanın hazırlanması;
−
informasiyanın yönələcəyi kommunikasiya kanalının təyin edilməsi;
−
informasiyanın təsiri altına düşəcək auditoriyanın müəyyənləşdirilməsi;
−
informasiya müharibəsi texnologiyasının seçilməsi;
•
Taktiki fəaliyyət planının hazırlanması.
Hərbçilərin fikrincə, İM-də ilkin hədəf kimi silahlı qüvvələr, müdafiə kompleksi
müəssisələri, ölkənin daxili və xarici təhlükəsizliyinə cavabdeh olan strukturlar nəzərdə
tutulur. Ümumiyyətlə isə, İM-in əsas hədəfi cəmiyyətin informasiya infrastrukturudur.
Hərbi analitiklərin və İKT mütəxəssislərinin gəldiyi qənaətə görə, hazırkı dövrdə İM
zamanı bütün informasiya vasitələrindən və texnologiyalarından istifadə edərək, dövlətin
siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaradılması, ordu və əhali arasında
narazılıqların artması həyata keçirilir [22].
Məqsədyönlü informasiya təsirinə məruz qalan obyektlərə uyğun olaraq
informasiya hədəflərini 4 qrupa bölmək olar:
1.
Qərarların qəbulu və idarəetmə sistemləri (idarə strukturları, kommunikasiya
vasitələri);
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 87
2.
Mülki informasiya infrastrukturu (telekommunikasiya sistemləri, nəqliyyatın,
energetikanın, maliyyənin, sənayenin informasiya sistemləri);
3.
Hərbi informasiya infrastrukturu (nəzarət, idarə və əlaqə sistemləri, kəşfiyyat);
4.
Sosial sahələr (insanların psixologiyası, davranışları və əxlaqi stereotiplər, ayrı-
ayrı şəxslər və ya sosial qruplar).
İnformasiya əməliyyatları zamanı göstərilən hədəflər müxtəlif təsirlərə məruz qala
bilər. Bu yanaşma keçən əsrin 90-cı illərində daha populyar idi. Bu gün baş verən
informasiya prosesləri və qarşıdurmaları sübut edir ki, informasiya sistemlərinə uzaqdan
təsir müəyyən maliyyə itkilərinə və cəmiyyətdə psixoloji ab-havanın dəyişməsinə səbəb
olsa da, onlar mühüm sistemlərin məhvinə və insan itkilərinə səbəb olmur. Məsələn,
haker fəaliyyəti özü-özlüyündə təhlükəli olsa da, İM-də heç də həlledici rol oynamır.
Odur ki, kibermüharibələrə ənənəvi hərbi əməliyyatların effektivliyini artıran faktor kimi
baxmaq daha düzgündür.
Bununla belə, nəqliyyat, energetika, maliyyə və hərbi sahələrlə bağlı informasiya
sistemlərinə hücum imkanlarını nəzərdən qaçırmamaq lazımdır. Bu informasiya
sistemləri “kritik mühüm infrastruktur” (critical infrastructures) adlanan komplekslərdir.
Bu hücumların mümkünlüyü iqtisadi sahədə böyük itkilərə səbəb ola bildiyinə görə, 90-cı
illərin ortalarından başlayaraq kibermüharibələr hərbi və mülki ekspertlərin ciddi
araşdırma predmetinə çevrilmişdir.
İ
nformasiya təsiri problemləri
Tədqiqatlar göstərir ki, İM texnologiyalarının araşdırılması ilə məşğul olan
mütəxəssislərin işində müxtəlif yanaşmalar və baxışlar mövcud olsa da, müəyyən
məsələlərdə fikirlər eynidir: İM-də əsas məqsəd qarşı tərəfi fiziki cəhətdən məhv etmək
deyil, onu səhv addım atmağa sövq edərək, siyasi, hərbi, iqtisadi, psixoloji və sosial
sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək
məqsədilə mübarizə aparan tərəflər bir-birlərinin informasiya və intellektual sahələrinə
təsir göstərmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər.
Müasir İM-də əməliyyatlar iki üsulla aparılır: informasiya-texniki təsir və
informasiya-psixoloji təsir (cədvəl 1.).
İ
nformasiya-texniki təsir – müxtəlif növ informasiya sistemlərinə (verilənlər bazası,
verilənlər bankı, analitik sistemlər və s.), telekommunikasiya vasitələrinə, kompyuter
şəbəkəsinə və s. texniki vasitələrə təsirdir. İnformasiya-texniki təsir dedikdə,
radioelektron mübarizə, radioelektron kəşfiyyat, kompyuter şəbəkələrinə müdaxilə, haker
müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi əlaqə və idarəetmə sistemləri,
dövlətin maliyyə-iqtisadi fəaliyyətli və s. hədəfə alına bilər.
İ
nformasiya-psixoloji təsir – siyasi elita və əhalinin psixoloji durumuna,
davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına
birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır.
Təbliğat, “beyinlərin yuyulması” və psixoloji təsir informasiya-psixoloji təsirin
növləridir. İnformasiya-psixoloji təsir zamanı hansı üsuldan istifadə olunacağı ilk
növbədə məqsəd və hədəflərin düzgün təyinindən asılıdır.
İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin forma-
laşdırılması prosesi dayanır. Bu halda azlıq təşkil edənlərin fikirlərini çoxluğun fikri kimi
təqdim etmək informasiya-psixoloji müharibələrdə ən effektli təsir növlərindəndir. İM
zamanı psixoloji müharibə vasitələrindən istifadə, bir tərəfdən, mövcud informasiya
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
88 www.jpis.az
sistemini dağıtmağa, digər tərəfdən isə, onu başqa informasiya-kommunikasiya sistemi
ilə əvəz etməyə imkan verir və bununla da, cəmiyyətin maraqları ona qarşı İM aparan
tərəfin maraqlarına tabe etdirilir.
Bir çox insanlar hələ də müasir İKT vasitələrindən gələn, əsasən də, siyasi
məqsədlərə xidmət edən gizli informasiya-psixoloji təhlükələri tam anlamır, onlara
laqeyd yanaşırlar. Müxtəlif sosial proseslərdə istifadə edilən İKT vasitələri və
informasiya sistemlərinin informasiya münaqişələrində tətbiqi İM-i daha təhlükəli həddə
yüksəltmişdir. İKT vasitələrinin insanlara qarşı tətbiq edilən məqsədyönlü informasiya və
informasiya-psixoloji təsiri münasibətlərin sosial müxtəlifliyini təyin etməklə, daha gizli
forma almaqdadır. Bu gün insan psixikasına güclü təsir edən müxtəlif, yeni mədəniyyət
növləri inkişaf etməkdədir (məsələn, kompyuter mədəniyyəti, performans, qraffiti və s.).
Cədvəl 1
İnformasiya müharibəsi üsulları
İnformasiya müharibəsi
Obyekt
Məqsəd
İnformasiya-texniki təsir
Kompyuterlər və
informasiya sistemləri
İnformasiya sistemlərinə
nəzarət və ya onların məhv
edilməsi
İnformasiya-psixoloji təsir
Ayrı-ayrı insanların şüuru
və ya ictimai şüur
Hər hansı ideologiyanın
təbliği və davranışların idarə
edilməsi
İ
nformasiya müharibəsinin istiqamətləri
İM-də əməliyyatlar əsas iki istiqamətdə aparılır – informasiya hücumu və
informasiya mühafizəsi:
1.
İ
nformasiya hücumu ( Information Attack) – qarşı tərəfin informasiya
infrastruktrunun tam məhv edilməsi və ona öz qüvvəsindən istifadə imkanı
verməməkdir. Burada informasiya hücumunun hədəfi kimi dezinformasiya,
radioelektron vəsaitlərin, informasiya bazalarının məhvi, qarşı tərəfin kompyuter
şəbəkəsinə hücum və s. daxildir. Bu sırada qarşı tərəfin elektron informasiya
bazalarının kiberməhvi xüsusi önəm daşıyır. “İM-də informasiya hücumu”
dedikdə, şəbəkələrarası birləşmələr vasitəsi ilə informasiya hesablama
şəbəkələrinə təsir, şəbəkədə aktiv axtarış, icazəsiz fəaliyyət və nəhayət,
informasiya qarşıdurması nəzərdə tutulur.
2.
İ
nformasiya mühafizəsi ( Information Protection) – obyektin öz məlumatlarının
və inforamasiya strukturlarının əks tərəfin təsirlərindən mühafizəsi nəzərdə
tutulur. Buraya informasiyanın strateji maskalanması, informasiya infrastruk-
trunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s. daxildir.
İM-in mühafizə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur.
İM-in istiqamətlərinin çoxşaxəli olması onun xüsusiyyətinə də təsirini göstərir:
•
Təsir obyekti – informasiyanın və ya informasiya sistemlərinin bütün formaları.
Sərbəst obyektlər kimi bütün növ informasiya və informasiya sistemləri istifadə
mühitindən ayrılmaqla təsir altında saxlanılır.
•
Təsir obyekti həm silah, həm də müdafiə obyekti kimi istifadə edilir.
•
Müharibə aparılan ərazi və mühit genişlənmiş olur. İM həyat fəaliyyətinin
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 89
müxtəlif sahələrində həm müharibə elan edilərkən, həm də böhran
vəziyyətlərində aparılır.
•
İM həm müharibə şəraitində, həm atəşkəs zamanı, həm də sülh şəraitində
aparıla bilir.
•
İM-də həm xüsusi təlim görmüş hərbçilər, həm də mülki şəxslər iştirak edir.
Müasir İM texnologiyalarının tətbiqində əsas strateji əsasların müəyyən edilməsi bu
sahədə görüləcək ilkin məsələlərdəndir. Strateji əsasları təşkil edən məsələlər aşağıda
göstərilmişdir:
−
İM-in həyata keçirilməsi üçün lazım olan vasitələrə çəkilən maliyyə xərclərinin
az olması;
−
informasiya əməliyyatları zamanı ənənəvi dövlət sərhədlərinin maneəsiz dəf
edilməsi;
−
informasiya manipulyasiyası nəticəsində real vəziyyətin dərk edilməsinin idarə
edilməsi;
−
informasiyanın ələ keçirilməsi və saxlanması üçün strateji kəşfiyyat
fəaliyyətində prioritetlərin dəyişdirilməsi;
−
İM aparan tərəfin və informasiya əməliyyatlarının başlama vaxtının aşkar
edilməsinin çətin olması;
−
İM-ə başlayan tərəfə qarşı koalisiyanın yaradılmasının mürəkkəbliyi və s.
Bunları nəzərə alaraq, bir çox dövlətlər informasiya təhlükəsizliyini təmin etmək
üçün İM-in potensialının təkmilləşdirilməsinin vacibliyinə önəm verirlər. Əgər İM-in
hüçum hissəsi informasiya silahının işlənib hazırlanması və istifadəsindən asılıdırsa,
müdafiə hissəsinin əsas aspekti təhlükələrin aşkar edilməsi və vaxtında qarşısının
alınmasıdır.
2006-cı ildən başlayaraq ABŞ-da ölkənin görkəmli hərbi-siyasi rəhbərlərinin
nümayəndələrinin iştirakı ilə “İnformasiya müharibəsi” üzrə elmi konfranslar keçirilməyə
başlanmışdır. 5-ci konfrans (5
th
International Conference on Information Warfare and
Security) 2010-cu ilin aprel ayında ABŞ-ın Ohayo şəhərində yerləşən Hərbi Hava
Qüvvələrinin Texniki Universitetində keçirilmişdir. 6-cı konfransın 2011-ci ilin mart
ayında Vaşinqton Universitetində keçirilməsi nəzərdə tutulur [24]. Konfrans
materiallarını nəzərdən keçirərkən məlum olur ki, son dövrlərdə İKT mütəxəssislərini
narahat edən məsələlərə, ilk növbədə, informasiya mübadiləsi şəbəkələrinə olan
hücumlar, haker müharibələri, informasiya terrorizmi və kibercinayətlər aiddir.
Nəticə
Aparılan araşdırmalardan məlum olur ki, hərbi, sosial və iqtisadi sahələrdə
informasiya
sistemlərinin
inkişafı,
informasiya
asılılığının
güclənməsi,
İM
texnologiyalarının təkmilləşdirilməsi, tətbiqi və yayılması informasiya təhlükəsizliyi
məsələsinin aktuallığını gündən-günə artırmaqdadır.
İKT-nin inkişafının İM-ə təsiri istiqamətlərinin analizi bir daha göstərir ki, İM
zamanı informasiya texnologiyalarının məhvi, informasiyanın və informasiya
sistemlərinin ələ keçirilməsi vacib məqamlardandır. Bu əməliyyatlar xüsusi qurğuların,
mütəxəssislərin və proqramların köməyi ilə həyata keçirilə bilər. İM texnologiyalarının
analizi nəticəsində məlum olmuşdur ki, İKT inkişaf etdikcə informasiya tədricən
təminedici vasitə statusundan çıxaraq, döyüş növünə çevrilməkdədir. İqtisadi cəhətdən
inkişaf etmiş ölkələrdə İKT-nin inkişaf tempinin daha da yüksək olması milli
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
90 www.jpis.az
təhlükəsizlik sistemində İM-in rolunun vacibliyini bir daha sübut edir.
Ə
dəbiyyat
1.
Alain Decaux, Nouveaux Dossiers Secrets // Paris, SEDES
,
1967, 405 pp.
2.
Thomas Rona, Weapon Systems and Information War // Boeing Aerospace Co.,
Seattle, WA, 1976.
3.
Бедрицкий А. В., Информационная война: концепции и их реализация в США
// Российский институт стратегических исследований, М., 2008.
4.
Martin Libicki, What is Information Warfare? //National Defense University, ACIS,
1995, pp.3.
5.
Dorothy Denning, Information Warfare and Security // Addison-Wesley,
1999, p.9-19.
6.
Colonel Alan D., Douglas H. Cyberwar 3.0: Human Factors in Information
Operations and Future Conflict (Hardcover) // Afcea Intl Pr, 2000, pp. 309.
7.
Абдурахманов М.И., Баришполец В.А., Баришполец Д.В., Манилов В.Л.,
Геополитика, международная и национальная безопасность // Словарь-
справочник / Под общей редакцией В.Л. Манилова, "Пробель", Москва,
1999, с.127-130.
8.
Molander R.C., Strategic Information warfare: A New Face of War // Washington,
USA, 1996.
9.
Брусницин Н.А., Информационная война и безопасность // М.: Вита-Пресс,
2001, с.9.
10.
Почепцов Г.Г. Информационные войны // Киев: Ваклер, 2000. с.20.
11.
Расторгуев С.П. Информационная война // М.: Радио и связь, 1998. с.35-37.
12.
Цыбмал В.И. О концепции информационной войны // Информационный
сборник "Безопасность". М., 1995, № 9, с.35.
13.
Прохожев А.А., Турко Н.И. Основы информационной войны // Анализ систем
на пороге XXI века: теория и практика. М., 1996. с.252-253.
14.
Панарин И.Н. Информационные войны и Россия // Информация. Дипломатия.
Психология. М.: Известия, 2002. c.145.
15.
Панарин И.Н. Информационные войны: теория и практика // М.: Кадровая
политика, №2, 2002.
16.
Комов С.А. Информационная борьба в современной войне: вопросы теории //
"Военная мысль", 1996, № 3. с.73.
17.
Гриняев С.Н. Война в четвертой сфере: НВО // № 42. 2000, с.7.
18.
Модестов С.А. Война, к которой готовится Америка: Эволюция вооруженной
борьбы в эпоху информатизации // ЭВНГ, № 048, 1996.
19.
Костин Н.А. Общие основы теории информационной борьбы // Военная мысль,
№3, 1997.
20.
Стрельцов А.А. Обеспечение информационной безопасности России //
Теоретические и методологические основы // М.: МЦНМО, 2002.
21.
Arquilla J., Ronfeldt D., Zanini M. Networks, Netwar, and Information-Age
Terrorism // The Changing Role of Information in Warfare. Rand Corporation.
1999. pр.88–89.
22.
Forno R., Baklarz R. The Art of Information Warfare // Insight into the Knowledge
İnformasiya cəmiyyəti problemləri, №2, 2010
www.jpis.az 91
of Warrior Philosophy, Washington, USA, 1999.
23.
Швец Д.А. Информационное управление как технология обеспечения
информационной безопасности // Сб. "Массовая коммуникация и массовое
сознание", М., МГИМО, 2003.
24.
6
th
International
Conference
on
Information
Warfare
and
Security,
The George Washington University,
Washington, USA,
17-18
March
2011,
http://academic-conferences.org/
УДК
004.351
Алекперова
И.Я.
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
depart17@iit.ab.az
Анализ
и классификация технологий информационных войн
В статье рассматриваются причины создания технологий информационных войн,
описаны проблемы, возникающие в связи с этим, а также анализируются
отношение различных экспертов и ученых к термину "информационная войны".
Были проанализированы классификация технологий информаци-онных войн и
влияние проблемы коммуникации. Определены возможные стратегические основы
в информационной войне, показаны тенденции и задачи. Проведенные
исследования могут быть использованы для обеспечения информационной
безопасности в сетях информационного обмена, выявления информационных угроз
и выбора более эффективных средств при организации информационных
контратак.
Ключевые
слова: информационная война, кибервойна, информационное оружие,
информационное противостояние, компьютерное преступление, электронная
война,
хакер,
информационно-техническое
воздействие,
информационно-
психологическое воздействие, информационная атака.
Alakparova I.Y.
Institute of Information Technology ANAS, Baku, Azerbaijan
depart17@iit.ab.az
Classification and analysis of information warfare technologies
In the article we observed the reasons of creation of information warfare technologies and
the problems arising in this case, analyzed the relations of various experts and scientists
to the term "information warfare". The classification of information warfare technologies
and the influence of communication problems were. Possible strategic frameworks in
information warfare were indicated, trends and targets was shown. These studies can be
used to ensure information security in networks of information exchange, identify
information risks and for choosing more effective means for organizing information
counter.
Key words: information warfare, cyberwar, information weapons, information counter,
computer crime, electronic warfare, hacker, information-technology impact, information-
psychological influence, information attack.
Dostları ilə paylaş: |