30 avqust 2014-ъц ил
http://www.amu.edu.az
7
Rusiyanın tibb işçiləri Ebola qızdırmasına qarşı eksperimental
vaksin işləyib yaradıblar. Bu vaksinin sınaqları artıq ilk müsbət
nəticələrini verib.
Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova bu
sözləri “RİA Novosti” Agentliyinə müsahibəsində deyib. Qeyd edilib
ki, RF Səhiyyə Nazirliyinin D.İ.İvanovski adına Virusologiya Elmi-
Tədqiqat İnstitutunun əməkdaşlarından və İstehlakçıların hüquqları-
nın və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmətin
(“Rospotrebnadzor”) bir əməkdaşından ibarət qabaqcıl qrup Qvineya-
dan qayıdıb. V.Skvortsova sonda deyib: “Biz xəstəliyin törədicisini və
onun xarakteristikasını öyrənmişik. Klinikadan əvvəlki sınaqlarda yax-
şı nəticələr vermiş eksperimental vaksin əldə etmişik. Yeni vaksinin
sınaqları davam etdirilir. Ümidvarıq ki, bu sınaqlar uğurlu olacaqdır”.
Həmçinin qeyd etmək lazımdır ki, RF Səhiyyə Nazirliyinin
D.İ.İvanovski adına Virusologiya Elmi-Tədqiqat İnstitutu ekologiya-
nın, insan və heyvan viruslarının epidemiologiyasının və molekulyar
biologiyasının öyrənilməsi sahəsində dünyada tanınmış elmi-tədqiqat
müəssisələrindən biridir.
Əvvəllər hesab olunurdu ki, bir neçə dildə sərbəst danışan
insanlar 1-2 dil bilən yaşıdlarından xeyli ağıllıdırlar. Lakin
Abertey universitetinin (Dandi, Şotlandiya) alimləri sübut
ediblər ki, bir neçə dil bilmək hələ yüksək intellektin
göstəricisi deyil.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər
tədqiqatda iştirak edən könüllüləri üç qrupa bölüblər. Birinci
qrupa çox dil bilənlər, ikinci qrupa poliqlotlar, üçüncü qrupa
isə yalnız ingilis dilinin iki dialektini bilənlər daxil idi. Məlum
olub ki, bu üç qrupda intellektin səviyyəsi barədə bütün
xəbərdarlıqlar və fərziyyələr uydurmadır.
Qeyd edək ki, yeni dilləri öyrənmək xeyirdir. Bu yaddaşı inki-
şaf etdirir, səyahətə çıxmaq, müxtəlif ölkələrin mədəniyyətləri
ilə tanış olmaq üçün yeni imkanlar açır. Təzə bir şey öyrənmək
insan ahıl yaşa çatanda da zehin aydınlığını saxlamağa və in-
tellektual tənəzzüldən qorunmağa kömək edir.
Hamı bilir ki, soğan çox
faydalı tərəvəzdir. Lakin tək
soğan deyil, onun qabıqları
da çox faydalıdır.
Soğan qabığı insanın:
-
immun
sistemini
möhkəmləndirir,
- iltihab əleyhinə və antiseptik
təsirinə malikdir,
- aterosklerozla mübarizə apa-
rır,
- ürək əzələsinin və damarların
tonusunu artırır,
- qan dövranını yaxşılaşdırır,
- qanda xolesterinin səviyyəsini
azaldır,
- sidik və öd qovucu təsir edir,
- qadınlarda və kişilərdə sidik-
cinsiyyət sistemi iltihabları, qa-
dınlarda menstruasiya funksi-
yasının pozulması zamanı yax-
şı təsir edir,
- orqanizmi şlaklardan və
toksinlərdən təmizləyir,
- yaraların, yanıqların daha tez
sağalmasına kömək edir,
- xərçəng əleyhinə təsir edir və
s.
Dəmləməni hazırlamaq üçün
xırda doğranmış 2 xörək qa-
şığı soğan qabığının üzərinə
400 ml qaynar su əlavə olunur
və 15 dəqiqə ərzində su hama-
mında qaynadılır. Daha sonra
dəmləmə soyudulur və süzülür.
Bu
dəmləmə
aşağıdakı
hallarda uğurla istifadə oluna
bilər:
- angina zamanı qarqara
şəklində,
- bronxit zamanı. 1 xörək qaşı-
ğı soğan qabığı dəmləməsi + 1
xörək qaşığı bal isti südə əlavə
olunur və axşam yatmazdan
əvvəl içilir.
- soyuqdəymə zamanı. 2
xörək qaşığı soğan qabığı
dəmləməsinə 1 çay qaşığı bal
əlavə olunur və gündə 3 dəfə
qəbul olunur.
- yaz və payız avitaminozları
zamanı. 1 stəkan soğan qabığı
dəmləməsi + 1/2 stəkan limon
şirəsi qarışdırılır və gün ərzində
2 dəfə yeməkdən sonra 1/3
stəkan içilir. Müalicə kursu - 21
gün.
- damaqların iltihabları zama-
nı . Dəmləmə ilə gün ərzində 3
dəfə qarqara edilir.
- qadınlarda cinsiyyət sistemi
iltihabları və menstrual funk-
siyasının pozulmaları zamanı.
Soğan qabığı dəmləməsi gündə
3 dəfə olmaqla qəbul olunur
(stəkanın 1/3 hissəsi). Müalicə
müddəti - 2-3 həftə.
Soğan qabığı digər xəstəliklər
və pozulmalar zamanı da uğur-
la istifadə olunur. İstifadədən
əvvəl həkimlə məsləhətləşmək
tövsiyə olunur.
Ebola qızdırmasına qarşı
eksperimental vaksin yaradılıb
Bir neçə dil bilmək yüksək
intellektin göstəricisidirmi?
Soğan suyunun
faydası
Belfast (İrlandiya) Kral Universitetinin alimləri sübut ediblər ki,
yoqa və relaksasiya gimnastikasının digər növləri ilə məşğul olmaq
təlaş hissi keçirən insanlara kömək edir. Relaksasiya insanın dünya
qavrayışını dəyişir, ətraf aləm həmin insanın nəzərində pozitiv
duyğular oyadır.
Yoqanın bu cür müsbət effekti hətta mütəxəssislər üçün də gözlənilməz
olub. Belə bir eksperiment aparılıb: tədqiqatda könüllü iştirak edənlər
ekranda hərəkət edən bir insan təsvirinə tamaşa ediblər. Məxsusi ola-
raq psixoloji testlər üçün yaradılmış bu fiqur hamıya eyni təsir bağış-
lamır. Bəzilərinə elə gəlir ki, ekrandakı adam ona baxır, digərləri isə
hesab edirlər ki, ekrandakı fiqur üzünü əks tərəfə döndərib. Fiqurun
onlara tərəf hərəkət etdiyini bildirənlər arasında sosiofoblar daha çox
olub. Bir neçə seanslıq əzələ relaksasiyasından sonra testin nəticələri
müsbət tərəfə dəyişib, yəni, təlaş hissi keçirən könüllülərə elə gəlib ki,
ekrandakı insan üzünü onlara tərəf çevirib. Bu əlamət fərdin ətrafdakı
insanlarla yeni kontaktlar yaratmağa hazır olmasını göstərir.
Yeri gəlmişkən, alimlər daha əvvəl sübut ediblər ki, yoqa depressiya
simptomlarını yüngülləşdirir və qanın tərkibində qamma- amin-yağ tur-
şusunun səviyyəsinin artması sayəsində insanda pozitiv əhval-ruhiyyə
yaradır.
ABŞ-dan olan mütəxəssislər sorğu aparıblar və müəyyən ediblər
ki, qızlar öz valideynlərinə oğullarla müqayisədə daha çox qayğı
göstərirlər.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, bu məlumatlar 26 min
amerikalı arasında aparılan anket sorğusunun nəticələrinə əsasən sü-
but olunub.
Tədqiqatın nəticələrinə görə, qızlar öz valideynlərinə qulluq etmək,
onlara gündəlik qayğı göstərmək baxımından daha etibarlıdırlar və
valideynlərinə ayda azı 12,3 saat vaxt ayıra bilirlər. Bununla belə, qa-
dınların evi təmizləmək, öz uşaqlarına qulluq etmək və ev işləri görmək
kimi bir sıra əlavə vəzifələri var.
Oğullar arasında həmin göstərici 5,6 saat, yəni qızlarla müqayisədə
iki dəfə azdır. Oğullar valideynlərinə qulluq etməyi çox vaxt yalnız o
halda özlərinə borc bilirlər ki, bu vəzifəni başqa heç kimə həvalə etmək
mümkün olmasın. Alimlər bunu acınacaqlı tendensiya hesab edirlər.
Klaritromitsin – bakterial infeksiyaların müalicəsində geniş
yayılmış vasitədir. Mütəxəssislər bu preparatın gözlənilməz və
xoşagəlməz effektini aşkarlayıblar. Məlum olub ki, preparatı qəbul
edən pasiyentlərin bəziləri aritmiya və ürək-damar xəstəliklərinin
ağırlaşması ilə qarşılaşır. Bu kəşf infenksiya xəstəliklərinin ənənəvi
müalicə sxeminə yenidən baxılmasına səbəb olub.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər kla-
ritromitsin və roksitromitsinlə müalicə ilə bağlı 5 milyon hala
aid statistikanı araşdırıblar. Onlar ürəyin fəaliyyətinə təsir
etməyən penisillin qrupuna aid antibiotiklərin də əlavə təsirini
nəzərə alırdılar. Tədqiqat zamanı antibakterial terapiya fo-
nunda yaranan ürək-damar xəstəliyindən 285 ölüm hadisəsi
qeydə alınıb. Onlardan 18-i klaritromitsin, 32-si roksitromitsin
qrupuna aid preparatın qəbulun nəticəsidir.
Tədqiqatlar göstərib ki, həmin antibiotikləri qəbul edən in-
sanlarda ürək-damar xəstəliklərinin ağırlaşması ilə bağlı ölüm
riski 76 faiz çoxdur.
Yoqa ilə məşğul olmaq insanı
sosiofobiyadan xilas edir
Qızlar öz valideynlərinə oğullarla
müqayisədə iki dəfə çox qayğı göstərirlər
Klaritromitsin antibiotiki
aritmiyaya səbəb ola bilər
İlkin Məmmədzadə bu
il qəbul imtahanlarında
seçilməyi bacaran bir
neçə gəncdən biridir.
Ağdamlı bu gənc IV qrup
üzrə imtahanlarda ən
yüksək nəticə 700 bal
toplayıb. İlkin seçimdə
üstünlüyü Azərbaycanın
ən iri ali təhsil ocağı olan
Tibb Universitetinə verib.
İlkin
Məmmədzadə
1996-cı ildə Ağdam rayo-
nunun Çəmənli kəndində anadan olub. İmtahanlara cid-
di hazırlaşıb: “Sınaqlarda yaxşı bal toplayırdım. Özümə
güvənirdim. Çox çalışırdım. Amma yalnız son illər məşğul
olmadım, əvvəlcədən dərslərimə diqqətlə yanaşmışam,
hə mişə əlaçı olmuşam”.
İlkin qazandığı uğura görə valideynlərinə və
müəllimlərinə borclu olduğunu hesab edir: “Onlar mənə
hər zaman dəstək olurdular, ən yüksək bal toplaya
biləcəyimə inanırdılar. Müəllimlərim mənim üçün çox ça-
lışırdılar ki, yaxşı nəticə əldə edim”.
İxtisas seçiminə gəldikdə, İlkinin sözlərinə görə, bu
məsələdə valideynləri ilə yekdil qərar veriblər: “Tibb
Universitetinin müalicə fakültəsini seçmək qərarına
gəldik. Çünki orada həm yüksək səviyyəli, bəyəndiyim
müəllimlər çoxdur, həm də tələbə kontingenti mən arzu-
ladığım səviyyədədir”.
İlkin Məmmədzadə əziyyətinin hədər getməyəcəyinə,
gələcəkdə yüksək ixtisaslı həkim olacağına inanır.
Bu il qəbul imtahanlarında 700
bal toplayan abituriyentlərdən ikisi
Azərbaycan Tibb Universitetinin
tələbəsi olmağı seçib. Onlardan
biri də Nicat Qasımovdur.
İmtahanda ən yüksək nəticə
göstərən Nicat ATUnun müalicə
işi fakültəsinin tələbəsi olmağa
üstünlük verib.
Nicat 1997-ci ildə Ağsu şəhərində
anadan olub, rayondakı 1 saylı
orta məktəbin məzunudur. Deyir
ki, qəbul imtahanı o qədər də çətin
keçməyib: “Bir qədər həyəcanlı
idim. Buna baxmayaraq, 700 bal toplaya bildim və buna
çox sevinirəm”.
Nicat heç vaxt ilkin ali təhsilini xarici ölkədə almaq ar-
zusunda olmayıb: “Valideynlərimin hər ikisi həkim oldu-
ğundan, ixtisas seçimində elə də çətinliyim olmadı. On-
ların dəstəyi və öz həvəsimlə IV ixtisas qrupunu seçdim.
Keyfiyyətli tibbi təhsil almaq üçün ATU məni tam qane
edir. Əsas məqsədim beyin cərrahiyyəsi və ya kardiolo-
giya üzrə mütəxəssis olmaqdır”.
N.Qasımov gələcəkdə xarici ölkələrdən birində reziden-
tura təhsili ala biləcəyini istisna etmir.
İlkin Məmmədzadə: “Yüksək ixtisaslı
həkim olmağı arzulayıram”
Nicat Qasımov: «Əsas məqsədim beyin
cərrahiyyəsi və ya kardiologiya üzrə
mütəxəssis olmaqdır»
700 bal toplayan iki abituriyent
Azərbaycan Tibb Universitetini
seçib