TURA N-SA M * YIL: 2011 * CĠL T: 3 * SAYI : 10 * ĠLKBA HAR 20 11
TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ
ww w.turansam.org
22
(5)
B. VAHABZADƏ POEZĠYASI ZAMAN, POETĠK ĠNTELLEKT VƏ
YARADICI ĠDRAK FƏALLIĞI KONTEKSTĠNDƏ
AĢiqi MƏNSUR Məhəmmədəli oğlu
3
XÜLASƏ
M.M.AĢiqinin “B. Vahabzadə poeziyası zaman, intuitiv düĢüncə və yaradıcı idrak
fəallığı kontekstində” adlı məqaləsində xalq Ģairinin lirikası yeni aspektdən araĢdırılır.
Müəllif psixoloji təhlil nəticəsində belə bir qənaətə gəlir ki, B. Vahabzadə sosial -psixoloji
xüsusiyyətləri qəsdən, bilərəkdən ədəbiyyata gətirməklə onları ideoloji məramını ifa də
etmək vasitəsinə çevirir.
Zamanın xarakterini, insanın dəyiĢən həyatda keçirdiyi hiss və həyəcanları əks
etdirmək həm də sənətkardan zamanı duyub dərk etmə, onunla dialoqa girmə qabiliyyəti
– həyati əsası olan poetik intellekt və məqsədyönlü fəaliyyətə bağlı yaradıcı idrak
fəallığı tələb edir. BaĢqa sözlə desək, xarici aləmin yaradıcılıqla əks olunması, elmi -
fəlsəfi idrakla bədii düĢüncənin əlaqələrinin güclənməsi bütün zamanlarda təfəkkür
tərzinin, təxəyyül qüdrətinin əsasını təĢkil edir.
Ədəbiyyatda zaman baĢlanğıc və sonsuzluq anlamında mücərrəd bir anlayıĢ kimi
deyil, əbədi dünyanın, sonsuz zamanın bir payı və insanın onu necə yaĢaması
anlamındadır. Ona görə də sənətkar, “zamanın nəfəsini divarlarında duyur, addımını
yazı masasında hiss edir” (1, 20), “həyat yollarından ayaqları ilə deyil, əqidəsi ilə
keçdiyini” (2, c.2, 11) - ictimai mühitdə mövqe tutmaqla öz böyük missiyasını yerinə
yetirə bilməyin mümkünlüyünü bəyan edir.
Zamanla dialoq, zaman - insan iliĢkisini günün aktual problemi kimi canlandırıb
fəlsəfi-psixoloji səpgidə mənalandırmaq B.Vahabzadə poeziyasınin baĢlıca
xüsusiyyətlərindəndir. ġair “zamanın baĢ küçəsiylə addımladığını” (2, c.2, 417) dilə
gətirməklə onu öz içində hiss və dərk etdiyini, onunla mübarizə apara-apara yollaĢdığını
bəyan edir. Y. Qarayevə görə: “Bəxtiyar Ģeirində zamana maraq – xalqın mənəvi
əbədiyyətinə, mənəvi indisinə və keçmiĢinə olan maraq deməkdir. Zaman onu yalnız
xalqın tarixi taleyi ilə, xalqın mənəvi və əxlaqi həyat təcrübəsi ilə bağlılığı baxımından
düĢündürür və narahat edir. KeçmiĢi də, gələcəyi də Ģair məhz “Vətən tarixinin”
səhifələri kimi varaqlayır” (3, 7).
Həqiqətən də fəal həyat mövqeyi, sosial-psixoloji xüsusiyyətlərdən məqsədli
Ģəkildə istifadə etməklə onları öz vətəndaĢlıq məramını ifadə etmək vasitəsinə çevirmək
B.Vahabzadə yaradıcılığının pafosunu müəyyən edir. Məsələn, onun “Vətən var”
Ģeirinin lirik qəhrəmanı həyat və insan ömrü haqqındakı lirik-fəlsəfi düĢüncələri ilə öz
xarakerini Rudehen Azad Ġslam Universitetinin Elmi Heyətinin üzvü
bütün psixoloji gücü ilə zamanla üz-üzə qoya bilir, həyatının, varlığının,
keçirdiyi iztirabların mənasını və sirlərini öz düĢüncələrində əks etdirir..
Ġnsan, zaman, cəmiyyət haqqında Ģairin fərdi hiss və duyğuları getdikcə daha
çox ümumbəĢəri məna kəsb edir və beləliklə də zaman-insan iliĢkisini fəlsəfi-psixoloji
təhlil xüsusiyyəti onun yaradıcılığında özünəməxsus cəhət kimi formalaĢır. Bu
baxımdan “Ömür” Ģeirində lirik qəhrəmanın psixoloji özünüifadəsi təsirsiz ötüĢmür:
YaĢamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
ġam əgər yanmırsa, yaĢamır demək
Onun yaĢamağı yanmağındadır.
3 AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq Ġnstitutunun dissertantı, Bakü/AZERBAYCAN.
TURA N-SA M * YIL: 2011 * CĠL T: 3 * SAYI : 10 * ĠLKBA HAR 20 11
TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ
ww w.turansam.org
23
Həyati müĢahidələrin, təfərrüat və təəssüratların doğurduğu hiss və həyəcanları
fikir və düĢüncələri ilə üzvi vəhdətdə təqdim edən Ģair bu Ģeirində insanlıq naminə
yanmağı nəzərdə tutur, istər onun öz Vətənində, istərsə də Yer üzündə əmin-amanlığın,
xoĢbəxtliyin mənəvi ucalığa aparan yoldan keçdiyini vurğulayır. Odur ki, Ģeirdə
obyektiv məkanla bədii məkan, obyektiv zamanla bədii zaman arasındakı fər qlər sanki
itir, psixoloji-emosional ovqat o dərəcədə ictimailəĢir ki, bəĢəriləĢir.
ġairin bu yaradıcılıq keyfiyyəti haqqında xüsusi bəhs edən tədqiqatçı “Tənhalıq”
Ģeirini təhlil edərək belə bir qənaətə gəlir: “Tənhalıq” Ģeirində bu ürəksıxıcı ovqatın
insanın qəlbində doğurduğu kədər və iztirabı psixoloji -emosional dəqiqliklə təsvir edən
Ģair kainatda baĢ verən hadisələrin, ahəngdarlığın bütün xilqətlərin qarĢılıqlı təması,
ünsiyyət və vəhdəti üzərində bərqərar olması barədə düĢüncələrini müxtəlif təbiət
hadisələrinin poetik yozumu vasitəsilə ümumiləĢdirir” (4, 13). Xalq, Vətən taleyi ilə
bağlı mövzu və problemlərin izlənməsi, get-gedə psixoloji dərinliklərə enmə, eyni
zamanda, Ģairin təĢəbbüskarlıq – baĢqası tərəfdən məcbur edilmədən iĢə baĢlamaq və
iĢdə yaradıcılıq göstərmək; qətiyyət - vaxtında əsaslandırılmıĢ və davamlı qərar qəbul
etmək; təkidlilik – məqsədi daim izləmək, məqsədə nail olmaq yollarında təsadüf edilən
çətinlik və maneələrlə inadlı mübarizə aparmaq kimi bacarıq və keyfiyyətlərini üzə
çıxarır. Onun “Haqq-ədalət gucdəmidir? Zorun, gücün var deyə sənə qul olmalıyam?”
(2, c.2, 375) - bədii sualı xeyirlə Ģər, haqla zorakılıq, hürriyyətlə əsarət, demokratik
ideyalarla total niyyətlər arasında gedən mücadilənin mahiyyətini ifadə edən, milli
azadlıq uğrunda mübarizəyə səsləyən bir mühakimə və çağırıĢ kimi bütün yaradıcılığı
boyu rəngarəng formalarda səslənir. Xüsusən də psixoloji-emosional təsvir üslubunda
yazılmıĢ “Gülüstan” poemasında Azərbaycan xalqının baĢına gətirilmiĢ faciənin
miqyası, parçalanmıĢ, azadlığı əlindən alınmıĢ xalqın acı taleyi Ģairin keçirdiyi dərin
hiss və həyəcanları vasitəsilə qələmə alınır. Buradakı lirik “mən”, eyni zamanda, xalqın
uzun illər yığılıb qalmıĢ hiss və həyəcanlarını, arzu və iradəsini ifadə etdiyinə görə
bitkin və ümimi bir obrazdır. Bu baxımdan, əsərdə lirik qəhrəmanın tarixi faciəyə
münasibəti müəyyənləĢdirici vəzifə yerinə yetirir: xalqın “Gülüstan” müqaviləsinə
münasibəti birmənalı olaraq dözülməzdir, bu mənhus müqavilə lənətlənir. Eyni zamanda
müəllif hadisəyə qeyri – bu faciəni törədən tərəflərin münasibətlərini də kənarda
qoymur. Beləliklə, bədii konflikt, əslində, eyni hadisəyə bir-birinə kəskin surətdə zidd
olan baxıĢ, mövqe və münasibətdən doğan psixoloji konflikt kimi elə əsərin əvvəlindən
təzahür edir. Poemada mövqenin hadisəyə qiymət, zaman-məkan xarakteristikası,
ideoloji, psixoloji planlarını əhatə eydiyini görürük.
Ġpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaĢca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı (5, c.1, 532)
Yaxud:
ƏyləĢib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir
gah sola,
baxır gah sağa,
BaĢını yellədib təsbeh çevirir (5, c.1, 532)
Burada çar Rusiyasını təmsil edən “eynəkli cənab”, fars hakimiyyətini təmsil
edən “topsaqqal ağa” surətlərinin psixoloji təsvir-təqdimi müəllifin hadisəyə baxıĢı,
münasibəti ilə bağlıdır. ġair tarixi faciəni canlandırmaq üçün bu faciəyə səbəb olan
müstəmləkəçilik siyasətinin daĢıyıcılarını - Ģəxsiyyətləri öyrənmiĢ, onların daxili
psixoloji aləmini ümumiləĢdirərək əks etdirmiĢdir. Eyni zamanda, Ģair tarixi faktları
mənəvi-psixoloji amillərlə üzvi surətdə birləĢdirməklə ayrı-ayrı adamların deyil, bütöv
bir dövrün xarakterini və bölünməyə məhkum edilmiĢ Vətənin, millətin acı taleyini
səciyyələndirməyə nail olur. Eynəkli, “dodağı altından gülümsəyərək kağıza həvəslə qol
TURA N-SA M * YIL: 2011 * CĠL T: 3 * SAYI : 10 * ĠLKBA HAR 20 11
TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ
ww w.turansam.org
24
atır”: Bu gülüĢ qalib psixoloji durumda əhval-ruhiyyəni niĢan verən və böyük bir xalqı
ağır psixoloji duruma gətirən bir gülüĢdür:
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə,
O güldü haqq üçün daim çırpınan
Bir xalqın tarixi faciəsinə. (5, c.1, 532)
“Gah sağa, gah da sola baxıb, təsbeh çevirə-çevirə baĢını yellədən» Topsaqqal
isə Eynəklidən fərqli olaraq narahatdır, döyüĢdə özünü uduzmuĢ hesab edir, “qoyulan
Ģərtlərlə razılaĢıb” müahidəyə qol çəkmək məcburiyyətindədir. Beləliklə, iki yad tərəf
bir xalqı qılınc tək yarıya bölür, “böyük bir elin matəmi baĢlanır”. Göründüyü kimi, Ģair
tarixi faciəni obyektivcəsinə təsvir etməklə kifayətlənmir, həm də psixoloji portretləri
dəqiq və canlı Ģəkildə verilmiĢ dolğun obrazlar yaradır. Diqqəti gah hadisələrin təsvirinə
yönəltməklə, gah da qəlbində tüğyan edən hiss və duyğuları qələmə almaqla tarixi
faciənin doğurduğu psixoloji sarsıntıları üzə çıxarır.
B.Vahabzadə faciədən doğan psixoloji gərginliyin miqyasını ifadə etmək üçün
tarixi bu günün gözüylə mühakimə edir, baiskarlara qarĢı qəzəb və nifrətini bədii -
psixoloji təsvir vasitələrindən istifadə yolu ilə ifadə edir. Göstərir ki, vahid bir xalqın,
məmləkətin iki yerə bölünməsini hər bir Vətən oğlu özünə təhqir hesab etməlidi, bu
təhqirə dözməməlidi. ġərəf, Ģan, yurd, torpaq - qeyrət məsələsidi, bizə babalardan
əmanətdi. ġair bu kimi ifadələri milli oxucuya psixoloji təsir məqsədilə, qəsdən iĢlədir.
Çünki Aaərbaycan xalqının milli-mənəvi təfəkküründə, psixologiyasında qeyrət yolunda
ölümə gedərlər, əmanətə xəyanət yoxdur - onu qoruyub saxlamaq lazımdır!
B.Vahabzadənin digər bir sıra Ģeirləri də milli psixologiyanın tarixə müqavimət
göstəricisinin parlaq nümunələridir. Həmin əsərlərində də imperiyapərəstlərə,
qəsbkarlara və milli satqınlara qəzəb hissi Ģairin iç dünyasını psixoloji cəhətdən açmağa
yardımçı olur. Bu baxımdan «Vətəndən-Vətənə» Ģeirindəki psixoloji ovqat oxucuya da
təsirsiz ötüĢmür. ġeirdə qardaĢın qardaĢla görüĢə bilməməsi Ģairin qəlbində çox qərib
duyğular oyadır və bu duyğular ötəri deyil, Ģairin bu Ģeirdən əvvəlki əsərlərində olduğu
kimi, sonrakı Ģerlərində də cövlan edir:
Ġki qardaĢ görüĢməkçün
Qürbətəmi gəlməli?
Bu sorğuya hönkür-hönkür ağlamalı,
Qəhqəhəylə gülməli! (6, c.4, 436)
ġairin “ġəhriyara”, “Səhəndə məktub”, “Bakıyla Təbrizin arasındayam”,
“Biz Vətənçin doğulduq”, “Çörək-Vətən”, “Vüsalda hicran”, “Qürbətdə görüĢ”,
“Tarixin qanunu”, “Gözəl sözlər” və s. kimi Ģerlərində ifadə edilən vətəndaĢlıq
duyğuları da emosional-psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. ġair: “Hələ
görməmiĢik, Azərbaycanın Bir yerdə, biz bütöv xəritəsini...” (2, c.2, 256), “Məftilli
çəpərlər sinəmdən keçir Bakıyla Təbrizin arasındayam” (2, c.2, 554), “Vətən ölər,
Vətənçin ölməyi bacarmasaq” (7, 12) - kimi sərrast misraları ilə yaralı Vətənin ovqatını,
arzu və amalını dəqiq ifadə edir.
B.Vahabzadəni “insanı insan edən daxili dünyamız”, mənəvi tələblər,
ehtiyaclar, “dünyanın ən gözəl dillərindən birini yaradan, son dərəcə zəngin folklora və
musiqiyə malik olan xalqın son illərdə öz mənəvi dünyasına – dilinə, ədəbiyyatına,
musiqisinə biganəliyi, insani hisslərin, Ģəfqət duyğusunun korĢalması, hər kəsin yalnız
özünü düĢünməyə baĢlaması, mənəmliyin, xudbinliyin əsas keyfiyyətə çevrilməsi”
problemləri düĢündürüb narahat edir. “Ana dili”, “Oğluma” kimi Ģeirlərində göstərir ki,
dilimizə biganəliyimiz, ilk növbədə tariximizə, tarixi mədəniyyətimizə, istiqlal
arzularımıza zidd, imperiyapərəst qüvvələr üçün isə faydalıdır. Vətən yalnız torpaq
deyil, Vətən – hər Ģeydən əvvəl mənəvi keyfiyyətləri ilə - bu torpağın üstündə yaĢayan
xalqın dili, tarixi, mədəniyyəti, adət-ənənəsi, bir sözlə ruhu və psixologiyası ilə
Vətəndir, onları qoruyub gələcək nəsillərə çatdırmaq ümumi iĢimizin tərkib hissəsi
olmalıdır.
TURA N-SA M * YIL: 2011 * CĠL T: 3 * SAYI : 10 * ĠLKBA HAR 20 11
TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ
ww w.turansam.org
25
Dünyanı düĢünən vətəndaĢ-Ģairin zamanla barıĢmaz dialoqu bəĢəriyyətin taleyi
üçün narahatlıq duyğuları üzərində qurulur. BaĢqa sözlə desək, həyati müĢahidə və
təəssüratlardan doğan daxili-psixoloji yaĢantıları– hiss, həyəcan və iztirabları əsərlərinin
psixoloji təməlini müəyyən edir. Məsələn, “Ġyirminci əsr” Ģeirində “qoca dünyanın yeni
sakinlərinin” hiss və düĢüncələri lirik qəhrəmanda cəmlənib ümumiləĢdirilərək ifadə
edilir. ġair bu əsri ağıl, güc, əsəb, həyəcan əsri kimi qələmə verilir. Hiss edir ki, kəĢf
olunan atom, hidrogen silahları yalnız bir xalqın, məmləkətin deyil, bütün dünyanın
fəlakətinə səbəb ola bilər. “BaĢ” Ģeirində isə Ģair elmi-texniki inqilabın nailiyyətlərindən
hesab edilən insanın bədən üzvü kimi baĢın transplantasiyası hadisəsinə poetik
münasibətini bildirib, təbiətin ahəngini pozmamağa çağırır.
ġairin bədii qənaətinə görə insanın taleyi ilə bağlı yaxĢı və pis cəhətlər,
təhlükələr indi daha çox dünyəvi xarakter daĢıyır. Yəni insan bir fərd olaraq daxilən
azad olmaq və öz taleyini seçmək istəyində israrlı olsa da, qlobal hadisələr və
problemlər buna imkan vermir, onu öz hökmü, təsiri altında saxlayır. Ona görə də Ģair
qəlbi “zamanın əlindən qəmlər yeyir. Lakin o, ruhən güclüdür, əqidəsi yolunda
mübarizə aparmaqdan usanmır, “duyğuları ruzgar kimi aĢıb-daĢır”, “diləyi, fikri iĢdən
iĢə calanır”, bu fəallığının səbəbi isə sabaha inamıdır. ġairin poetik anlamında yer
üzündə sevinc də, kədər də insan tərəfindən yaradılır, ümid yenə də insanadır. O, öz
inancına baĢqalarını da inandırmaq üçün predmetin fəlsəfi-psixoloji mahiyyətinə
enməyi, hadisə arxasında gizlənən sosial məzmunu göstərməyi üstün tutur. Psixoloji
ovqat və düĢüncə B.Vahabzadə Ģeirində fəlsəfi bir ümumiləĢdirmənin vahidləri kimi
çıxıĢ edir. Psixoloji təsir gücünə malik mənalı sonluq hər bir əsəri üçün səciyyəvi
xüsusiyyətə çevrilir.
Bununla belə, zamanla, mühitlə mübarizədə Ģair özündən narazıdır, belə hesab
edir ki, olub-keçənləri bilsə də, bir an sonra nə baĢ verəcəyini kəsdirməkdə zəkasının,
intuitiv düĢüncəsinin gücü çatmır:
Min il əvvəl olanları bilsəm də mən,
Bir an sonra olacağı bilməyirəm.
O bir anın qarĢısında baĢ əyirəm. (2, c.2, 46)
ġairin bu etirafı onun poetik intellektinə kölgə salmır, insanın dünyanı və
zamanı dərk imkanlarını Ģübhə altına almır, əksinə, insan Ģüurunun inkiĢafının ictimai -
tarixi inkiĢaf qanununa tabe olması, bir psixi proses kimi təxəyyülün formalaĢması
haqqındakı elmi qənaətləri təsdiq edir. Eyni zamanda, Ģair ona yaxĢı əmindir ki, dünya
nə qədər fırlansa da, zaman onun məsləkini dəyiĢə bilməyəcək.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
DəyiĢməzdir əqidəm, çox da dünya fırlanır (8, c.5, 207)
ġair demək istəyir ki, insan xarakterinin möhkəmliyi bilavasitə onun əqidəsi
ilə bağlıdır, Ģəxsiyyətin ətraf mühitə ən Ģüurlu münasibətləri əqidə əsasında yaranan
münasibətlərdir. Bəs Ģair sevə-sevə tərənnüm etdiyi Xarakterin qüvvə və səbatlılığının
mənbəyini nədə görür, onun nəzərində hansı Əqidə “fırlanan dünyada” dəyiĢməz qala
bilər? Oxucu bu sualın cavabını da Ģairin özündən, onun yaradıcılığından alır:
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəĢə tutuĢdum, min atəĢə yanmadım.
Bütlər gəldi və getdi, birinə inanmadım,
Niyə inanmalıyam, axı, dünya fırlanır (8, c.5, 206)
-beləcə, Ģair yenə də idrakın gücünə, insanın özünü və dünyanı dərketmə
imkanlarına istinad edir, onun qələbəsini alqıĢlayır.
Ġdrak üçün hərdən dala boylansa da insan,
Yüksəlmək üçün daima idrak önə möhtac (7, 165 )
B.Vahabzadə “Sadə adamlar”, “Ġztirabın sonu”, “Etiraf”, “Həyat – ölüm”,
“AtılmıĢlar”, “Ləyaqət”, “Qiymət” və s. kimi poemalarında da insanın daxili, mənəvi -
TURA N-SA M * YIL: 2011 * CĠL T: 3 * SAYI : 10 * ĠLKBA HAR 20 11
TURAN STRATEJĠK ARAġTIRMALARI MERKEZĠ DERGĠSĠ
ww w.turansam.org
26
əxlaqi aləmi, onun ictimai gerçəkliklə təmasda dəyiĢməsi, mənəvi axtarıĢları və
kamilləĢməsi problemlərini qoyur. Bu əsərlərdə hadisələrin ailə-məiĢət, yaxud myəyyən
bir əmək fəaliyyəti çərçivəsində baĢ verməsindən asılı olmayaraq, istər insanın mənəvi
tənəzzülündə, istərsə də mənən ucalmasında cəmiyyətdəki mühitin, mənəvi -əxlaqi ab-
havanın həlledici təsiri qabarıq göstərilir.
Əsrin 80-ci illərində, Sovetlər Ġttifaqının tənəzzülü ərəfəsində
Azərbaycanda milli müstəqillik və demokratiya uğrunda mübarizə hərəkatı baĢlandı və
Azərbaycan xalqı 1991-ci ildə, ikinci dəfə öz istiqlaliyyətini qazana bildi. Lakin o, eyni
zamanda erməni təcavüzünə qarĢı mübarizə aparmaq məcburiyyəti ilə üzləĢdi.
Ġstər milli-azadlıq hərəkatında, istərsə də təcavüzə qarĢı mübarizədə ilk səsini
qaldıran istiqlal Ģairlərimizdən biri B.Vahabzadə oldu. O, hadisələrin kökünə istinad
etməklə millətlərarası münasibətlərin psixoloji və məntiqi təhlilini verir, ictimai -siyasi
səbəblərini açırdı. Bu baxımdan “ġəhidlər” poeması xüsusilə səciyyəvidir. Bu əsər hələ
Ģəhidlərin qanı qurumadığı günlərdə birnəfəsə yazılmıĢdı, Ģair qəlbinin üsyan səsi idi,
dili, üslubu da bu qayəyə xidmət edən iti və coĢğun hərəkətin impulsiv xarakter
daĢıdığını göstərirdi.
Poemada yalnız konkret bir hadisənin –qanlı Yanvar qırğınının təsviri əsas
yaradıcılıq məqsədi kimi qarĢıya qoyulmur, əslində, Ģair həmin hadisənin və faktın
doğurduğu qüvvətli hisslərin – affektlərin təsiri altında illər uzunu qəlbində və Ģüurunda
yığılıb qalmıĢ hiss və fikirləri, dərin kök salmıĢ milli iztirabları, ağrılı həqiqətləri ifadə
edir. Bu baxımdan, poemanı B.Vahabzadənin hələ 60-cı illərdə qələmə aldığı bir çox
Ģerlərinin, xüsusilə, məĢhur «Gülüstan» poemasının bir növ yeni bir Ģəkildə və
məzmunda davamı hesab etmək mümkündür.
Qarabağ uğrunda müharibə illərində B.Vahabzadə bütün səylərini milli
dövlətçiliyin qüvvətləndirilməsinə yönəltmiĢ, bu məqsədlə milli özünüdərk baxımından
mühüm əhəmiyyət kəsb edən, Azərbaycanın müasir dövlətçiliyinin taleyi ilə, yeni
müstəqil türk dövlətlərinin bu günü ilə səsləĢən yeni-yeni əsərlərini yazmıĢdır.
ƏDƏBĠYYAT
1. Araz M. Bir ömür yolunda. / “Ulduz” jurnalı, 1983, № 1
2. Vahabzadə B. Əsərləri. II cild. Bakı: Azərbaycan, 2002
3. Qarayev Y. DüĢündürən poeziya. /Vahabzadə B. Əsərləri. IV cild. Bakı:
ÇaĢıoğlu, 2002
4. Bağırov A. Azərbaycanın Bəxtiyarı. /Bəxtiyar Vahabzadə. Bakı: AzərnəĢr,
199
5. Vahabzadə B. Əsərləri. I cild. Bakı: Azərbaycan, 2001
6. Vahabzadə B. Əsərləri. IV cild. Bakı: ÇaĢıoğlu, 2002, , 2002
7. Vahabzadə B. VətəndaĢ.Bakı: Gənclik, 1994
8
. Vahabzadə B. Əsərləri. V cild. Bakı: ÇaĢıoğlu, 2002
Dostları ilə paylaş: |