118
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2012
UOT 94 (479.24)
SƏFƏVİLƏR DÖVRÜNDƏ DÖVLƏT BÜDCƏSİNİN MƏXARİCİ
N.M.SÜLEYMANOV
Az
ərbaycan Dövlət İqtisad Universiteti
suleymanovnizami@mail.ru
M
əqalədə Səfəvi dövlətinin mərkəzi və yerli idarə orqanlarında işləyənləri, ordunun
müxt
əlif rütbəli hərbçilərini maddi cəhətdən təmin etmək üçün lazım olan külli miqdarda
maliyy
ə vəsaitinin müxtəlif qaynaqlardan vergilər, rüsumlar şəklində toplanaraq Divan əl-
m
əmalikin maliyyə idarəsində qeydiyyata alındıqdan sonra sərf edilməsi, mərkəzi və yerli
m
əmurların, hərbçilərin məvaciblərinin miqdarı və ödənmə qaydaları dövrü mənbələr və
s
əyyah gündəlikləri əsasında araşdırılmışdır.
Açar sözl
ər: səfəvi, idarə orqanları, ordu. hərbçilər, məmurlar, maliyyə, vergilər,
rüsumlar, m
ənbələr, məvacib
S
əfəvi dövlətinin mərkəzi və yerli idarə orqanlarında işləyən məmurlar
v
əzifə dərəcələri üzrə büdcədən, yaxud onunla bağlı olan müxtəlif qaynaqlar-
dan maliyy
ələşdirilirdilər. Qulluq adamları soyurqal, tiyul, həmesale, yeksale
v
ə ulkalardan xidmət müqabilində müxtəlif formada təmin olunurdular.
Qulluqda olan m
əmur ona verilmiş tiyuldan fərmanda nəzərdə tutulan qərara
uyğun olaraq məvacibini birbaşa mahaldakı təhsuldardan alırdı. Eyni zamanda
b
əzi qulluq adamları məvacibini büdcədən alırdılar. Hər iki halda onlara məva-
cibl
ərinin həddi göstərilməklə illik barat (qəbz) verilirdi. Onlar məvacibi hə-
min barat
əsasında alırdılar. Mürəkkəb idarə strukturuna malik olan dövlətin
m
əmurlarının təminatı ilə bağlı məsələlər haqqında Şardenin «Səyahətna-
m
ə»sində, Mirzə Rəfia və Mirzə Səmianın əsərlərində daha ətraflı məlumat
verilmişdir [1, 2]. Qeyd olunan müəlliflərin əsərlərindəki faktiki materialların
müqayis
əli təhlilini aparmadan dövlətin mülki-inzibati, hərbi strukturlarında
çalışan qulluqçuların maddi təminatları haqqında aydın təsəvvür əldə etmək
mümkün deyildir.
S
əfəvi imperatorluğunun dövlət idarəetmə orqanlarının məmurlarını,
ordunun müxt
əlif rütbəli hərbçilərini maddi cəhətdən təmin etmək üçün lazım
olan külli miqdarda maliyy
ə vəsaiti müxtəlif qaynaqlardan vergilər, rüsumlar
şəklində toplanılır və divan əl-məmalikin maliyyə idarəsində qeydiyyata alın-
dıqdan sonra sərf edilirdi. Divan üçün yığılan torpaq və başqa vergilər
119
qeydiyata alındıqdan sonra məmurlara tiyul kimi verilirdi. Vəzifəyə əlavə
olaraq şahın fərmanı ilə ömürlük və ya müvəqqəti verilmiş tiyul tiyuldar
v
əzifədən çıxarıldıqda, başqa işə keçdikdə və ya öldükdə geri alınaraq
başqasına verilirdi. Digər tərəfdən, şah istədiyi vaxt tiyuldarı bu hüquqdan
m
əhrum edə bilərdi. Həm də tiyul sahiblərinin tiyulu satmaq, bağışlamaq hü-
ququ yox idi, yeni şah hakimiyyətə gəldikdə isə onun fərmanı ilə tiyuldarların
tiyullar üz
ərindəki sahiblik və məvacib almaq hüquqları yenidən təsdiq olun-
malı idi [3, 162; 4, 45-46]. Faktiki olaraq tiyul vəzifəyə təhkim olunmaqla,
m
əmura onun gəlirindən xidmət dövrü üçün məvacib almaq hüququ verirdi.
Yüks
ək rütbəli məmurlara verilən tiyul torpaqlarının sahəsi onlara təyin
olunan m
əvaciblə müəyyən edilirdi. Tiyulundan məvacib almaq səlahiyyəti
olan m
əmurun məvacibindən kəsir qalardısa, ona əlavə torpaq sahəsi verilir və
yaxud çox olduqda artığını dövlətə qaytarırdı.
Kiçik rütb
əli məmurlara və hərbçilərə verilən tiyulların gəliri xassə
d
əftərxanasında, yaxud da məmalik dəftərxanasında qeydiyyata alınmaqla,
x
əzinəyə daxil olur və onların məvacibləri buradan pulla ödənilirdi.
Dövl
ət torpaqlarını idarə edən vilayət və mahal hakimlərinə də tiyullar
verilirdi. Vilay
ət və mahallardan gələn gəlirin bir hissəsini yerli hakimlər öz
şəxsi xərclərinə, digər hissəsini isə yerlərdəki qoşunun məmur və xidmət-
çil
ərinin saxlanılmasına sərf edirdilər.
Tiyuldan
əldə olunan gəlirin digər hissəsi yerli hakimin ixtiyarına
verilirdi v
ə bu məbləğ üzərində sərəncam vermək onun səlahiyyətində idi.
Əyalət hakimləri həmin gəlirin bir hissəsini yerli idarəçilik orqanlarının maddi
t
ələbatının ödənilməsinə xərcləyirdilər və bu da dövlət büdcəsini həmin işlərə
v
əsait ayırmaqdan azad edirdi.
Tiyuldarlar sahib olduqları tiyul daxilində ölkədəki mövcud qanunları
pozmadan ist
ədikləri qərarı (ağır cəza istisna olmaqla) qəbul etmək hüququna
malik idil
ər. Tiyulu tiyuldar özünün şəxsi əmlakı hesab edirdi, tiyulun idarə
olunmasında və rəiyyətlə rəftarda sərbəst idi.
Əyalətlərə təyin edilmiş hakimlər əyalət tərkibindəki şəhərlərin də
hakimi hesab olunurdular. H
əmin şəhərlərdən gələn gəlirlər də onlara çatırdı.
Əyalətin hakimi olan xan həmin gəlirin müqabilində 2 min hərbi qüvvə
saxlamalı, öz sarayında işləyən qulluqçuları maaşla və ərzaqla təmin etməli,
onlar üçün n
əzərdə tutulan digər xərcləri ödəməli idi.
Tavernyey
ə görə, əyalətin ərazisinə daxil olan digər şəhərlər, qəsəbələr,
ya
şayış məntəqələri də əyalət hakiminə və xanlara ulka şəklində verilirdi ki, hə-
min m
əntəqələrdən vergi yığmaq hüququ da hakimə məxsus idi [5, 594-595].
Köç
əri və yarımköçəri tayfalara dolanışıqları üçün verilən yaylaq, qışlaq,
əkin yeri, bütöv mahallar tayfa əmirləri tərəfindən idarə olunurdu. Ancaq
əmirlərə bu torpaqları alıb-satmaq hüququ verilmirdi. Dolanışıq üçün verilmiş
bu torpaqlar ulka (ölk
ə) adlanırdı. Ulka daxilində mövcud olan idarəçilik or-
qan
larının bütün məmurlarının təminatı ulkadan toplanılmış vergilər və gə-
lirl
ər hesabına ödənilirdi. Ulkadan əldə edilən gəlir ulka sahibinə çatır, ondan
120
vergi v
ə digər mükəlləfiyyətlər alınmırdı. I Şah Abbasın bu barədə 1587-ci
ild
ə Səfi Əhməd Şeyx Çobanlının Müğanda olan ulkası haqqında verdiyi
f
ərmanda deyilirdi: “Hakimlər, tiyuldarlar, daruqələr, kələntərlər və divanın
m
əmurları adı çəkilən ulkadan heç bir vergi almasınlar» [6, sənəd №14, 155].
M
ənbələrlə tanışlıq göstərir ki, dövlət torpaqlarına daxil olan vilayətlər,
əyalətlər, şəhərlər və digər yaşayış məntəqələri böyük miqdarda illik gəlir əldə
edirdil
ər. Onun bir hissəsi mərkəzləşdirilmiş qaydada vergilər şəklində dövlət
büdc
əsinə daxil olur, digər hissəsi əyalət hakimlərinin və digər vəzifə
sahibl
ərinin sərəncamında qalırdı. Engelbert Kempferin qeyd etdiyi kimi, xan
başçılıq etdiyi vilayətin vergiləri hesabına yerli məmurları, vilayət ərazisindəki
dövl
ət qoşununu və öz alayının əsgərlərini təmin edirdi. Kempferə görə, şahın
göst
ərişi ilə xan bəzən başqa bölgədə yerləşən sərbazlara da muzd verirdi.
Dövl
ətin ən böyük vilayətlərindən biri olan Azərbaycan hakiminin illik gəliri
30 min tüm
ən, İrəvan xanının illik gəliri 20 min tümən, Qarabağ hakiminin
g
əliri 28.614 tümən və Şirvan hakiminin illik gəliri 35.542 tümən idi.
E.Kempfer vilay
ət hakimləri olan xanların illik gəlirlərinin 7-8 min tümənə
q
ədər olduğunu qeyd etmişdir [7, 160-161].
Əyalətin gəlirlərinin əsasını təşkil edən qaynaqlar hakimlər tərəfindən
daimi n
əzarətdə saxlanılır və onların qeydiyyatı aparılırdı. Onlar vergi yığanla-
rı özləri təyin edir və vergilərin miqdarını sərbəst surətdə müəyyənləşdirir-
dil
ər. Vergi toplamazdan əvvəl əyalətdə yaşayan kişilərin sayı müəyyən edilir,
atların, öküzlərin, inəklərin, camışların, eşşəklərin, ev quşlarının, üzümlüklə-
rin, d
əyirmanların və sənətkarlıq təşkilatlarının siyahısı tərtib olunaraq vergilər
mü
əyyənləşdirilir və divan dəftərində qeydə alınırdı. Əyalət hakimlərinin
maliyy
ə fəaliyyəti daimi olaraq mərkəzi maliyyə idarələrinin nəzarətində idi.
Əyalətin gəlirinin əsas mənbələri divanın xüsusi reyestrində (dəftərində) qeydə
alınırdı. Əyalətin büdcəsində cəmlənmiş maliyyə vəsaiti xərclərinin əsas
göst
əriciləri və təyinatı divani-məmalik tərəfindən müəyyənləşdirilirdi ki,
əyalət hakimləri büdcə vəsaitini xərcləyərkən bu göstərişə əməl etməli idilər.
Bel
əliklə, dövlət torpaqlarına daxil olan əyalətlərdən, vilayətlərdən, şə-
h
ərlərdən və digər yaşayış məntəqələrindən yığılan vergilər nəticəsində əldə
olunmuş gəlir əyalətlərin büdcəsinə daxil olur və həmin vəsaitdən şahın xeyrinə
vergi (rüsum) tutulduqdan sonra, yerd
ə qalan vəsaitin bir hissəsi mərkəzi dövlət
aparatında işləyən məmurlara divandan alınmış barat müqabilində maaş kimi
verilir, yerli idar
əçilik orqanlarında işləyən məmurlara rəsm əl-vəzarə, rəsm əl-
mustoufi, r
əsmi-daruqə, rəsmi-kələntəri şəklində ödənilirdi. Yerdə qalan vəsait
əyalətdə olan ordunun saxlanmasına, yerli hakimlərin xərclərinin ödənilməsinə,
əyalətlərin, şəhərlərin, qəsəbələrin abadlaşdırılmasına sərf olunurdu.
Baş vəzir. Şarden «Səyahətnamə» əsərində Səfəvi dövlətinin maliyyə
sistemi haqqında məlumat verərək yazırdı ki, baş vəzirin illik maaşı 863
tüm
əndir. Sanson isə baş vəzirin gəlirinin Fransa pulu ilə 540 min livr (12 min
tüm
ən) olduğunu yazmışdır [8, 44]. Ancaq Mirzə Səmia yazır ki, baş vəzirə
dövl
ət büdcəsindən nağd məvacib müəyyən olunmamışdı. Onun illik məvacibi
121
mahallardan yığılan rəsm əl-vüzarə, digər rüsumlar və həmesale ənamları
hesabına müəyyənləşdirilirdi. Müəllif baş vəzirin maliyyə qaynaqları haqqında
yazır ki, mahallardan 803 tümən 3000 dinardan bir az artıq rəsm əl-vüzarə adlı
nağd pul vergisi yığılır və ona verilirdi. Ancaq bu məbləğdən 7 tümən 1000
dinarının yarısı məhsulla ödənilirdi. Eyni zamanda həqq ül-qərara görə
icar
ələrdən 500 dinar, tiyullardan 330 dinar, həmesalelərdən 220 dinar, əmirlə-
rin v
ə istefada olan təqaüdçülərin ənamlarından, soyurqal məvaciblərindən 714
di
nar da baş vəzirə çatırdı [1, 52-53].
Mirz
ə Rəfia isə yazır ki, baş vəzirə xəzinədən qələm, mürəkkəb, xüsusi
paltar verilir v
ə novruz bayramında 1000 ədəd əşrəfi və 12 baş atla təmin
edilirdi. Mirz
ə Rəfia sonra göstərir ki, faktiki olaraq o, tutduğu vəzifəyə görə
m
əvaciblə deyil, xüsusi cirə və rəsm əl-vüzarə aldı rüsumla maliyyələşdirilir,
h
əm də qərara əsasən ənam alırdı [2, 77-78].
S
ədr. Şarden ali ruhani idarəsinin başçısı olan Sədr-ammə və onun naibi
olan S
ədr-xassənin təminatı ilə bağlı məlumatlarında onların hər birinin
qazancının 1000 tümən olduğunu göstərmişdir. Səyyaha görə, onların gəlirləri
6000 ekü idi [9, 1343]. Mirz
ə Səmia isə sədrlərin təminatı haqqında yazır ki,
soyurqallardan, b
əzi mahalların vəqf əmlakına nəzarət və tovliyyət (qəy-
yumlu
q) haqqı olaraq bu əmlakın gəlirlərinin onda biri onlara verilirdi. Müəllif
Mirz
ə Əbutalıb adlı şəxsin sədr vəzifəsində çalışdığı zaman 1360 tümən
m
əvacib aldığını və qərarla həmesale sahibi də olduğunu qeyd etmişdir [1, 53].
Mirz
ə Rəfia yazır ki, Sədr-xassə və ammənin kifayət qədər geniş hüquq
v
ə səlahiyyəti vardır. Onlar hətta pişnamazların, xətiblərin, müəzzinlərin,
q
əssalların, qəbirqazanların işlərinə nəzarət edir, cinayət hadisələrindən bədən
yaralama, diş sındırma və buna uyğun məsələlərə də baxırdılar. Sədr-xassə
şənbə, yekşənbə və sədr-məmalek (ammə) isə çaharşənbə, pəncşənbə günləri
yüks
ək məqamlı divanbəyi ilə sarayda müəyyən məsələlərə baxırdılar.
Soyurqalların üşurunun (onda birinin) yarısını və bəzi vəqf edənlərin şərtlərinə
müvafiq olaraq müt
əvəllilik və nəzarət haqqı da alırdılar. Sədr-xassə Mirzə
Əbutalıbdan başqa heç bir kimsə yaşayışına yardım adı ilə əhalidən pul
almamışdı. Mirzə Səmia kimi Mirzə Rəfa da yazır ki, sədr-xassə Mirzə
Əbutalıb 1360 tümən maaş alırdı [2, 64-68].
Müt
əvəlli. Mirzə Rəfia yazır ki, Məşhəddəki imam Rza məqbərəsinə
müt
əvəlli başçılıq edirdi. Bu məqbərənin gəlirləri vəqf mahalından və imperi-
ya
nın başqa bölgələrindən toplanılırdı. Məqbərənin illik gəliri ölkənin uzaq vi-
lay
ət və mahallarından, Hindistandan gələn nəzirlərdən başqa təxminən 14000
xalvar cins mal v
ə 3000 tümən nağd pula çatırdı. Ümumi gəlirin üşuru (onda
biri) müt
əvəllinin haqqı idi. Şahlar tərəfindən hər il 300 tümən məbləğində
nağd və 300 man sarı mum, kafur, xeyli ənbər və bir ədəd qiymətli xalı isə
ədalət naminə mütəvəlliyə və yaxud onun naibinə göndərilirdi. Keçmiş Səfəvi
hökmdarları dövründə mollabaşı vəzifəsi olmamışdır. Lakin Şah Sultan
Hüseynin hakimiyy
əti zamanı bu bir vəzifə olaraq Məhəmməd Bağır adlı
şəxsə tapşırılmışdır. Xeyirxahlıq məqsədi ilə toplanmış pullar ona verilirdi. O
122
bu pulları ehtiyacı olan adamlara çatdırırdı. Onun dolanışıq haqqı və vəzifə
m
əvacibi 200 tümən təbrizi idi.
İsfahan Şeyxülislamına tutduğu vəzifəyə görə hər il xəzinədən 200
tüm
ən məvacib müəyyən olunmuşdu [192]. İsfahan qazısının da illik məvacibi
200 tüm
ən idi. Qazi Əsgər üçün isə bir qayda olaraq əsgərlərdən tümənə bir
dinar tutulmalı idi [2, 72].
Divanb
əyi. «Təzkirət əl-müluk»da divanbəyinin illik məvacibinin 500
tüm
ən olduğu göstərilmişdir. Mənbədə tiyul gəlirlərindən divanbəyiyə əlavə
olaraq 92 tüm
ən 3845 dinar da verildiyi qeyd olunmuşdur. Birlikdə onun
m
əvacibi 592 tümən 3845 dinar idi. Müxtəlif cinayət hadisələri zamanı tutulan
c
ərimələrin onda biri də ona çatırdı. Bəzən onun ümumi gəliri 1000 tümən
olurdu [1, 55].
Əmirşikarbaşı. «Təzkirət əl-müluk»da onun illik məvacibinin 800 tü-
m
ən olduğu göstərilmişdir. Bundan əlavə əmir şikarbaşının tiyulu və başqa gə-
lirl
əri də vardır. Onun ümumi gəliri aşağıda qeyd olunan miqdarda idi [1, 55].
Biyutat naziri. Mirz
ə Səmianın yazdığına görə, biyutat nazirinin 306
tüm
ən 1000 dinar illik məvacibi ona verilmiş tiyul və həmasaledən qərara
uyğun qaydada müəyyən edilmiş rüsumlardan ibarət idi. Belə ki, sahibi-touci-
hin (t
ədiyyələrin, təxsisatların adi qeydiyyatı, ödənilməsi, yaxud yerinə
çatdırılması ilə birbaşa məşğul olan idarənin başçısı) yazmış olduğu qayda
üzr
ə gərəkyaraqların hazırladıqları məmulatlardan hər tümənə 220 dinar
alınırdı ki, onun 100 dinarı nazirə verilirdi. Bazarlardan alınan malların qiy-
m
ətinin iyirmidə biri alınıb cəmləndikdən sonra əldə olan pulun hər tümə-
nind
ən də 500 dinar rüsum ödənirdi. Bü rüsumun 50 dinarı nazirə çatırdı.
Biyutat müşrifinin təsdiq etdiyi sənədə uyğun aşağıda qeyd olunan rüsumlar
da alınır, nazirin məvacibinə daxil olurdu [1, 55-56].
-
əsgərlərə nağd verilən məvacib və rüsumun hər tümənindən 316 dinar
4 danq;
-
əsgərlərə məvacib əvəzinə barat üzrə verilən məhsulun iyirmidə
birind
ən tutulan onda bir;
- v
əzir və digər məmurların əlavə gəlirlərinin yüzdə biri, ənamlarının
onda biri, peşkəşlərinin onda biri.
Mirz
ə Rəfia isə qeyd edir ki, biyutat nazirinin məvacibi sabit deyil,
b
əzən 700, bəzən də 1500 tümən olurdu.
Naziri-d
əvvab (mal-qara, heyvanat). Naziri-dəvvabın illik məvacibi
150 tüm
ən idi.
D
əftərxana naziri. Dəftərxanaya rəhbərlik və nəzarət edən nazirin
m
əvacibi 225 tümən 6800 dinar olub, müxtəlif rüsumlardan alınıb ödənilirdi.
«T
əzkirət əl-müluk»da verilən məlumatda «qədim qayda, qərar əsasında»
nazirin m
əvacibinin qaynaqları göstərilmişdir.
Qeyd olunan m
ənbədə göstərilir ki, son illərdə qəbul olunmuş qərara gö-
r
ə, məvaciblərin hər tümənindən 50 dinar, yeksale və həmesale tənxahlarından
is
ə hər tümənə 20 dinar tutulub, nazirin məvacibinə daxil edilirdi [1, 56-57].
123
ƏDƏBİYYAT
1.
Mirz
ə Səmia. Təzkirət əl-müluk. Be küşeşe doktor Seyid Məhəmməd Dəbirsiyaği.
Tehran: Enteşarate Əmir Kəbir, h. 1368, 140 s.
2.
Mirz
ə Rəfia. Dəstur əl-müluk. Be kuşeşe Məhəmmədtağı Daneşpəteh. Məcəlle-ye
daneşkəde-ye ədəbiyyat və ulumeinsani. Tehran, 1347, № 65-66, 67, s. 62-93; 298-322.
3.
Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и
Армении в XVI — начале XIX вв. Ленинград: ЛГУ, 1949, 379 с.
4.
Minorski V. Sazmane edare-yi hökum
əte Səfəvi-ya təeğate Minorski bər тəзкirət əl-
müluk. T
ərcome-ye Məsud Rəcəbniya. Tehran: Enteşarate Əmir Kəbir, h. 1368, 340 s.
5.
S
əfərname-ye Tavernye. Tərcome-ye Əbuturab Nuri. İsfahan: Çapxane-ye Pərvin, h.
1336, 719 s.
6.
Mus
əvi T.M. Orta əsr Azərbaycan tarixinə dair fars dilli sənədlər (XVI - XVII əsrlər).
Bakı: Elm, 1977, 237 s.
7.
Engelbert Kempfer. D
ər dərbare şahənşahe İran. Tərcome-ye Keykavus Cahandari,
Tehran: Enteşarate Danişqah, h. 1350, 312 s.
8.
S
əfərname-ye Sanson. Veze keşvəre Şahənşahi-ye İran dər zəmane Şah Süleyman Səfəvi.
Be ehteman v
ə tərcome-ye doktor Təfəzzüli. Tehran, h. 1346, 237 s.
9.
Şarden. Səfərname-ye Şarden. Tərcome-ye Eğbal Yəğmai, c. I-V, Tehran: Çapxane-ye
Heyd
əri, h. 1372-1374, IVc., 1308-1656 s.
10.
S
əfərname-ye Şarden. III c., s.1125.
РАСХОДЫ ГОСУДАРСТВЕННОГО БЮДЖЕТА
В СЕФЕВИДСКОЕ ВРЕМЯ
Н.М.СУЛЕЙМАНОВ
РЕЗЮМЕ
В статье анализируется, что для обеспечения центральных и местных органов
управления Сефевидского государства и ряды вооруженных сил нужны крупные фи-
нансовые средства. Взимаемых в виде налогов и пошлинных из различных источников
средства сдавались в казну Диван-аль Мамалик. Только после регистрации реализова-
лись необходимые финансовые дела. Размер военных нужд и условия выплаты заработ-
ной платы проанализированы на основе существующих источников и дневников путе-
шественника.
Ключевые слова: Сафави, органы управления, армия, военные, чиновники, фи-
нансы, налоги, пошлины, источники ресурсов, заработная плата
THE BUDGET EXPENDITURES OF THE SAFAVIS STATE
N.M.SULEYMANOV
SUMMARY
The article notes that large financial budget was required for the provision of central
and local governmental organs and militants of the Safavis state. The collected duties and
taxes were submitted to Divan-al-Mamalik. The volume of military needs and conditions of
payment of Safavis are analyzed on the basis of existing sources and travellers’ diaries.
Key words: Safavis, managing authorities, army, soldiers, officials, finance, taxes,
duties, resources, salary
Dostları ilə paylaş: |