3X3 Basketbol Oyunun Qaydaları
Hazırkı oyun qaydalarında göstərilməyən bütün hallarda FİBA-nın rəsmi qaydaları tətbiq edilir.
Oyun 3X3 basketbol meydançasında bir (1) səbətlə keçirilir. Meydança ənənəvi basketbol üçün
nəzərdə tutulan meydançanın müvafiq hissəsi olaraq özündə cərimə atışı xəttini, iki xallıq atış
xəttini və səbətin altındakı “hücumda folsuz” yarım dairəni əks etdirir.
Maddə 1. Oyun meydançası
Bütün kateqoriyalardan olan komandalar üçün 6 nömrəli top istifadə olunur.
Hər komanda dörd (4) oyunçudan ibarətdir. Üç (3) oyunçu meydançada v
ə bir (1) oyunçu
ehtiyatda.
Maddə 2. Komandlar
Oyunu bir (1) hakim və iki (2) katib (saniyə ölçən və hesabı aparan) idarə edir.
Maddə 3. Oyunun hakimləri
Qeyd: Təşkilatçının qərarı ilə iki (2) hakim ola bilər.
4.1. Hər iki komanda ya oyundan əvvəl eyni zamanda qızışma hərəkətləri etmək üçün imkan
yaradılır.
Maddə 4. Oyunun başlanması
4.2. Oyunu başlayan komanda sikkənin atılması ilə müəyyənləşdirilir.
4.3. Komanda meydançada üç (3) oyunçu ilə oyunu başlayır.
5.1. Qövsün içərisindən dəqiq atılan top bir (1) xal kimi hesablanır.
Maddə 5. Xalların hesablanması
5.2. Qövsün xaricindən dəqiq atılan top iki (2) xal kimi hesablanır.
5.3. Dəqiq cərimə atışı bir (1) xal kimi hesablanır.
6.1. Oyunun əsas vaxtı beş (5) dəqiqə təşkil edən bir hissədən ibarətdir. Oyun zamanı vaxt
dayandırılmır.
Maddə 6. Oyun vaxtı/Qalibin müəyyən olunması
6.2. Oyunun əsas vaxtı bitməmiş 7 və daha çox xal yığan komanda qalib elan edilir. Bu qayda
yalnız oyunun əsas vaxtına tətbiq edilir.
6.3. Oyunun əsas vaxtı bitdikdən sonra xallar bərabər olarsa overtaym
təyin olunur.
Overtaymdan əvvəl fasilə bir (1) dəqiqədir. Overtaym da oyunu başlayan komanda sikkənin
atılması ilə müəyyənləşdirilir, ilk xalı yığan komanda qalib elan edilir.
6.4. Cədvəldə göstərilən vaxtda yarışa hazır üç (3) oyunçu meydançaya gəlməyəndə komanda
uduzmuş hesab edilir.
7.1. Beş (5) komanda folu baş verdikdə komanda ya komanda folları təyin edilir.
Maddə 7. Follar, cərimə atışları
7.2. Dörd (3) fərdi folla cəzalandırılan oyunçu oyunu tərk edilir.
7.3 Qövsün icərisində atışı yerinə yetirən oyunçuya qarşı edilən fol bir (1) cərimə atışı ilə
cəzalandırılır.
7.4. Qövsün xaricində atışı yerinə yetirən oyunçuya qarşı edilən fol iki (2) cərimə atışı ilə
cəzalandırılır.
7.5. Müvəffəqiyyətli atışı yerinə yetirən oyunçuya qarşı edilən fol, əlavə olaraq bir (1) cərimə
atışı ilə cəzalandırılır.
7.6. Komanda follarının limitini keçmiş komandanın qeyri atış folları bir (1) c
ərimə atışı ilə
cəzalandırılır.
8.1. Oyunun ləngidilməsi və ya səbətə hücumdan yayınma halları pozuntu hesab edilir.
Maddə 8. Oyunun ləngidilməsi
8.2. Komanda 12 saniyə ərzində səbətə hücum etməlidir. Top rəqib komandanın əlinə keçdikdə
yəni (müdafıəci hücumçuya çevriləndə) hücum vaxtını hesablayan qurğu işə salınır.
Qeyd: Meydançada atış üçün vaxt qurğusu olmadıqda v
ə komanda hücuma meyl etmirsə hakim
həmin komandaya xəbərdarlıq edərək son 5 saniyə saymağa başlayır.
9.1. Oyundan dəqiq atış və ya sonuncu məhsuldar cərimə atışından sonra:
Maddə 9. Topla neçə oynanılmalı
Topu buraxmış komandanın oyunçusu çiləmə ilə və ya birbaşa səbətin altından (üz xəttini
keçməmək şərti ilə) qövsün xaricinə edilmiş ötürmə ilə oyunu davam edir.
Dəqiq atəşdan sonra səbətin altındakı “hücumda folsuz” yarım dairəninin daxilində topla olan
oyunçuya mane olmağı qadağandır.
9.2. Oyundan müvəffəqiyətsiz atışdan və ya sonuncu cərimə atışından sonra:
Hücum edən komanda topa yiyələnilrsə, bu halda həmin komanda topu qövsün xaricinə
çıxarmaqı şərti ilə hücumu davam edə bilər.
Müdafiə olunan komanda topa yiyələnirsə, bu halda həmin komanda topu qövsün xaricinə
çıxarmalıdır (çiləmə və ya ötürmə ilə).
9.3. “Ölü” top vəziyyətindən sonra hər hansı komandaya topun əldə etmə imkanı verilməsi
qövsün xaricində yuxarı hissəsində müdafiə edən hücümçu ilə topun mübadiləsindən sonra
başlanır.
9.4. Oyunçunun ayaqları qövsün daxilində və ya onun üstündə olmadığı halda oyunçu qövsün
xaricində olmuş hesab edilir.
9.5. Mübahisəli top hallarında top müdafiə olunan komandaya verilir.
Məhsuldar atışdan sonra hər komanda hakimə müraciət edərək bir əvəzetmə edə bilər. Bu
əvəzetmə yalnız “çek” (hücumçu və müdafiəçi arasındakı topun mübadiləsindən sonra)
veriləndən sonra həyata keçə bilər. Bu əvəzetmə meydançanı tərk edən oyunçunun ehtiyatda
olan oyunçuya toxunduqda mümkün ola bilər. Əvəzetmə səbətlə üzbəüz olan xətt arxasında
hakimlərin müdaxiləsi olmadan keçirilə bilər.
Maddə 10. Əvəzetmə
Məhsuldar atışdan sonra hər komanda hakimə müraciət edərək bir (1) dəfə 30 saniyəlik taym-
aut götürə bilər.
Maddə 11. Taym-autlar