190
ürəyin sürətli vurması nəzərdə tutulur – tərcüməçi) məruz qalmamışdır, ancaq onun
ürəyi Nyurnberqdəki cinayətkarlara görə ağrı ilə qan axıdır”. İllinoysdan olan
Senator Skott Lukasın bəyanatı isə tipik bir Demokratik reaksiya idi, o, Taftın
çıxışını “onun ortabab və qarışıq düşüncəsinin klassik nümunəsi” adlandırmışdı və
qabaqcadan xəbər verirdi ki, bu, “1948-ci ildəki Prezidentlikdən ötəri olan
canlanma üçün bumeranq rolunu oynayacaqdır”.
“İkinci Dünya müharibəsinin 11.000.000 vuruşan veteranı mister Tafta
cavab verəcəkdir... Mən şübhə etmirəm ki, Respublikaçıların Milli Sədri Senatora
icazə verəcəkdir ki, indi o, bir daha hansısa bir çıxış etsin, çünki Taft məhkəmələri
Amerikan nüfuzuna ləkə adlandırmışdır...Nə Amerikan xalqı, nə də tarix bununla
razılaşmayacaqdır... Senator Taft buna inansa da, inanmasa da, on milyon adamı
qətlə yetirməyə görə məsuliyyət daşıyan bu cinayətkarları müdafiə etmişdir”.
Hətta Taftın Ohayodakı mahalında, haradakı onun sərt konstitusionalizmi
ona nəhəng populyarlıq qazandırmışdı, Senatorun çıxışı qəzəbə, utanmaya və
siyasi əks-sədaya səbəb oldu. Respublikaçıların Senatorluğa namizədi, keçmiş
qubernator Con Briker, nəinki Taftın yaxın müttəfiqi idi, həm də Qubernator
Deueyin yanında 1944-cü ildə Vitse-Prezidentliyə namizəd olmuşdu. Onun
Demokratik opponenti, üzərinə Senator vəzifəsi həvalə edilmiş Ceyms Haffman
Brikerə səsləndi ki, ya Taftla ya da Deueylə bir yerdə dayan, həm də bəyan
etmişdi:
“Ölkə müasir müharibənin bəlasından əziyyət çəkmişdir, 300.000-dən çox
ən yaxşı adamını itirmişdir və 300.000.000.000 dollar məbləğindəki resurslarını
xərcləmişdir, çünki bu ittiham edilən qanqsterlər öz hərəkətlərinə görə heç vaxt
hiss edə bilməmişdilər ki, qarşılaşacaqları hökmlər də elə sərt olacaqdır... Bu elə
bir vaxtdır ki, beynəlxalq cinayətlərə görə cəza zəifləməməlidir. Belə tənqid, hətta
əgər
ədalətli olsa belə, beynəlxalq tribunallar təsis ediləndə təklif edilməli idi”.
Toledonun “
Blade” qəzeti öz oxucularına deyirdi ki, “çox sayda digərləri
kimi bu məsələ barədə Senator Taft göstərmişdir ki, o, qəribə ağıla malikdir. Onun
köməyi ilə hər şeyi görür və praktiki olaraq heç nəyi başa düşmür...”.