30
ОКТябрь 2013
BusinessTime
Andrologiyanın qarşısında duran
əsas problemlərdən birincisi kişi son-
suzluğudur. Kişi sonsuzluğu bütün
dünyada tibbi – sosial demoqrafik
əhəmiyyətə malik prioritet məsələ-
dir. Mütəmadi intim əlaqə zamanı
bir il müddətinə hamiləlik olmadıq-
da, sonsuzluq haqda düşünmək və
ər-arvadın müayinəsinə başlamaq
lazımdır. Əgər evliliyin ilk günlərin-
dən problemləri aşkar olarsa, təcili
müayinə-müalicəyə başlanmalıdır.
Sağlam ər-arvad cütlüyünün 30%-də
hamiləlik ilk üç ayda, 60%-də yeddi
ayda, 10%-də isə on bir və on ikinci
aylarda baş verir. Ümumilikdə, ailə
cütlüklərinin təxminən 25%-də 1
il ərzində hamiləlik qeydə alınmır.
Onlardan 15%-i sonsuzluğu müalicə
etməyə cəhd edir, 5%-ə qədəri isə öv-
ladsız qalırlar.
Orqanizmdə gedən müxtəlif
patoloji proseslər daxili orqanlara,
endokrin vəzilərə, MSS-ə mənfi tə-
sir göstərərək xayanın qıvrım kanal-
cıklarının interstisial hüceyrələrinin
distrofik dəyişikliyinə gətirib çıxarır
və spermatogenez prosesini pozur.
Bununla yanaşı kişi cinsiyyət sistemi
xəstəliklərinin, anadangəlmə inkişaf
anomaliyalarının artması,ətraf mü-
hitin zərərli faktorlarının təsiri, cin-
siyyət kanalının spesifik və qeyri spe-
sifik infeksiyaları, mənşəyi məlum
olmayan qidaların,müxtəlif dərman
preparatlarının əhali tərəfindən geniş
və nəzarətsiz istifadəsi və s. amillər
kişi sonsuzluğuna gətirib çıxarır.
Etiologiyası və patogenezi
Kişi sonsuzluğunun məlum sə-
bəbləri arasında 50%-ni uroloji xəstə-
liklər təşkil edir. Ən çox rast gəlinəni
varikosele – yəni toxum ciyəsinin
venoz kələfinin salxımşəkilli geniş-
lənməsidir. Varikoselenin kişi son-
suzluğuna səbəb olması faktı çoxdan
məlum olsa da, bu məsələdə aydın
olmayan çoxsaylı məqamlar vardır.
Xüsusilə də onu qeyd etmək lazım-
dır ki, varikosele ilə əlaqədar kişi
sonsuzluğu zamanı spermatogenezin
pozulma tezliyinin kifayət qədər yük-
sək (25-40%) olmasına baxmayaraq,
spermatogenez prosesi pozulmamış
kişilər arasında da ona çox (8-13%)
təsadüf olunur. Güman olunduğu-
na görə varikosele nəticəsində sper-
matogenezin pozulmasının inkişafı
üçün əlavə amillərin iştirakı vacibdir.
Varikosele olan xəstələrdə fertilliyin
pozulmasını törədən mexanizmlər də
sona qədər öyrənilməmişdir və ha-
zırkı dövrdə xaya toxumalarının qan
dövranının ləngiməsi, mikrosirkul-
yasiyanın pozulması və temperaturu-
nun dəyişməsinə daha çox əhəmiyyət
verilir.
Kişi sonsuzluğunun inkişafında
infeksion faktorların rolu mübahisəli
olaraq qalmaqdadır.Bruselloz mən-
şəli orxit-epididimiti, virus orxiti və
vərəm epididimitinin sonsuzluğa gə-
tirib çıxarması faktı şübhə doğurmur.
Bu gün Ureaplasma urealyticum,
Chlamydia trachomatis və kişi cin-
siyyət
sisteminin digər infeksion
törədicilərinin fertilliyə mənfi təsiri
birmənalı təsdiqlənmişdir.
Son vaxtlar kişi sonsuzluğunun
daha bir mexanizmi – antispermal
anticismin (ASA) əmələ gəlməsi öyrə-
nilməkdədir.ASA-in sonsuzluğa təsiri:
1. Speraqlutinasiya
2. Spermimmobilizasiya
3. Spermatoksik təsir mexaniz-
ması ilə əlaqədardır(izah olunur)
Kişi sonsuzluğuna proqnostik təsir
edən amillər:
1. Sonsuzluğun müddəti
2. I-li və II-li olması
3. Eyakulyatın müayinəsinin nə-
ticələri
4. Xəstələrin yaş göstəriciləri və
fertillik statusu
Diaqnostikası
Sonsuzluq diaqnozu: Xəstənin
anamnezi, toxum mayasının müa-
yinəsi və digər müayimələrə əsasən
qoyulur. Sonsuzluqdan əziyyət çəkən
kişilərin müayinəsinin vacib mər-
hələsi spermoqrammanın öyrənilmə-
sidir.
Spermanın müayinəsi üçün bir sıra
şərtlərə riayət olunması tələb olunur :
• Analizin verilməsindən əvvəl 3 - 7
gün ərzində cinsi əlaqədən çəkin-
mə tələb olunur;
• Alkoqol, dərman preparatları,
hamam və ya saunalara getmək
istisna olunmalıdır;
• Sperma masturbasiya yolu ilə əldə
olunmalı və şüşə və ya plastmass-
dan olan stəkana yığılmalıdır.
• Analizi klinikada vermək lazımdır,
burada həmin məqsədlər üçün
xüsusi otaqlar olmalıdır.
Müalicəsi
Kişi sonsuzluğunun müalicəsi –
cütlüklərin hövsələ və aydın məqsəd-
lərin olmasını tələb edən mürəkkəb
və uzun müddətli prosesdir.
Kişi sonsuzluğu –
problemin müasir vəziyyəti
Dr. Hüseynov Vaqif Aslan oğlu
Ukrayna TE Akademiyasının
tibb elmlər namizədi.
Ukrayna Androloji Assosiasiyasının
üzvü.
Androloq.Sonsuzluq üzrə
mütəxəssis.
“Laçın “ tibb mərkəzinin androloqu.
BusinessTime
ОКТябрь 2013
Kişi sonsuzluğun müalicə sxemi xəstəliyin formasından,
mərhələsindən, ilkin səbəblərindən, əvvəl aldığı müalicələrdən,
eləcə də xəstələrin fərdi xüsusiyyətlərindən asılıdır. Yalnız həkim
müşahidəsi altında kompleks və düzgün seçilmiş müalicə takti-
kası müsbət nəticəyə gətirib çıxara bilər.
Xroniki bakterial mənşəli (xlamidiya, qonoreya, trixomoniaz,
urea-onikoplazmoz və s.) prostatitlərdən əmələ gəlmiş ETS-lərin
(ekskretor toksiki sonsuzluqların) 3 etaplı müalicəsi:
I etap: Sidik- cinsiyyət kanalının sanasiyası və iltihabi proses-
lərin aradan qaldırılması.
II etap: Hepatobiliar, endokrin, immunoloji proseslərin nor-
mallaşması.
III etap: Spermatogenezin stimulyasiyası.
Müalicənin nəticəsi 86,5% təşkil edir.(Hüseynov V.A.2004. Kiyev)
Xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxem-
lərində ümumi qaydalar mövcuddur. Bu qaydalar aşağıdakılardır:
1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növ-
bədə xəstədə sonsuzluğun səbəblərini, ağırlıq dərəcəsini, proq-
nozunu müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi
üçün xüsusi müalicə sxemi hazırlamalıdır.
2. Müalicə hər bir halda kompleks şəkildə, etaplarla aparıl-
malıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları
(xəstəliyin səbəbindən asılı olaraq), həm köməkçi preparatlar
(vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.)
daxil edilməli, həm də müalicə fizioterapevtik proseduraların
köməyi ilə aparılmalıdır.
3. Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır.
Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 65-90
gün davam etdiyi üçün, müalicə kursuda təxminən bu rəqəmə
yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji sper-
manın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər.
4. Spermoqrammanın təkrar müayinəsi isə müalicə kursun-
dan təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu halda, spermo-
qramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamla-
şan spermaya aid olmasına əmin olmaq olar.
5. Müalicə orta hesabla 6 aydan artıq davam etməli deyil:
əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə
edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu
halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsu-
lunu təklif edə bilər.
6. Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin
baş tutması üçün çox gözləmək lazım deyil. Əfsuslar olsun ki, bir
çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur.
Onu da qeyd etmək lazımdır ki, son illərdə kişi sonsuzlu-
ğunun müalicəsində kombinasiya olunmuş dərman preparatla-
rından geniş istifadə olunur. Bu preparatlardan İtalya istehsalı
olan
"Gammafertil" bunların içərisində daha effektiv təsirə
malikdir.Preparatın tərkibi spermatogeneze müsbət təsir edən
(enerji, sərbəst radikalları birləşdirmək, antioksidant təsirə ma-
lik və daha vacib mikroelementləri gündəlik tələbatı dozasında)
maddələrdən (L-Karnitin, L-arginin, Qlutation, Zn, Se, Vit.E)
ibarətdir. Göstərilən preparatla müalicə və tədqiqat işləri davam
edir.