İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
18 www.jpis.az
UOT
004.351
Ə
ləkbərova İ.Y.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
depart17@iit.ab.az
VİKİ-MÜHİTDƏ REALLAŞDIRILAN BƏZİ İNFORMASİYA MÜHARİBƏSİ
TEXNOLOGİYALARININ ANALİZİ
Məqalədə viki-mühitdə reallaşdırılan bəzi informasiya müharibələri texnologiyaları
araşdırılmış, Vikipediyanın əsas problemləri sayılan vandalizm və redaktələr müharibəsinin
virtual ensiklopediyaya ziyanlı təsirləri analiz edilmişdir. Həmçinin viki- mühitdə baş verən
informasiya qarşıdurmaları analiz edilmiş, onların təsnifatı aparılmışdır.
Acar sözlər: viki-texnologiya, informasiya müharibəsi, Vikipediya, viki-səhifə, viki-cəmiyyət,
redaktələr müharibəsi, spam.
Giriş
Son illər İnternet istifadəçilərinin sayının yüksək sürətlə artması nəticəsində qlobal
şəbəkədə yeni, daha mükəmməl texnologiyaların istifadəsi genişlənmişdir. İnternet
istifadəçilərinin sayının artması ilə yanaşı cəmiyyətin siyasi aktivliyi və narahatlığı İnternet
mühitində informasiya müharibələri (İM) texnologiyalarından geniş istifadəyə səbəb olmuş,
virtual aləmdə informasiya hücumları, informasiya qarşıdurmaları kimi münaqişə formaları
meydana çıxmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) təsiri ilə cəmiyyət
inkişaf etdikcə, yeni həyat tərzi formalaşdıqca, informasiya iqtisadiyyatı genişləndikcə bu
mühitdə İM sosial hadisə kimi mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. İM texnologiyaları
bu gün dövlətlər və təşkilatlar səviyyəsində elmi-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi
sahələrində nailiyyətlər əldə etmək üçün yüksək effektli vasitələrdən sayılır [1, 2].
İM texnologiyaları konsepsiyasının ilk müəlliflərindən sayılan amerikalı alim Martin
Libiki “İnformasiya müharibəsi nədir?” adlı məqaləsində onun yeddi formasını göstərmişdir:
komanda nəzarət (Command and control), kəşfiyyat müharibəsi (Information Based Warfare),
elektron müharibə (Electronic War), psixoloji müharibə (Psychological War), haker müharibəsi
(Hacker War), iqtisadi informasiya müharibəsi (Economic Info-Warfare) və kibermüharibə
(Cyberwar) [3]. O, qeyd edir ki, psixoloji müharibə, haker müharibəsi və kibermüharibələr, ilk
növbədə İnternet qlobal şəbəkəsində reallaşdırılır və bu İM texnologiyalarından istifadə qarşı
tərəfin həyati əhəmiyyət kəsb edən sahələrini (maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və
nəqliyyat) iflic etməklə yanaşı, insanların davranışlarını idarə etmək üçün əsas vasitədir. İnternet
vasitəsilə həyata keçirilən informasiya-psixoloji təsir vətəndaşların mənəvi durumunu dəyişir və
mədəniyyətlər müharibəsi kimi xarakterizə edilir [4].
Qlobal şəbəkədə İM texnologiyalarının tətbiq olunduğu layihələrdən biri də hər gün
milyonlarla İnternet istifadəçilərinin toplandığı, viki-texnologiya əsasında yaradılmış və “viki-
mühit” (VM) adlanan layihədir. “XXI əsrin texnologiyası” adlanan viki-texnologiya İnternet
istifadəçilərinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan veb-səhifənin
yaradılması, strukturlaşdırılması və redaktə olunmasını nəzərdə tutur [5].
Viki-texnologiya
əsasında
qurulan
layihələrin
ən
nəhəngi
Vikipediya
azad
ensiklopediyasıdır. Ən son məlumata görə, 22 milyondan artıq ensiklopedik məqaləyə malik olan
Vikipediya layihəsi 284 dildə fəaliyyət göstərir və hər ay 400 milyondan artıq İnternet
istifadəçisi bu veb-sayta müraciət edir. 2001-ci ilin yanvar ayında fəaliyyətə başlayan Vikipediya
bu gün İnternetin ən populyar layihələrindən biri olmaqla ən çox müraciət olunan 5 sayt sırasına
daxildir [6, 7, 8].
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
www.jpis.az 19
Viki-mühit və informasiya müharibəsi texnologiyaları
Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır və bu
baxımdan, hər bir dövlətin milli-mənəvi dəyərlərini əks etdirən viki-səhifələrin yaradılması və
qorunması çox əhəmiyyətlidir. İnternet mühitində reallaşdırılan İM-in iştirakçıları viki-
texnologiyanın informasiya təsirində, təbliğat və dezinformasiyanın yayılmasında əhəmiyyətini
yaxşı dərk edirlər və öz fəaliyyətlərində Vikipediya layihələrindən daha aktiv və hərtərəfli
şəkildə yararlanırlar [9].
Viki-texnologiya əsasında qurulan Vikipediya virtual ensiklopediyası bir axtarış sistemi
kimi istifadəçilərin sorğuları əsasında sürətli informasiya xidməti göstərmək məqsədi daşıyır.
Sistemə daxil edilən məlumatlar konkret olmaqla, yalnız hər hansı obyekt haqqında qısa
informasiya verir. Vikipediya nəhəng məlumat bazası kimi hər saniyə yeni informasiya ilə
zənginləşir. Bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual
ünsiyyət qurmaq, müzakirələr aparmaq, tarixi və gündəlik hadisələr haqqında məlumatlar əldə
etmək mümkündür [10].
Viki-texnologiyanın veb-səhifələrin birbaşa veb-brauzerdən yaradılması və redaktə
olunması üçün nəzərdə tutulması İnternet istifadəçilərini cəlb edərək yeni bir sosial mühit –
Vikipediyanın yaranmasına və genişlənməsinə səbəb olmuşdur. Viki-texnologiyanın verdiyi
imkanlar:
veb-səhifələrdəki məlumatların veb-brauzerdən dəyişdirilmə imkanının olması və bütün
versiyaların serverdə yadda saxlanılması;
səhifələrdə edilən bütün dəyişikliklərin həmin anda brauzerdə görünməsi;
hiperistinadların generasiyasının avtomatlaşdırılması və veb-səhifələr arasında onların
aktuallığının dəstəklənməsi;
veb-səhifələrin yaradılmasında HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin
istifadə edilməsi;
düzəlişlərin tarixçəsinin qeyd edilməsi – viki-səhifələrin yarandığı andan başlayaraq
istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması;
viki-səhifələrin fərdi istifadəçi tərəfindən və ya kollektiv şəkildə yaradıla və redaktə
edilə bilməsi;
viki-istifadəçilər arasında müzakirələrin mümkünlüyü;
viki-səhifələr arasında semantik əlaqələrin mövcudluğu.
Bu imkanlar viki-texnologiyanın mahiyyətini müəyyən edir: hər hansı biliyə malik olan
istifadəçi həmin informasiyanı veb-saytda çap etməklə bu biliyi başqaları ilə bölüşür və
layihənin inkişafında müəyyən rol oynamış olur [11].
Lakin Vikipediya layihələrinin sürətli inkişafı informasiya qarşıdurmasında viki-
texnologiya imkanlarından daha geniş istifadə etməyə, İM-də iştirak edən Vikipediya
istifadəçilərinin fəaliyyətində dinamikliyin, əhatəliliyin və mürəkkəbliliyin artmasına şərait
yaradır.
Vikipediya genişləndikcə, viki-istifadəçilərin sayı artdıqca bu virtual ensiklopediyada İM
texnologiyalarının tətbiqi də intensivləşir. Nəzərə almaq lazımdır ki, viki-səhifələrə daxil edilən
informasiya, ilk növbədə viki-cəmiyyətin əhval-ruhiyyəsini göstərir. Dünyada cərəyan edən
bütün proseslər, tarix boyu millətlər, dövlətlər arasında baş verən münaqişələr, qarşıdurmalar
Vikipediyada öz əksini tapır. Bütün bunlar “Vikipediya dünyanın nəbzidir” deməyə əsas verir.
İnternet mühitində reallaşdırılan İM-də müxtəlif veb-briqadalar və hakerlərlə yanaşı,
psixoloqlar, siyasətçilər, müəyyən ideologiyanı təbliğ edən insanlar fasiləsiz işləyirlər. Onlar
xüsusi təşkil edilmiş, müəyyən hədəflərə yönəldilmiş, viki-texnologiyanı yaxşı bilən
peşəkarlardır [12]. İctimai rəyin formalaşması və ya dəyişdirilməsində, dezinformasiyanın
yayılmasında Vikipediya geniş imkanlara malikdir və İM texnologiyalarının universallığı,
gizliliyi, çoxvariantlılığı, zaman və məkan seçimi ilə əlaqədar əlverişli olması, onları həddən
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
20 www.jpis.az
artıq təhlükəli edir. Bu xüsusiyyətlər viki-mühitdə İM-in gizli aparılmasına, az vəsait sərf
etməklə yüksək nəticə əldə edilməsinə şərait yaradır.
Viki-mühitdə reallaşdırılan İM texnologiyaları müxtəlif yollarla tətbiq oluna bilər və
burada əsas məqsəd insanların şüuruna müəyyən təsəvvürlərin, davranışların və əxlaqi
stereotiplərin kütləvi yönəldilməsi və yayılmasıdır. Bu gün viki-texnologiya əsasında yaradılan
layihələr – Viki-kitab, Viki-lüğət, Viki-anbar, Viki-növlər, Vikipediya, həmçinin bu layihələrin
müxtəlif dil bölmələri İnternetdə mühüm xəbər, informasiya, bilik mənbələrinə çevrilmişlər.
Lakin bu layihələrdə də Vikipediyada olduğu kimi, informasiya qarşıdurmalarına,
dezinformasiyanın yayılması, informasiya ilə manipulyasiya hallarına rast gəlinir.
Viki-mühitin inkişafı, ilk növbədə viki-istifadəçilər arasında əməkdaşlıq nəticəsində
mümkündür və bu əməkdaşlıq layihənin genişlənməsi ilə yanaşı, məqalələrin keyfiyyətinə də
təsir edir [13]. Vikipediyada istifadəçilər arasında əməkdaşlıq xüsusi növ virtual cəmiyyətin –
viki-cəmiyyətin yaranmasına səbəb olmuşdur. Vikipediyanın əsasını qoyanlardan biri - Cimmi
Uels viki-mühitdəki əməkdaşlığı belə izah edir: “Viki-istifadəçi axşam üç cümlədən ibarət
məqalə yaradır. Daha sonra sehirli bir proses baş verir – məqaləni yaradan istifadəçi yaratdığı
məqalənin səhər mükəmməl, ətraflı və maraqlı bir bilik mənbəyinə çevrildiyini müşahidə edir.
Vikipediyada məqalələrin kollektiv əməkdaşlıq nəticəsində inkişafı istifadəçilərdə yeni-yeni
məqalələr yaratmaq həvəsi yaradır” [14].
Sosial şəbəkənin imkanlarına malik olan viki-cəmiyyətin müxtəlif siyasi baxışlara və
ideologiyalara malik insanlardan təşkil olunması VM-də informasiya qarşıdurmalarının
genişlənməsinə səbəb olmuşdur. Baş verən informasiya qarşıdurmaları isə öz növbəsində VM-
dəki əməkdaşlığa zərbə vurmaqla layihənin ümumi inkişafını ləngidir. Bu gün İnternet
istifadəçiləri virtual mühitdə milyonlarla veb-səhifələrə daxil edilmiş informasiya ilə qarşılaşırlar
və adi ensiklopediyalardakı kiçik bir qrup mütəxəssislər tərəfindən daxil edilən və yoxlanılan
məlumatlar onları qane etmir. Müasir cəmiyyət İC-nin tələblərinə uyğun olaraq ensiklopedik
veb-səhifələrdə hər an təzələnən, zamanla ayaqlaşan, daha keyfiyyətli, daha çox sayda insanlar
tərəfindən yoxlanılan və genişləndirilən informasiya görmək istəyir. Bu tələblər isə yalnız
kollektiv əməkdaşlıq nəticəsində yaranan, hər an dəyişdirilmək imkanına malik layihələrdə
mümkündür.
Nəzərə alsaq ki, ictimai fikrin formalaşdırılması prosesində Vikipediya layihələri mühüm
rol oynayır, o zaman İM texnologiyalarının viki-mühitdə rolu haqqında müəyyən təsəvvür əldə
etmək olar. İM texnologiyalarından biri olan informasiya-psixoloji müharibəsində müəyyən
ideya daşıyan və azlıq təşkil edənlərin fikirlərini çoxluğun fikri kimi təqdim etmək ən çox
istifadə olunan təsir metodlarındandır. Viki-texnologiyanın imkanları viki-mühitdə realizə
olunan İM zamanı bu təsir metodundan geniş istifadə olunmasına şərait yaradır. Viki-mühitdə
psixoloji müharibə vasitələrindən istifadə mövcud informasiyanın məhvinə və ya onun digər
informasiya ilə əvəz edilməsinə səbəb olur. Nəticədə cəmiyyətin marağı ona qarşı İM aparan
tərəfin maraqlarına tabe etdirilir və ya uyğunlaşdırılır.
Nəzərə alsaq ki, İnternet mühitində axtarış apararkən brauzerdə ilk veb-səhifələr
siyahısında Vikipediya səhifələri (viki-səhifələr) görünür və hər bir xalq, dövlət, hadisə, tanınmış
şəxs və s. haqqında ilkin informasiya buradan əldə olunur, o zaman bu azad ensiklopediyanın
informasiya təsirində necə böyük rol oynadığını təsəvvür etmək olar [15]. İM texnologiyalarının
viki-mühitdə tətbiqinin müxtəlif izahları var:
İnternet istifadəçiləri qeydiyyatdan keçmədən, istədikləri zaman, istənilən mövzuda
viki-səhifələr yarada, redaktələr edə bilər;
proqramlaşdırmanı bilməyən, öz biliklərini virtual auditoriyaya çatdırmaq istəyən
istifadəçilər istədikləri informasiyanı kütləviləşdirmək imkanına malikdirlər;
müxtəlif ölkələrdə yaşayan, müxtəlif dinə və mədəniyyətlərə malik olan insanların
davranışlarını öyrənmək mümkündür;
insanlara müxtəlif istiqamətlərdə psixofizioloji təsir edən materialları viki-səhifələrə
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
www.jpis.az 21
yükləmək mümkündür;
Vikipediya eyni ideologiyaya malik insanların toplandığı, informasiya mübadiləsi,
müzakirələr aparmaq, kollektiv şəkildə bilik bazası yaratmaq üçün çox əlverişli sosial
şəbəkədir.
Vikipediyanın əsas problemləri: vandalizm və redaktələr müharibəsi
İnternetdə tez-tez yenilənən və müasir ensiklopediya resursu olan Vikipediyaya daxil olan
hər bir istifadəçi viki-texnologiyanın dəstəklədiyi proqram təminatından istifadə edə bilər.
Məsələn, viki-layihələrdə hər bir məqalə, fayl, kitab yalnız ona məxsus “tarix”, “redaktə”,
“müzakirə” səhifələrinə malikdir. Həmin səhifələrdən istifadə etməklə informasiyanı redaktə
etmək, əvvəlki redaktələrə baxmaq və müqayisə etmək, mövzu ilə bağlı müzakirələr aparmaq
mümkündür. İnformasiya üzərində aparılan bütün dəyişikliklər viki-layihələri idarə edən
Wikimedia Fondation (WMF) təşkilatının verilənlər bazasında (VB) saxlandığından istənilən
zaman silinmiş informasiyanı bərpa etmək, səhifələrin kimlər tərəfindən, nə zaman yaradıldığı və
redaktə olunduğu haqqında məlumatlara baxmaq, viki-səhifələrin yaradılmasında kimlərin iştirak
etdiyini müəyyənləşdirmək, informasiya üzərindəki dəyişiklikləri müqayisə etmək mümkündür
[16].
Vikipediyada ensiklopedik məqalələrin yaradılması prosesi və redaktəsi qəbul edilmiş
müəyyən qaydalar üzrə yerinə yetirilir və administratorlar tərəfindən nəzarət olunur. Bu virtual
ensiklopediyada işlərin təşkili daha çox açıq proqram təminatının yaradılması ilə məşğul olan
proqramçıların işlərinə bənzəyir. Aktiv istifadəçilərin bilik səviyyəsi, ensiklopedik məqalələrin
yaradılmasında iş təcrübəsi, digər istifadəçilərlə münasibətdə etik qaydalara nə dərəcədə əməl
etmələri, ən əsası isə, fəaliyyətlərindəki məqsəd onların qruplara ayrılmasına səbəb olur.
İstifadəçilərin bir qrupu məlumatların toplanması və məqalədə yerləşdirilməsi ilə, digərləri
həmin informasiyanın redaktəsi, strukturlaşdırılması ilə məşğul olur. Müəyyən qrup istifadəçilər
isə koordinator funksiyasını yerinə yetirir və əsasən, digər viki-istifadəçilərdən hazır məlumatları
qəbul edirlər. Vikipediyada daha bir qrupun məqsədi müxtəlif siyasi baxışların təbliği ilə məşğul
olmaq, məlumatların daxil edilməsi ilə bağlı mübahisələr yaratmaq, fikirlərini dəstəkləməyən,
onlara qarşı çıxan istifadəçiləri virtual ensiklopediyadan uzaqlaşdırmaqdır.
Viki-texnologiya ilə yaradılan məqalələrdən istifadə hüququ ilə bağlı məhdudiyyətlər
yoxdur və hər kəs onlardan istifadə edə bilər (Read-write web). Viki-mühitdə hər kəs digər viki-
istifadəçinin yaratdığı səhifəni redaktə edə bilər: köhnə mətni yenisi ilə əvəz edə, lazımsız bildiyi
informasiyanı silə, yeni informasiya daxil edə bilər. Silinən, dəyişdirilən bütün məlumatlar,
həmçinin məqalə üzərində işləyən bütün istifadəçilər haqqında məlumatlar Vikimedia Fondunun
verilənlər bazasında saxlanılır. “İstifadəçilər haqqında məlumat” dedikdə, onların qeydiyyat adı
və ya İnternet Protokol (İP) ünvanı, fəaliyyət statistikası, şəxsi və müzakirə səhifələrindəki
məlumatlar nəzərdə tutulur.
Vandalizm. Vikipediyanın əsas problemlərindən biri viki-səhifələrdəki mətnin tamamilə
silinməsi və ya yalan, təhqiramiz, qərəzli informasiya ilə əvəz olunmasıdır ki, bu da viki-mühitdə
“vandalizm” adlandırılır. Tədqiqatlar göstərir ki, 2011-ci ildə Vikipediyada həyata keçirilən
əməliyyatların 23,2 %-i vandalizm xarakterlidir [17].
Vandalizmə viki-səhifələrdəki mətnin silinməsindən başlayaraq, səhifələrə müxtəlif
xarakterli spamın, dezinformasiyanın, mənasız məlumatların daxil edilməsinə kimi bütün
fəaliyyət istiqamətləri daxildir. Vandalizmin qarşısını almaq üçün viki-mühitdə hər hansı ümumi
bir mexanizm işlənməmişdir. Lakin Vikipediyanın fəal istifadəçiləri bu problemi aşağıdakı
yollarla həll etməyə çalışırlar:
viki-cəmiyyət tərəfindən tanınmayan yeni istifadəçilərin və İP adı altında fəaliyyət
göstərən istifadəçilərin fəaliyyətinə nəzarət;
redaktə edilən viki-səhifələrə nəzarət;
İnformasiya
22
informasiyası silinə
yaradılması.
Şəkil 1. 2011-
Bütün bu tədbirlərin h
vandalizm halları heç də az deyil.
istifadəçinin etdiyi vandalizm tez bir zamanda a
istifadəçilərin bu cür fəaliyyətini
viki-səhifədə mətni d
mövcud olmayan mə
“müəllif hüququ pozulmu
video faylların silinm
viki-səhifənin sonunda göst
vandalizm fəaliyyəti göst
Vikipediyada vandalizml
imkanlarını yaxşı bilən bu istifad
kateqoriyasız, Vikipediya qaydalarına uy
olan istifadəçiləri müəyyən ed
Redaktələr müharibəsi.
malik, fərqli düşünən viki-istifad
[17, 19]. Redaktələr müharibə
istifadəçinin və ya qrupun viki
mexanizmindən aqressiv istifad
Redaktələr müharibəsi viki
edildikdə və ya informasiya silindikd
istifadəçi bu məlumatı silir. Birinci istifad
istifadəçilər pozulmuş informas
istifadəçilər də cəlb olunur, mübahis
Vikipediyanın bir çox layihəl
bilmir. Bu qaydaya görə, 24 saat
administrator tərəfindən heç bir x
Vikipediyada redaktələr müharib
ya adının dəyişdirilməsi zamanı da ba
istifadəçilərin davranışları onların m
marağa və ideoloji baxışa malik olmaları m
redaktələr müharibəsi viki-mühitd
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
www.jpis.az
ən səhifələri nəzarətdə saxlayan botların
-ci il üçün Viki-istifadəçilərin fəaliyyətinin xarakteri [18].
rin həyata keçirilməsinə baxmayaraq, viki-mühit
az deyil. Problem ondadır ki, əgər Vikipediya
çinin etdiyi vandalizm tez bir zamanda aşkarlanaraq onun qarşısı alınırsa, t
tini aşkar etmək çətin olur. Bu tip vandalizmə
tni dəyişdirərkən, yaxud qərəzli informasiya əlav
ənbəyə istinad;
llif hüququ pozulmuşdur” bəhanəsi ilə viki-səhifədəki mə
faylların silinməsi;
nin sonunda göstərilən kateqoriyanın dəyişdirilməsi və
ti göstərən botların (proqram-robotların) yaradılması.
Vikipediyada vandalizmlə, əsasən təcrübəli istifadəçilər məşğul olurlar. Layih
n bu istifadəçilər xüsusi səhifələrdən istifadə
kateqoriyasız, Vikipediya qaydalarına uyğun gəlməyən viki-səhifələri və
n edə bilirlər.
. Viki-səhifələrin redaktəsində müxtəlif ideologiya v
istifadəçilərin iştirakı çox zaman redaktələr müharib
əsi - mübahisəli informasiyanın səhifəyə daxil edilm
ya qrupun viki-texnologiyanın imkanlarından, ilk növb
istifadəsidir.
si viki-səhifəyə hər hansı mübahisəyə səbəb ola bil
ya informasiya silindikdə baş verir. Redaktənin düzgün olmadı
lumatı silir. Birinci istifadəçi və ya onun fəaliyyətini d
ş informasiyanı yenidən bərpa edir. Əksər hallarda bu proses
lb olunur, mübahisələr genişlənir, informasiya qarşıdurmaları ba
lərində istifadə olunan “3 redaktə” qaydası da
24 saat ərzində bir məqalədə 3 dəfə eyni redakt
n heç bir xəbərdarlıq olunmadan bloklanır.
r müharibəsi viki-səhifələrin silinməsi, birləşdirilm
si zamanı da baş verə bilər. Redaktələr müharib
şları onların məqsədlərini büruzə verir. Belə ki, viki
şa malik olmaları məqalələrin məzmununa da təsir edir
mühitdə realizə olunan İM texnologiyalarından
28
(robot-proqramların)
xarakteri [18].
mühitdə nəzərdən qaçan
fəlsəfəsindən xəbərsiz
şısı alınırsa, təcrübəli viki-
ə aşağıdakılar aiddir:
lavə edərkən yalan və ya
ətnin, şəkil və audio-
ya silinməsi;
robotların) yaradılması.
şğul olurlar. Layihənin texniki
ə etməklə mənbəsiz,
ə vandalizmlə məşğul
ideologiya və siyasi baxışa
r müharibəsinə səbəb olur
daxil edilməsinə çalışan
texnologiyanın imkanlarından, ilk növbədə, redaktələr
b ola biləcək məlumat daxil
nin düzgün olmadığını hesab edən
tini dəstəkləyən digər
r hallarda bu prosesə digər
şıdurmaları baş verir. Hətta
” qaydası da İM-in qarşısını ala
eyni redaktəni edən istifadəçi
şdirilməsi, bölünməsi və
r müharibəsində iştirak edən
ki, viki-istifadəçilərin hansı
sir edir [20]. Odur ki,
M texnologiyalarından istifadə edilməklə
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
www.jpis.az 23
məqalədə dezinformasiya, qərəzli məlumatın yerləşdirilməsi və ya hər hansı vacib mətnin
silinməsi, fəal, təcrübəli istifadəçilərin buradan uzaqlaşdırılması ilə nəticələnə bilər. Redaktələr
müharibəsi zamanı qərəzli mövqe göstərən, yalan informasiya daxil etməyə çalışan
istifadəçilərin redaktələri son variant kimi saxlanılarsa, bu əksər istifadəçilərdə Vikipediyanın
düzgün məlumat bazası olması haqqında təsəvvürləri şübhə altına almaqla, onların bu virtual
ensiklopediyaya inamını azaldır, viki-istifadəçilər arasında gərginlik yaratmaqla, viki-
cəmiyyətdə narazılığa səbəb olur.
Vikipediyada informasiya qarşıdurmalarının analizi
Vikipediyanın digər sosial şəbəkələrdən və layihələrdən əsas fərqli cəhəti ondan ibarətdir
ki, burada əməkdaşlıq üçün istifadəçiyə müraciət edərək münasibət qurmağa ehtiyac yoxdur.
İstifadəçi başqalarının yaratdığı viki-səhifələrdə redaktələr edirsə və ya onun yaratdığı viki-
səhifələrdə digər viki-istifadəçilər düzəlişlər edirsə, artıq əməkdaşlığın yaranmasından danışmaq
olar. Lakin Vikipediyada əməkdaşlığın konfliktə keçməsi ehtimalı da böyükdür. İstifadəçi viki-
səhifədə başqasının etdiyi dəyişikliyi ləğv edirsə, artıq konfliktin yaranma ehtimalı vardır. Viki-
texnologiyanın imkanları viki-istifadəçilər arasında əməkdaşlığa imkan verdiyi kimi,
konfliktlərin yaranmasına da şərait yaradır [21].
Vikipediyada İM texnologiyalarından istifadə konfliktlərin yaranmasına, Vikipediya
layihələrinin İnternet mühitində nüfuzunun aşağı düşməsinə səbəb olan aşağıdakı
əməliyyatlardır:
dezinformasiyanın daxil edilməsi;
mətnin silinməsi;
şərəf və ləyaqətin alçaldılması;
yalan və saxtalaşdırma;
spam xarakterli məlumatların daxil edilməsi.
Dezinformasiyanın daxil edilməsi. Viki-mühitdə istifadə olunan İM texnologiyaları
sırasında dezinformasiyanın daxil edilməsi informasiya qarşıdurmalarının yaranmasına səbəb
olur. Dezinformasiya - hər hansı obyekt və ya hadisə haqqında məqsədyönlü şəkildə səhv
təsəvvürün yaradılmasına yönəlmiş prosesdir. Dezinformasiyanın ötürülməsində əsas məqsəd
qarşı tərəfi hər hansı fəaliyyətə yönəltmək və ya əksinə, fəaliyyətinin qarşısını almaqdır. Viki-
mühitdə dezinformasiya ilə bağlı məsələlərin həlli, əsasən iki hissəyə bölünür:
1.
Dezinformasiya xarakterli ensiklopedik məqalələrin yaradılmasının qarşısının alınması;
2.
Administrator və fəal istifadəçilər tərəfindən yoxlanmış mövcud viki-səhifələrə
dezinformasiya əlavə edilməsinin qarşısının alınması.
Viki-səhifələrə dezinformasiya xarakterli məlumatların (mətn, şəkil, video-fayl və s.) daxil
edilməsi Viki-mühitdə vandalizmin bir növü hesab edilir. Lakin dezinformasiya əvvəlcədən hər
hansı mötəbər elmi jurnalda, kitabda və ya tanınmış KİV-də nəşr edilmişdirsə, belə
informasiyanın viki-mühitdən silinməsi çətin olur və müəyyən problemlər yaradır: uzun
müddətli mübahisələr, məlumatın dezinformasiya olduğunu sübut edən daha mötəbər mənbələrin
təqdimatı, məqalənin qalıb-qalmaması ilə əlaqədar səsvermənin keçirilməsi və s. Bütün bu
proseslər isə müəyyən vaxt tələb edir və əgər administratorlar bu vaxt ərzində dezinformasiyanın
viki-səhifədə qalmasına üstünlük verirlərsə, bu halda, həmin dezinformasiya düzgün informasiya
kimi milyonlarla İnternet istifadəçisinə təqdim edilmiş olur və ictimai rəyin dəyişdirilməsinə,
yəni hər hansı problemə qarşı müəyyən münasibətin formalaşmasına xidmət edir.
Mətnin və ya digər multimedia vasitələrinin silinməsi. Viki-səhifələrdə mətnin və ya digər
multimedia vasitələrinin heç bir izahat verilmədən, müzakirə aparılmadan silinməsi vandalizm
hesab edilir. Odur ki, təcrübəli istifadəçilər hər hansı mətni silmək istərkən, ilk növbədə bunun
səbəbini göstərir, mətnin silinməsində narazı olanlar varsa problemi məqalənin müzakirə
səhifəsində göstərərək ümumi razılığın əldə olunmasına çalışırlar. Vikipediyada məqalə və ya
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
24 www.jpis.az
məqalədəki müəyyən informasiya aşağıda göstərilən hallardan biri müəyyən olunarsa, silinə
bilər:
informasiya Vikipediya prinsiplərinə (neytrallıq, müəllif hüquqlarının qorunması,
mötəbər mənbələrə istinad və s.) uyğun deyilsə;
informasiya (mətn, şəkil, video-fayl və s.) məqalənin məzmununa uyğun deyilsə;
məlumat aktuallığını itiribsə və ya ensiklopedik xarakter daşımırsa.
Mətnin göstərilən meyarlara uyğun gəlib-gəlməməsi də bəzən müəyyən mübahisələrə
səbəb olur. Məsələn, hər hansı tanınmış alimin ensiklopedik şəxs olduğunu sübut etmək və onun
haqqında məqalə yaratmaq bəzən müəyyən informasiya qarşıdurmalarına gətirib çıxarır,
istifadəçilər arasında mübahisələr yaradır. Bu problemin həlli də, əsasən səsvermə nəticəsində
həll olunur və təəssüf ki, səsvermələr və müzakirələrdə təqdim edilən dəlillərə baxmayaraq,
administratorlar tərəfindən səhv qərarların verilməsi ehtimalı vardır.
Şə
rəf və ləyaqətin alçaldılması. Vikipediyada şərəf və ləyaqətin alçaldılmasına (təhqirə)
üstünlük verən istifadəçilər heç bir müzakirə aparılmadan bloklanırlar. Viki-istifadəçilər arasında
baş verən informasiya qarşıdurmalarının qarşısını almaq məqsədi ilə aşağıda göstərilən fəaliyyət
istiqamətləri istifadəçilərə qarşı hücum və ya onların şəxsiyyətlərinin alçaldılması kimi
qiymətləndirilir:
istifadəçinin yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup, ixtisası ilə
bağlı istehzalara yol vermək və təhqir etmək;
sübut olmadan istifadəçini yalançılıqda günahlandırmaq;
başqa istifadəçilərin ünvanına təhqiredici yazılar yazmaq və ya özünü onlardan üstün
saymaq;
bilərəkdən istifadəçinin adını təhrif etmək;
istifadəçinin məqalə yaza bilmək qabiliyyətinin olmamasını yazmaq;
istifadəçinin fiziki və əqli cəhətdən qüsurlu olmasını bildirmək və s.
Şəkil 2. Fəaliyyət stajı bir ildən az olan ingilis dilli viki-istifadəçilərin
2001-2010-cu illər üzrə statistikası [18].
İM-də iştirak edən təcrübəli istifadəçilər Vikipediyanın bu qaydalarını yaxşı bildiklərindən,
özləri heç bir zaman əks tərəfi təhqir etmirlər. Lakin müəyyən psixoloji üsullardan istifadə
etməklə qarşı tərəfi təhqirə sövq edir, psixoloji gərginlik yaradaraq onların Vikipediyadan
uzaqlaşdırılmasına çalışırlar. Virtual ensiklopediyada işləmək həvəsində olan yeni istifadəçilər
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
www.jpis.az 25
müəyyən ideyanı təbliğ edən istifadəçilərin nəzarətində olan məqalələrdə dəyişikliklər etməyə
çalışdıqda bu cür təzyiqlərə məruz qalırlar. Nəticədə, yeni istifadəçilərin viki-mühitdən
uzaqlaşması halları kütləvi hal almaqdadır ki, bu da virtual ensiklopediyanın son illərdə
müşahidə edilən ən ciddi problemlərindəndir. Məsələn, analiz nəticəsində məlum olmuşdur ki,
ingilis dilindəki Vikipediyada 1 ildən az staja malik olan istifadəçilərin sayı 2007-ci ilin
ortalarından başlayaraq azalmağa başlamışdır (Şəkil 2). Buna səbəb isə, əsasən yeni
istifadəçilərin Vikipediya qaydalarını bilmədikləri üçün hər hansı ideyanı təbliğ edən daha
təcrübəli istifadəçilər tərəfindən psixoloji təzyiqə məruz qalmaları və tez-tez səhvlər etmələridir.
Yalan və saxtalaşdırma. Düzgün olmayan, hər hansı ideologiyanın təbliğatını, psixoloji
təsiri özündə əks etdirən informasiyanı Vikipediyada saxlamaq üçün müxtəlif üsullardan istifadə
edilir.
Viki-səhifələrə daxil edilən dezinformasiyanın müəyyən edilməsində ən əlverişli
üsullardan biri səhifələrdə yerləşdirilən məlumatın doğru olub-olmadığını sübut etmək üçün
həmin viki-səhifələrin sonuna əlavə edilən “Mənbə” və ya “Xarici keçidlər”, “İstinadlar”,
“Ədəbiyyat” bölmələrində yerləşdirilmiş keçidlərin yoxlanılmasıdır. Bəzən viki-səhifələrin
sonunda saxta keçidlərin qoyulması hallarına rast gəlinir. Bu keçidlər mötəbər veb-saytlara, elmi
jurnallara və elektron kitablara istinad edə bilər. Vandalizmin qarşısının alınmasında və
vikimühitdə tətbiq edilən İM texnologiyalarının aşkarlanmasında həmin bölmələrin diqqətlə
yoxlanması problemin həllində ən vacib məsələlərdəndir. Lakin müəyyən vaxt və bilik tələb
etdiyinə görə onların yoxlanması çox zaman səthi aparılır. Bu isə saxta informasiyanın
Vikipediyada yer almasına səbəb olur.
Digər problem saxta kateqoriyalarla bağlıdır: Vikipediyada hər bir məqalənin sonunda bir
və ya bir neçə kateqoriya göstərilir ki, bu da həmin məqalənin hansı mövzuya aid olduğunu
bildirir və eyni mövzuya aid olan məqalələr arasında semantik yaxınlığı təmin edir.
Kateqoriyalar da məqalələr kimi istifadəçilər tərəfindən yaradılır və viki-səhifələrə daxil edilir.
Viki-istifadəçilər arasında baş verən qarşıdurmaların səbəblərindən biri kateqoriyaların
daxil edilməsi və dəyişdirilməsi ilə bağlıdır. Kateqoriyaların daxil edilməsi məqalələrin
iyerarxiya üzrə avtomatik strukturlaşmasını, axtarışın tez və asan təşkilini təmin edir, məqalənin
mövzusunun dəqiq müəyyən edilməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, hər bir kateqoriya
alt kateqoriyaya malikdir, eyni zamanda, həmin kateqoriya özü də daha yuxarı səviyyənin alt
kateqoriyasıdır. Məqalədə müəyyən kateqoriyaların dəyişdirilməsi bəzən o məqalənin tamamilə
başqa bir mövzuya aid olmasına və onun mənasının təhrif olunmasına səbəb ola bilər. Müəyyən
sayda məqalələr eyni kateqoriyaya aid edilirlərsə, onların adları avtomatik olaraq əlifba üzrə
kateqoriya səhifəsində avtomatik yığılır. Lakin nəzərə almaq lazımdır ki, məqaləyə bilərəkdən
səhv kateqoriyanın daxil edilməsi İM texnologiyalarından biri olan dezinformasiyanın həyata
keçirilməsi kimi qəbul edilir.
Viki-istifadəçilər arasında baş verən mübahisələr zamanı da aşağıdakı saxtakarlıq hallarına
rast gəlinir:
müzakirələrdə başqalarına aid fikirlərin dəyişdirilməsi üçün qəsdən onların yazdıqlarına
düzəlişlərin edilməsi, həmin mətnlərin silinməsi və ya başqasının adından məlumatın
yazılması;
istifadəçinin adının bilərəkdən dəyişdirilməsi və həmin istifadəçinin şəxsi səhifəsinin
surətinin yaradılması, onun adından müzakirələrdə iştirak edilməsi, redaktələrin
aparılması;
Anonim və ya saxta ad altında müzakirələrdə iştirak.
Digər problem müəyyən şəxsə və ya quruma hücum vasitəsi olaraq viki-mühitdən istifadə
hallarıdır. Bəzən hər hansı tanınmış alim, dövlət xadimi və ya siyasətçiyə qarşı informasiya
hücumu təşkil edilərkən Vikipediyanın imkanlarından geniş istifadə edilir. Əgər virtual
ensiklopediyada o şəxs haqqında məqalə artıq mövcuddursa həmin məqaləyə qərəzli və
təhqiramiz məlumatlar daxil edilir, məqalə mövcud deyilsə, insanı nüfuzdan salmaq, ləkələmək
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
26 www.jpis.az
məqsədi daşıyan məlumatlardan ibarət məqalələr yaradılır. Viki-mühitdə bu tip informasiya
hücumları yalnız şəxslərə qarşı deyil, dövlətə, şirkətə və ya partiyaya qarşı da tətbiq edilir.
Spamlar. Vikipediyada “spam” dedikdə, ilk növbədə, viki-səhifələrə daxil edilən qeyri-
ensiklopedik, reklam xarakterli məlumatlar nəzərdə tutulur. Bu virtual ensiklopediyaya daxil
edilən spamlar müxtəlif olur: reklam funksiyasını yerinə yetirən məqalələrdən əlavə, viki-
səhifələrə daxil edilən spam xarakterli xarici keçidlər və ya hər hansı müəllifin, şirkətin, siyasi
partiyanın, kitabın və s. adı. Viki-mühitdə spamı aşkar edən xarakterik cəhətlər:
viki-səhifələrdə göstərilən hiperkeçidlər müxtəlif xidmətlər təklif edən veb-saytlara
yönəlmiş olur;
hiperkeçidlərin başlıqları neytrallıqdan uzaq olur;
müxtəlif reklam xarakterli məlumatların aktiv şəkildə viki-səhifələrə yerləşdirilməsi.
Bəzən informasiya qarşıdurmasında iştirak edən viki-istifadəçilər spam bəhanəsi ilə vacib
mətnləri silməklə məşğul olurlar. Eyni zamanda, əksinə, spam xarakterli məlumatlar vacib
məlumat kimi məqalələrə daxil edilir və onların silinməsi “redaktələr müharibəsinə” səbəb olur.
Spamlarla əlaqədar informasiya qarşıdurmalarının qarşısını almaq üçün Viki-mühitdə məqalədə
spam xarakterli məlumatın olmasını bildirən şablonlardan istifadə edilir. Şablon daxil edilən
məqalələr administratorlar tərəfindən yoxlanılır və son qərar qəbul olunur. Lakin bu cür
şablonların da daxil edilməsi müəyyən konfliktlərə gətirib çıxarır. Belə ki, məqalədə spam
xarakterli məlumatın olması əvvəlcədən sübut olunmalı və ya fəal istifadəçilərin razılığı ilə qəbul
edilməlidir.
Viki-mühitdə reallaşdırılan İM texnologiyalarının qarşısını almaq üçün müəyyən tədbirlər
görülür, qaydalar tətbiq edilir. Məsələn, viki-layihələrdə qeyri-etik terminlər işlətmək, müzakirə
zamanı qarşı tərəfi təhqir etmək, alçaltmaq, məhkəmə və ya fiziki cəza ilə hədələmək
qadağandır. Qaydaları pozanların İP ünvanları və ya istifadəçi adları müəyyən müddətə, bəzən
isə həmişəlik bloklanır. Mübahisəyə səbəb olan məqalələr isə administratorlar tərəfindən
mühafizə olunur. Bu o deməkdir ki, məqalədə informasiyanın dəyişdirilməsi və ya yeni
informasiyanın daxil edilməsinə qadağa qoyulur. Lakin bunlara baxmayaraq, viki-mühitdə
informasiya qarşıdurmaları nəinki azalmır, əksinə, istifadəçilərin sayı çoxaldıqca, Vikipediya
dünyada populyarlaşdıqca, daha da artır.
Nəticə
İctimai rəyin formalaşması və ya dəyişdirilməsində, dezinformasiyanın yayılmasında
Vikipediya geniş imkanlara malikdir. Dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal
İnternet şəbəkəsinin ən nəhəng layihəsi olan Vikipediya özünün forma və tərkibi baxımından
müxtəlif xüsusiyyətli, sərhəd tanımayan şəbəkə resursları ilə cəmiyyətin sosial həyatının
ayrılmaz hissəsinə çevrilmişdir.
Məqalədə Vikipediyanın əsas problemləri olan vandalizm, redaktələr müharibəsini və viki-
istifadəçilər arasında baş verən konfliktləri araşdırarkən məlum olur ki, viki-mühitdə istənilən
səhifənin istifadəçilər tərəfindən on-layn şəraitdə redaktə oluna bilməsi, səhifələrə multimedia
vasitələrinin daxil edilməsi imkanının verilməsi virtual ensiklopediyada informasiya
qarşıdurmaları ilə əlaqədar müxtəlif problemlər yaradır.
Bu problemləri aradan qaldırmaq üçün Vikipediyanın ümumi prinsipləri olan neytrallıq,
müəllif hüquqlarının, etik normaların gözlənilməsi, məqalələrin sərbəst redaktəsi, və s. kimi
qaydalar heç də yetərli deyil. Viki-mühitdə reallaşdırılan İM texnologiyalarının qarşısının
alınması üçün onların analizi aparılmalı, yaratdığı problemlər araşdırılmalıdır.
Həmçinin viki-mühitdə reallaşdırılan bəzi informasiya müharibəsi texnologiyalarının
analizi burada baş verən konflikt və vandalizm hallarının yaranma səbəblərini müəyyən etməklə,
konfliktdə iştirak edən sosial şəbəkələri aşkar etməkdə mühüm rol oynaya bilər.
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
www.jpis.az 27
Ə
dəbiyyat
1.
Zhang C., Yin J., Cai Z., Chen W., RRED: Robust RED Algorithm to Counter Low-rate
Denial-of-Service Attacks // IEEE Communications Letters, vol. 14, 2010, pp. 489-49.
2.
Павлютенкова М.Ю., Информационная война: реальная угроза или современный
миф? // "Власть", М., 2001, с.19-23.
3.
Libicki M., What is Information Warfare? // National Defense University, ACIS, 1995, pр 3.
4.
Белов Е.Б., Лось В.П., Мещеряков Р.В., Шелупанов А.А. Основы информационной
безопасности. Учебное пособие для вузов, М.: Горячая линия - Телеком, 2006. - 544 с.
5.
Stakic D., Wiki technology – origin, development and importance // Infotheca, Faculty of
Mathematics, No. 1-2, Vol. X, Belgrade, 2009, pp. 61-69.
6.
Əliquliyev R.M., Ələkbərova İ.Y. Vikipediya. Virtual ensiklopediya. Bakı: ”İnformasiya
texnologiyaları” nəşriyyatı, 2010, 184 səh.
7.
http://
www.meta.wikimedia.org/wiki/List_of_Wikipedias
8.
http://
www.wikimediafoundation.org/wiki/FAQ/en
9.
Sumi R., Yasseri T., Rung A., Kornai A., Kertész J., Edit wars in Wikipedia / Privacy,
Security, Risk and Trust (PASSAT), IEEE Third International Conference on and 2011
IEEE Third International Confernece on Social Computing (SocialCom), 9-11 Oct. 2011,
pp. 724-727.
10.
Buriol L.S., Castillo C., Donato D., Leonardi S., Millozzi S., Temporal Analysis of the
Wikigraph // Web Intelligence (2006), Publisher: IEEE CS Press., pp. 45-51.
11.
Алгулиев Р.М., Алекперова И.Я., Касумова Р.Т. Коллективное знание в Интер-
нете / Шестая международная конференция "Интернет-Образование-Наука-2008".
Том 1, Винница, 2008, c. 5-7.
12.
Ələkbərova İ.Y. İnformasiya müharibəsi texnologiyaları. Ekspress-informasiya. İnfor-
masiya cəmiyyəti seriyası, Bakı: ”İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 108 s.
13.
Kittur A., Kraut R.E., Harnessing the wisdom of crowds in Wikipedia: quality through
coordination / In Proceedings of the 2008 ACM conference on Computer supported
cooperative work, 2008, pp. 37-46.
14.
Prasarnphanich P., Wagner C. The Role of Wiki Technology on Altruism in
Collaborative Knowledge Creation // The Journal of Computer Information
Systems, Summer, 2009, pp. 33-41.
15.
http://www.wikipediastudy.org
16.
http://
www.dumps.wikimedia.org/backup-index.html
17.
Shachaf P., Hara N. Beyond vandalism: Wikipedia trolls // Journal of Information
Science, 36(3), 2010, pp. 357-370.
18.
http://www.en.wikipedia.org/wiki/Wikipedia:Wikipedia_Signpost/2011-04-18/News_and_notes
19.
http://www.en.wikipedia.org/wiki/Wikipedia:Edit_warring
20.
Halavais A., Lackaff D. An Analysis of Topical Coverage of Wikipedia // Journal of
Computer-Mediated Communication, Volume 13, Issue 2, 2008, pp. 429–440.
21.
Blaschke S., Stein K. Methods and Measures for the Analysis of Corporate Wikis: A
Case Study / In: Proceedings of the 58th Annual Conference of the International
Communication Association ICA, May 22-26, Montréal, Canada, 2008, pp 1-24.
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 18-28
28 www.jpis.az
УДК
004.351
Алекперова
Ирада Я.
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
depart17@iit.ab.az
Анализ
некоторых технологий информационных войн, реализованный в вики-среде
В статье исследованы некоторые технологии информационных войн, реализованные в
вики-среде, рассмотрены вредные последствия вандализма и войны правок в виртуальной
энциклопедии, считающиеся основными проблемами Википедии. Кроме того,
проанализированы и произведены классификации информационных противостояний в
вики-среде.
Ключевые
слова: вики-технологии, информационная война, Википедия, вики-страницы,
вики-общество, война правок, спам.
Irada Y. Alakparova
Institute of Information Technology ANAS, Baku, Azerbaijan
depart17@iit.ab.az
Analysis of some of the technologies of information warfare implemented in the wiki-
environment
The article investigates some of the technologies of information warfare, implemented in a wiki-
environment, and reviews destructive consequences of vandalism and editwar, in a virtual
encyclopedia, that are considered the main problems of Wikipedia. In addition, it analyzes and
classifies information confrontation in a wiki environment.
Keywords: wiki technology, information
warfare, Wikipedia,
wiki-pages,
wiki-community,
editwar, spam.
Dostları ilə paylaş: |