292
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
DIRƏXŞAN HIDAYƏTI FƏRD
M.Füzuli adına Əlyazmalar İnstitutu, dissertant
E-mail:derakshanh@yahoo.com
KADUSİLƏR TARİXİ ARAŞDIRMALARDA
Açar sözlər: Kadisilər, Xəzər, Qafqaz, Albaniya, əhəmənilər, Strabon, Gilan, talışlar
Ключевые слова: Кадусии, Каспийское море, Кавказ, Албания, ахаманиты, Страбон,
Гилян, талыши
Key words: Kadussians, Caspian sea, Caucasus, Albania, ahamian, Strabon, Gilan, the talish
E.ə.V yüzilliyin birinci yarısında Yunan şəhər-dövlətlərinin Əhəmənilər imperiyasının
tərkibinə qatılması Ön Asiya tarixinin tarixşünaslığında önəmli dönüşə təkan verdi. O dövrün
mütərəqqi görüşlü Yunan yazarları Əhəmənilərin təbəələri olduqlarından, imperiyanın yüksə-
lişi və süqutu, sakinlərinin həyat tərzi, etnik mənsubiyyəti ilə maraqlanırdılar. Təsadüfi deyil
ki,bəzi vilayətlər və xalqlar haqqında həqiqi və əfsanəvi məlumatları ilk dəfə onların əsərlə-
rindən alırıq. Xəzərin cənub-qərb sahilləri boyunca məskunlaşan kadusi tayfaları haqqında ilk
və dolğun məlumatlar yunan müəlliflərinə məxsusdur. Təxminən 800 il ərzində antik
dövrmüəllifləri kadusilərin yayıldığı coğrafi areal və qonşuluqdakı tayfalar barədə ötəri məlu-
matlarla kifayətlənmişlər. Bu müddət ərzindəqonşuların bir qismi tarixin səhnəsindən silinmiş,
digərləri assimilyasiyaya uğramış, başqaları isə köç edib yerlərinidəyişmişlər. Strabon,
Pomponi Mela, Pliniy, Ptolemey, Diodor və digər müəlliflər kadusilərin qonşuluğunda
madayların, albanların, anariakların, elumeylərin, gellərin, matienlərin, mardların, tapirlərin,
derbiklərin, kaspilərin vədigər tayfaların yaşadığını qeyd edirlər [1, 52, 169; 2, 144; 3, 144].
Antik yazarların fraqmentar məlumatları əsasında kadusi probleminin elmi araşdı-
rılması uzun bir dövrü əhatə edir. Hələ 1875-ci ildə B.Dorn kadusiləri müasir Gilan və
Deyləm vilayətlərinin qədim sakinləri kimi təqdim etmişdir [4].
Z.Yampolskiy məqaləsində diqqəti ona yönəldir ki, antik dövr müəllifləri bəzən kadusi-
ləri «Gel» və «Leq» adları ilə təqdim edirlər. Gel və Leq tayfaları Qafqaz Albaniyasının da
ərazisində qeydə alındığından, müəllif belə qənaətə gəlir ki, Albaniyanın (Azərbaycanın şi-
malı) və Atropatenanın (Azərbaycanın cənubu) əhalisini əsasən eyni etnoslar təşkil edirdi [5].
Kadusilərin məskunlaşdığı tarixi ərazi – Gilan V.Bartoldun tədqiqatlarında geniş əks
olunub. O qeyd edir ki, Gilanın Xəzər sahilindəki düzənlik ərazilərində kadusilər, dağlıq
bölgəsində isə deyləmlilər məskunlaşmışlar [6, 215-217].
İ.M.Dyakonov kadusiləri gellərdən fərqləndirir və onların Qızılüzən (və ya Səfidrud)
çayı boyunca Xəzər dənizinin cənub sahillərinə doğru uzanan ərazilərdə yaşadıqlarını yazırdı
[7, 225].
İ.Əliyev də antik müəlliflərəistinad edərək kadusiləri «gel» və «leq» adı ilə tanınan
tayfalarla eyniləşdirir və onların nəinki Madada (sonralar Atropatenada), hətta Arazdan xeyli
şimalda, Albaniyada da yayıldıqlarını göstərir [8, 103-105].
Kadusilərin xatırlandığı yazılı qaynaqların bu tayfaların yayılma arealı, onların tarixi,
etnik kimliyi ilə bağlı məlumatları son 40 ildə işıq üzü görən tədqiqat əsərlərinin mövzusu
olmuşdur. Ən əsası odur ki, bu tədqiqatlarla e.ə. I minillikdə Ön Asiyanın hərbi-siyasi həya-
tında kadusilərin mövqeyini və rolunu təyin etmək mümkün oldu. E.ə. IX əsrdən etibarən ka-
dusilər hərbi münaqişələrə cəlb olunurlar. Siciliyalı Diodor özündən xeyli əvvəl yaşamış
Mənbəşünaslıq, Tarixşünaslıq
293
Tarix və onun problemləri,
№ 3 2013
Ktesiyə istinadən xəbər verir ki, Assur hökmdarı Nin kadusilərin və onların qonşuları tapir-
lərin torpaqlarını zəbt etmişdir. Nin əfsanəvi hökmdar sayılsa da, onun zövcəsi kimi təqdim
olunan Semiramida (assurca Şammuramat) tarixi şəxsiyyət olmuşdur. Mixikitabələrdə
bildirilir ki, Şammuramat Assur hökmdarı V Şamsi-Adadın zövcəsi olmuş və oğlu III Adadne-
rariyə qədər (təxminən e.ə. 810-805-ci illərdə) ölkəsini idarə etmişdir [7, 167-169]. Tarixi
sənədlərdən məlumdur ki, e.ə.823-810-cu illərdə V Şamsi-Adadın sərkərdələri Manna və
Maday torpaqlarına yürüşlər etmiş, hətta «Gündoğan dənizə» qədər (Xəzər nəzərdə tutulur)
gedib çıxmışlar [7, 164-165].
Assurluların, nisbətən sonralar isə urartuluların Xəzər sahillərindəki ərazilərə marağı
buradan keçən mühüm ticarət yoluna nəzarətə sahib olmaq iddiası ilə əlaqələndirilir. Urartu
hökmdarı II Argiştinin (e.ə.714-685-ci illər) bu istiqamətdəki hərbi səfərləri də bununla bağlı-
dır. Sarab yaxınlığından tapılan 3 urartu mətni burada, yəni Gilana gedən yolda bir neçə yaşa-
yış məskəninin (Arhu, Uşulu, Qirdu, Qituhani, Buku, Tuişdu) işğalından xəbər verir [9, 140].
Kadusilər Maday tayfa ittifaqına qatılmasalar da, qonşuları saklar və hirkanlılarla birgə
Assur dövlətinə qarşı müharibədə madaylara yardım edirdilər. Assur dövlətinin süqutundan
sonra Maday hökmdarları kadusilərin torpaqlarını istila etməyə çalışırdılar. İlk təşəbbüslər
uğursuz olsa da, Kiaksarın dönəmində (e.ə. 625-584-cü illər) kadusilərin məskunlaşdığı əra-
zilər Maday dövlətinin tərkibinə qatılır [3, 145-146]. Təxminən 70 illik əsarətdən sonra
kadusilər mərkəzi hakimiyyətə qarşı üsyan qaldırırlar. Ktesiy xəbər verir ki, üsyanı yatırmaq
üçün Maday hökmdarı Astiaq sərkərdəsi Kuruşu döyüşə yollayır. Lakin Kuruş kadusilərin
hökmdarı Onaferlə ittifaq yaradaraq Astiaqa qarşı çıxır və sonuncu Maday hökmdarını devirir
[10, 35].
Kadusilərin Əhəməni hökmdarı II Kuruşla tərəfdaşlıq münasibətləri Babilistanla
müharibədə də ön plana çıxır. Ksenofant bildirir ki, bu müharibədə kadusilər Əhəməni ordu-
suna böyük qüvvə ilə – 20000 piyada və 4000 atlı ilə dəstək vermişlər [3, 147]. II Kuruş oğlu
Bardiyanı (Ksenofont onu Tanioksar adlandırır) kadusilərin, Madayın və Arminiyanın satrapı
təyin etmişdir [11, 27]. E.ə.522-ci ildə Bardiyanın öldürülməsi ilə Əhəmənilər imperiyasının
müxtəlif yerlərində mərkəzi hakimiyyətə qarşı üsyanlar baş qaldırır. Bu üsyanlarda kadusilərin
də iştirakı şübhə doğurmur, çünki Bardiyanın satrapı olduğu Madanı və Arminiyanı üsyan dal-
ğası bürümüşdü. Bisitun kitabəsi bu satraplıqlarda üsyanların yatırıldığını göstərsə də,
kadusilər barədə heç bir məlumat vermir. Digər tərəfdən, Əhəmənilər imperiyasına daxil olan
ərazilərin rəsmi siyahısında və Herodotun anoloji siyahısında kadusilər heç bir satraplığın
tərkibində göstərilməyiblər. Bu səbəbdən bir sıra tədqiqatçılar kadusilərin Əhəmənilərin
inzibati-ərazi bölgüsünə qatılmadıqlarını, yalnız siyasi təsirə məruz qaldıqlarını qeyd edirlər.
Bu nominal asılılığı aradan qaldırmaq üçün kadusilər Əhəməni hökmdarı II Artakserksə (e.ə.
404-359-cu illər) qarşıüsyan qaldırırlar. Hərbi əməliyyatları təsvir edən Plutarx xəbər verir ki,
kadusilərin başçısı Datam ilə döyüşdə Əhəməni ordusu xeyli canlı qüvvə itirmişdir [12, 245].
Kadusiləri işğal etmək üçün son təşəbbüs e.ə. 358-ci ildə Əhəməni şahənşahı III Arta-
kserks tərəfindən həyata keçirilir. Roma tarixçisi Yustin xəbər verir ki, kadusilərin cəngavə-
rinə qalib gələn Arsam Kodoman (sonralar Əhəməni hökmdarı III Dara) ordunun döyüş
ruhunu bərpa etdiyi üçün sonralar Arminiyanın satrapı təyin olunmuşdur [12, 249].
E.ə.331-ci ildə baş verən Qavqamela döyüşündə kadusilər Əhəməni ordusunu canlı
qüvvə ilə təmin edirdilər. Bu barədə məlumat verən Arrian qeyd edir ki, kadusilər albanlar və
sakesinlərlə birgə Madayın satrapı Atropatın ordusunda Makedoniyalı Aleksandra qarşı
döyüşürdülər. Bu döyüşdə Atropatın qüvvələri fərqli cinahlarda – kadusilər sol qanadda,
albanlar və sakesinlər isə mərkəzdə yerləşdirilmişlər [3, 150-151].
294
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
Əhəmənilərin süqutundan sonra da Atropatena dövlətində kadusi hərbi dəstələri aparıcı
qüvvə olaraq qalırdılar [10, 451-452]. Strabon qeyd edir ki, Atropatena ordusunda kadusi
piyadaları sayca yalnız ariyalılardan geri qalırdılar, onlar mahir sapand atıcıları idilər [3, 151-
152].
Muzdlu kadusi hərbi dəstələri Selevki hökmdarlarının ordularında da iştirak edirdilər.
Polibiy yazır ki, kadusilər madaylar, karmaniyalılar vəkissiyalılarla birlikdə 5000-lik hərbi
dəstənin tərkibində Antioxun ordusunda döyüşmüşlər [3, 152].
Sasanilərin hakimiyyəti dönəmində etnonimin adında dəyişiklik baş verdiyindən mən-
bələrdə kadusilər «hun» adı ilə göstərilirlər. Məsələn, Antioxlu İohan məlumat verir ki, Sasani
şahı Perozun vəfatından sonra oğlu və varisi Kavad «hun» adı ilə tanınan kadusilərin yanında
sığınacaq tapmışdır [3, 153]. Görünür V əsrdən türk mənşəli hun tayfaları Gilanda geniş yayıl-
mışlar. Bununla belə, kadusilərin təsiri bəzi yerlərdə qalmaqda davam edirdi. Belə ki, B.Dorn
kadusilərin izlərinin Gilandakı Kadusera kəndinin adında qaldığını qeyd edir [4, 60].
Kadusilərin etnik mənsubiyyəti indiyədək mübahisə predmeti olaraq qalır. Tədqiqatçı-
ların bir qismi onları irandilli, digərləri isə qeyri-irandilli hesab edirlər. «Kadusi» etnoniminin
izahı əsasında problemin həlli perspektivsiz görünür. Belə ki, etnonim yalnız yadelli
qaynaqlarda qeydə alındığından onun həqiqətdə neсə səsləndiyini bilmirik. Problemin həllini
çətinləşdirən mühüm amil onamastik (şəxs adları) və toponimik (yer adları) materialın
olduqca azlığı ilə bağlıdır.
Antik yazarların təhrif olunmuş formadaqeydə aldıqları 5 kadusi şəxs adından üçünün
iranmənşəli olduğu şübhə doğurmur:
1.
Persond. Ktesiy bu etno-antroponimi kadusilərin mifik hökmdarına (e.ə. VI əsrin
birinci yarısı) şamil edir. Ad onu daşıyanın fars (parsa) mənşəyindən xəbər verir.
2.
Onafern. II Kuruşun müasiri olan (e.ə.VI əsrin ortaları) kadusi hökmdarı
olmuşdur. İsmin ikinci elementi (fern farna) qədimİran dillərində «səmavi nemət» anlamını
verir. Bu tip adlar qədim farslar üçün xarakterik idi (Vindafarna, Farnabaz, Farnak və s.).
3.
Datam. II Artakserksin ordusuna qarşı döyüşən sərkərdə. Ad hərfən «Qanuni»
(qədim farsca data «qanun») və ya «Natiq» (qədim farsca datiy «söyləmək», «danışmaq»)
mənalarını verir.
Digər iki isim – Alkavn və Rafin ehtimal ki, latın mənşəlidir.
İ.Əliyev 1960-cı ildə kadusilərin qeyri-irandilli olduğunu iddia edərək Qafqaz mənşəli
hurri dilinə bağlayırdı [8, 103-104]. Növbəti monoqrafiyasında isə o, kadusilərin varisi olan
gellərin (gilanlıların) İran dialektlərinin birində danışdıqlarını əsaslandırmağa çalışır [13, 15-
16].
Eyni ilə E.Qrantovskiy də filoloji araşdırma aparmadan kadusilərin iranmənşəli
olduğunu iddia edir [14, 374]. Q.Qeybullayev məsələyə daha həssaslıqla yanaşır və İran
tədqiqatçıları A.K.Təbrizi və M.C.Maşkura istinadən etno-toponimik araşdırma aparır. Bu
tədqiqatçılar hesab edir ki, «Kadusi» müasir «talış» (yerli dildə «qaluş») etnoniminin yunanca
ifadə forması olmuşdur [2, 178, 359-362].
R.Məlikov da kadusilərin varisləri olan gellərin İran dialektlərinin birində danışıqları
ideyasının tərəfdarıdır [3, 154].
Tədqiqatçıların digər bir qrupu kadusiləri qeyri-irandilli hesab edir. V.Bortalda görə
Xəzərin cənub-qərb sahiliboyunca məskunlaşan tayfalardan girkanlılar müstəsna olmaqla
anariaklar (hərfən «qeyri-arilər»), mardlar, tapirlər və onların qonşuları kadusilər irandilli
etnoslardan olmayıblar [6, 215].
Mənbəşünaslıq, Tarixşünaslıq
295
Tarix və onun problemləri,
№ 3 2013
Son zamanlar kadusiləri qeyri-iranmənşəli hesab edən tədqiqatçılar arasında iki fərqli
cərəyan kəskin şəkildə nəzərə çarpır. Tədqiqatçıların birqismi antik yazarların ziddiyyətli
məlumatlarına əsaslanaraq kadusiləri Qafqaz mənşəli hesab edirlər [5; 15, 380]. Buna səbəb
bəzi antik müəlliflərin leq və gel tayfalarının kadusilərlə eyniləşdirilməsi, digərlərinin isə bu
tayfaların Albaniyada məskunlaşması ilə bağlı məlumatlarıdır [1, 275].
Strabon Albaniyada 26 fərqli tayfanın yaşadığı barədə məlumat verir. Onların yalnız
Qafqaz və iranmənşəli olduğu fikri birmənalı qəbul olunmur. Məsələn, Ə.Ələkbərov ilk orta
əsrlərdə burada türkmənşəli etnosların da mövcudluğunu filoloji dəlillərlə əsaslandırmağa
çalışır və hesab edir ki, Gilanda məskunlaşan əhalinin bir qismi, o cümlədən kadusilər qədim
türk dialektlərindən birinin daşıyıcıları ola bilərdi [16, 18-19, 22, 23]. Ərəb müəllifi İbn
Xaukala istinadən V.Bartold gellərin fars arran və erməni dillərindən fərqli dildə danışdığını
qeyd edir [6, 217].
Əlbəttə, bütün bu deyilənlər Gilanda bizim eradan əvvəl iranmənşəli əhalinin, o
cümlədən talışların yaşamadıqları anlamına gəlmir. Belə ki, antik yazarlardan Qay Yuliy Solin
«Xəzərin sahillərindəki tayfalarla qonşuluqda yaşayan» tal tayfasının adını çəkir. K.Əliyev
onları talışlarla eyniləşdirməyin mümkünlüyünü qeyd edir [1, 174, 291]. Yazılı mənbələrin
məlumatları yetərincə olmadığından Gilanın əsas sakinləri olan kadusilərin etnik
mənsubiyyətini hazırkı mərhələdə təyin etmək imkansız görünür.
Kadusilərin tarixi və etnik mənşəyi ilə bağlı məsələlər İran tədqiqatçılarının da
əsərlərində nəzərdən keçirilib. Bu sahədəaraşdırmalar İran İslam inqilabının qələbəsindən
sonra geniş vüsət almışdır. İran tarixşünaslığında Gilanda qədim dövrlərdən məskunlaşan
tayfa və millətlərin kimliyi məsələsi mübahisə mövzusu sayılmır. Problemin tədqiqatçıları
Məhəmməd Cavad Maşkur və Əhməd Kəsrəvi kadusilərin Gilanda yerli əhali olduğunu ön
plana çəkir, «Kadus» və «taluş» terminlərinin genetik bağlılığına toxunaraq kadusi tayfalarını
müasir talışların əcdadı hesab edirlər [17, 248; 18, 286].
Gilanın erkən orta əsrlərdən müasir dövrəqədərki tarixini araşdıran Q.Faxtə vilayətin
əhalisinin etnik baxımdan dəyişməz qaldığının və siyasi-iqtisadi proseslərdə yaxından iştirak
etdiyi fikrinin tərəfdarı idi [19].
İstifadə olunmuş ədəbiyyat:
1.Алиев К. Древнегреческие и латинские первоисточники по истории древнего
Азербайджана (с примерами нового толкования). Б., 2010.
2.Гейбуллаев Г. К этногенезу азербайджанцев. Б., 1991.
3.Меликов Р. Этническая картина Азербайджана впериод Ахеменидского
владычества. Б., 2003.
4. Дорн Б. Каспий. СПб. 1875.
5. Ямпольский З. К вопросу об однаименности древнейшего населения
Атропатены и Албании // Труды Института истории и философииАН Азерб. ССР, том
IV, Б., 1954.
6. Бартольд В. Сочинения. Том. VII, М., 1971.
7. Дьяконов И. История Мидии: от древнейших времѐн до конце IV в.до. н.э. М.-
Л., 1956.
8. Алиев И. История Мидии, Б., 1960.
9. Медведская И. Древний Иран накануне империй (IX-VI вв.до н.э.). История
Мидийскогоцарства. СПб. 2010.
296
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
10. Пьянков И. Борьба Кира II с Астиагом по данным античных авторов //
Вестник Древней Истории, 1971, №3, 16-37.
11. Струве В. Восстание в Маргиане при Дария I // Вестник Древней истории,
1949, №2, 10-29.
12. Дандамаев М. Политическая история Ахеменидской державы, М., 1985.
13. Алиев И. Очерки истории Атропатены, Б., 1989.
14. Грантовский Э. Ранняя история иранских племен Передней Азии. М., 1970.
15. Мамедова Ф. Кавказская Албания и албаны, Б., 2005.
16. Алекперов А. Один из древнейших тюркских этносов Передней Азии –
Кадусии //Azərbaycantarixqurumu. Tarixvə gerçəklik, 2010,№1.
17. M.C.Maşkur. İranqədimzamanlarda. Tehran, 1989 (farsdilində).
18. S.Ə.Kəsrəvi. Unudulmuş hökmdarlar, Tehran, 1999 (fars dilində).
19. Q.Faxtə. İslamdan sonra Gilan tarixi. Tehran, 2008 (fars dilində).
ДИРЕХШАН ИДАЕТИ ФАРД
Диссертант Института Рукописей им.М.Физули при НАНА
КАДУСИИ В ИСТОРИЧЕСКИХ ИССЛЕДОВАНИЯХ
По сведениям античных писателей воинственные племена кадусиев в I тыс до н.э.
проживали наюго-западной части Каспия, в современной иранской провинции Гилян.
Попытки по установлению их этнической принадлежности не дали ожидаемых
результатов. Одни исследователи счттают их ираноязычными и предками современных
талышей. Другие роднят их с Кавказоязычной частьно населения Азербайджанской
Албании. Существуют также сторонники идеи тюркоязычности кадусиев. К сожалению
языковые данные недостаточны для решения этой проблемы.
DIREKHSHAN HIDAYETI FARD
Dissertant of Institute of Manuscripts named after M.Fuzuli under NASA
KADUSSIANS IN HISTORICAL RESEARCHES
According in the Antic writers cadussians tribes lived in the south-west coast of
Caspian sea. Certains investigators considered that they had been ancestorstalyshians.
Anothers learneds cansidered theirs related on the tribes of Caucasian tongue in Azerbaijanian
Albania. Anothers supposed that cadussians talked in the one of dialects of ancient turkian
language.
Rəyçilər: t.ü.f d. D.Əzimli, t.e.d.A.C.İsgəndərov
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının 21 dekabr 2012-ci il
tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№011).
Dostları ilə paylaş: |