Arxeologiya, Etnoqrafiya
255
Tarix və onun problemləri,
№ 3 2013
RAMİL RÜSTƏMOV
AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun”İlk orta əsrlər arxeologiyası” şöbəsinin dissertantı
E-mail: rustemovramil@mail.ru
MUĞANIN İTMIİŞ ŞƏHƏRİ - BƏLHAB
Açar sözlər: inzibati, ticarətdə, karvansara, körpülər
Ключевые слова: административные, торговые, караван-сараи, мосты
Key words:administrative, trade, caravanserais, bridges
Muğanın orta əsr şəhərlərinin öyrənilməsində Varsan, Bəcirəvan, Həmşərə, Bəlhab
şəhərlərinin tədqiqinin böyük əhəmiyyəti vardır.Bu şəhərlər kifayət qədər tədqiq edilmişdir.
Lakin İmişli ərazisində aparılmış yerüstü kəşfiyyat işləri və əldə edilmiş arxeoloji nümunələr
əsasında burada yeni bir orta əsr şəhərinin izləri üzə çıxarılmışdır. Bu şəhər adı qədim ərəb
mənbələrində çəkilən Bəlhab şəhəri olduğu ehtimal edilir.[1.s.40] Bu məqalədə məqsəd İmişli
rayonu ərazisində üzə çıxarılan orta əsr Bəlhab şəhərinin inkişafı haqqında ətraflı məlumat
verməkdir.Bu şəhərin yeri İmişli rayonunun Sarıxanlı kəndi ərazisində, Araz çayının sol
sahilində 20-25 km məsafədə yerləşir. Şəhərin izləri 40 ha qədər ərazini əhatə edir. Bir sıra
ərəb mənbələrinə istinad edərəkbu şəhər haqqında ətraflı məlumat əldə etmək olar.
İlk dəfə olaraq bu şəhər haqqında X əsr ərəb müəllifi Qudama ibn Cəfər əl-Bağdadi
məlumat verir. O, “Xərac və katiblik sənəti kitabı” adlı əsərində Bəlhab şəhərinin adını çəkir.
Bu şəhərin Ərdəbil, Bərzənd, Varsan, Beyləqan kimi şəhərlərlə iqtisadi və ticarət əlaqələri
barədə məlumat verir. Eyni zamanda şəhərlər arasındakı məsafə də göstərilir.[2.s.46] Bu
məsafəyə nəzərən şəhərin İmişli ərazisində olması müəyyən edilmişdir. Bu faktı digər
müəlliflər də təsdiq edirlər. əl-İstəxri “Məmləkətlərin yolları kitabı” əsərində qeyd edir ki,
Bərdədən Yunana 7 fərsəx, Yunandan Beyləqana 1 7 fərsəx, Beyləqandan Varsana 7 fərsəx,
Varsandan Bəlhəbə 7 fərsəx, Bəlhəbdən Bərzəndə 7 fərsəx, Bərzənddən Ərdəbilə 15 fərsəxdir.
Göründüyü kimi, Bəlhab şəhəri Bərdə-Ərdəbil ticarət yolu üzərində yerləşmiş əhəmiyyətli bir
şəhər olmuşdur. İbn Havqəl bildirir: Bərdədən Muyan kəndinə 7 fərsəx, Muyandan Beyləqan
şəhərinə 7 fərsəx, Beyləqandan (bu xoşagələnşəhərin zəngin bulaqları, bağları, meşələri və
çaylarında çoxludəyirman vardır) Varsana (bu şəhər Beyləqandan böyük və genişdir,çoxlu
əhalisi, bazarları və müxtəlif malları vardır; böyük şəhərlərdəəhaliyə xidmət yerləri və meh-
manxana kimi hər şey burada vardır;şəhərin ətrafına hasar çəkilmişdir; onun öz bazarı olan
qəsəbəsi dəvar) 7 fərsəx, Varsandan Bəlhəbə 7 fərsəx (Bəlhəb əhalisi çox olan bir kənddir,
burada poçt stansiyası və müsafirlərin dayanması üçün mehmanxana vardır),[3.s.85] Bəlhəb-
dən Bərzəndə, öz vəziyyətinə görə Beyləqana yaxın olan şəhər, 7 fərsəx, Bərzənddən Ərdəbilə
15fərsəxdir; bu yolun (hər iki tərəfində) kəndlər və stansiyalar vardır. Bəlhab şəhərinin iq-
tisadi əhəmiyyətini ibn Havqəl də qeyd etmişdir, burada karvansara və rabitə xidmətinin
inkişafından söhbət açır. əl-Müqəddəsi bildirir: Bərdədən Yunana, ya Bərzəndə, ya Cənzəyə,
ya Kalkatusa bir mənzil yol vardı. Yunandan Beyləqana 1 mənzil, sonra Varsana 1 mənzil,
sonra Bəlhəbə 1mənzil, sonra Bərzəndə 1 mənzil, sonra Ərdəbilə 2 mənzil yoldur.[4.s.69]
X əsr ərəb müəllifləri Əbu Düləf və ibn Havqəl Araz çayı ətrafında 5 minə yaxın kənd
və yaşayış yerinin olduğunu göstərir, sonralar Allahın qəzəbi nəticəsində buranın əhalisinin
məhv olmasını göstərirlər.Doğrudan da müqəddəs kitabımız “Qurani-Kərim”də 25-ci surənin
256
Arxeologiya, Etnoqrafiya
Tarix və onun problemləri,
№ 3 2013
38-ci ayəsi və 50-ci surənin 12-ci ayəsində bu faciə barədə danışılır. Tarixi mənbələr də
göstərir ki, Araz çayı daşmış, sahilindəki bütün yaşayış məntəqələri məhv olmuş, cüzi bir əhali
isə başqa yerlərə köçmüşlər.[3.s.387; 530]
Bu şəhərin adının mənbələrdə X əsrdən çəkilməsi onu göstərir ki, şəhər Azərbaycanda
ərəb hakimiyyətinin zəifləməsindən sonra inkişaf edərək meydana gəlmişdir. Burada aşkar
edilmiş arxeoloji nümunələr də bunu sübut edir. Belə ki, əldə edilən arxeoloji materiallarX-
XIV əsrləri əhatə edir.
2010 və 2011-ci illərdə Bəlhab şəhəri ərazisində kəşfiyyat xarakterli qazıntı işləri
aparılmışdır. Tədqiqat işləri zamanı məlum olmuşdur ki, üst təbəqələrintikintiləri ilə əlaqədar
qazılmış quyular, təndirlər, xəndəklər və s. özündən əvvəlki təbəqələri dağıtmış, əksər hallarda
onların materialları torpaqla birlikdəçıxarılıb atılmışdır. Şəhərin şimal-şərq tərəfində yerləşən I
qazıntı sahəsində bişmiş kərpiclə hörülmüş divar səddi aşkar edilmiş, ərazidən həmçinin şirli
və şirsiz saxsı məmulatları aşkar edilmişdir. Nəhayət məlum olmuşdur ki, bu divar Bəlhab
şəhərinin qala divarıdır.
Bəlhab şəhəri həm daxili ticarətdə, həm də xarici ticarətdə strateji rol oynayırdı.
Şəhərin məşhur Bərdə-Ərdəbil ticarət yolunun üzərində yerləşməsi burada lazım olan bəzi
xammalın əldə edilməsi üçün böyük imkan yaratmışdır.Qeyd etmək lazımdır ki, arxeoloji
qazıntılar hələlikancaq dulusçuluq, metalişləmə və daşişləmə sənətinə dair material vermişdir.
Burada əldə edilmiş arxeoloji nümunələr Beyləqan, Bərdə, Gəncə, Ərdəbil şəhərlərindən
tapılmış nümunələrləoxşarlıq təşkil edir.[5.s.114] Bunun da əsas səbəbi Bəlhab şəhərinin
daxili ticarətdə digər şəhərlərimizlə qarşılıqlı iqtisadi münasibətdə olmasıolmuşdur.
Bəlhab şəhəri həmçinin Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrində də əsaslı rol
oynamışdır. Belə ki, AzərbaycanınXəzər dənizi hövzəsi ölkələri ilə, Yaxın Şərq və cənub-şərq
Asiya ölkələri ilə iqtisadi əlaqələrində bütün yollar Bəlhab şəhərindən keçirdi və şəhər strateji
əhəmiyyətli məntəqə idi.[6.s.3]
Ərəb hakimiyyəti süqut etdikdən sonra şəhər Şəddadilər, sonralar Azərbaycan Ata-
bəylər dövlətinin tərkibində olur. Bu faktı şəhər ərazisindən tapılmış atabəy Özbəyin adı
yazılmış mis pulun aşkar edilməsi də sübut etmişdir.
Atabəylər dövrünə aid mis pullar. Şəkil.1
Arxeologiya, Etnoqrafiya
257
Tarix və onun problemləri,
№ 3 2013
XII əsrin ortalarından başlayaraq səlcuqlar onlardan vassal asılılığında olan yerlərin
idarəçiliyini yerli hökmdarlara həvalə etdilər. Onlardan biri də Azərbaycan Atabəyləri -
Eldəgizlər idi. Mirxond yazır ki, “Nəhayət sultan Məsud Eldəgizi kiçik bir qoşun dəstəsilə
Arrana göndərdi. Az bir zamanda o bütünlükdə Arranı, Gəncəni, Şirvanı, Muğanı zəbt etdi.”
Bu zaman göstərilən əraziyə daxil olan Bəlhab şəhəri də Eldəgizlərin hakimiyyəti altına düşür.
Bəlhab şəhəri ictimai həyatın bir sıra amillərini özündə cəmləşdirir. Bunlar hərbi-
strateji, inzibati, sənətkarlıq və ticarət, din və mədəniyyət amilləridir. Bəzən bu və ya digər
şəhərdə bu amillərdən biri və yaxud bir neçəsi daha aparıcı mövqe tutur.[5.s.42]
Orta əsrlərdə qala divarları şəhərin müdafiəsini təmin edən ən ümdə vasitə idi. Qala
divarı, xüsusilə düzən ərazidə yerləşən şəhərlər üçün daha böyük əhəmiyyətə malik idi. Buna
görə də əksər hallarda düzən sahələrdə şəhərin salınması qala divarlarının tikilməsindən
başlanılırdı. Qala divarları eyni zamanda şəhərin ilk dövr sərhəddini aydınlaşdırırdı. Qala
divarları düşmən hücumları zamanı nəinki şəhər əhalisini, hətta ətraf kəndlərin əhalisini də
mühafizə edirdi [6.s.12]
Bəlhabda sənətkarlıq və ticarət getdikcə inkişaf etməyə başlayır, əkinçiliyə xidmət edən
sənətkarlıq sahələrinin rolu artırdı. Azərbaycanı cənub ölkələri ilə birləşdirən Bərdə-Ərdəbil
ticarət yolununəhəmiyyəti artdıqca Bəlhab şəhərinin inkişafına onun təsiri də çoxalırdı.
XI-XII əsrin əvvəllərindəBeyləqanın nüfuz dairəsi, demək olar ki, Mil və Muğan düz-
lərini əhatə etmişdir.Bunu arxeoloji materiallarbütün aydınlığı ilə nümayiş etdirir. Son
illərdəMil və Muğan düzlərində aparılan kəşfiyyat işləri göstərir ki, həmin ərazidə olanorta əsr
abidələrinin arxeoloji materialları ilə Beyləqan şəhərinin materialları arasında böyük yaxınlıq
və hətta eyniyyət vardır. Bu yaxınlıq hər şeydən əvvəl saxsı məmulatında biruzə verir. Bey-
ləqanla bağlı şirli saxsı məmulatına Qalaça, Hacıtəhməzqala, Bəlhab şəhər yerində də təsadüf
olunur.[1.s.21] İmişli ərazisindən keçən tranzit yollarından istifadə etməklə Azərbaycan
şəhərləri öz sənətkarlıq məhsulları ilə də alver edirdilər.Bu məhsullar nəinki ölkənin özündə
satılırdı, hətta başqa ölkələrə də ixrac edilirdi. əl-İstəxrinin verdiyi məlumata görə Bərdə
tacirləri öz məhsullarını Bəlhab şəhərivasitəsilə Çinə və Hindistana aparırdılar.[7.s.23]III
əsrdə İranda hakimiyyəti ələ almış Sasanilər öz sələfləri olan Parfiya hökmdarları kimi
“Böyük İpək yolu”na nəzarəti öz əllərində saxlamağa çalışırdılar.
Ərəblərin Azərbaycanda hakimiyyəti dövründə isə İpək yolu üstündə yerləşən Şəki,
Bərdə, Dərbənd, Çola, Beyləqan beynəlxalq əhəmiyyətli şəhərlər hesab olunurdu. Bu şəhərlər
içərisində Beyləqan şəhəri daha çox fərqlənmişdi. Bir sözlə, Azərbaycan İpək yolunun ya-
ranışından bu ticarət yolunda gedən proseslərin birbaşa iştirakçısına çevrilmişdi.[7.s.38] İlk
orta əsrlərdə Muğanın Həmşərə, Varsan, Bəcirəvan və Bəlhab kimi şəhərləri ticarətin inki-
şafında mühüm rol oynayırdılar. IV – VIII əsrlərdə şəhər sənətkarlıq sahələri, demək olar ki,
bütövlükdə əmtəə səciyyəsi daşıyırdı. Sənətkarlar əhalini hazır metal əşyaları, saxsı məmulatı,
tikinti və təsərrüfat materialları, gön - ayaqqabı, ev ləvazimatı və s. məhsullarla təmin edirdilər
[8. s.49].
IX əsrdən başlayaraq şəhərlərin yüksəlişi Muğanın iqtisadi inkişafında sənətkarlığın
mövqeyini artırır. Sənətkarlar daxili ticarət üçün nəzərdə tutduğu məhsulu özləri şəhərin
bazarında və yaxın kəndlərdə satırdılar. Kəndlilər isə kənd təsərrüfatı məhsullarını gətirib
şəhərlərdə satır və oradan sənətkarlıq məhsullarını alırdılar [9. s.65]. Məhz buna görə idi ki,
ilk mənbələrdə şəhərlərin adı çəkiləndə çox vaxt təkcə şəhərin ərazisi deyil, onun əhatə etdiyi
iqtisadi rayon nəzərdə tutulurdu. IX–XIII əsr mənbələri Muğan ərazisində yerləşən şəhərlər
üçün əmtəə malları kimi ipək, pambıq, kətan, düyü, taxıl, üzüm, nar və başqa kənd təsərrüfatı
258
Arxeologiya, Etnoqrafiya
Tarix və onun problemləri,
№ 3 2013
məhsullarının adını çəkir. Bu fikri arxeoloji qazıntılar da sübut edir. Bütün bunlar orta əsrlərdə
ölkənin daxili ticarətində şəhərlərin oynadığı rolu nümayiş etdirir. Yerli xammal çox vaxt
şəhərlərin bu və ya digər sənət sahəsi ilə ixtisaslaşmasına şərait yaradırdı. Şəhərlərin
ixtisaslaşması da şəhərlərarası ticarətin artmasına səbəb olurdu.
ərazidən tapılmış çıraq. şəkil.2
Azərbaycan şəhərlərini karvan yolları birləşdirirdi. Karvan yollarının fəaliyyətini təmin
etmək üçün çayların üzərindən dövrün tələbinə cavab verən dayanıqlı körpülər salınırdı [8.
s.63]
İmişlinin ticarətinin inkişafında, qeyd etdiyimiz kimi, onun Bərdə-Ərdəbil karvan yo-
lunun üzərində yerləşməsinin böyük rolu olmuşdur. İmişli qazıntılarından hələlik Eldəgizlər,
Monqollar və Teymurilərin pulları aşkar edilmişdir [7. s.126].
Beləliklə, Bəlhab şəhəri orta əsrlərdə Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri
olaraq ölkənin iqtisadi və ticarət əlaqələrində yüksək mövqeyə malik olmuş şəhərlərimizdən
olmuşdur.
ƏDƏBİYYAT
1.Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974
2.Azərbaycan arxeologiyası. VI cilddə, VI cild. Bakı, 2008
3.Bünyadov Z.M, Məmmədəliyev V.M.Qurani-Kərim.VI nəşr. Bakı.2004
4.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 2007
5.Ахмедов Г.М. Работы Худаферинской экспедиции. Москва, 1981
6.Гусейнова С.Б., Квачидзе В.А. К семантике гончарных клейм из Бяндована. // ДАН
Азерб. ССР, т. XXXV. 1979, №4
7.Nuriyev C. Azərbaycanın gömrük tarixi. Bakı, 2009
8.Məmmədov A. Gəncəbasar IV-XIII əsrlərdə. Bakı, 1992
9.Vahidov R. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961
RAMIL RÜSTƏMOV
ПОТЕРЯННЬЫЕ ГОРОДЕ В МУГАНЬЕ
Археологические раскопки были изучены средневековые города в Муганьи,
крупных населенных пунктов городского типа археологические исследования начались.
Действительно, в результате археологических исследований упоминается в письменных
источниках в пространстве определяется количество поселков, городов, руины были
Arxeologiya, Etnoqrafiya
259
Tarix və onun problemləri,
№ 3 2013
обнаружены некоторые из имен, указанных в письменных источниках. Археологичес-
кие исследования в Восточной и других мусульманских городов средневековых городов
подобие рельефа удостоверяющий вид расширяет идеи. Археологические разведки и
раскопки из самых богатых городов в системе обороны путем предоставления факти-
ческих материалов, а также стены зданий, и военные отреагировали на требования ст.
Археологические раскопки городов, которые были сосредоточены в культурный и
интеллектуальный потенциал общества в положительное влияние на социально-эко-
номическое и культурное развитие фактических материалов в утвержденных центрах.
В результате средневековые памятники, найденные в археологических раскопках
в развалинах мастерских, промышленных отходов, богатый искусством и производст-
вом ремесленных изделий в целом, а также ее различных областях, в том числе изделия
металла, керамики, стекла. право, возможность наблюдать за динамикой развития.
Источник анализа искусства в Балхабе не вернулся, положил его обратно в некоторых
районах, даже в городах.
Археологические исследования на взаимодействие городов и окружающих их
сельских область позволено говорить хорошие идеи.
Нумизматические данные археологических материалов и в разных стадиях тор-
говли в средние века, характер и импорта товаров установлена.
RAMIL RÜSTƏMOV
LOSTCITY IN THE MUGHAN
Archaeological excavations have been studied medieval in Mughan cities, major
settlements cititipe archaeological research began. Indeed, as a result of archaeological
investigations mentioned in written sources in the space defined by a number of towns, cities,
ruins were discovered some of the names specified in the written sources. Archaeological
research in East and other Muslim towns medieval towns of the similarity of the topography
of certifying the view expands on the ideas. Archaeological exploration and excavation of the
richest cities in the defense system by providing factual materials, as well as the walls of
buildings, and the military has responded to the demands of the art. Archaeological
excavations of the cities, which were concentrated in the cultural and intellectual potential of
the society in a positive impact on the socio-economic and cultural development of the actual
materials in approved centers.
As a result of the medieval monuments discovered in archaeological excavations in the
ruins of workshops, industrial wastes, rich in art and craft products manufacturing as a whole,
as well as its different areas, including metallisləmə, pottery, glass production. qualify, an
opportunity to observe the dynamics of development. Sources analysis of art in Balhab not go
back, put it back in some areas, even in the cities.
Archaeological research on the interaction of cities and their surrounding rural area
allowed to say good ideas.
Numismatic evidence of archaeological materials and in different stages of trade in the
Middle Ages, the nature and import of the goods is established.
Rəyçilər: t.e.d. A.Məmmədov, t.e.d.Q.S.İsmayılov
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “İlk orta əsrlər arxeologiyası”
şöbəsinin 25 fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür
(pr.№17).
Dostları ilə paylaş: |