18
modelindən maraqlı tərəflərin daha fəal cəlb
edilməsi modelinəkeçid strategiyamıza uyğun
olaraq dayanıqlılığa yönəlmiş fəaliyyətə daha
çox diqqət yetirməyə başladıq. Bu yanaşmaya,
cəmiyyətin uzunmüddətli dayanıqlı inkişafı
naminə seçdiyimiz yola səhmdarlarımızn və
payçılarımızn da qoşulmasını təmin edən
layihələrin ərsəyə gətirilməsi və seminarların
təşkil edilməsi daxildir. Bu qəbildən olan
çoxsaylı təşəbbüslərimiz arasında ən vacibi
Müəssisələrin Dayanıqlı İnkişafı Proqramıdır
(MDİP). Proqram, təsisçisi gənc nəsil olan
müəssisələr qurmaqla, gənc qadınlara və
kişilərə sahibkarlıq və işgüzar fəaliyyət
mövzularında təlim keçməklə KOS-ların
inkişafına rəvac vermək məqsədini daşıyır. 2015-
ci ilin sonunda 120 perspektivli sahibkar MDİP
üzrə təlimlənnmişdir və bununla da innovativ
müəssisələri ilə ölkəyə daha parlaq gələcəyi vəd
etmişdir.
2016-cı ilə doğru…
Aparıcı beynəlxalq təşkilatların
proqnozlarına əsasən, Azərbaycanın 2016-cı
ildə müsbət iqtisadi artım açıqlaması gözlənilir.
Dünya Bankı, iqtisadiyyatı şaxələndirən,
resurs bölgüsünü təkmilləşdirən və korporativ
idarəçiliyi gücləndirən institusional struktur
islahatlar, həmçinin qeyri-neft sektoruna
qoyuluşu davam edən investisiya hesabına
ölkə iqtisadiyyatının bərpasını bəyan edir.
Azərbaycan hökuməti, işgüzar mühitin
yaxşılaşdırılması istiqamətində tədbirlər
həyata keçirməklə və müxtəlif səylər vasitəsilə
sahibkarlığa rəvac verməklə iqtisadiyyatı
şaxələndirmək üçün təkliflərin hazırlanmasına
artıq başlayıb. İnanırıq ki, hökumətin yeni
islahatlar siyasəti iqtisadi sabitliyin bərpasına
yardım edəcək və dayanıqlı, uzunmüddətli
iqtisadi artıma yol açacaq. Bununla belə, 2016-
cı ildə ölkə banklarının çağırışlarla üzləşməyə
davam edəcəklərini gözləyirik.
“PAŞA Bank” ASC üzərimizə gələn dövrdə
təşkilati səmərəliliyin artırılması və əsas
bacarıqların möhkəmləndirilməsi strategiyasına
əməl etməyi planlaşdırır. Bu sahələr üzrə
nəzərdə tutulmuş bir neçə vacib layihənin yekun
mərhələsi 2016-cı ildə başlayacaq. Ölkənin
iqtisadiyyatın şaxələndirilməsi strategiyasına
uyğun olaraq yerli qeyri-neft sektorunu diqqət
mərkəzimizdə saxlamağa davam edəcəyik.
İşçilərimizin, müştərilərimizin və işgüzar
tərəfdaşlarımızın cari dəstəyi və sədaqəti
sayəsində “PAŞA Bank” ASC-nin 2016-cı ildə
yeni hədəflərə çatacağına qətiyyətlə inanırıq.
Bu uğurun arxalandığı möhkəm bünövrənin
qurulmasında bizə yardım etmiş bütöv PAŞA
Bank ailəsinə, həmçinin üzümüzə gələn
illərdə nail olacağımız uğurlarla bizi müşaiyət
edən müştərilərimizə və payçılarımıza dərin
minətdarlığımızı bildirmək istəyirik.
Hörmətlə,
Mir Camal Paşayev
Müşahidə Şurasının sədri
Taleh Kazımov
İdarə Heyətinin sədri
MÜŞAHIDƏ ŞURASI SƏDRİNDƏN VƏ İDARƏ HEYƏTİNİN SƏDRİNDƏN ÖN SÖZ
20
RƏHBƏRL
İ
Y
İ
N TƏRK
İ
B
İ
“PAŞA Bank” ASC-nin rəhbərliyi
Mir Camal Paşayev
Müşahidə Şurasının sədri
Mir Camal Paşayev 1993-cü ildə Moskva
Dövlət Universitetinin Fizika fakültəsini bitirib,
1996-ci ildə texniki elmlər üzrə magistr dərəcəsi
almaq məqsədilə Kaliforniya Universitetinə daxil
olub və bundan sonra, 1998-ci ildə Vaşinqtondakı
“Amerika Universiteti”-nin biznesin idarə edilmə-
si üzrə magistr dərəcəsini alıb. 1999-cu ildə
Azərbaycan Respublikasının Mərkəzi Bankının
məsləhətçisi vəzifəsini icra etmək üçün Bakıya
gəlməzdən əvvəl 1998-ci ildə “Mobil Korpo-
reyşn” şirkətinin Dallas və Vaşinqton ofislərində
biznes layihələrinin məsləhətçisi vəzifəsində
işləyib. 2000-ci ildə o, Avropa Yenidənqurma və
İnkişaf Bankında (AYİB) maliyyə analitiki kimi
işə başlayıb, tezliklə infrastruktur layihələri üzrə
bankir vəzifəsinə yüksəlib. 2005-ci ildən 2008-ci
ilədək infrastruktur, telekommunikasiya və mal-
iyyə xidmətləri sahəsində irimiqyaslı investisiya
layihələri üzrə konsaltinq fəaliyyəti ilə məşğul
olub. Mir Camal Paşayev 2006-cı ildən “PAŞA
Holdinq” MMC-də icraçı direktor vəzifəsində
çalışır. O həmçinin “PAŞA Sığorta” ASC-nin Müşa-
hidə Şurasının sədridir.
Fərid Axundov
Müşahidə Şurasının sədri
Fərid Axundov 1992-ci ildə Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunu (hazırda Azər-
baycan Dövlət İqtisad Universitetini) bitirib,
Nottingham Trent Universitetinin idarəetmə
kurslarının məzunudur. 1994-cü ildə o, Birləşmiş
Krallıq hökumətinin təsis, Xarici İşlər və Britaniya
Birliyi Məsələləri Nazirliyinin təltif etdiyi nüfuzlu
Chevening təqaüdünü qazanan ilk Azərbaycan
vətəndaşlarından biri olmuşdur və 1995-ci ildə
Salford Universitetinin (Mançester, Birləşmiş
Krallıq) MBA dərəcəsini almışdır.
Cənab Axundov əmək fəaliyyətinə 1991-
ci ildə metal zavodunda iqtisadçı vəzifəsindən
başlamışdır. Bir il sonra o, xarici iqtisadi əlaqələr
üzrə baş iqtisadçı kimi Azərbaycan Respublikası
İqtisadiyyat və Planlaşdırma Dövlət Komitəsinə işə
qəbul edilmişdir. 1996-cı ildən 2003-cü ilədək Fərid
Axundov HSBC-nin törəmə qurumu British Bank of
the Middle East bankında bir sıra rəhbər vəzifələr
tutmuş, maliyyə nəzarəti meneceri vəzifəsindən
Müştəri Xidmətləri, sonra Korporativ Bankçılıq
Departamentinin rəhbəri, nəhayət, HSBC Azər-
baycanın baş icraçı direktor müavini vəzifəsinədək
yüksəlmişdir. 2003-cü ildə Fərid Axundov İdarə
Heyəti sədri qismində “Most-Bank Azərbaycan” KB-
də fəaliyyətə başlamış, “Mostbank Azərbaycan”-nın
restrukturizasiyası və rebrendiqi nəticəsində o zam-
an ölkənin ən böyük kommersiya banklarından biri
olan “Bank Standard” ASC-nin yaradılması prosesinə
nəzarət etmişdir. 2007-ci ildə Fərid Axundov “PAŞA
Bank” ASC-də İdarə Heyətinin Sədri qismində fəal-
iyyətə başlamış, 2015-ci il 1 iyul tarixində Müşahidə
Şurasının üzvü vəzifəsinə təyin edilmişdir.
Vadim Şneyer
Müşahidə Şurasının üzvü
Vadim Şneyer 1991-ci ildə Bakı Dövlət Uni-
versitetinin Hüquq fakültəsini hüquq elmləri üzrə
fərqlənmə diplomu ilə bitirib. 1991-1997-ci illərdə
müxtəlif yerli və xarici şirkətdə, o cümlədən, Bakı
Banklararası Valyuta Birjasında və Far East Lev-
ingston Shipbuilding gəmiqayırma şirkətində
hüquqşünas işləyib.
1997-2001-ci illərdə o, Dr. Entezari & Associ-
ates hüquq şirkətinin Bakı ofisində idarəedici part-
nyor kimi fəaliyyət göstərib. 2001-ci ildə Michael
Wilson & Partners hüquq şirkətinin Almatı ofisinə
işə qəbul edilib və 2005-ci ilədək orada işləyib.
2005-ci ildə “B M” hüquq şirkətinin Bakı ofisinə işə
qəbul edilib və 2007-ci ilədək orada işləyib. Vadim
Şneyder 2007-ci ildən “PAŞA Holding” MMC-nin
Hüquq Departamentinin direktoru vəzifəsində
işləyir, 2011-ci ildə “PAŞA Holding” MMC-nin direktor
müavini vəzifəsinə təyin edilib. 2008-2013-cü illərdə
Vadim Şneyer “Kapital Bank” ASC-nin Müşahidə
Şurasının sədri olub.