27
SƏDNİK PAŞA PİRSULTANLI - 80
TƏBRİKLƏR
Daşkəsən təmiz havalı, saf sulu, sərin bulaqlı, başı qarlı uca dağlar qoynunda
yerləşmiş romantik diyardır, saza və sözə qiymət verən gözəl məkandır.
Professor Sədnik Paşa Pirsultanlı ömrünün parlaq dövrünü yaşayır, yazıb yaradır,
hörmət qazanır. Dahi Nizami Gəncəvinin (1141-1209) “İsgəndərnamə” poemasının
“İqbalnamə” hissəsindəki aşağıdakı misraları professor Sədnik Paşa Pirsultanlının şərəfli
ömrünün Salnaməsinə şamil etmək xoşbəxtlikdir.
Elmlə, hünərlə! Başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri.
Professor Sədnik Paşayev Xəlil oğlu Pirsultanlı bu günün və sabahın mahir ustasıdır,
çünki tələbələrin yüksək əqli inkişafına, elmi səviyyəsinin, biliyinin, dünyagörüşünün, mənəvi
aləminin zənginləşdirilməsində gözəl pedaqoqdur, məsuliyyətli tərbiyəçidir, gözəl insan, incə,
zərif, həssas qəlbli tarixi şəxsiyyətdir. Onun əsərləri gənc nəslin təlim-tərbiyəsində və
hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında zəngin təlim-tərbiyə xəzinəsidir.
Tədqiqatçı alim, istedadlı folklorşünas Sədnik Paşa Pirsultanlının anadan olduğu
füsünkar təbiətli, dağlar qoynunda yerləşmiş Qazaxyolçular kəndi insana bədii estetik zövq
verir. Onun mənəvi aləmini zənginləşdirir. Buna görə də Sədnik Paşa Pirsultanlı cavan,
müdrik oğlandır, 80 illik yubileyinə kimsə inanmır. Onun gözəl qaməti, cəsarətli duruşu, incə
yerişi, səmimi baxışı, mehriban görünüşü cavan oğlan təsiri bağışlayır. Hamı ürəkdən deyir:
“Sədnik Paşa 100 illər yaşa” .
Görkəmli folklorşünas alim, tədqiqatçı, nasir, çoxsaylı monoqrafiyaların, dərsliklərin,
dərs vəsaitlərinin müəllifi professor Sədnik Paşa Pirsultanlı müasir pedaqoq, istedadlı tarixi
şəxsiyyətdir. Təbii istedada malik olan Sədnik Paşa Pirsultanlı xeyirxahlığı, qayğıkeşliyi,
zəngin mənəviyyatlı, namuslu olması ilə ümumxalq məhəbbəti qazanmış və qazanır. Xalq
şairi Zəlimxan Yaqub gözəl yazır:
Bu dağlar qoynunda iki zirvə var,
Biri Ələsgərin, biri Vurğunun!
Hər gün ağ eylədi elin üzünü,
Nuru Ələsgərin, nuru Vurğunun!
Uca dağlar qoynunda uşaqlıq və gənclik illəri mənalı keçmiş Sədnik Paşayev Xəlil oğlu
Pirsultanlının səmimi, zərif, nurlu, gözəl xasiyyəti, Xoşbulaq yaylağının, Həsənbaba,
Həsənnənə, Eldar, Kəpəz, Murov, Qonur, Qoşqar dağlarının romantik, təbii və nurlu
qoynunda keçmiş, igidlərin qəhrəmanlığından, yaylaqların xoş tamaşasından, al-yaşıl
geyinmiş, meşələrin, nərgizli, bənövşəli, güllü-çiçəkli çəmənliklərin gözəlliklərindən, nurlu
təbiətdən ilham almış, müdrik bir gənc kimi böyümüş, vətənpərvər, əməksevər, işgüzar dağlar
oğlu olmuş, parlaq zirvələrə ucalmışdır.
Məhəmməd Peyğəmbərin məşhur kəlamı var: “Alimləri eşidin, çünki onlar dünyanın
çırağı, axirət nurudurlar”. “Alimlərin sərf etdiyi mürəkkəb, şəhidlərin tökülən qanı ilə
tutuşduruldu, alimlərin mürəkkəbi çəkidə ağır gəldi”.
28
SƏDNİK PAŞA PİRSULTANLI - 80
TƏBRİKLƏR
Azərbaycanda gənc nəslin təlim-tərbiyəsi və şifahi xalq yaradıcılığının araşdırılıb
tədqiq olunması ilə məşğul olan alim-pedaqoq Sədnik Paşa Pirsultanlı dünya şöhrətli alimdir,
zəngin mənəviyyatlı gözəl insandır.
Namusla yaşadın, namusla durdun,
Heç kimə, heç kəsə quyu qazmadın.
Yaltağı, xaini gözündən vurdun,
Şöhrətə aldanıb, yolun azmadın.
Əziz Sədnik müəllim, vətənin oğlusan, elin oğlusan! Sədnik Paşa yüz yaşa!
Həyatda elə bəşəri keyfiyyətlər var ki, zaman və vaxt məfhumu tanımır. Səmimilik,
təvazökarlıq, mərdlik, həqiqətsevərlik bəşəri keyfiyyətlərdir. Bu keyfiyyətlər mənim müəllim
yoldaşım, qəlb sirdaşım Sədnik Paşa Pirsultanlıya məxsusdur.
İllərin sınağından çıxmış Sədnik müəllim “cənnətini bu dünyada qazanan adamdır,
onun üzündən nur tökülür, hamı deyir: “Ay Paşa, səni yüz yaşa!”
Gün o gün olsun ki, yüz yaşın olsun!
Könüllər sevinib, fərəhlə dolsun!
Qoy onda söyləyək mübarək olsun!
Sevinək, gülüşək, deyək mübarək!
Sədnik Paşa Pirsultanlı zəhmət ilə ucalan alimdir, xeyirxah insandır, mənim ziyalı
dostum, mənəvi qardaşım, səmimi sirdaşımdır. Böyük el məhəbbətinə layiq olan gözəl alim-
pedaqoqdur.
Aşıq Ceyhun poetik dillə demişdir:
Kimin dostu çoxdu o bəxtiyardı,
Onun həyat yolu bir növbahardı.
Dostluq elə bağdı, elə gülzardı,
Bağı bar verəcək ildən illərə.
Doğrudur, Sədnik Paşa Pirsultanlının başı ağarmışdır. Bir həqiqəti unutmaq olmaz ki, bu
bəyaz saç qocalıq əlaməti deyildir, çünki insanı inandırmır. Ataların çox müdrik kəlamı
vardır: “Uca dağ başına qar yağar!”
Azərbaycan poeziyasının bayraqdarı, xalq şairi Səməd Yusif ağa oğlu
Hacıməmmədağayev (Vəkilov) çox mənalı poetik dillə demişdir:
Baş ağardı ancaq ürək,
Alovludur əvvəlki tək.
Professor Sədnik Paşa Pirsultanlı soykökünə, elmi əqidəsinə sadıq olan, ona hörmət
və məhəbbət qazandıran adlı-sanlı bir nəslin - Pirsultanlı nəslinin övladıdır. Bizim səmimi
dostluğumuz, qarşılıqlı ehtiramımız halal ziyalı olmağımız həqiqətən xoşbəxtliyimizdir.
Sədnik Paşa Pirsultanlının türk torpağına tükənməz sevgisinin əsası ulu babası
Pirsultanın, Hacı Bektaşi Vəlinin, Mustafa Kamal Paşa Atatürkün bu müqəddəs torpaqda dəfn
olunmasından ibarətdir. Bu müdriklərin müqəddəs məzarları türk torpağında ziyarətgaha
çevrilmişdir.