BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2014
YUBİLEY
AZ
ƏRBAYCAN ŞƏRQŞÜNASLIĞININ ƏBƏDİYAŞAR SİMASI –
PROFESSOR A
İDA İMANQULİYEVA - 75
2014-cü il z
əngin ənənələrə malik Azərbaycan şərqşünaslığının ən gör-
k
əmli və ən parlaq nümayəndələrindən biri, filologiya elmləri doktoru, pro-
fessor Aida
İmanquliyevanın 75 illik yubileyi ilə əlamətdardır. Onun adı təkcə
Az
ərbaycanda deyil, əski Sovet İttifaqında və beynəlxalq miqyasda tanınmış
akademikl
ər Əbdülkərim Əlizadə, Ziya Bünyadov, professorlar Mübariz Əli-
zad
ə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev
kimi nüfuzlu aliml
ərlə birlikdə çəkilir.
229
Aida
xanım 1939-cu il oktyabr ayının 10-da jurnalistikamızın patriarx-
larından sayılan, uzun müddət «Bakı» və «Baku» qəzetlərinin baş redaktoru
olmuş, unudulmaz pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyevin ailə-
sind
ə dünyaya göz açmışdır.
Uşaqlığından biliyə, savada can atması onun 1957-ci ildə orta məktəbi
qızıl medalla bitirməsi ilə nəticələnmişdi. 1962-ci ildə Şərqşünaslıq fakültə-
sinin ilk
ərəbşünas məzunlarından biri olan bu gənc xanım dərhal elm aləminə
q
ədəm qoyur və 27 yaşında (1966) Moskvada SSRİ EA Şərqşünaslıq İnstitu-
tunda namiz
ədlik dissertasiyasını müdafiə edir. Həmin ildən o, Azərbaycan EA
Şərqşünaslıq İnstitutunda işə başlamış və tezliklə orada ərəb filologiyası şö-
b
əsinin müdiri, elmi işlər üzrə direktor müavini, nəhayət, 1991-ci ildən ömrü-
nün son günl
ərinədək direktor vəzifələrində çalışmışdır.
1989-cu ild
ə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasi-
yasını müvəffəqiyyətlə müdafiə edərək, ilk azərbaycanlı qadın-ərəbşünas
elml
ər doktoru olmuş və sonra professor adı almışdır.
Aida
xanımın elmi fəaliyyəti əsasən yeni ərəb ədəbiyyatının bir qolu
kimi m
əhcər ədəbiyyatı, yəni XIX əsrin sonunda Suriya və Livandakı çətin
h
əyat şəraitinə və siyasi vəziyyətə görə Amerikaya kütləvi mühacirət etmiş
əhali arasındakı ədib və şairlərin bədii irsi ilə bağlıdır. Dünya şərqşü-
naslarından birinci dəfə bu mövzuya qısa oçerklərlə məşhur rus alimi akademik
Kraçkovski
toxunmuş, sonralar Dolinina, Ode-Vasilyeva, Kuteliya, Markov,
Levin, Tazetdinova, Muminov v
ə Bilık «Suriya-Amerika məktəbi»nin banilə-
rind
ən Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nuaymə yaradıcı-
lığının ayrı-ayrı sahələrinə tədqiqat işləri və dissertasiyalar həsr etmişlər.
Ərəb ölkələrində də bu qəbildən əsərlər nəşr olunmuşdur. Lakin Aida
xanımın göstərdiyi kimi onların əksəriyyəti faktların sadalanması və icmaldan
ibar
ətdir. Müəyyən dərəcədə Ehsan Abbas və Məhəmməd Yusif Nəcminin
«
Ərəb poeziyası mühacirətdə» kitabı maraq doğurur.
Q
ərbi Avropa ərəbşünaslığında nə «Suriya – Amerika məktəbi», nə də
onun
aparıcı şəxsiyyətləri haqqında xüsusi tədqiqatlar mövcud deyildir.
Görk
əmli şərqşünasımız məhcər ədəbiyyatını sistemli şəkildə bir toplu
kimi d
ərindən öyrənərək, onun qabaqcıl nümayəndələrinin maarifçilikdən Av-
ropa romantizmi, Amerika transsendentalizmi v
ə rus tənqidi realizminə üz
tutduql
arını elmi şəkildə sübuta yetirmiş, gələcək araşdırmalar üçün yeni
üfüql
ər açmışdır.
Mühacir
ərəb yazarları külli miqdarda bədii əsərlər yaratmış, mətbuat
orqanları və ədəbi cəmiyyətlər təşkil etmişlər. Professor Aida İmanquliyevanın
1975-ci ild
ə Moskvada buraxılmış ilk monoqrafiyasında məhz həmin cəmiy-
y
ətlərdən «Qələmlər birliyi» və onun ən tanınmış üzvlərindən biri Mixail
Nuaym
ədən bəhs olunur.
Alimin növb
əti kitabında məhcər ədəbiyyatının başqa məşhur nüma-
y
əndəsi – Cübran Xəlil Cübranın yaradıcılığı işıqlandırılır. Aida xanımın son
əsəri «Yeni ərəb ədəbiyyatının korifeyləri» adlanır. Bu monumental tədqiqat
230
işində müəllif ərəb məhcər ədəbiyyatının ümumi xarakteristikasını, onun gör-
k
əmli təmsilçiləri – Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə və
dig
ərlərinin bədii irsini zərgər gözü ilə nəzərdən keçirərək, dünyanın müxtəlif
ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini aşkara çıxar-
mışdır.
Bel
ə bir qənaətə gəlmək üçün böyük zəhmət və erudisiya tələb olunur-
du. Alim
yalnız «Suriya-Amerika məktəbi»nin ədib və şairlərinin əsərlərini
n
əinki dərindən təhlil etmiş, eyni zamanda onları Amerika romantikləri Emer-
son, Toro, Uitmenin,
avropalılar Bayron, Hüqo, Şelli, Bleyk, Nitşe və başqa-
larının, həmçinin Belinski, Tolstoy, Turgenev, Çexov və digərlərinin yaradıcı-
lıqları ilə müqayisəli şəkildə vermişdir.
Aida
xanım mühacir yazıçıların istifadə etdikləri, ərəb ədəbiyyatı üçün
yeni olan janrlar – etüd, oçerk, esse v
ə novellalar, xüsusilə mənsur şeirlər
haqqında maraqlı fikirlər söyləmişdir.
C
əsarətlə demək olar ki, alimin üç kitabı və 70-dən çox məqalələrinin
əksəriyyəti əslində ədəbiyyat nəzəriyyəsini öyrənənlər üçün də çox dəyərlidir.
T
əsadüfi deyil ki, Aida xanımın rus dilində Moskvanın «Elm» nəşriy-
yatında işıq üzü görmüş rus dilində olan «Yeni ərəb ədəbiyyatı korifeyləri» adlı
monoqrafiyası sonralar Azərbaycan, türk, ingilis, gürcü və İSESKO xətti ilə
ərəb dillərinə tərcümə olunmuşdur. Əsərin ərəb aləmində böyük rəğbətlə
qarşılanması xüsusilə qeyd edilməlidir.
Aida
xanımın elmi fəaliyyəti yalnız ABŞ və əsasən Nyu-York şəhərində
meydana g
əlmiş məhcər ədəbiyyatı ilə məhdudlaşmır. O, cənubi Amerikaya –
Braziliya v
ə Argentinaya köçmüş ərəb yazarlarını da diqqətdən kənarda
qoymamış, orada yaradılmış ədəbi cəmiyyətlər və onların üzvləri haqqında bir
sıra elmi məqalələr qələmə almışdır. Alim şərqşünaslığımızda ilk dəfə həmin
t
əşkilatlardan «Rifaq əl-Məərri» və «Əndəlis cəmiyyəti»nin işini hərtərəfli şərh
etmiş, şair və ədiblərdən İlyas Fərhad, Mişel Məluf, əş-Şair əl-Qərəvi, Fauzi
M
əluf, Tofiq Daun, Həbib Məsud, Corc Həssun və onlarla digərlərinə məxsus
əsərlərin təhlilindən sonra Şimali Amerika məhcər ədəbiyyatından fərqli ola-
raq,
onların təqlidçiliyə, mühafizəkarlığa daha çox üstünlük verdiklərini üzə
çıxarmışdır.
Professor Aida
İmanquliyeva müasir ərəb ədəbiyyatının tanınmış nü-
may
əndələrinə də oçerklər həsr etmiş, onların yaradıcılıq xüsusiyyətləri haq-
qında Azərbaycan oxucularına dəyərli məlumatlar çatdırmışdır. Bunların ara-
sında mütərəqqi Livan şairi Mişel Süleyman, İraqın poeziya ustadları Cəmil
Sidqi
əz-Zəhavi, Məruf ər-Rusafi, Məhəmməd Mehdi əl-Cavahiri, Məhəmməd
Saleh B
əhrul-Ulum, o dövrün nisbətən gənc yazarları Bulənd əl-Heydəri, Əb-
dül-Vahab
əl-Bəyati, Zun-nun Əyyub, Edmon Sabri, Qaib Fərman və başqaları
vardır.
Əsas tədqiqat obyekti yeni ərəb ədəbiyyatı olsa da, Aida xanım iki
böyük h
əcmli məqaləsində («İspaniyada ərəb ədəbiyyatının yaranması və
inkişafı tarixinə dair», «Ərəb Əndəlis ədəbiyyatının bəzi xüsusiyyətləri
231
haqqında (X-XI əsrlər)») orta əsrlərə müraciət etmişdir. Belə ki, xilafət orduları
710-cu ild
ən İspaniya torpaqlarının işğalına başlamış, 750-ci ildə Abbasilər
t
ərəfindən devrildikdən sonra Əməvilər sülaləsi orada hakimiyyətlərini möh-
k
əmlətmiş, Qərbdə ərəb ədəbiyyatı və mədəniyyətinin təməlini qoymuşdur.
Mü
əllif Əndəlis dövlətinin tarixinə dair çox maraqlı faktlar sadalamış, orada
ədib və şairlərin yaradıcılığını konkret şərh etmişdir. Alim İbn abd Rabbihi
(860-940),
İbn Hani (937-973) İbn Şuheydə (992-1035), İbn Həzm (994-1063),
İbn Zeydun (1003-1071), İbn Həmdis (1055-1132), İbn Xəfacə (1058-1138) və
Əbu Bəkr ibn Kuzmanın (1080-1160) poeziya nümunələrini araşdıraraq, məd-
hiyy
ə, mərsiyə, nəsib və digər janrlarla yanaşı, vəsfin daha geniş vüsət aldığını
vurğulayır, ərəb ədəbi mühitinin nəinki yerli İspaniya, hətta başqa qonşu
dövl
ətlərin ədəbiyyatına təsirini də izləyir. Eyni zamanda ispan şeirinin təsiri
altında Şərq üçün yeni olan muvaşşah forması da meydana çıxır ki, onun ərəb
dilind
ə yaradıcısı İbn Kuzman sayılır. Tədqiqatçı muvaşşahın strukturunu,
qafiy
ə sistemini ustalıqla açıqlayır. XIII əsrdən sonra bu formanın yerini yeni
janr – z
əcəl xalq nəğməsi tutur.
Professor Aida
İmanquliyeva Əndəlis nəsrindən İbn Abd Rabbihinin
«
əl-İqd əl-fərid» («Nadir boyunbağı»), İbn Bəssamın «əz-Zəxira fi məhasin
əhli-l-Cəzira» («əl-Cəzirə əhlinin gözəlliyinə dair xəzinə») və İbn Şuheydənin
«
ət-Tavabi va-z-zavabi» («Tövbələr və tufanlar») əsərlərini misal gətirir.
Mü
əllif xüsusən İbn Abd Rabbihinin antologiyasını ərəb ədəbiyyatının ən
mühüm m
ənbələrindən hesab edərək, onun quruluşu və məzmunundan söhbət
açır.
Ümumiyy
ətlə, görkəmli şərqşünasımızın elmi yaradıcılıq politrası çox
r
əngarəng və genişdir. Burada onun məqalələrindən bir neçəsinin adını çəkmək
kifay
ətdir: «Qorki və ərəb Şərqi», «Ərəb ədəbiyyatında qadın azadlığı prob-
leml
əri», «Fələstin problemi və müasir ərəb ədəbiyyatı», «Ədəbiyyatımızın
q
ədim kökləri», «Novruz Şərq ölkələrində» və s.
Alim Az
ərbaycan – ərəb, rus – ərəb, Qərb – Şərq ədəbi – mədəni
əlaqələri haqqında da silsilə yazılar dərc etdirmişdir.
Aida
xanımın tərcüməçilik fəaliyyəti barədə ayrıca danışılmalıdır. Ərəb
dilind
ən çevirdiyi Mixail Nuaymə (Livan), Suheyl İdris (Livan), Mahmud əz-
Zahir (
İraq), Sahib Camal (İraq), Məhəmməd Dib (Əlcəzair) və Məcid Zeyyib
Ğənəmənin (İordaniya) hekayə və novellaları onun istedadlı qələm ustası
olmasına dəlalət edir. Azərbaycan mətnlərinin orijinallara tam uyğunluğunu
saxlamaqla, Aida
xanım dilimizin bədii ifadə vasitələrindən və incəliklərindən
m
əharətlə faydalanmışdır .
Alim
şərq filologiyası sahəsində bir çox elmi əsərlərin və topluların
redaktoru
olmuş, ərəb hekayə və şeirlərinin Azərbaycan dilinə tərcümələrindən
ibar
ət kitabların nəşrini təşkil etmiş, onlara geniş ön söz yazmışdır.
Prof.A.N.
İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini yaxın və uzaq
xarici ölk
ələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterbuq, Hamburq və s.)
l
əyaqətlə tanıtmışdır.
232
Alim elmi-t
əşkilati fəaliyyətində ərəbşünas kadrların hazırlanmasını
diqq
ət mərkəzində saxlamışdır. Onun rəhbəri olduğu «Ərəb filologiyası» şöbə-
sind
ə qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Professor Aida
İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin
R
əyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koor-
dinasiya
Şurasının və Yazıçılar Birliyinin üzvü seçilmişdir.
Elmi v
ə ictimai vəzifələrinin çoxluğuna baxmayaraq, Aida xanım doğ-
ma
Şərqşünaslıq fakültəsini unutmamış, uzun illər «Ərəb ədəbiyyatı tarixi»
f
ənnindən yüksək səviyyədə mühazirələr oxumuş, yeni ərəbşünaslar nəslinin
yetişməsində səmərəli xidmət göstərmişdir.
A
mansız ölüm professor Aida İmanquliyevanı aramızdan çox tez - 19
sentyabr 1992-ci ild
ə apardı. Əgər o, heç olmasa, bir neçə onillik də yaşasaydı,
n
ə qədər dəyərli tədqiqatlar nəşr etdirər, özünün böyük gənc ərəbşünaslar mək-
t
əbini yaradardı. Yalnız bir məqamla təsəlli tapmaq mümkündür – Aida xanı-
mın yadigar qoyduğu əsərlər də kifayətdir ki, onun adı elmimiz, xüsusilə
şərqşünaslığımız tarixində böyük hərflərlə yazılsın.
Akademik Vasim M
əmmədəliyev
BDU
İlahiyyat fakültəsinin dekanı,
Ərəb filologiyası kafedrasının müdiri
Dosent Elxan
Əzizov
BDU
Şərqşünaslıq fakültəsinin dekanı
233
Document Outline
Dostları ilə paylaş: |