450
92. İbrahim ən-Nəhai
–
rahmətullahi aleyhi
–
deyir ki: «Əgər Muhəmmədin
səhabələri bir dırnağı belə məst etmişlərsə mən də onlara uymağın fəzilətini əldə etmək
üçün (ayağımı) yumazdım»
1819
.
93. Xəlifə Ömər b. AbdulƏziz
–
rahmətullahi aleyhi
–
deyir ki: «O, qövmün
durduğu yerdə sən də dur. Çünki onlar bilərək durmuşdular. Dərin bir görüş ilə
(bidətlərdən) uzaq durmuşdular. O, durduqları nöqtəni açığa çıxarmaqda onlar daha
güclü idilər. Əgər bu işdə bir fəzilət olsaydı, onu etməyə daha da layiq idilər. Əgər
sizlər - onlardan sonra meydana gəldi
–
deyəcək olsanız, şübhəsiz onların yollarına
müxalif olan və sünnətlərindən üz çevirəndən başqası bu yeni şeyi ortaya çıxarmış
deyildir. Onlar şəfa üçün yetərli olacaq qədərini söylədilər, yetərli qədər söz söylədilər.
Onlardan irəli gedən həddi aşmışdır, onlardan geriyə qalan isə qüsur etmişdir. Bir qrup
kimsələr onlardan geriyə qaldılar, buna görə də uzaq düşdülər. Bir qrup kimsələrdə geri
qaldılar, buna görə də həddi aşdılar. Onlar isə bu iksi arasında heç şübhəsiz doğru bir
hidayət üzərində idilər»
1820
.
94. İmam Əvzai
–
rahmətullahi aleyhi
–
deyir ki: «İnsanlar səni rədd etsələr də sən
sələfin yolu ilə getməyə davam et, səni qınasalarda insanların görüşlərindən uzaq ol.
Çünki belə etmiş olsan, sən doğru yolda olduğun halda məsələ sənin üçün
açıqlanır»
1821
.
95. İmam Şafii
–
rahmətullahi aleyhi
–
deyir ki: «Sünnətə müxalif olaraq haqqında
söz söylədiyim nə qədər məsələ varsa mən ondan həyatımda da, ölümümdən sonra da
vaz keçirəm»
1822
.
96. Sufyan əs-Souri
–
rahmətullahi aleyhi
–
deyir ki: «İblis bidəti günahdan daha
çox sevir. Çünki günahdan tövbə edilir, bidətdən isə tövbə edilməz»
1823
. Günah edən
kimsə günah etdiyini bildiyi üçün tövbə etməsi və günahları səbəbilə məğfirət diləməsi
umulur. Bidət sahibi isə itaət və ibadət içərisində olduğuna inanır. Tövbə də etməz.
Məğfirət də diləməz. İblisdən nəql edilən: «Adəm oğullarının belini günahlarla qırdım.
Onlar isə tövbə etməklə, məğfirət diləməklə belimi qırdılar. Mən də onlar üçün
məğfirət diləmələri, tövbə etməyəcəkləri günahlar ortaya qoydum. Bunlar isə ibadət
şəkilində olan bidətlərdir.
97. İmam Əhməd
–
rahmətullahi aleyhi
–
deyir ki: «Bizə görə sünnətin əsasları
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in səhabələrinin izlədiyi yola sarılmaq,
onlara uymaq və bidətləri tərk etməkdir. Çünki hər bir bidət yol azmaqdır»
1824
.
98. Qazı Şureyh
–
rahmətullahi aleyhi
–
deyir ki: «Sünnə sizin qiyasınızdan da
əvvəldir. Elə isə Sünnəyə tabe o, bidətçi olma»
1825
.
99. İmam
Əhməd b. Sinan əl-Kattan
–
rahmətullahi aleyhi
–
deyir ki: «Dünyada nə
qədər bidətçi varsa mütləq hədis əhlinə ağız əyər. Çünki adam bidət ortaya qoydumu
qəlbindən hədisin ləzzəti sökülüb alınır»
1826
.
1819
Əbu Davud «Sünnən».
1820
İbn Qudamə «Lumatul Etiqadi Hədi İlə Səbili Rəşad»
1821
Xatib «Şərəfu Əshəbi Hədis».
1822
Xatib «Fakibu vəl Mutəfəkkib».
1823
Bəğavi «Şərhu Sunnə».
1824
Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
1825
Darimi 1/66, əl-Bəğavi «Şərhu Sünnə» 1/126.
1826
Nəvəvi «ət-Təzkirə».
451
100. Fudayl b. İyad
–
rahmətullahi aleyhi
–
deyir ki: «Hidayət yollarına uy. O, yolu
izləyənlərin azlığının sənə zərəri yox. Əyri yollardan isə çəkin. Həlak olanların
çoxluğuna da aldanma»
1827
.
101. Sələflər deyillər ki, bağlılığın şəxslərə deyil, dinə olsun. Çünki haqq qalandır,
şəxslər isə gedəndir. Haqqı bill, haqq əhlini də bilərsən.
102. Abis b. Rabia dedi ki: «Mən Ömər
- radıyallahu anhu
–
nu Həcərul Əsvədi
öpərkən belə dediyini eşitdim: «Mən sənin fayda verməyən, zərəri olmayan bir daş
olduğunu çox yaxşı bilirəm. Əgər Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in səni
öpərkən görməmiş olsaydım, mən də səni öpməzdim»
1828
.
103. Muhəmməd b. Sirin
–
rahmətullahi aleyhi
–
deyir ki: «Bir kimsə əvvəlkilərin
izini (yolu) üzərə yürüməyə davam etdikcə, doğru yol üzərində yürüməyə davam edir
deməkdir»
1829
.
104. İmam Məlik
–
rahmətullahi aleyhi
–
deyir ki: «Bidətlərdən çəkinin». Bidət
nədir? Deyə soruşulduqda. O: «Bidətçilər Allahın isimləri, sifətləri, kəlamı, elmi və
qüdrəti haqqında danışıb duran, səhabələrin və gözəl bir şəkildə onlara tabe olanların
susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»
1830
.
105. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Böyüklərimizə hörmət
etməyən, kiçiklərimizə rəhm etməyən və alimlərimizin haqqını ödəməyən bizdən
deyildir»
1831
.
106. «Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində
soruşmayın». (əl-Maidə 101). «Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə
cahillərdən olmamağı nəsihət edirəm». (Hud 46). «Bir baxın siz o, kimsələrsiniz ki,
bildiyiniz şeylər barəsində mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə
mübahisəyə girişirsiniz. Əlbəttə (həqiqəti) Allah bilir, siz bilmirsiniz». (Ali İmran 66).
Şabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Bilmirəm demək elmin yarısıdır». İmam
Əhməd
–
rahmətullahi aleyhi
–
dən insanların fikrincə hər şeyi bilən alim barəsində
soruşdular. O: «İnsanların bütün suallarına cavab verən şəxs məcnundur». İbn Sirin
–
rahmətullahi aleyhi
–
deyir ki: «İnsanın cahil (savadsız) kimi ölməsi onun üçün
bilmədiyini danışmasından daha xeyirlidir». Səd b. Cubeyr
–
rahmətullahi aleyhi
–
deyir ki: «Vay olsun bilmədiyinə bilirəm deyən hər bir kəsə»
1832
.
107. Həsənul Bəsri
–
rahmətullahi aleyhi - deyir ki? «Sizdən birinizin elm
öyrənməyi yalnız Alimdir deyilsin deyə olmasın». İbn Sirin
–
rahmətullahi aleyhi
–
dən bir şey soruşduqda rəngi dəyişərdi». Nəsəi
–
rahmətullahi aleyhi - dən bir şey
soruşduqda ikrah hissi oyanardı və deyərdi: «Soruşmağa məndən başqa adam
tapmadın». İmam Məlik
–
rahmətullahi aleyhi - deyir ki: «Bir şey soruşulduqda elə bil
ki, Cənnət və Cəhənnəm arasında durmusan. Sənin fikrin onu tez başından uzaq etmək
olmasın. Dərdin özünü necə xilas etmək olsun. Özün üçün Qiyamət günü bir çıxış yolu
olacaqsa onda danış, əks halda sus».
108. Sələflər deyərdilər: «Elm rahat bədənlə əldə edilməz. Rahatlıq yalnız
yorğunluqla əldə edilir. Nemətlərə çatmaq yalnız o, yolda olan çətinliklərə dözməklə
olur. Bu rahatlığa yalnız Cənnətdə çatılır». Rabi b. Xuseym
–
rahmətullahi aleyhi
–
yə
1827
Şatibi «əl-İtisam».
1828
Buxari, Müslim.
1829
Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».
1830
Bəğavi «Şəhu Sunnə» 1/217.
1831
Musnəd 5/323, Mustədrək 1/211.
1832
«Ədəbuş Şəriyyə» 2/64-69, «Məalimu Fi Tarixi Tələbəi Elm» s. 207,208.