25
birdir. Bu sayılanların heç birində ortağı (şəriki
73
) yoxdur. Həmçinin yaratmaqda da,
əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən
və şəfa verməkdə də ortağı (şəriki) yoxdur. «Həqiqətən Rəbbiniz göyləri və yeri altı
gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb
bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki,
yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər
uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahın sizə olan nemətini yada salın.
Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa
heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).
Tövhid
–
sözünün mənası bir şeyi bir etmək, birləmək deməkdir. Tövhidi Əfkar
–
etməliyik deyildiyi zaman, fikirlərin bir və tək qılınması, hər başdan çıxan ayrı-ayrı
səslərin, fikirlərin bir nöqtədə birləşdirilməsi istənmiş olur. Lakin bir şeyi bir və tək
qılmaq bu ancaq nəfy və isbatla olur
74
. İbn Mənzur
–
rahmatullahi aleyhi
–
deyir ki:
«Tövhid - Allahın hər baxımdan bir və tək olduğuna, heç bir ortağı olmadığına
inanmaqdır. Allah Vahid və Əhəddir. Vəhdəniyyət və təvahhud sahibidir. «Allah
Vahiddir» – demək, «Allah heç bir bənzəri və ortağı olmayan bir Zatdır, tək və birdir»
deməkdir
75
. əl Bəycuri
–
rahmatullahi aleyhi
–
deyir ki: «Lüğət etibarıyla Tövhid
kəliməsinin mənası bir şeyin bir və tək olduğunu bilməkdir»
76
. Şeyx AbdurRahman
Qasım
–
rahmatullahi aleyhi
–
deyir ki: «Tövhid kəliməsi Vahəddəhu, Yuvəhhiduhu
tövhidin məsdəri olan bir kəlimədir ki, Onu bir və tək qıldı mənasına gəlir. Həmçinin
də Onun bir və tək olduğunu söylədi mənasını alır»
77
. Şeyx AbdulAziz b. Baz
–
rahmatullahi aleyhi
–
deyir ki: «Tövhid – Vahhadə, Yuvahhidu - nun məsdəridir.
Allahın bir və tək olduğunu qəbul etdi, Allahın Uluhiyyət və Rububiyyət, İsim və
Sifətlərində bənzərsiz və ortağsız olduğuna, ibadətin yalnız Allaha olacağına iman etdi,
kimsə Onu tövhid etməsə belə, Onun zatında və hər baxımdan Bir, Uca və Ulu
olduğuna etiqad etdi mənasını verir»
78
. Şeyx Muhəmməd əl-Useymin
–
rahmatullahi
aleyhi
–
deyir ki: «Tövhid
–
Vahhadə - nin məsdəridir. Tövhid etdi deyildiyi zaman bir
şeyin birləndiyi başa düşülür. Ancaq bu isbat və nəfy olmadan olmaz»
79
.
Termin olaraq
Tövhid
–
yalnızca uca və böyük olan Allaha ibadət etmək deməkdir.
Yəni ona heç bir şeyi ortaq (şərik) qoşmayaraq nə bir rəsul, nə bir peyğəmbər, nə bir
mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, nə bir daş, ağac, dəmir, nə
də yaradılmışlardan hər hansı bir şeyi ona – Allaha ortaq (şərik) qoşmayaraq bir və tək
olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq,
cəzasından qorxaraq yalnızca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq
görməkdir. İsbəhani
–
rahmatullahi aleyhi
–
deyir ki: «Bəzi alimlərimiz Tövhid
–
Vahiddən təşbihi rədd etməkdir» deyə açıqlamışlar. Bəziləri də: «Tövhid
–
Birlənən
Vahiddən və Onun sifətlərindən təşbihi nəfy etməkdir» demişlər. Bəziləri də: «Mütləq
bir və tək olduğuna inanılan Zatın heç bir ortağı və bənzəri olmadığını bilib qəbul
etməkdir. Kimsə bunu belə bilməzsə Allahı birləmiş olmaz, Onu tövhid etmiş olmaz»
73
Şərik – bir şeydə hissəsi olan kimsədir.
74
«Tövhidi Əvvələn» s. 15.
75
«Lisanul Arab» 3/450 Vəhhadə maddəsi.
76
«Cəvharətud Tövhid» s. 10
77
«Haşiyətu Kitabi Tövhid» s. 11.
78
«Məcmuu Fətava» 1/34.
79
«Məcmuu Fətava» 2/7.
26
deyə açıqlamışlar
80
. Şeyxulislam b. Teymiyyə
–
rahmatullahi aleyhi
–
deyir ki:
«
Tövhid - Allahı bir və bənzəri olmayan bir zat olaraq bilib yalnız və yalnız Ona ibadət
etməkdir. Ondan başqa heç bir Rəbb yoxdur inancı da bura daxildir»
81
. Şeyx
Muhəmməd b. AbdulVəhhab
–
rahmatullahi aleyhi
–
deyir ki: «Biləsən ki, Tövhid -
Allahı ancaq Ona ibadət etmək (Ona tapınmaq) surətiylə birləməkdir»
82
. Şeyx
Muhəmməd b. AbdulVəhhab
–
rahmatullahi aleyhi
–
deyir ki: «Tövhid
–
Allaha ibadət
etmək və Onu, O və Rəsulu necə vəsfləndirmişsə o, cür də vəsfləndirmək. O, və Rəsulu
Onu ayıb və nöqsanlardan və yaradılmışlara bənzəməkdən necə uzaq etmişsə eləcə də
uzaq etməkdir»
83
. Allama əl-Bəycuri
–
rahmatullahi aleyhi
–
deyir ki: «Tövhid
–
Məbudun zatı, sifətləri və felləri baxımından bir və tək olduğuna kəsin bir şəkildə
inanmaqla birlikdə, yalnız və yalnız Allaha ibadət etməkdir»
84
. İmam AbdulAziz b.
Baz
–
rahmatullahi aleyhi
–
deyir ki: «Allahı Tövhid etmək Onun bir və tək olduğuna
inanıb, qəlbi bu inanca sımsıxı bağlamaq ilə bərabər, ibadətdə də Onu birləmək və tək
etməkdir. Yəni tam bir iman və sədaqətlə yalnız Allaha ibadət etmək, saleh əməllər
etməkdir. Yoxsa yalnız dil ilə: «Allah birdir» deməklə Tövhid gerçəkləşməz. Eyni
zamanda bu tövhidin ziddi olan hər cür əməli batil edən şirk və şirk yollarından da
uzaq olmağı özündə əhatə edir»
85
. Abdullah əl-Ğuneyman
–
rahmatullahi aleyhi
–
deyir ki: «
Tövhid
–
haqq məbudu, Ona olan sevgi, sayğı və təslimiyyətin ən yüksəyini
əhatə edən, ən böyügünü ifadə edən «ibadət»-lə
Tövhid etməkdir»
86
.
Burada olan ibadətdən, qulluqdan məqsəd Allahın
Tövhid edilməsidir. Buna görə
də ey Allahın qulu! Sənə ilk lazım olan dini vəzifədən, ibadətləri və hətta namaz kimi
bir ibadəti belə öyrənməmişdən öncə Tövhidi öyrənmək sorumluğu olduğunu heç vaxt
unutma»
87
. Buna görə də qul bütün hüquqi və özəllikləri ilə tövhidi bilmək və tanımaq
məcburiyyətindədir. Ağlı başında olan müddətdən ölüncəyə qədər tövhidə möhtacdır.
Çünki İslam da Tövhid hər şeyin təməlidir. Tövhid olmadıqca Uca Allah qulun heç bir
əməl və ibadətini qəbul etməyəcəkdir. Çünki müsəlmanın həyatı Tövhidsiz təsəvvür
olunmazdır və Tövhid dini vaciblərin təməli, ən böyüyü və qüvvətlisidir. Allahın
göndərdiyi Nəbi və Rəsullar Tövhidlə başlamışlar. İnsanları ancaq Tövhidə dəvət
etmişlər. Bu da Nuh
–
əleyhissəlam - dan, nəbimiz Muhəmməd - sallallahu aleyhi və
səlləm
–
ə qədər gələn bütün Peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə
İləhə İlləllah - kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi
Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. İbn
Teymiyyə
–
rahmatullahi aleyhi
–
Tövhidin mühümlüyünü bu sözlərlə bəyan etmişdir:
«Uca Allah bu tövhidi kitabında açıqca bildirmiş və Ona şərik qoşulmasını rədd
etmişdir. O, qədər aydın və kəsinliklə ki, atrıq Qurandakı Tövhidə inanan bir
müsəlman, əsla Allahdan başqasından qorxmaz, Ondan başqasından bir şey gözləməz,
Ondan başqasından istəməz. Muhəmməd - səllallahu aleyhi və səlləm
–
də: «Ey
insanlar!
Lə İləhə İlləllah! deyin ki, qurtuluşa çatasınız». Həqiqətən də bu «
Lə İləhə
İlləllah» tövhididir. Həqiqətən də bu «Allahdan başqa ilah tanımamaq tövhididir».
80
«əl-Huccə Fi Bəyani Məhaccə» 1/306.
81
«Dəru Təaridu Aqli və Nəql» 1/306.
82
«Məcmuatur Rəsailin Nəcdiyyə» 4/4, «əd-Durərus Səniyyə» 1/48.
83
«Usuli Dini İslam» s. 7.
84
«Cəvharətud Tövhid» s. 10.
85
«Məcmuu Fətava» 2/20.
86
«Şərhu Kitabu Tövhid Min Sahihi Buxari» 1/38.
87
Durerus Səniyyə 1/107.