Əbədiyyət yolçuları
50
TALIŞXAN SADIXOV
(1978-1997)
Sadıxov Talışxan Xudakərim oğlu
- 1978-ci ildə Lerik rayonunun
Orand kəndində anadan olub.
1985-ci ildə Orand kənd orta
məktəbinin birinci sinfinə daxil
olub, 1995-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
Orta məktəbi bitirdikdən sonra 1996-cı il iyun ayının 5-
də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi
xidmətə çağrılan Talışxan Şəmkir rayonundakı hərbi korpusa
yola salınır. Oradan isə Qazax rayonunda yerləşən hərbi
hissəyə göndərilir.
1994-cü ildən atəşkəs rejiminin elan olunmasına bax-
mayaraq mənfur qonşularımız xain niyyətlərindən əl çəkmir,
vaxtaşırı Milli ordumuzun mövqelərinə qəfil hücumlar təşkil
edirlər.
Torpaqlarımızın müdafiəsində ayıq-sayıq keşik çəkən
Talışxan dəfələrlə bu hücumların qarşısının alınmasında igid-
liklər göstərir.
Talışxan Sadıxov növbəti döyüşlərin birində 1997-ci il
sentiyabrın 15-də Qazax rayonunda qəhrəmancasına şəhid
olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa
tapşırılıb.
Əbədiyyət yolçuları
52
BALAMİR MƏMMƏDOV
(1974-1993)
Balamir Şirməmməd oğlu –
1974-cü ildə Lerik rayonunun
Küsəkəran kəndində anadan
olub. 1989-cu ildə Küsəkəran
kənd natamam orta və 1991-ci
ildə Veri kənd orta məktəblərini bitirib.
1992-ci ildə Lerik rayon hərbi komissarlığı tərəfindən
həqiqi hərbi xidmətə çağırılaraq cəbhə bölgəsinə göndərilib.
Balamir Məmmədov Qarabağ cəbhəsinin müxtəlif isti-
qamətlərində gedən bir sira uğurlu əməliyyatlarda iştirak edə-
rək torpaqlarımızın müdafiə olunmasında igidliklər göstərib. O,
döyüş meydanında şücaətlər göstərərək xidmət etdiyi hərbi
hissədə qorxmaz və igid bir əsgər kimi tanınaraq hamının
hörmətini qazanmışdı. Yurdunu, vətənini göz bəbəyi kimi
qorumağa çalışan Balamir döyüşə atılanda aslan kimi döyüşür,
avtomatından düşmənə mərmi deyil, sanki nifrət püskürürdü.
Yurdumuzun igid oğlu 1993-cü ilin mart ayında Ağdərə
rayonunun Çıldıran bölgəsi uğrunda gedən döyüşlər zamanı
qəhrəmancasına şəhid olub. Ölümündən sonra təhsil aldığı
Küsəkəran kənd natamam orta məktəbinə onun adı verilib.